Axtarış

The search found 105785 results in 0.062 seconds.

Search results

  1. Biləsuvarda dəhşətli qəza - 3 nəfər öldü - Foto

    Bu dəqiqələrdə Biləsuvarda ağır qəza baş verib.

    “Qafqazinfo” xəbər verir ki, "Lada Priora" və "Vaz 21 015" maşınlarının toqquşması nəticəsində 3 nəfər həlak olub. 

    Həlak olanlar rayonun İsmətli kənd sakinləridir.

    Muxalifet - 27-06-2019

  2. "Cadunu pozmaq üçün ceyran göbəyi alacaqdı"- "Cindar Hüseyn" və anası baş məşqçini də aldadıb

    Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu hakim qarşısına çıxarılıb.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi məhkəmə iclası davam etdirilib.

    Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində Röya Səfərov dindirilib.

    O, Karate Federasiyasında 18-20 yaşlardan ibarət yığma komandada baş məşqçi işlədiyini deyib.

    Muxalifet - 27-06-2019

  3. ​Gürcüstanda azərbaycanlı qətlə yetirildi

    Gürcüstanın Telavi bələdiyyəsinə tabe olan Qaracalar kəndində 40 yaşlı azərbaycanlı kişi öldürülüb. 
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, kənd sakinləri qətlin keçmişdə baş verən münaqişə zəminində törədildiyi bildirib. 
    Öldürülən şəxs Gürcüstanda yaşamayıb. O, bir neçə gün əvvəl anasını ziyarət üçün kəndə gəlibmiş. 

    Muxalifet - 27-06-2019

  4. Azərbaycanda pensiya sisteminin inkişafı ilə bağlı “Yol Xəritəsi” hazırlanır

    “Azərbaycanda orta ömür müddəti uzanır və uzandıqca pensiya sistemi də nəzərdən keçirilir. Bu beynəlxalq praktikadan irəli gələn bir məsələdir”.

    Bunu “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov pensiya yaşının uzadılması və hər il 6 ay artırılması ilə bağlı məsələni şərh edərkən deyib.

    A.Kərimov deyib ki, Azərbaycanda nəzərdə tutulan minimum pensiya yaşı Avropa ölkələri ilə müqayisədə aşağıdır: “Siz Avropa ölkələrinə və region dövlətlərinə fikir versəniz görərsiniz ki, bizdə müəyyən edilən 65 yaş elə də yüksək hədd deyil”.

    Muxalifet - 27-06-2019

  5. ​DƏHŞƏT: Partlayan təkər ustanı yerə belə çırpdı - ANBAAN VİDEO

    Çində avtomobil təmiri sexundə faciə yaşanıb. Təkərə hava dolduran usta faciə ilə rastlaşıb. Güclü təyziqdən partlayan təkər ustaya dəyib. Zərbənin gücündən o yerə yıxılıb. Ciddi zədələr alıb. Həmin videonu təqdim edirik./Oxu24
     

    Muxalifet - 27-06-2019

  6. Britaniya parlamentində qalmaqal: Millət vəkilləri tualetdə kokain çəkir

    Londonda Britaniya Parlament binasının tualetində kokain izləri tapılıb.
    Narkotik testi ilə bağlı araşdırma VICE jurnalının ingilis şöbəsindən jurnalistlər tərəfindən aparılıb.
    Bakupost xarici KİV-lərə istinadən xəbər verir ki, jurnalistlər kokainə toxunduqda rəng dəyişdirən xüsusi hazırlanmış nəm salfetin köməyi ilə parlament binasında baxdıqları doqquz tualetdən dördündə, həmçinin, deputatların əyləşdiyi ofislərdə narkotik  tapıblar.

