Axtarış
The search found 105785 results in 0.027 seconds.
Search results
İrandan nüvə silahı ilə bağlı YENİ ADDIM: bu gündən etibarən...
İran Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsindəki öhdəliklərini 3-cü dəfə azaldıb. Muxalifet.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi danışıb. Qərara əsasən, İran bu gündən etibarən razılaşma çərçivəsindəki nüvə silahlarını araşdırma və inkişafı ilə bağlı öhdəliklərini dayandırır. “ParsToday”in xəbərinə görə, İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqı Xarici Əlaqələr Komitəsinin sədri Federika Moqheriniyə məktub yollayaraq yenilikdən xəbərdar edib.
Muxalifet - 6-09-2019
Nazir Əzimovu rəis TƏYİN ETDİ
Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Xalid Əzimov Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki Müfəttişlik şöbəsinin rəisi təyin edilib.
Xəbəri Unikal.org-a Baş Dövlət Yol Polisi İdarəsindən təsdiqləyiblər.
Muxalifet - 6-09-2019
“Biz heç bir dairəyə Azərbaycanın daxili işlərinə qarışmağa imkan vermirik” – Hikmət Hacıyev
“Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşündə deyib.
O, rəsmi Bakının xarici siyasəti, turizm, nəqliyyat, ticarət sahəsində yürütdüyü siyasətlə bağlı gənclərin suallarını cavablandırıb.
Muxalifet - 6-09-2019
“UŞAQLARINIZI QORUYUN, CİNAYƏTKAR MANUKYANDAN UZAQ DURUN...” - Paşinyanın Amerikadakı tərəfdaşı pedofil çıxdı
ABŞ-ın Kaliforniya ştatında yaşayan erməni hüquq-müdafiəçisi, jurnalist-araşdırmaçı və “Ermənistan siyasi forumu” (PFA) analitik mərkəzinin üzvü, nəhayət baş nazir Nikol Paşinyanın inqilabçı tərəfdaşı Ara Manukyan pedofiliyada ittiham olunur. Virtualaz.org xəbər verir ki, bu haqda Kaliforniya məhkəməsinin sənədlərinə əsasən Raffi Şişoyan adlı erməni sosial şəbəkə istifadəçisi yazıb.
Muxalifet - 6-09-2019
İmtahanlarda üzrlü səbəbdən iştirak edə bilməyənlərə ŞAD XƏBƏR
Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək.
DİM-dən bildirilib ki, buraxılış imtahanları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.
İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 668, II mərhələsi üzrə 443, XI sinif üzrə 120 şagirdin iştirakı gözlənilir. Bundan əlavə Azərbaycan dilindən fərqli bölmə üzrə təhsil alan 58 şagird Azərbaycan dili imtahanı verəcək.
Muxalifet - 6-09-2019
Afaq Aslan bunu İLK DƏFƏ ETİRAF ETDİ: "Ölkənin ən tanınmış iş adamlarından biri ilə..." - VİDEO
Müğənni Afaq Aslanla Teleqraf.com-a müsahibə verib. O, müsahibədə həyatı ilə bağlı ona ünvanlanmış sualları cavablandırıb. Afaq Aslan müsahibədə keçmiş eviliyindən danışıb və ölkənin ən tanınmış iş adamlarından biri ilə evlilik həyatı yaşadığını etiraf edib. Muxalifet.az həmin videomüsahibəni təqdim edir:
Muxalifet - 6-09-2019
2050-ci il üçün qurulan planlar... - “Bu hədəflər fantastikadır”
“Ermənistanın baş naziri Nikol Paşinyanın açıqladığı hədəflər mövcud reallığa baxanda fantastikadan başqa bir şey deyil”.
Muxalifet.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a iqtisadçı ekspert Akif Nəsirli Nikol Paşinyanın açıqladığı “Ermənistan 2050 – İnkişaf Strategiyası” adlı sənədi şərh edərkən deyib.
Muxalifet - 6-09-2019
74 yaşlı qadının əkiz uşaqları oldu - DÜNYA REKORDU/VİDEO
Hindistanının Andxra-Pradeş ştatında EKM (ekstrakorporal mayalanma) üsulu ilə hamilə qalan 74 yaşlı qadın əkiz qızları olub.
