Axtarış

The search found 105785 results in 0.033 seconds.

Search results

  1. “Papito”nun məşhur ifaçısı Seya Loca Röyanın mahnısını oxudu – VİDEO

    “Papito” kimi tanınan “Çokolata” mahnısı ilə dünyada məşhur olan rumıniyalı Seya Loca Azərbaycan mahnısı oxuyub. BAKU.WS xəbər verir ki, o, əməkdar artist Röya Ayxanın repertuarına müraciət edib. Seya azərbaycanlı həmkarının 5 il əvvəl hit olan “Evlisən” mahnısını oxuyub. Maraqlıdır ki, Seya Loca mahnını türk şivəsində ifa edib. Mahnı uğurlu alındığından ifaçı klip çəkdirməyi planlaşdırır. “Evlisən” mahnısını Seya Locanın ifasında təqdim edirik:

    Muxalifet - 6-09-2019

  2. İranın Xarici İşlər naziri ABŞ-ın sanksiyaları haqda - BU, QORXUTMAQ CƏHDİDİR

    ABŞ-ın Kuba, Rusiya, Suriya və İrana qarşı sanksiyaları günahsız insanları qorxutmaqla qanunsuz siyasi məqsədlərə nail olmaq cəhdidir.

    Virtualaz.org xarici mətbuata istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Twitter” səhifəsində yazıb.

    Nazir qeyd edib ki, ABŞ-ın iqtisadi terroru bu ölkələrdəki mülki şəxslərə yönəlib.

    "Vaşinqtonun metodları sırasına quldurluq, rüşvətxorluq və şantaj da daxildir", - deyə Zərif əlavə edib.

    Muxalifet - 6-09-2019

  3. Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

    Bakıda avtobus sürücüsü sərnişinlərin həyatı ilə oynayıb. O, avtobus hərəkətdə olarkən, əlini sükandan çəkərək mobil telefonla məşğul olub. Çəkilən video görüntülər faktı təsdiq edir. Hadisə 57 nömrəli avtobusların birində baş verib.

    Avtobus sürücüsü əlini sükandan çəkərək votsapp vasitəsi ilə kiməsə səs göndərir.

    Qarşıda nəqliyyat sıxlığı yarandığından o anidən tormozlama edir. Bu təhlükəli kadrlar bir neçə gün əvvəl sərnişinlərdən biri tərəfindən çəkilib. Kadrlardan aydın olur ki, avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atır.

    Muxalifet4 - 6-09-2019

  4. SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - Köhnə avtomobillər yığışdırılır / VİDEO

    Ölkədaxili yollarda hələ də istismar müddəti bitmiş avtomobillərə rast gəlinir. Bu avtomobillər daha çox yükdaşıma məqsədi ilə istifadə edilsə də, digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. Gələn ildən bu problemin həlli üçün konkret işlər görüləcək. Bunun üçün yen dövlət proqramı hazırlanır. Avtomobilin demək olar ki, çürüməyən detalı yoxdu. Amma bu vəziyyətdə yenə də idarə olunur. Paytaxt və bölgə yollarında belə avtomobillərə tez-tez rast gəlinir. İstismar müddətini başa vursa da, belə avtomobillər hələ də istifadə edilir.

    Muxalifet4 - 6-09-2019

  5. Müəllimlər ən çox bu xəstəliklərə tutulur - Səbəblər və SİYAHI

    Müəllimlik sözsüz ki, ən çətin peşələrdən biridir. İnsanın bütün zehni, fiziki, mənəvi resurslarını tükədir. Xüsusən yazı-pozu və zehni iş olması bir müəllimin bir saatda xərclədiyi enerjini bir daş karxanasında bir fəhlənin 3 saatda sərf etdiyi güc və enerjiyə bərabər edir.
    Müəllimin işi dərs saatından sonra da bitmir, mütəmadi yoxlama, kurs, imtahan, jurnal yazmaq, dəftər və yazı işi yoxlamaq, özünün imtahanları və s və ilaxır.

    Muxalifet4 - 6-09-2019

  6. DƏHŞƏT! - Arvadından boşanmaq istəməyən kişi 4 uşağını boğdu / FOTO

    Cənubi Afrika Respublikasında (CAR) dəhşətli qətl hadisəsi baş verib.

    "Qafqazinfo" xəbər verir ki, Sbusiso Mpungose adlı şəxs ondan boşanmaq istəyən müəllim həyat yoldaşı Xolisile Mpungosedan dəhşətli intiqam alıb. Belə ki, kişi Kuhlekonke, Khvezi, Sphesihile və Ayakha adlı 4 uşağını boğaraq qətlə yetirib. Uşaqlar 4, 6, 10, 16 yaşlarında olub.

    Həbs edilən Sbusiso hakim qarşısında göz yaşlarını saxlaya bilməyib.

