Axtarış

The search found 105785 results in 0.05 seconds.

Search results

  1. “Kəşmir məsələsindəki dəstəyə görə Azərbaycana minnətdarıq” – Pakistanlı nazir

    “Cəmmu və Kəşmir problemi Pakistan üçün çox ciddi məsələdir”.

    Bunu “Report”a Pakistanın Xayber Paxtunxva əyalətinin informasiya naziri Şəfqət Əli Yusifzai bildirib.

    “Bu gün kəşmirlilərin hüquq və azadlıqları ilə bağlı məsələ beynəlxalq səviyyədə müzakirə olunur. Bu, Pakistan üçün çox ciddi məsələdir. Belə ki, uzun illər ərzində ilk dəfədir bu məsələ BMT çərçivəsində müzakirə olunub. Həmçinin bu məsələdə bizə göstərdikləri dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildirmək istərdik”, – nazir deyib.

    Muxalifet - 5-09-2019

  2. Vəhabi ata qızını 8 dəfə ərə verdi: Qadın çıxış yolunu GÖRÜN NƏDƏ TAPDI – QƏRİBƏ OLAY

    8 dəfə ərə gedən qadın yerli imama müraciət edib. Hadisə Qazaxıstanın Aktoba şəhərində baş verib. O, məscidlərdə nikah yaşının artırılması ilə bağlı məsələnin müzakirəsini istəyib. Məlumata görə, qadını hər dəfə ərə getməyə vəhabi olan atası vadar edib. Rabiyə adlı qadın bildirib ki, o, sevgi ilə yox, atasının təkidi ilə ərə gedib: “O, namaz qılırdı, ancaq onu sətri mənada anlayırdı”. Qadın bildirib ki, həddi- buluğa çatdığını göstərən əlamətlər oraya çıxan kimi atası onu ərə verib: “Hamıya göstərmək istəyirdi ki, dinin qaydalarını yerinə yetirir”.

    Muxalifet - 5-09-2019

  3. Başıbağlı gəlin namizəd hicabını açıb, bikinili şəklini yaydı - FOTO

    İzdivac verilişindən sonra məşhurlaşan Hanife Gürdal yenidən gündəmə gəlib. Muxalifet.az milli.az-a istinadla xəbər verir ki, hicablı gəlin namizəd başını açıb, hovuzda fotosessiya etdirib. O, istirahət üçün İzmir şəhərinə yollanıb. Hanife istirahət zamanı çəkilən fotolarını Instagram hesabına yükləyib. Onu bu hərəkətinə görə qınayanlar da olub, dəstəkləyənlər də.

    Muxalifet - 5-09-2019

  4. Putin 95 yaşına qədər prezident olmaq məsələsi haqda

    Rusiya prezidenti Vladimir Putin Malayziyada dövlət başçısı olmaq üçün maksimal yaş həddinin 95 olduğunu eşidəndə buna zarafatla cavab verib.

    Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Vladivostokda keçirilən Şərq iqtisadi forumu zamanı Malayziyanın baş naziri Mahathir Məhəmməd onun ölkəsində dövlət başçısı olmağın son yaş həddinin artırıldığını və 95-ə çatdırıldığını deyib.

    Muxalifet - 5-09-2019

  5. Nazir xəstə olan xalq şairini kabinetinə gətirtdi - TƏNQİD OLUNDU - FOTOLAR

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub “Xalq şairi” fəxri adlarına layiq görülüb.

    Parkinson xəstəliyindən əziyyət çəkən, Musa Yaqub fəxri adın nişanını və vəsiqəsini almaq üçün Mədəniyyət Nazirliyinə dəvət olunub.

    Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Xalq şairinə fəxri adın nişanını və vəsiqəsini təqdim edib.

    Muxalifet - 5-09-2019

  6. “Sarı Market”də vaxtı keçmiş məhsullar satılır? - FOTOLAR

    Vətəndaşlar “Sarı Market” marketlər şəbəkəsində vaxtı bitmiş məhsulların satıldığını iddia edirlər. Muxalifet.az xəbər verir ki, bu haqda sosial şəbəkə istifadəçiləri məlumat paylaşıb. Biləcəridə “Məmmədoğlular” servislə üzbəüz yerləşən “Sarı Market”dən holland pendiri və uşaq üçün qerkules alan istehlakçı onların vaxtının keçdiyini bildirir. Alıcı şikayət üçün marketə üz tutsa da, səlahiyyətli şəxslər “bir azca kiflənib” deyərək onu yola salıb. Alıcıların sözlərinə görə, marketdə vaxtı bitmiş məhsulların tarixi dəyişdirilir./Yeni Sabah

    Muxalifet - 5-09-2019

  7. “RUS DİLİNDƏ TƏHSİL NİYƏ STİMULLAŞDIRILIR, KİMƏ LAZIMDIR?…” – “Rus kanalları başdan-ayağa təbliğat vasitəsidir”

    “Xarici kanallara baxan vətəndaş üçün öz ölkəsinin həyatı tədricən maraqsızlaşacaq, o təsirə düşəcək” AzPolitika.info” Azadlıq Radiosunun Bakı bürosunun sabiq direktoru, media eksperti Zeynal Məmmədli ilə jurnalistika, televiziyalarımızdakı durum, xarici informasiya axını, bunun mümkün təsirləri və təhlükəsi mövzusunda söhbətləşib. Müsahibəni təqdim edirik: - Zeynal müəllim, neçə müddətdir ki, KİV-lərdə çıxışlarınıza rast gəlinmir. Fəal ictimai fəaliyyətdən çəkilmisinizmi? – Mən media ilə bağlı layihələr hazırlamaq və məsləhət xidməti ilə məşğulam.

