Axtarış
The search found 105785 results in 0.031 seconds.
Search results
Türkiyəyə qarşı XAİN PLAN: YPG içində erməni taburu quruldu!
Saxta erməni soyqırımının il dönümü kimi qəbul edilən 24 apreldə, Suriyanın Rojava bölgəsində terrorçu PKK/YPG-yə bağlı bir erməni taburunun qurulduğunu elan etdiyi artıq məlumdu.
Terror təşkilatının damı altında bir araya gələn erməni terror təşkilatı yaraqlılarının hamısının 1915-ci ildə sürgün edilmiş ailələrin qohumlarından ibarət olduğu iddia edildi.
Türkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Muxalifet - 5-09-2019
“Belə özbaşınalıq, biabırçılıq olmaz!” – Qazilər nazirliyin və Oqtay Şirəliyevin evinin qarşısında etiraz aksiyası keçirəcəklər
Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində (Eksprementalnı) 4 aya yaxındır ki, angioqrafiya və digər bu tipli aparatlar işləmədiyinə görə xəstələrimiz - Qarabağ əlillərinin, şəhid ailələrinin, veteranların əməliyyat üçün müraciətimiz cavabsız qalır və bu da ürək və digər damar əməliyyatlarının keçirilməsini mümkünsüz edir.
Bununla bağlı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Qaziler.az-a deyib.Muxalifet - 5-09-2019
Mariya Stadnik Məhəmməd Əmin Rəsulzadədən yazdı - FOTO
Ukrayna əsilli azərbaycanlı dünya şöhrətli sərbəst güləşçi, Dünya və Avropa çempionu Mariya Stadnik Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadə barəsində paylaşım edib.
Mariya Stadnik Məhəmməd Əmin Rəsulzadədən yazdı - FOTO
“Ölkə.Az” xəbər verir ki, o, Rəsulzadənin fotosunu paylaşaraq “Allah rəhmət eləsin” yazıb.
Qeyd edək ki, Stadnikin daha öncə azərbaycanlı hərbçi, polkovnik-leytenant Ramil Səfərov haqqında paylaşımı böyük rəğbət toplamışdı.Muxalifet - 5-09-2019
Polis “Hacı Ramin”i axtarır - Dələduz imiş
Bakı Şəhər Baş Polis İdarəsi ötən gün “Qafqazinfo”da yayımlanan “Bakıda sahibkarı belə aldatdılar” başlıqlı yazı ilə bağlı açıqlama yayıb.
"Qafqazinfo" xəbər verir ki, vətəndaşın şikayətinə polisin etinasız yanaşması ilə bağlı araşdırma aparılıb.
Muxalifet - 5-09-2019
Yeltsinin keçmiş müşaviri: "Qarabağ məsələsini həll etmək üçün üç nəsil dəyişməlidir"
“Qarabağ münaqişəsi “üç nəslin qarşıdurmasının tipik bir hadisəsidir”. Yəni baş vermiş döyüşlərin şiddətinin və qurbanların itkisi ilə bağlı ağrının gərginliyinin aradan qalxması üçün ən azı üç nəsil dəyişməlidir”.
Bunu Rusiyanın keçmiş prezident Boris Yeltsinin müşaviri, tarixçi və siyasətçi Sergey Stankeviç deyib.
Stankeviç bildirib ki, zamanla müzakirələrin emosionallığı azalmalıdır, ancaq nəsil dəyişikliyindən sonra da tərəflər barışıq formulunu tapmalı olacaqlar.Muxalifet - 5-09-2019
“Çöhrəqanlı bizi Ermənistan səfirliyinə getməklə hədələdi“ – Sabir Rüstəmxanlı
“Çöhrəqanlı bizi Ermənistan səfirliyinə gedəcəyi ilə hədələdi”. “AzPolitika” xəbər verir ki, bu fikirlər Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq nazir və keçmiş millət vəkili Sabir Rüstəmxanlının sosial şəbəkədə paylaşdığı statusda yer alıb. Həmin statusu olduğu kimi oxuculara təqdim edirik: “Bunu yazmaq istəməzdim… Köhnə dostum Mahmudəli Çöhrəqanlı Qurban Məmmədovun proqramında məni Heydərizmə işləməkdə və müxalifətçilikdən uzaqlaşmaqda ittiham etdi.
Muxalifet - 5-09-2019
Erməni generalın oğlu silahlı insident törətdi - FOTO
Ermənistanda atışma olub.
"Report" xəbər verir ki, hadisə Armavir vilayətində qeydə alınıb.
Belə ki, sürücülər - 30 yaşlı Ara Qriqoryan və 26 yaşlı X. Koryun arasında yaranmış mübahisə silahlı insidentlə nəticələnib. Mübahisə zamanı Ara Qriqoryan tapança ilə X. Koryuna atəş açıb. Lakin sonuncu güllədən yayına bilib. Bundan sonra A.Qriqoryan şəxsi avtomobili ilə ərazidən uzaqlaşıb.