Muxalifet.az xəbər verir ki, bu haqda “Hindustan Times” qəzeti yazıb.
Xəstəxananın direktoru uşaqların qeysəriyyə əməliyyatının köməyi ilə götürüldüyünü bildirib.
“Əməliyyat yaxşı keçdi. Ana və körpələr sağlamdır. Ancaq ana son bir neçə saatlıq stressdən çıxması üçün intensiv terapiya bölməsinə göndərilib”, - həkim deyib.
Manqayamma uşaqları üçün südü donor bankından alacaq.Muxalifet - 6-09-2019
Ayının parçaladığı inəklərin – Videosu
Xəbər verdiyimiz kimi, Qubanın Küsnətqazma kəndində ayı hücum edərək 6 baş inəyi parçalayıb.
Sakinlər “Yeni Sabah”a bildirib ki, 2 aydan artıqqdır ayılar sahibsiz mal-qaraya hücum edir, təsərrüfata ziyan vurur. Bu günə qədər ümumilikdə 8 iribuynuzlu heyvana hücum edən ayılar onların 6-nı öldürüb. İki inək yaralanıb.
Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edən sakinlər problemin həll olunmasını xahiş ediblər:
Muxalifet - 6-09-2019
Eldar Əzizov iş adamları və sakinlərə SƏSLƏNDİ
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda fəaliyyət göstərən iş adamlarına və sakinlərə müraciət edib.
Muxalifet.az-ın xəbərinə görə, müraciətdə deyilir:
"Sürətlə inkişaf edərək dünyanın ən müasir şəhərlərindən birinə çevrilən Bakı şəhərinin daha da gözəlləşməsi məqsədilə paytaxtda yeni yaşıl guşələrin yaradılması və onların qorunması işlərinə start verilib.
Muxalifet - 6-09-2019
Xüsusi təyinatlılar silahlı bandanı belə zərərsizləşdirir - MƏŞHUR “VOR ZAKON”UN... - VİDEO
Ukraynanın Dnepropetrovsk vilayətində “KORD” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri adam oğurlayıb əvəzində pul tələb edən silahlı bandanın üzvlərini həbs edib.
Vilayət polisinin yaydığı məlumata görə qruplaşmanın tərkibinə 20-30 yaşında gənclər daxil olub. Bandanı təşkil edən isə məşhur “vor zakon”dur, amma onun adı açıqlanmır. Hərçənd həbsxanadan çıxandan sonra Türkiyədə yaşadığı bildirilir. Həmin “vor zakon”un nəzarəti altında Ukraynada və qonşu ölkələrdə bir neçə qruplaşma fəaliyyət göstərir.
Muxalifet - 6-09-2019
“Siyavuş Novruzov Allahlıq iddiasına düşüb” - QALMAQAL
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Azərbaycan” qəzetində başsağlığının pulla dərc olunması barədə danışarkən maraqlı fikir səsləndirmişdi. “Başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur. Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əmək haqqını başsağlığı ilə verirsənsə, onda vay o jurnalistin halına!”, - deyə Siyavuş Novruzov bildirmişdi.
Muxalifet - 6-09-2019
Ağsudakı DƏHŞƏTLİ QƏTLİN ŞOK TƏFƏRRÜATI: sevgilisi ilə tutulubmuş
Ağsuda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən 19 yaşlı Xumar Zahidova kənd sakini olan sevgilisi ilə bir yerdə tutulub.
İddia olunur ki, Nəriman Zahidov dəfələrlə gəlinləri X.Zahidovanın başqası ilə olan münasibətindən şübhələnib. Xəbərdarlıqlara baxmayaraq, X.Zahidova sevgilisi ilə görüşməyə davam edib. Bu gün isə sevgilisi ilə tutularaq qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 6-09-2019
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ BAŞ VERDİ
Cəlilabadda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, 3 ballıq zəlzələ yerli vaxtla saat 10:41:04-də Cəlilabad stansiyasından 16 km cənubda Cəlilabad rayonunda qeydə alınıb.
