Axtarış

The search found 105785 results in 0.144 seconds.

Search results

  1. Müəmmar Qəddafi “xortlayıb” – Tunisdə «gəzinti» zamanı qeydə alınıb… - FOTO

    Sosial şəbəkə istifadəçilərindən biri «Tvitter»də Liviyanın sabiq lideri Müəmmar Qəddafiyə oxşayan bir kişinin fotosunu dərc edib. Şəkil Tunisin cənubunda Mədinə de Tunis kvartalında çəkilib.

    Post sentyabrın 4-də ərəb jurnalist tərəfindən dərc olunub. O, fotodakı kişinin sabiq Liviya lideri Qəddafi ilə heyrətamiz oxşarlığını qeyd edib. Qəddafinin oxşarının gerçəkdə kim olduğu məlum deyil.

    Muxalifet - 5-09-2019

  2. SON DƏQİQƏ: Türkiyə səfirliyi yaxınlığında PARTLAYIŞ – Onlarla ölü və yaralı var - VİDEO

    Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində 10-dan çox insan həlak olub. 30-dan çox yaralı var. Xarici KİV xəbərlərinə görə, hadisə ABŞ, Türkiyə və digər səfirliklərin, o cümlədən nazirliklərin, NATO-nun Əfqanıstandakı mənzil-qərargahının yerləşdiyi 9-cu polis bölgəsində qeydə alınıb. Hücuma görə məsuliyyəti “Taliban” terror qruplaşması üzərinə götürüb. Terrorçuların hədəfində polislər olub. Hadisədən sonra antiterror əməliyyatları başlayıb./redaktor.az

    Muxalifet - 5-09-2019

  3. “Prezident jurnalistə ev veribsə, aidiyyatı qurumlar da təcili “kupça” işini həll etməlidir!” - DEPUTAT

    Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə iki il keçməsinə baxmayaraq, çıxarışların (“kupça”) verilməməsi orada yaşayan KİV əməkdaşlarının narazılığına səbəb olub.

    Muxalifet - 5-09-2019

  4. Nazir Prezident Administrasiyasının işdən çıxarılan şöbə müdirinə VƏZİFƏ VERDİ

    Vergilər naziri Mikayıl Cabbarov Prezident Administrasiyasının işdən çıxarılan şöbə müdirinə vəzifə verib.

    Unikal.org-un əldə etdiyi məlumata görə, M.Cabbarovun müvafiq əmri ilə, Rövşən Nəcəf Vergilər nazirliyinin Maliyyə Monitorinq Xidmətinin direktoru təyin edilib.

    Qeyd edək ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 30 may 2019-cu il sərəncamı ilə yaradılıb.

    Muxalifet - 5-09-2019

  5. Ukraynada gənc reformatorlar hökuməti: Zelenski ikinci Saakaşvili ola biləcəkmi?

    Müstəqilliklərinin 28-ci ilində postsovet ölkələrinin mütləq əksəriyyətinin təməl problemi budur ki, onlar hələ də sovet mirasından tam xilas ola bilməyiblər.

    Toplumun ehtiyaclarına cavab verən zəruri islahatları, yeni dövrə uyğun radikal transformasiyanı gerçəkləşdirmək bəzi ölkələrdə heç mümkün olmayıb, bəzilərində isə bu istiqamətdə cəhdlər səthi xarakter daşıyıb, yarımçıq qalıb və dərinə işləməyib.

    Muxalifet4 - 5-09-2019

  6. SON DƏQİQƏ: Cahangir Hacıyevin cəzası ARTIRILDI

    Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfər barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə görə, Cahangir Hacıyevin əvvəlki cəzasını toplanmaqla 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov 14 il 6 ay, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndrilənlərə şərti cəza verilib.

    Muxalifet - 5-09-2019

  7. Bakıda sərxoş kişidən arvadına qarşı dəhşətli əməl – Təfərrüat

    Bakıda arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Famil Əhmədovun məhkəməsi başa çatıb.
    İsmayıllı rayonunun Basqal kəndində qeydiyyatda olan Famil Əhmədov paytaxtda işləyib, Nəsimi rayonunda kirayə yaşayıb.
    Fəhləliklə məşğul olan Famil Əhmədovun arvadı Ülviyyə Əhmədova ilə mübahisələri kirayə mənzildə yaranıb. Ər spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətə düşdüyü üçün arvadı ona irad bildirib.