    Muxalifet4 - 6-09-2019

  7. ƏTİN İNSAN ORQANİZMİNƏ FAYDASI... - Az yeyənlərin beyninə qan sıza bilər

    Oksford universiteti alimlərinin 18 illik araşdırmasının nəticəsi bəlli olub. 50 min insan üzərində aparılan tədqiqat göstərib ki, vegeterianlıq, ətdən imtina və ət yeməmək həmin insanda beyin qan dövranı pozğunluğu yaradıb, insulta səbəb olur. 

    Muxalifet.az medicina.az-a istinadən bildirir ki, hemorragik insulta təhrikedici məqamlar qanda yaxşı xolesterinin az olması və B 12 vitamin çatışmazlığıdır.

    Lakin ət yeməyənlərdə ürək -damar xəstəlikləri riski az olur. 

    Muxalifet4 - 6-09-2019

  8. Polis qardaşı arvadını kəndirlə öldürən kişini saxladı

    Ağsuda qardaşı arvadını boğaraq öldürmüş şəxs saxlanılıb.
    Hadisə ilə bağlı təqsirli bilinən Nəriman Zahidov hüqüq mühafizə orqanları tərəfindən saxlanılıb.
    Qeyd edək ki, sözügedən hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib.
    İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.
    Hadisəni törədən Nəriman Zahidov və qətlə yetirdiyi Xumar Zahhidova ilə ailəlikcə bir evdə yaşayıblar.

    Muxalifet4 - 6-09-2019

  9. CHP-nin İstanbul üzrə rəhbəri həbs edildi

    Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul üzrə rəhbəri Canan Kaftancıoğlu 9 il 8 ay müddətinə həbs edilib. Yeniavaz.com Sozcu-yə istinadən xəbər verir ki, haqqında verilən qərarı dəyərləndirən C. Kaftacıoğlu bunları deyib: “Qərarlar saray otaqlarında alınır. Bu cəza İstanbulu, İstanbul əhalisinə qazandıranları cəzalandırma davasıydı. Bu qərar İstanbul əhalisini cəzalandırmaqdır. Basqılar bitənə kimi susmayacağıq”. Qeyd edək ki, C.Kaftancıoğlu 2012-2017-ci illər ərzində sosial media hesabından etdiyi bəzi paylaşımlara görə mühakimə olunur.

    Muxalifet4 - 6-09-2019

  10. Elvin İsayevin həbsində azərbaycanlı milyonerin əli varmı? - İŞ ADAMI VİDEO-MÜRACİƏT YAYDI

    Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Azərbaycan əsilli bloger Elvin İsayev saxlanılıb və məhkəmə onun ölkədən çıxarılması barədə qərar qəbul edib. Sosial şəbəkələrdə yayılan məlumatlarda Elvin İsayevin saxlanılmasında tanınmış azərbaycanlı iş adamı, "Konrad" Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovun da əlinin olduğu bildirilib.

    Muxalifet4 - 6-09-2019

  11. ​"Biz birləşməli və hakimiyyəti ədalətli seçkilər keçirməyə məcbur etməliyik” – MÜXALİF DÜŞƏRGƏDƏ DEBAT KEÇİRİLDİ

    Ölkədə möhkəm sabitlik yalnız xalqın öz iradəsini demokratik və azad şəkildə bildirməsi nəticəsində təmin edilə bilər. Sentyabrın 6-da Müsavat Partiyasının ofisində Müsavat, AXCP, REAL, həmçinin ictimai təşkilatların nümayəndələrinin və ekspertlərin iştirakı ilə keçirilən dəyirmi masada gəlinən ümumi nəticə bundan ibarətdir.
     
    Bu il Azərbaycanda bələdiyyə, gələcəkdə isə parlament seçkiləri keçiriləcək.
     

    Muxalifet4 - 6-09-2019

  12. ABŞ MEDİASINDAN SENSASİON İDDİA – İsrail dronları Azərbaycan üzərindən İrana qarşı...

    Amerikanın qabaqcıl “New York Times” qəzeti İsrailin pilotsuz uçan aparatlarının Azərbayandan havaya qalxdığı və İran üzərində casusluq etdiyi haqqında sensasiya doğuran xəbər dərc edib.
     
    "Amerikanın casus peykləri İsrailə məxsus pilotsuz uçan aparatların Azərbaycandakı bazalardan havaya qalxaraq İran sərhədindən cənub tərəfə yönəldiklərini müşahidə edib. Onlar həmçinin İranın nüvə obyektlərinin foto və videoçəkilişini həyata keçirib və İran RƏM vasitələrinin ölkəyə daxil olan aparatları aşkar edib-etmədiyini müəyyən edib", deyə məqalədə bildirilir.

    Muxalifet4 - 6-09-2019

  13. Britaniya müxalifəti baş nazirin təklifini rədd edəcək

    Britaniyanın müxalifət partiyaları bazar ertəsi günü baş nazir Boris Conson tərəfindən parlamentə təqdim olunacaq növbədənkənar seçkilərlə bağlı təklifi rədd etməyə razılaşıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Leyboristlər Partiyası, Liberal Demokratlar, Şotlandiya Milli Partiyası və Uels Partiyası parlamentdə keçiriləcək səsvermədə təklifə qarşı çıxacaqlarını açıqlayıblar. Böyük Britaniyanın Baş Naziri Boris Conson oktyabrın 15-də İcmalar palatasına növbədənkənar seçkilər keçirmək niyyətindədir.