    Muxalifet - 27-06-2019

  7. Zaurla Günayın romantik rəqsi - VİDEO

    Aparıcılar Zaur və Günay Baxşəliyeva tədbirlərin birində romantik rəqsi ilə diqqət çəkib.
    Axşam.az-ın məlumatına görə, cütlük həmin an lentə alınan görüntünü İnstaqram yayımlayıblar. Onlar Əməkdar artist Röya Ayxanın "Səni düşündükcə" mahnısının sədaları altında oynayıblar.
    Zaur və Günayın sözügedən videosunu təqdim edirik: 

    Muxalifet - 27-06-2019

  8. ​Təyyarədə bomba həyəcanı - Təcili eniş edildi

    Hindistanın Munbai şəhərindən ABŞ-ın Newark bölgəsinə uçan "Boeing 777" tipli sərnişin təyyarəsi London Stanset hava limanına məcburi eniş edib.
    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Hindistan Hava Yollarına aid sərnişin təyyarəsində bomba yerləşdirilməsinə dair xəbərdarlıq olub. 
    Məlumata görə, təyyarə hava limanına eniş edərkən İngiltərə Müdafiə Nazirliyinə aid hərbi təyyarə onu müşaiyət edib. 

    Muxalifet - 27-06-2019

  9. ÇİMƏRLİKLƏRƏ BAXIŞ KEÇİRİLİR – Şlaqbaumlar götürülüb

    Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb.

    “Report” xəbər verir ki, Departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olub.

    Həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar götürülüb. Eyni zamanda, sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

    Muxalifet - 27-06-2019

  10. ABŞ və Avropa Rusiyadan raket sistemlərini oğurlamağa çalışır: Rusiyadan açıqlama

    Rusiya Kompüter Hadisələri Milli Koordinasiya Mərkəzinin baş direktorunun müavini Nikolay Muraşov ölkəsindəki kritik əhəmiyyətə sahib infrastrukturlara yönəlik siber hücumların çoxunun ABŞ və AB-dəki nəzarət serverlərindən reallaşdırıldığını deyib. Muraşov "Rus infrastrukturuna olan hücumların çoxunun müdafiə və enerji sənayesində raket istehsalı və nüvə məlumatlarını oğurlamağa yönəlikdir" deyə bildirib.
     

    Muxalifet3 - 27-06-2019

  11. ​2,3 milyonluq saatı oğurlanan azərbaycanlı tək deyilmiş

    İspaniyanın İbiza adasında 2.3 milyonluq saatı oğurlanan Azərbaycanlı turistlə bağlı bəzi təfərrüratlar məlum olub. Lent.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı Azərbaycanlı adada tək olmayıb. Məsələn, "dailymail.co.uk"un bildirdiyinə görə,həmyerlimizin yanında dostuda olub. Onlar adanın otelində birlikdə qalıblar. Sözügedən hadisə onlar dəniz sahilində gəzərkən baş verib. Əlavə edək ki, oğurlanan saat “Richard Mille” markasına aid olan “50-03 McLaren F1” modelidir.

    Muxalifet - 27-06-2019

  12. Nazir xanım məmura YÜKSƏK VƏZİFƏ verdi

    Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.
    Günel Səmədağa qızı Aslanova Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinə müdir təyin olunub.
    O, bu təyinatadək həmin şöbənin mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri kimi fəaliyyət göstərib.
    Qeyd edək ki, bundan əvvəl Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsini Vüqar Şıxməmmədov icra edib. O daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub. /Report

    Muxalifet - 27-06-2019

  13. İnquşetiyanın istefa verən rəhbəri Rusiya müdafiə nazirinin müavini olacaq?

    İnquşetiyanın eks-lideri Yunusbek Yevkurova yeni vəzifə veriləcək. Məlumatı “Kommersant” qəzeti yayıb. Məlumata görə, Y.Yevkurov Rusiya müdafiə nazirinin müavini olacaq. Qeyd edək ki, Yevkurov bir müddət öncə İnquşetiyanın rəhbəri vəzifəsindən istefaya gedib. 11 il bu vəzifəni tutan Yevkurov general-mayordur. O, İnquşetiya rəhbəri olmazdan qabaq Hərbi Desant Qüvvələrində rəhbər vəzifələrdə olub, Şimali Qafqazdakı antiterror əməliyyatlarında, eləcə də Balkanlarda serblərə dəstək əməliyyatlarında iştirak edib.

