Axtarış
The search found 105785 results in 0.044 seconds.
Search results
“Putinlə mümkün olan hər şeyi etdik“ - ZELENSKİ
Putinlə əldə etdiyimiz razılaşma yerinə yetirildi.
Yerli media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski sentyabrın 7-də rusiyalı həmkarı ilə aralarında telefon danışığının baş tutduğunu bildirib.
“Biz Rusiya prezidenti ilə mümkün olan hər şeyi etdik”, - deyə Zelenski qeyd edib.
Qeyd edək ki, bu gün Moskva ilə Kiyev arasında razılaşma çərçivəsində Ukraynada azad olunmuş 33 nəfər artıq Moskvaya gedib.
Muxalifet4 - 7-09-2019
Neymar 3 aydan sonra oyuna çıxdı
Braziliya millisinin hücumçusu Neymar dünən Kolumbiyaya qarşı keçirilən yoxlama oyununda (2:2) iştirak edib.
Bu, onun son üç ayda meydana çıxdığı ilk matç olub. O, 19-cu dəqiqədə Kazemiroya qol ötürməsi edib, 58-ci dəqiqədə isə özü də qol vurub.
Qeyd edək ki, Neymar son dəfə 3 ay əvvəl Qətərlə yoxlama görüşündə oynamışdı. Həmin matçın 19-cu dəqiqəsində isə zədələndiyi üçün əvəzlənmişdi./publika
Muxalifet4 - 7-09-2019
İstanbulu topa tutan İngiltərə sualtı qayığının görüntüləri yayıldı
Birinci Dünya Müharibəsi ərəfəsində Türkiyənin İstanbul və İzmir şəhərlərini topa tutan İngiltərəyə məxsus sualtı qayıq ilk dəfə lentə alınıb.
Belə ki, müharibə ərəfəsində Nara burnunda batan sualtı qayıq "E7" 104 ildən sonra TRT (Türkiyə Radio Televiziya Qurumu) və ölkənin Hərbi Dəniz Qüvvələrinin birgə həyata keçirdiyi layihə əsasında lentə alınıb.Muxalifet4 - 7-09-2019
İran bu ölkənin tankerini saxladı
İran Fars körfəzində Filippin dövlətinə məxsus tankeri saxlayıb.
Muzalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, gəmi qanunsuz yanacaq daşımaqda şübhəli bilindiyi üçün saxlanılıb.
Göyərtədə 12 filippinli olub. İran hökuməti tankerdən qaçaqmal hesab edilən 280 tondan çox yanacağı müsadirə edib.
Muxalifet4 - 7-09-2019
Ukraynalı dənizçiləri hava limanında Zelenski özü qarşıladı
İçərisində rusiyalı məhkumların olduğu Tu-204 təyyarəsi Vnukovo hava limanına enib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda ukraynalı dənizçilərin təyyarəsi Kiyevin Borispol aeroportuna çatıb. Ukrayna vətəndaşlarını preizdent Vladimir Zelenski şəxsən qarşılayıb. Onunla yanaşı, hava limanına Baş prokuror Ruslan Ryaboşapka, Daxili İşlər Naziri Arsen Avakov, Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi İvan Bakanov da gedib.
Muxalifet4 - 7-09-2019
DÜNYANIN DİQQƏTİ ƏBU-DABİDƏ - Hər kəs Həbiblə Puaryenin döyüşünü gözləyir
Bu gün Əbu-Dabidə UFC-242 axşamı çərçivəsində UFC üzrə dünya çempionu, Rusiyanı təmsil edən Həbib Nurməhəmmədovun çempionluğa namizəd olan amerikalı Dastin Puaryeyə qarşı döyüşü keçiriləcək.
Muxalifet.az xəbər verir ki, gecədə daha 4 döyüş təşkil olunacaq. Döyüşlər Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. Sözügedən döyüş "CBC Sport" telekanalı vasitəsilə yayımlanacaq. Həbib Nurməhəmmədovla Dastin Puaryenin döyüşü isə ən sonda olacaq. Qeyd edək ki, Həbib indiyədək 27 görüşün hamısını qələbə ilə başa vurub.
Muxalifet4 - 7-09-2019
Tramp Rusiya və Ukraynanı təbrik etdi
ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi münasibətilə hər iki dövləti təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti “Twitter”də bildirib.
“Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi zamanı böyük sayda insan azad olunub. Bu, çox yaxşı xəbərdir, sülhə doğru ilk iri addımdır. Hər iki ölkəni təbrik edirəm!”, - D. Tramp qeyd edib.
Qeyd edək ki, bu gün Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi çərçivəsində hər iki tərəfdən ümumilikdə 70 nəfər azad olunub.
Muxalifet4 - 7-09-2019
Bakı Gömrüyündə qalmaqal - 16 nəfər işdən qovuldu / TƏFƏRRÜAT
Bir neçə gün öncə Bakı Baş Gömrük İdarəsinin qarşısında insident yaşanıb.Muxalifet4 - 7-09-2019
Erməni idmançı Həbibin QARŞISINDA ACİZ QALDİ - VİDEO
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun illər öncə erməni idmançısı Aşot Şahinyanla döyüşünün kadrları yayılıb. 2011-ci ilin mayın 6-da “Union Nation Cup 15” turniri çərçivəsində baş tutan döyüş Həbibin açıq-aşkar üstünlüyü ilə başa çatıb. Döyüş zamanı Həbib erməni rəqibinə ona bir zərbə də vurmağa imkan verməyib. Həbibin zərbələrinə davam gətirə bilməyən Şahinyan isə onun qabağından qaçmaqla canını qurtarmağa çalışıb. Döyüş ilk raundun 2-ci dəqiqəsində erməni idmançısının nokauta düşməsi ilə başa çatıb.
Muxalifet - 7-09-2019
Azərbaycan bu ölkənin iqtisadiyyatına 10 milyon dollar yatırdı
Bu günədək Polşa Azərbaycan iqtisadiyyatına 20,4 milyon dollar investisiya qoyub.
Bunu Trend-ə Polşa İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı xarici ticarət nümayəndəliyinin direktoru Elnarə Məmmədova deyib.
O qeyd edib ki, Azərbaycan öz növbəsində Polşa iqtisadiyyatına 10 milyon dollar investisiya yatırıb.
E.Məmmədovanın sözlərinə görə, Azərbaycanda 18 Polşa şirkəti qeydiyyata alınıb:
Muxalifet4 - 7-09-2019
Orta məktəblərdə dərslər saat 9-da başlayacaq? - Video
Şəhərdə avtomobillərin çoxluğu təbii ki, öz növbəsində tıxacın da yaranmasına səbəb olur. Dərslər başlandıqdan sonra isə bu vəziyyət daha acınacaqlı olur. Bəs görəsən tıxacların qarşısını almaq üçün hansı addımlar atmaq lazımdır? Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, yeni dərs ilinə cəmi 10 gün qalıb. Bir neçə aydır davam edən nisbətən sakit şəhər həyatı yenidən qaynayacaq. Metro, avtobus, özəl avtomobillər və s. Yollarda yaşanacaq vəziyyəti təsəvvür etmək heç də çətin deyil. Ekspertlər yollarda müşahidə olunan sıxlığı aradan qaldırmaq üçün təklif irəli sürüblər.
Muxalifet - 7-09-2019
Göygöldə saxlanılan ermənilər sərbəst buraxılacaq... - SENSASİON İNFORMASİYA
Azərbaycanın hüquq-mühafizə orqanları Göygöl rayonunda erməni əsilli iki Rusiya vətəndaşının saxlanılması barədə məlumatları hələlik şərh etmir. Rusiya səfirliyindən Turan agentliyinə bildiriblər ki, bu məlumatı yoxlayırlar. Eyni zamanda, hələlik saxlanılan şəxslərin adları məlum deyil. Qeyri-rəsmi məlumata görə, ər-arvad Rusiyadan Gəncəyə gəlib, oradan isə əvvəllər ermənilərin yaşadığı Çaykənd kəndinə gedib. Orada onlar "şübhəli" davranışları ilə əlaqədar saxlanılıblar. Saxlanılan şəxslərin adları və yaşları açıqlanmır.
Muxalifet4 - 7-09-2019
Laçında İrəvan dövlət universitetinin 100 illiyinə həsr edilmiş abidə qoyuldu... – VİDEO
Biz Bakıda, Sumqayıtda, Gəncədə... neçə milyardlıq açılış etsək, bunun əvəzini çıxarıq?..
