Axtarış
The search found 105785 results in 0.089 seconds.
Search results
Müəllimlərin işə qəbulu başlayır
Sentyabrın 10-da 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start veriləcək.
Nazirlikdən Muxalifet.az-a bildirilib ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada miq.edu.az saytı vasitəsilə həyata keçiriləcək.
Muxalifet - 6-09-2019
Düşmən yeni hərbi maşınlar aldı: “Yenə alacağıq!”
Ermənistan yeni hərbi maşınlar alıb. Moderator.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Sözügedən şəkillərin sosial şəbəkədə fotolarını yayan Ermənistanın Müdafiə Nazirliyi, hərbi maşın və texnikaların alınması prosesini ilin sonuna qədər davam etdirəcəklərini bildirib. Alınan hərbi maşınların erməni ordusunun ehtiyacına uyğun şəkildə bölüşdürüləcəyi bildirilir. Məlumat üçün qeyd edək ki, Ermənistan uzunmüddətli kreditlər hesabına Rusiyadan çoxlu sayda silah-sursat və hərbi texnika almaqdadır.
Muxalifet - 6-09-2019
"Siz xalqla oyun oynayırsız" - Baş Nazirə belə ETİRAZ ETDİ - VİDEO
Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropa İttifaqının oktyabrın 17-də keçiriləcək sammitində Brexit şərtləri barədə Brüssellə razılığa gələcəyinə əmindir:
Boris Conson bu barədə BBC muxbirinə müsahibəsində bildirib. Leedis qəsəbəsində küçədə müsahibə verərkən Boris Conson telekanalının efirində deyib ki, Avropa İttifaqının tərkibindən sazişsiz çıxmasını istəmirik, bu, baş verməyəcək. Oktyabrın 17-də keçiriləcək sammitdə saziş əldə edəcəyimə əminəm.
Muxalifet - 6-09-2019
"13-14 yaşında qız əgər 45-50 yaşında kişiyə ərə gedirsə, bu, faciədir..."
"Bir vaxtlar biz “Ağ atlı oğlan”, “Məlikməmməd” nağılı oxuyub özümüz üçün belə bir gələcək həyat yoldaşı arzulayırdıq, amma indi bütün bunların hamısı qızların 35-40 yaşında gördükləri kişilərin xəyalına keçib"
Bizim qadınlarımız 14-15 yaşında, yaxud cavan gəlinlərimiz iki uşağını evdə qoyub sosial mediada tanış olduğu adamla qoşulub qaçır. Sonra bu işin üstü açılanda qadın sorğu-suala çəkiləndə bunu qaynananın, qaynatanın boynuna atır...Muxalifet - 6-09-2019
İsgəndər Həmidov ürəyindən əməliyyat olundu - Foto
Sabiq daxili işlər naziri İsgəndər Həmidov Türkiyədə ürəyindən əməliyyat olunub. “Yeni Sabah” xəbər verir ki, bu barədə sabiq nazirin həkimi məlumat verib. Əməliyyat “Gülhanə” hərbi hospitalında baş tutub. Foto əməliyyata hazırlaşarkən çəkilib. Xatırladaq ki, Azərbaycan Xalq Hərəkatının ideya müəllifi sabiq daxili işlər naziri İsgəndər Həmidov bir müddətdir ki, Türkiyədə mualicə olunur.
Muxalifet - 6-09-2019
Azərbaycandakı qaçqın və məcburi köçkünlərin sayı açıqlandı - RƏSMİ
“Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 1,2 milyonu və ya 12,4 %-i qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır”.
Muxalifet.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşündə deyib.
Muxalifet - 6-09-2019
Hadisənin bikinisi olay oldu – Açıq-saçıq foto
Son dönəmlərdə makiyajsız fotoları ilə gündəmdə olan türk müğənni Hadisə sosial şəbəkə hesabındakı paylaşımı ilə yenidən diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, çimərlik geyimində kamera qarşısına keçən məşhur müğənni İnstaqram hesabında yeni fotosunu paylaşıb.