    Muxalifet - 5-09-2019

  8. TƏHSİL NAZİRLİYİ AŞKAR SAXTAKARLIQ FAKTINA GÖZ YUMUR – Müəllimlər direktor haqda şikayətlərinin obyektiv araşdırılmadığını deyirlər / FOTOFAKT

    Cəlilabad rayon, Göytəpə şəhər, V. Mürsəlov adına 1 nömrəli tam orta məktəbinin müəllimləri - Hüseynov Murad Əli oğlu və İbayev Fuad Ələkbər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Təhsil naziri cənab Ceyhun Bayramova, eləcə də Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin rəisi Kənan Quliyevə və Təhsil Nazirliyinin Ümum Təhsil şöbəsinin rəisi Əhliyyət Adgözəlova müraciət edən şikaətçilərin məktubunu olduğu kimi dərc edirik: “Hörmətli cənablar! Təkrar olaraq sizə bildiririk ki, Cəlilabad rayon Göytəpə şəhər V.

    Muxalifet4 - 5-09-2019

  9. Azərbaycanın ən bahalı həkimləri - Qəbulu 100-200 AZN – ADLAR

    Azərbaycanda peşəsinin həqiqi mənada haqqını verən həkimlər az da olsa, var. Lakin bu həkimlər getdikcə əlçatmaz olur; ərzaq, geyim və digər sahələrdə olduğu kimi həkim qəbulu qiymətləri də artır. Məşhurlaşan, insanların rəğbətini qazanan həkimlərin qəbulu isə bu artım tendensiyasında daha qabarıq görünür. Belə ki, ötən il 50-60 manata olan həkimlər bu il 80-90-100 manata, 80 manata olanlar isə 120 və daha yuxarı qiymətlər elan edib. BakuPost.az Bakıda qəbul qiyməti yüksək olması ilə fərqlənən həkimlərin siyahısını tərtib edib.

    Muxalifet - 5-09-2019

  10. ELMAN RÜSTƏMOVUN ŞİRKƏTİ NİYƏ ZƏRƏR EDİB? – Müəmmalı hesabat, direktor dəyişikliyi və GMO ittihamları

    Azərbaycanın tanınmış broyler şirkətlərindən biri olan “Səba” həm də ətrafında çoxlu neqativ məlumatlar dolaşan, qalmaqallı biznes strukturu kimi tanınıb. Mətbuatın uzun illərdir Mərkəzi Bankın sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim etdiyi “Səba”nın bu ilin əvvəlində geni modifikasiya olunmuş (GMO) yemdən istifadə etdiyinə dair məlumatlar yayılmışdı. Şirkətin buna toyuqların ucuz başa gəlməsi və daha çox qazanc əldə etməsi üçün əl atdığı qeyd olunurdu.

    Muxalifet - 5-09-2019

  11. Bakıda kişi arvadı ilə baldızını niyə doğradı? - DƏHŞƏTLİ CİNAYƏTİN ŞOK TƏFƏRRÜATI

    Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda həyat yoldaşı və baldızını bıçaqlayan 1981-ci il təvəllüdlü Samiq Quliyev tutulub.
    Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Biləcəridə 2 qadına çoxsaylı zərbələr endirən şəxs tutularaq istintaqa təhvil verilib.

    Muxalifet - 5-09-2019

  12. Paşinyan: "Rusiyanın bizə şübhə etmək hüququ varsa..."

    “Pervıy Armyanskiy informasionnıy” portalında Sarkis Arsruninin “Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib” sərlövhəli məqaləsi dərc edilib. Müəllif əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanın “Nuvel de Armeni” nəşrinə müsahibəsindən bir sitat gətirir. Paşinyan həmin müsahibədə belə mülahizə yürüdür ki, Yerevan Rusiya ilə münasibətlərdə çoxəsrlik komplekslərdən yaxa qurtarmalı və özünü bərabər tərəfdaş kimi göstərməlidir.

    Muxalifet - 5-09-2019

  13. Sərhəddə yaralanan əsgərimizdən XƏBƏR VAR

    Ötən ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəsin pozulması nəticəsində güllə yarası alan 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlunun müalicəsi davam edir.

    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Babayev Həsənin özü məlumat verib. Onun sözlərinə görə, ağır əməliyyat olunmasına baxmayaraq, hər şey uğurlu keçib və müalicəsi uğurla davam etdirilir:

    Muxalifet - 5-09-2019

  14. Deputatların toxunulmazlığı ləğv olunsa...– “Qorxulu tendensiyadır”

    “Deputatların toxunulmazlıq hüququnun ləğvini doğru addım saymıram”. 