S.Sərkisyan: “Bura bizim azad edilmiş vətənimizdir..."Muxalifet - 7-09-2019
Türkiyədən Danforda: Vaxt itirmədən...
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danfordla türkiyəli həmkarı Yaşar Gülər arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Tərəflərin Suriya məsələsini müzakirə etdiyi bildirilib. Gülərin Fəratın şərqində vaxt itirmədən təhlükəsiz bölgənin yaradılması barədə ölkəsinin istəyini Danforda çatdırdığı məlumatda qeyd edilib.
Muxalifet - 7-09-2019
Bilgəhdə batmaqda olan əcnəbi turist xilas edildi
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bilgəhdə batma təhlükəsi ilə üzləşən bir nəfəri xilas edib. "Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, batmaq üzrə olan şəxs xarici ölkə vətəndaşı olub. Həmin şəxs nəzarətsiz ərazidə çimirmiş.
Muxalifet - 7-09-2019
İnsanlar ölümdən əvvəl nə hiss edir ? - Alimlərdən AÇIQLAMA
Elm adamları, insanların ölümdən əvvəl nə hiss etdiklərini açıqlayıb.
Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alimlərin bu təcrübəsində bir qrup avropa sakini iştirak edib. 35 ölkədən mindən çox insanın qatıldığı araşdırmanı Danimarka, Norveç və Almaniyadan olan həkimlər keçirib.Muxalifet - 7-09-2019
Sərxoş halda alışqan bəhanəsi ilə qadına yaxınlaşdı... - BAKIDA ŞOK OLAY
Sumqayıt Apellyasiya Məhkəməsində qadına qarşı xuliqanlıqda və narkotik saxlamaqda təqsirli bilinən Rövşən Babayevin apellyasiya şikayətinə baxılıb.
Unikal.org-un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiya Xəzər Rayon Məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar verib. Qərara əsasən, onun barəsində çıxarılan 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası 1 il 8 aya endirilib.
Muxalifet - 7-09-2019
Amerikaya köçən məşhur aparıcı: “Yekə-yekə oğlanlar gözlərini döyə-döyə…”
"Rəfiqəmlə yazışırdıq. Dedim bu qədər aktiv həyat, ailə və dərsləri bir arada çatdıracammı, bilmirəm. Dedi, çatdıracaqsan! Sən güclüsən, bunu unutma". Bu sözləri Amerikaya köçən tanınmış aparıcı Günel Hümbətova instaqramda yazıb. Nyu-Yorkda təhsil almağa başladığını qeyd edən həmyerlimiz son vaxtlarda həyatında baş verən problemləri dilə gətirib: "Düşündüm bir az.. Həqiqətən də güclü olmaq yaxşıdırmı? Lazımdırmı? Qadın güclümü olmalıdır? Bəli, 21-ci əsrin nümunəvi qadını ailə, karyera uğurlarını bir arada çiynində daşımağı bacaran qadındır... Amma xoşbəxtdirmi?
Muxalifet - 7-09-2019
Maaş və pensiyaların artımı bazara təsirsiz ötüşməyəcək -VİDEO
"Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalının bolluğunu təmin etmək yolu ilə hər bir vətəndaşın kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsinə töhfəsini verir. Yəni, qiymətlərin aşağı salınmasının ən vacib istiqamətlərindən biri bundan ibarətdir”.
Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi, Əli Əhmədov deyib.
Muxalifet - 8-09-2019
Həbib Nurməhəmmədov Puaryeyə qarşı - Canlı yayım - VİDEO
Bu gün Əbu-Dabidə UFC-242 axşamı çərçivəsində UFC üzrə dünya çempionu, Rusiyanı təmsil edən Həbib Nurməhəmmədovun çempionluğa namizəd olan amerikalı Dastin Puaryeyə qarşı döyüşü keçiriləcək. Muxalifet.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, gecədə daha 4 döyüş təşkil olunacaq. Döyüşlər Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. Sözügedən döyüş "CBC Sport" telekanalı vasitəsilə yayımlanacaq. Həbib Nurməhəmmədovla Dastin Puaryenin döyüşü isə ən sonda olacaq. Qeyd edək ki, Həbib indiyədək 27 görüşün hamısını qələbə ilə başa vurub. Onun rəqibi Dastin Puarye isə 25 döyüşün 5-də məğlub olub.
Muxalifet - 8-09-2019