İnstaqramda 9.9 milyon izləyicisi olan Hadisənin fotosunu yüz minlərlə pərəstişkarı bəyənib.
Müğənni fotosunun üzərində “Yaxınlaşanda yay gəlir” qeydini yazıb.
Fotonu təqdim edirik:Muxalifet - 6-09-2019
Azərbaycan millisi Rumıniyanı məğlub etdi
Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super Finalında (European Beach Soccer League) növbəti oyununu keçirib.
Rumıniya yığması ilə qarşılaşan komanda 2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurub.
Azərbaycan millisi sabah Çexiya ilə qarşılaşacaq.//PublikaMuxalifet - 6-09-2019
Qarabağı unudaq? - “Yeltsinin müşaviri Qarabağla bağlı planı dilə gətirib”
“Fikrimcə, Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin müşaviri onların vaxtında hazırlanan planı dilə gətirib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında millət vəkili Asim Mollazadə Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin müşaviri olmuş tarixçi və siyasətçi Sergey Stankeviçin Qarabağ münaqişəsinin həllinə dair fikirlərinə münasibət bildirərkən deyib.
Muxalifet - 6-09-2019
Anarın təklifi qəbul edildi: “Nobel”ə alternativ yaradılır – 1 milyonluq mükafat
Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Marat Tajin Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüşüb.
Bu barədə BakuPost-a Birliyin mətbuat katibi Xəyal Rza məlumat verib.
Muxalifet - 6-09-2019
Bakının ən kriminal rayonları hansılardır?
Binəqədi Bakının ən kriminal rayonu sayıla bilər. Muxalifet.az "oxu.az"a istinadən xəbər verir ki, bu rayon paytaxtın hüquq-mühafizə orqanları və bir neçə statistik qrup tərəfindən hazırlanan sorğu nəticəsində kriminogen reytinqə başçılıq edib. Binəqədi Rayon Polis İdarəsindən əsas səbəb kimi rayon ərazisində evlərin gündəlik kirayə verilməsinin artmasını (bir günə 2-3 manat) göstəriblər. Bu regionlardan gələn aztəminatlı ailələri cəlb edir. Təhlillər göstərir ki, məişət cinayətlərinin əksəriyyəti qeydiyyat üzrə yaşayan sakinlər tərəfindən törədilir.
Muxalifet - 6-09-2019
ABŞ-ın təhdidləri və Fransanın “Bizans oyunları” işə yaramır: Türkiyə “S 400”-ləri aktivləşdirməkdə qərarlıdır
Fransa ABŞ-Türkiyə ziddiyyətlərini siyasi və maliyyə qazancına çevirməyə can atır
ABŞ və Türkiyə arasında hava hücumundan müdafiə sistemləri ilə bağlı narazılıq davam edir. Üstəlik, son günlər bu narazılığın daha da dərinləşdiyi müşahidə olunur.
Məsələ ondadır ki, rəsmi Ankara Ağ Evin bütün tələblərini və təhdidlərini “qulaqardı” etdi. Və Rusiyadan “S 400” tipli zenit-raket kompleksinin alınmasını reallaşdırdı.
Muxalifet - 6-09-2019
Müəllimlərin nəzərinə! - Keçid balı açıqlandı
2019-2020-ci tədris ili üçün müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu zamanı fənlər üzrə ümumtəhsil müəssisələrinə keçid balı məlum olub.
Təhsil Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Azərbaycan bölməsində alman dili, Azərbaycan dili və ədəbiyyat, fransız dili, ibtidai sinif müəllimliyi, ingilis dili, riyaziyyat, tarix, coğrafiya fənləri üçün həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 48 baldır.
Muxalifet - 6-09-2019
Avtomobillərə texniki baxış polisdən alınır? - RƏSMİ CAVAB
Bu gün bir sıra KİV-lərdə avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı səlahiyyətin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) alınması barədə məlumatlar yayılıb.