Muxalifet - 5-09-2019
Məşhur Çeçen avtoritet Şeyx Həmzətə SİLAHLI HÜCUM - ŞOK VİDEO
Aparılan əməliyyatın görüntüləri sosial mediada yayımlanıb Çeçen əsilli kriminal avtoritet Şeyx Həmzətə silahlı hücum edilib. Muxalifet.az AzNews.az-a istuinadən xəbər verir ki, avtoritet sui-qəsd cəhdinə baxmayaraq, xəsarət almayıb. Hadisə Almaniyanın paytaxtı Berlinin Moabit rayonunda baş verib.Silahlı hücumun qarşısı polis tərəfindən alınıb. Aparılan əməliyyatın görüntüləri sosial mediada yayımlanıb.
Muxalifet - 6-09-2019
Məşhur astroloq Putin-Zelenski görüşü üçün ideal tarix açıqladı
Ukraynalı astroloq Vlad Ross Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü üçün ideal tarixi açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, onun fikrincə, iki Vladimir üçün ideal tarix 14 sentyabrdır. “Bu dövr 3 oktyabradək davam edə bilər. Görüş üçün ideal tarix isə 14 sentyabrdır”, - deyə Ross bildirib. Astroloqun fikrincə, məhz həmin tarixdə Merkuri və Venera Tərəzi bürcü altında birləşəcək ki, bu da yeni əlaqələr üçün ən məhsuldar dövrdür.
Muxalifet4 - 6-09-2019
İnsan ətindən sabun və keks hazırladı - QANDONDURAN CİNAYƏT / FOTO
Tarixdə bir çox məşhur seriya qatili öz amansız üsulları ilə psixopatiyanın "kitabını yazıb". Baş vermiş bu gerçək olay da eşidənlərin qanını dondurur. İtaliyalı qadın Leonarda Çiançulli Hitler psixopatiyasını və pisliyini ürəyində bəsləyib böyüdən bir seriya qatili idi. Belə ki, o, qurbanlarının sümüklərindən sabun hazırlayır, ətindən keks bişirirdi.
Muxalifet.az teleqraf.com-a istinadən bildirir ki, Leonarda Çiançulli 1893-cü ildə İtaliyanın Montella şəhərində doğulub.
Muxalifet4 - 6-09-2019
Dunay çayı üzərində körpünün inşa edilməsinə 363 milyon avro ayrıldı
Avropanın regional inkişaf fondu Rumıniyanın cənub-şərqində Braila şəhərində Dunay çayının üzərində körpünün inşası üçün 363,3 milyon avro ayırıb. Muxalifet.az azərtac-a istinadən bildirir ki, layihənin əsas məqsədi regionda həyat keyfiyyətini yaxşılaşdırmaq, Moldova və Ukrayna ilə əlaqələri inkişaf etdirməkdən ibarətdir. Yeni körpü TransAvropa nəqliyyat şəbəkəsinin bir hissəsi olaraq, Rumıniyanın şimalı ilə Dunay deltasını və ölkənin cənubunda Konstanta limanları arasında əlaqəni yaxşılaşdıracaq. Layihənin 2023-cü ildə bitirilməsi gözlənilir.
Muxalifet4 - 6-09-2019
ABŞ nüvə müharibəsinə hazırlaşır - TƏHLÜKƏLİ HƏMLƏ
ABŞ təlimlərdə iştirak etmək üçün Böyük Britaniyaya “Boeing B-52” strateji bombardmançısını göndərib. Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Avropada və Afrikadakı silahlı qüvvələrinin komandanlığının saytında bildirilir. Bombardmançı “Ample Strike 19”, “Cobra Warrior” və “NATO Günləri" təlimlərində iştirak edəcək. Avqustun sonunda isə Birləşmiş Ştatlar Böyük Britaniyaya iki strateji bombardmançı - gözəgörünməz “B-2 Spirit” göndərmişdi. Qeyd edək ki, “B-52”lər 1952-1962-ci illərdə strateji bombardmançı kimi istehsal edilirdi.
Muxalifet - 6-09-2019
“Ermənistan Naxçıvanla sərhəddə təxribatını genişləndirsə, TURKİYƏDƏN ZƏRBƏ ALACAQ”
Bakı-Ankara hərbi əməkdaşlığı İrəvanı qorxuya salıb; ermənilər indi də Azərbaycan və Gürcüstanı üz-üzə qoymağa çalışır; Qazax əməliyyatı ilə bağlı erməni yalanı; politoloq: “Ermənistanda başa düşürlər ki, Azərbaycan bununla kifayətlənməyəcək” Türkiyə və Azərbaycanın birgə hərbi təlimlər keçirməsi, Bakı və Ankara arasındakı əlaqələrin yüksələn xətlə inkişafı işğalçı Ermənistanı rəncidə edib. İrəvan özünə ən yaxın hesab etdiyi Rusiyadan bir-birinin ardınca təpkilər aldıqca və bölgədə təkləndiyini anladıqca Bakı-Ankara əməkdaşlığının nə demək olduğunu daha çox dərk edir.