    Muxalifet - 27-06-2019

  14. Bakıda FACİƏ: 2 yaşlı körpə 9-cu mərtəbədən yıxılıb öldü

    Bakının Yasamal rayonunda 2 yaşlı körpə 9-cu mərtəbədən yıxılaraq dünyasını dəyişib.

    Muxalifet.az "Report"a itinadən xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində, doqquzmərtəbəli binada baş verib.

    Bakı Şəhər Prokurorluğundan  bildirilib ki, dünyasını dəyişən 2017-ci il təvəllüdlü Əhmədova Ruqiyyə Ceyhun qızıdır. 

    Muxalifet - 27-06-2019

  15. 18 illik fəaliyyətində hər gün 18 saat “işləyən” Brejnevin “sakit” siyasəti… - FOTOLAR

    1964-cü ildə Brejnev hakimiyyətə gələndə, çoxlarının ağlına belə, gəlmirdi ki, Leonid İliç ömürünün sonuna qədər - 18 il SSRİ-nin sükanını əlində saxlayacaq. Doğrudur, Brejnevin şəxsi işinin səhifələri “parlaq” idi, siyasi fəaliyyətinə görə onun birinciliyə iddiası da haqlı sayılırdı. Amma nəhəng bir dövlətə rəhbərlik etmək üçün Brejnevdə əvvəlki rəhbərlərdən fərqli olaraq, qətiyyət, şəxsi mövqe nümayişi az idi və bütün bunlar da sonradan onun siyasi fəaliyyətində özünü büruzə verdi. Adətən SSRİ-nin rəhbərləri haqqında həmişə böyük miflər dolaşıb.

    Muxalifet - 27-06-2019

  16. 64 min nəfərə ŞAD XƏBƏR - Prezident 13,5 milyon manat ayırdı

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xocəsən–Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Muxalifet - 27-06-2019

  17. ​Hamilə qadını zorlayan şəxs məhkəməyə müraciət etdi

    Zorlamada təqsirləndirilən Amid Ağamalıyev barəsindəki məhkəmə qərarından kassasiya şikayəti verib.
    Oxu.Az xəbər verir ki, A.Ağamalıyev cəzasının yüngülləşdirilməsini istəyir.
    Şikayətə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

    Muxalifet - 27-06-2019

  18. ​Akif Çovdarovun məhkəməsi təxirə salındı

    Bu gün Ali Məhkəmədə ləğv edilmiş ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin kassasiya şikayəti üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
    Muxalifet.az Trend-ə istinadən bildirir ki, hakim Əziz Seyidovun sədrlik etdiyi iclas qeyri-müəyyən səbəbdən təxirə salınıb.

    Muxalifet - 27-06-2019

  19. Ərdoğan: “Tramp iyulda Türkiyəyə gələcək”

    “ABŞ prezidenti Donald Tramp gələn ay Türkiyəyə səfər edə bilər”.

    APA-nın xəbərinə görə, bunu Yaponiyada keçirilən G-20 Sammitinə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Muxalifet - 27-06-2019

  20. ABŞ-dan Yunan Kiprinə “Rusiya” şərti!

    ABŞ Senatının Xarici Əlaqələr Komitəsi tərəfindən ABŞ-lı senatorlar Robert Menendez ilə Marco Rubio tərəfindən təqdim edilən ''2019 Şərqi Aralıq dənizində Təhlükəsizlik və Enerji Ortaqlığı'' qanun layihəsinin təsdiqlənməsi Yunanlar arasında mübahisəyə səbəb olub. Qanuna görə, ABŞ tərəfindən Yunanalara tətbiq olunan silah embarqosunun qaldırılması Rusiya döyüş gəmilərinin yanacaq doldurmaq üçün Yunan limanlarına yanaşmasının rədd edilməsi şərtini ehtiva edir.
     

    Muxalifet3 - 27-06-2019

Pages