Məlumatlarda qeyd olunur ki, bu işin hər hansı dövlət qurumuna deyil, özəl şirkətlərə həvalə edilməsi məsələsi müzakirə olunur.Muxalifet - 6-09-2019
Vaqif Qələndərlinin barmağını kəsdiyi uşağın anası prezidentə müraciət etdi - Video
Həyətdə oynayarkən barmağının üstünə daş düşdü. Həkimin səhv müalicəsi 8 yaşlı Muradın barmağının qanqrena etməsi ilə nəticələndi. Qanqrena olan Muradın barmağını isə valideynlərinin razılığı olmadan əməliyyata saldılar. Əməliyyatda isə onun barmağı yarısından kəsildi. Bu şikayəti Correct.az-a 8 yaşıl Murad Şaldıyevin anası Pərvanə Şaldıyeva bildirib. O, qeyd edib ki, onun qohumu olan, tanınmış plastik və rekonstruktiv cərrah, professor Vaqif Qələndərli övladının barmağını səhv müalicə edib, müalicə yalnış olunduğu üçün onun barmağı qanqrena edib.
Muxalifet - 6-09-2019
Dünyanın ən bahalı polis avtomobilləri - SİYAHI
Polis hər bir dövlət üçün olduqca vacib bir qurumdur.
Məhz bu səbəbdən müxtəlif hökumətlərinin polisi ən yeni avadanlıq, silah və ixtisaslı kadrlarla təmin etmək üçün əhəmiyyətli dərəcədə vəsait ayırması heç də təəccüblü deyil.
Bütün bunlar ölkədə asayişi qorumağa imkan verir.
Bəzi ölkələr polis üçün avadanlıq və silahlarla yanaşı avtomobillərə də böyük pullar ayırır.
Dünyanın ən bahalı polis avtomobilləri:
Muxalifet - 6-09-2019
Cins atlar, ekzotik heyvanlar... - MƏMURLARIMIZIN MARAQLI HOBBİLƏRİ
Məşhur və vəzifəli şəxslərin həyatı insanlar üçün hər zaman maraqlı olub. Xüsusilə ölkəmizdə yüksək post tutan nazirlərin şəxsi həyatları, maraqları, bütün addımları diqqətlə izlənməkdədir. Muxalifet.az yenisabah.az-a istinadən nazirlərimizin hobbiləri ilə bağlı məlumat verir:
Muxalifet - 6-09-2019
"Çirkin kişilərdən xoşum gəlir" - Azərbaycanlı aktrisa TƏƏCCÜBLƏNDİRDİ
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin baş roluna çəkildiyi "Aşk tesadüfleri sever-2" filminin İstanbulda baş tutan qala gecəsinin səs-küyü səngimək bilmir.
Milli.Az xəbər verir ki, geyimi və verdiyi pozaları ilə gecəyə damğa vuran azərbaycanlı aktrisa qardaş ölkə mətbuatına etdiyi açıqlama ilə maqazin mediasının əsas mövzusuna çevrilməyi bacarıb.Muxalifet - 6-09-2019
Akardan ABŞ-a XƏBƏRDARLIQ: B və C planlarımız hazırdır
Suriyanın şimalında Türkiyə-ABŞ ortaq quru patrul xidməti sentyabrın 8-də başlayacaq.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Hulusi Akar bildirib.Muxalifet - 6-09-2019
Təsadüf nəticəsində məşhurlaşdı - Türkiyə ondan danışır - Video
Türkiyəli müğənni Fatih Bulutun "Çox sevdim yalan oldu" mahnısına çəkilmiş klipi Yutubda izlənmə rekordu qırır.
"Qafqazinfo" xəbər verir ki, o, aktrisa İram Sakın sayəsində məşhurlaşıb.
Belə ki, aktrisa Fatih Bulutun mahnısının fonunda çəkilmiş videosunu sosial şəbəkədə paylaşıb. Mahnı bir anda məşhurlaşaraq Yutubda 1 həftəyə 16 milyon baxış yığıb. Bu isə müğənnini Yutubun dünya reytinqində 12-ci edib.
Muxalifet - 6-09-2019