Muxalifet - 6-09-2019
“Qardaşını girov saxlamışam, başını kəsərəm” – Narkomafiya
Füzuli rayonundan köçkün düşmüş bacı-qardaş narkotik vasitələrin satışı ittihamı ilə hakim qarşısına çıxarılıb. Məlum olub ki, onlar İrandan olan narko tacirlərlə cinayət əlaqəsinə giriblər. Cinayətkar qrupun yaxalanmasında Dövlət Gömrük Komitəsinin özünü alıcı kimi təqdim edən əməkdaşının rolu olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Füzulu rayon sakini 41 yaşlı Püstəxanım Mirzəyeva və qardaşı 46 yaşlı Bəşir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet - 6-09-2019
Müxalifətçi Qarabağ veteranları Paşinyanla təcili görüş keçirdi...
Ermənistanın radikal “Sasna Tsrer” ("Sasunlu çılğınlar") partiyasının sədri, Qarabağ veteranı, ermənilərin Şuşa əlahiddə batalyonunun keçmiş komandiri, polkovnik-leytenant Jirayr Sefilyan və partiya fəallarından Qaregin Çuqaşyan dünən –sentyabrın 5-də axşam saatlarında baş nazir Nikol Paşinyanla təcili görüş keçirib.
Paşinyana yaxın erməni nəşrlərinin “Sasna Tsrer”in mətbuat xidmətinə istinadla yaydığı məlumatda yalnız “görüşdə mövcud siyasi vəziyyət müzakirə edilib” cümləsi işlənib.Muxalifet - 6-09-2019
"Nokia" yeni qatlanıb açılan modelini təqdim etdi - VİDEO
"Nokia" şirkəti qatlanıb açılan "Nokia 2720 Flip" modelinin buraxılışını elan edib.
TASS xəbər verir ki, telefon Berlindəki beynəlxalq IFA elektronikası sərgisində nümayiş etdirilib.
"Nokia 2720 Flip" 2,8 düym ekrana malikdir, "WhatsApp" və "Facebook" da daxil olmaqla, müasir proqramları dəstəkləyir. Bundan başqa, ona "Google"dən səs assistenti müəyyən edilib.
Yeni modelin satışına bu ay başlanılacaq, onun qiyməti 89 avro (167 manat) təşkil edəcək.Muxalifet - 6-09-2019
Paşinyan işğaldakı Qarabağa getməkdən vaz keçdi - səbəb
Rusiya ilə münasibətləri gərginləşən işğalçı ölkə Azərbaycanla üz-üzə qalacağından ehtiyatlanır; İrəvan ikinci aprel zərbəsi almaq istəmədiyi üçün danışıqlar masası arxasına qayıtmaq istəyir; politoloq: “Bir ölkənin ki, lideri ”Qarabağ Ermənistandır" deyir, hansı danışıqlardan söhbət gedə bilər?"
Muxalifet - 6-09-2019
KİV-lərin reklam gəlirləri 3 dəfədən çox azalıb
Son 4 il ərzində Azərbaycanda kütləvi informasiya vasitələrində yayımlanan reklamdan gələn gəlirlərin həcmi 3 dəfədən çox azalıb.
Trend-in məlumatına görə, 2015-ci ildə KİV-lərdə yayımlanan reklamlardan gələn gəlirin miqdarı 25 969 100 manat, 2016-cı ildə 10 912 400 manat, 2017-cı ildə 4 684 800 manat olub.
Ötən il KİV-lərin reklamdan əldə etdiyi gəlirin miqdarı əvvəlki ilə nisbətən artsa da, bu məbləğ 2015-ci ilə nisbətən yenə də 3 dəfədən çox az olub. 2018-ci ildə KİV-lərdə yayımlanan reklamlara görə 7 747 200 manat gəlir əldə edilib.
Muxalifet - 6-09-2019
AZƏRBAYCANDA BİABIRÇI OLAY: Ərli qadın Bakıda başqası ilə görüşdü, intim videosu...
Hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Akif Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Yasamal rayonunda yaşayan Akif Rüstəmov əvvəllər məhkumluq həyatı yaşayıb. İki uşaq atası olan Akif Samirə Babayeva (ad və soyad şərti verilib – red.) ilə sossial şəbəkələrdən birində tanış olub. Onlar virtual aləmdə olan münasibətlərini daha sonra real həyatda davam etdiriblər.İlk görüş
Muxalifet - 6-09-2019
Bakıda yük maşını "Mercedes"i sürüyüb yolun kənarına atdı - ŞOK VİDEO
Dünən axşam saatlarında Bakının Sabunçu rayonunda yük maşını ilə minik avtomobili toqquşub.
Muxalifet.az xəbər verir ki, yolun sol zolağı ilə hərəkət edən ağırtonnajlı yük maşını onu sağdan ötməyə çalışan "Mercedes"i vurub. Yük maşınının bir qədər sürüdüyü avtomobil Sabunçu dairəsinin kənarındakı səkiyə çıxaraq yolun kənarına düşüb.
Hadisədən sonra "Mercedes"in sürücüsü nəqkliyyat vasitəsini tərk edərək onu vuran yük maşınının arxasıyca qaçıb.
Yol qəzasını əks etdirən videonu təqdim edirik.Muxalifet - 6-09-2019