    Bu sözləri “Yeni Sabah”a keçmiş deputat Nazim Bəydəmirli bildirib.

    Ukrayna parlamenti 2020-ci il yanvarın 1-dən deputatların toxunulmazlıq hüququnu ləğv edən qanun layihəsini son oxunuşda qəbul edib.

    Yeni qanun millət vəkillərinin parlamentin razılığı olmadan saxlanılmasını, həbs olunmasını, cinayət məsuliyyətinə cəlb edilməsini qadağan edən müddəanın Konstutisiyadan çıxarılmasını nəzərdə tutur.

    Muxalifet - 5-09-2019

  15. “DONALDA TƏKLİF ELƏDİM, RAZILAŞMADI...” - Putin ABŞ-a hipersəs sürətli raket satmaq istədiyini açıqladı

    Rusiya prezidenti Vladimir Putin bu gün Vladivostokda Şərq iqtisadi forumu zamanı ABŞ-ın dünya hegemonluğunun “doğrudan da başa çatdığını” bildirib. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Putin Hindistan və Çin olmadan dünya problemlərini həll etməyin mümkünsüzlüyünü deyib. Habelə bildirib ki, ABŞ-a Rusiyanın yeni hipersəs sürətli silahlarını satmağı təklif etmişdi. Putinin sözlərinə görə, Osakada G20 sammiti zamanı o ABŞ prezidenti Donald Trampa Rusiyanın hipersəs sürətli zərbə komplekslərini almağı təklif edib.

    Muxalifet4 - 5-09-2019

  16. Mənzillərin çıxarışları yaxın günlərdə jurnalistlərə veriləcək - Komitə

    Jurnalistlər üçün inşa edilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar yaxın günlərdə media nümayəndələrinə təqdim ediləcək.
    Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

    Muxalifet - 5-09-2019

  17. 2 azyaşlı övladını evdə tək qoyub sevgilisi ilə görüşə getdi - 9 gün ərzində olanlar SİZİ ŞOKA SALACAQ

    Ukraynanın paytaxtı Kiyevdə qandonduran hadisə baş verib. Vladislava Troximçuk adlı 23 yaşlı qadın iki azyaşlı övladını ölümə tərk edib. Belə ki, Vladislava sevgilisi ilə əylənmək üçün 1 yaşlı oğlu və 3 yaşlı qızını evdə tək qoyub. Oğlan 9 gün boyunca ac və susuz qaldığı üçün ölüb, qız isə ölmək üzrəykən tapılıb. Uşaqlar qonşular tərəfindən aşkar edilib. Aparılan araşdırma zamanı məlum olub ki, uşaqlar öz nəcislərini və divar kağızlarını yeməyə çalışıblar. İstintaq tədbirləri nəticəsində saxlanılan “ana” məhkəmədə nə peşmanlığını dilə gətirib, nə də müdafiəsi üçün hər hansı bir söz deyib.

    Muxalifet - 5-09-2019

  18. Afət Fərmanqızından SEVGİ Etirafı: "Hacı ürəkdi, Hacı Qaşdı, Hacı..." - VİDEO

    "Mənim ömür- gün yoldaşım Haci! Nə qədər ki, əlin çiynimdədir,mən çox güclüyəm!"- deyən tanınmış müğənni Afət Fərmanqızı yeni paylaşımı ilə gündəm yaradıb. Belə ki, mügənni ona iftira atan şəxsi agzı əyri, gözü çaş adlandıraraq şəxsi instaqram hesabında maraqlı açıqlama edib: "Ey ağzı əyri, gözü çaş məxluq! Sənin guya mənə canın yanır? Nəsiminnin qəzəli vaxtında sən mənə qarşı olmazın iftiralar atdın. Sən mənə o vaxtdan düşmənsan.

    Muxalifet - 5-09-2019

  19. Həbsdə olan Qarabağ əlili dövlətdən sığorta pulunu ala bilmir – PREZİDENTƏ MÜRACİƏT

    Qarabağ müharibəsi veteranı, I qrup əlil, Qaradağ rayonu, Buta qəsəbəsi, 8 saylı cəzaçəkmə müəssisəsində çəza çəkən Ağayev Teymur İmran oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi ona verilməli olan sığorta məbləğinin əsassız olaraq ödənilməməsindən narzıdır. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən T.Ağayev yazır:
    “Cənab Ali Baş Komandan!
    Sizə bir Qarabağ Müharibəsi veteranı, 1-ci qrup əlil kimi müraciət edirəm.

    Muxalifet4 - 5-09-2019

  20. Baş nazirin müavini Əli Həsənova AĞIR İTKİ

    Baş nazirin müavini Əli Həsənova ağır itki üz verib.

    Ə.Həsənovun qardaşı oğlu Həsənov Kamal Fazil oğlu gənc yaşında dünyasını dəyişib.

    Allah rəhmət eləsin./unikal.org

    Muxalifet - 5-09-2019

Pages