    Muxalifet4 - 6-09-2019

  14. Nazir prezidentin arvadını "qorxunc" adlandırdı

    Braziliyanın İqtisadiyyat naziri Paulu Qedes Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşını təhqir edib.

    “Prezident (Braziliya prezidenti Jair Bolsonaru) yalan demirdi. O, (Bricit Makron) həqiqətən qorxuludur. Bu, tamamilə həqiqətdir”, - deyə nazir bildirib.

    O əlavə edib ki, çirkin qadın olmur, yalnız uğursuz rakurs var.

    Daha sonra nazir sözlərinə görə, üzrxahlıq edib və öncədən dediklərini “zarafat” adlandırıb.

    Muxalifet4 - 6-09-2019

  15. Dinozavrların başında bədən temperaturunu tənzimləyən "kondisioner" olub - ALİMLƏRDƏN AÇIQLAMA

    T-Reks (T-Rex) adlanan tirannozavrların (dinozavr növü) başında kondisioner funksiyasını yerinə yetirən və bədən temperaturunu tənzimləyə bilən dəliklərin olduğu təsbit edilib.

    Teleqraf.com xəbər verir ki, ABŞ-ın Missuri Universitetinin elm adamları timsahların baş nahiyəsində bədən temperaturunu tənzimləyən kapilyarlarla zəngin dəliklərin bənzərinin tirannozavrların da başlarında olduğunu açıqlayıb.

    Araşdırmaçı Kent Vleyt timsahların bədən temperaturunun ekoloji şərtlərə uyğunlaşdığını bildirib.

    Muxalifet4 - 6-09-2019

  16. Azərbaycan millisi Kardiffdə Uels yığmasına minimal hesabla uduzdu - YENİLƏNİB

    Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində dördüncü oyununu keçirib.

    "Report" xəbər verir ki, səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzan yığma komanda Uels kollektivinin qonağı olub. Kardiff şəhər stadionunda baş tutan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

    Muxalifet4 - 7-09-2019

  17. Alman polisi 7 azərbaycanlı barəsində həbs qərarı seçdi

    Almaniyanın Deggendorf şəhərinin polisi Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında baş vermiş kütləvi dava nəticəsində 7 azərbaycanlının barəsində həbs qətimkan tədbiri qərarı verib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Azərbaycandan olan 27, 34, 37 və 39 yaşlı yeddi vətəndaşa qarşı polisə müqavimət ittihamı ilə həbs qərarı seçilib. Məlumata görə, digər 38 yaşlı azərbaycanlı isə İtaliyaya deportasiya olunması üçün hazırda həbsdədir. Qeyd edilir ki, azərbaycanlılarla yanaşı 28 yaşlı bir nigeriyalı da həbs edilib.

    Muxalifet4 - 7-09-2019

  18. Zelenski 3 müşavirini vəzifədən azad etdi

    Ukrayna Prezidenti Vladimir Zelenski ştatdankənar üç müşaviri vəzifəsindən azad edib.

    “Report” un məlumatına görə, bu barədə RİA “Novosti" məlumat yayıb.

    Qeyd olunub ki, baş nazirin rəqəmsal transformasiya üzrə müavini Mixail Fedorov, gənclər, mədəniyyət və idman naziri Vladimir Borodyanski və müdafiə naziri Andrey Zaqorodnyuk ixtisara düşüblər.

    İşdən çıxarılan müşavirlər yeni yaradılmış Nazirlər Kabinetinin tərkibinə daxil ediliblər.

    Muxalifet4 - 7-09-2019

  19. 119 nəfərlik siyasi məhbus siyahısı haqda fikirayrılığı - Səidə Qocamanlı: “Bununla hakimiyyətə təsir etmək olmayacaq”

    AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir sentyabrın 5-də Azərbaycana gəlib. Məruzəçi gələr-gəlməz siyasi məhbus siyahıları ilə bağlı ciddi rəqabət yaşanır. Bəzi hüquq müdafiə təşkilatları sanki siyahıdakı məhbusların sayını artırmaq üçün bir-birilə yarışırlar. İlk olaraq, avqustun 31-də “Azərbaycan Siyasi Məhbuslara Azadlıq” İttifaqı 117 nəfərin adı olan siyahı açıqladı. Bunu ardınca isə Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup 119 məhbusun adını açıqladı.

    Muxalifet4 - 7-09-2019

  20. Şəmkirdə DƏHŞƏTLİ QƏZA: ölən və yaralananların kimliyi məlum oldu - SİYAHI / YENİLƏNDİ

    Gecə Şəmkirdə avtobus qəzasında xəsarət alan şəxlərin kimliyi məlum olub.

    Muxalifet4 - 7-09-2019

Pages