Dərinliyi 21 kilometr olan yeraltı təkan hiss olunmayıb.Muxalifet - 6-09-2019
“Bu məntiqlə Ermənistan 20-30 ildən sonra yox olmalıdır” - POLİTOLOQ
“Qarabağ münaqişəsi “üç nəslin qarşıdurmasının tipik bir hadisəsidir. Yəni baş vermiş döyüşlərin şiddətinin və qurbanların itkisi ilə bağlı ağrının gərginliyinin aradan qalxması üçün ən azı üç nəsil dəyişməlidir”.
Bu açıqlamanı Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin müşaviri, Sergey Stankeviç edib.
O, həmçinin iddia edib ki, Rusiya və Türkiyə əlaqələrinin dərinləşməsi sonda Ankaranın NATO-dan çıxması ilə nəticələnə bilər.Muxalifet - 6-09-2019
Siyavuş Novruzov: "Azərbaycanda pensiyaçıların sayı həddindən artıq çoxdur" - VİDEO
Sual vaxtı YouTube proqramında İlkin Həsənovun qonağı Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov olub. Milət vəkili Azərbaycanda sosial vəziyyəti, qiymət artımı, əmək haqqlarının və pensiyaların artımı mövzularında danışıb.
Muxalifet - 6-09-2019
Qazlaşdırılmamış kəndlərə odun veriləcək Nazirlik
Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzləri (RMTM) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və soyuqların düşməsinə qədər həmin kəndlərin əhalisinin odunla təmin olunmasını bitirmək istəyir.
Nazir müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bunun üçün kifayət qədər odun ehtiyatı var.
Muxalifet - 6-09-2019
“Konfet yedik, kişi söhbəti elədik…” – Bəxtiyar Sadıqov Siyavuş Novruzova zəng vurub
Miilli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovla deputat həmkarı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov arasındakı mübahisəyə nöqtə qoyulub. Bu barədə məlumatı Musavat.com S.Novruzovun özü ilə dəqiqləşdirib. Xatırladaq ki, mübahisə “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklərlə əlaqədar yaranmışdı. YAP-çı komitə sədri “Azərbaycan” qəzetində başsağlığının pulla dərc edilməsinə etirazını bildirmişdi.
Muxalifet - 6-09-2019
Dünya çempionuna ərə gedən müğənni boşandı "Yarınızı düzgün seçin"
Azərbaycanlı müğənni Dəniz Firudinli 2-ci həyat yoldaşı, dünya çempionu Samir Kazımovdan ayrılıb. Muxalifet.az Lent.az -a istinadən xəbər verir ki, hər iki tərəf sosial şəbəkədə birlikdə olduqları şəkilləri siliblər. Cütlük boşanmalarını mediadan gizli saxlamaq istəsə də, onların bu istəkləri baş tutmayıb. Müğənni boşanma xəbərini təkzib etdi: "Yox, boşanmamışıq. Bunu kim çıxarıb? Mənim daşım ağırdır, düşüb bəzilərinin başına. Həyat yoldaşım dindardır, namaz qılır. Bir-birimizdən xahiş etdik ki, şəkillərimizi silək. İnsan insanı sosial şəbəkədə izləməyəndə boşanır?
Muxalifet - 6-09-2019
İranlılar niyə Azərbaycan manatı yığır? - SƏBƏB
Azərbaycan manatı İranda insanların əsas yığım vasitələrindən birinə çevrilib. İran əhalisi yastıq altında milli valyuta və dollardan çox, manat yığmağa üstünlük verir. Manata maraq getdikcə artır. Hazırda İranda manat orada azad dövriyyədədir və ən populyar yığım valyutasıdır. İran yeganə ölkədir ki, Azərbaycan vətəndaşları oraya dollar deyil, manatla gedir və asanlıqla dəyişib ticarət əməliyyatları yerinə yetirə bilirlər. Bunun bir səbəbi də İrana gedən azərbaycanlıların sayının həddindən artıq çox olmasıdır.
Muxalifet - 6-09-2019