    Muxalifet - 5-09-2019

  8. Azərbaycanlı aktrisa qala gecəsinə bu halda gəldi - Kişilər gözünü çəkmədi - FOTO

    Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə baş roluna çəkildiyi "Aşk tesadüfleri sever-2" filminin İstanbulda baş tutan qala gecəsinə qatılıb.

    Milli.Az xəbər verir ki, gecəyə qısa, dekolteli geyimdə qatılan aktrisa görünüşü ilə göz qamaşdırıb.

    Filmdə tərəf müqabili olan Mustafa Yiğit Kirazcının gözünü Nəsrindən çəkməməsi obyektivlərdən yayınmayıb. 

    Qeyd edək ki, cütlüyün real həyatda eşq yaşamağa başladığı deyilsə də Nəsrin xəbəri təkzib etmişdi.

    Muxalifet - 5-09-2019

  9. Təzə balıq seçərkən nələrə diqqət yetirmək vacibdir?

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) balıq alarkən və bişirilərkən hansı məqamlara diqqət yetirilməsi ilə bağlı əhaliyə müraciət edib.

    AQTA-dan "Report"a bildirilib ki, balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir:

    "Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olur, az miqdarda şəffaf selik ilə örtülür. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olur, quyruğu sallanmır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur.

    Muxalifet - 5-09-2019

  10. “Mənim niyə nüvə silahım olmasın?” - ƏRDOĞANIN SÖZLƏRİ DÜNYANI ÇALXALADI

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nüvə silahları ilə bağlı açıqlaması rezonansa səbəb olub.
    Ərdoğanın “Türkiyənin nüvə silahına sahib olmaması qəbuledilməzdir” fikri dünyanın nüfuzlu media orqanlarında müzakirəyə çıxarılıb.
    “Röyters” agentliyi türk liderin çıxışına geniş yer verib: “İndi kimlərinsə əlində nüvə başlıqlı raketlər var, bir-iki dənə yox, çoxdur. Bəs mənim əlimdə niyə nüvə silahı olmasın? Mən bunu qəbul etmirəm. İndi dünyanın inkişaf etmiş bütün ölkələrinin demək olar ki, hamısının belə silahları var”.

    Muxalifet - 5-09-2019

  11. Avtomobillərin texniki baxışı yol polisindən alınsa, nə baş verəcək?

    Xəbər verdiyimiz kimi, avtomobillərə texniki baxışın keçirilməsi səlahiyyətinin Baş Dövlət Yol Polisi İdarəsindən alınması və bu işin hər hansı dövlət qurumuna deyil, özəl şirkətlərə həvalə edilməsi məsələsi müzakirə olunur. Bəs bu Azərbaycanda mümkün ola bilərmi? 

    Mövzu ilə əlaqədar nəqliyyat eksperti Ərşad Hüseynov “Yeni Sabah”a açıqlama verib. Onun sözlərinə görə, hələ ki, ölkəmizdə bu layihəni reallaşdıracaq özəl servis yoxdur.

    Muxalifet - 5-09-2019

  12. Professordan dünyanı qurtarmaq üçün şok təklif: İnsan əti yeməyə hazırlaşın!

    İsveçin TV4 televiziyasında gələcəkdə bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizə aparması və bu mübarizə fonunda öz mövcudluğunu qoruyub saxlamasına həsr edilən proqramda şok olay yaşanıb.

    Muxalifet - 5-09-2019

  13. İran ordusu ABŞ-a müharibə ELAN ETDİ: "Gücümüzü meydanda görəcəksiniz"

    İran İslam Ordusunun İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a müharibə elan edib. SEPAH-ın baş komandanı Hüseyn Səlami ordusunun İranı müdafiə etməyə hər zamankından daha yaxşı hazır olduğunu vurğulayaraq “gerçək üzümüzü meydanda görəcəksiniz” ifadələrini deyib. “İranın hərbi gücü bir neçə dəfə sınaqdan keçirilib. Düşmən müdafiə gücümüzün sadəcə kiçik bir parçasını gördü. Bu halı ilə belə hərbi gücümüzün sarsılmaz olduğunu bilirlər. Biz böyük qüvvələr qarşısında hərbi gücümüzü hər ötən gün daha da artırmaqdayıq”- Səlami bildirib.

    Muxalifet - 5-09-2019

  14. “Qızlar Azərbaycanda həyat yoldaşı tapa bilmir” – Xaricə ərə gedənlər

    Bu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər arasında 1013 nikah bağlanıb. Rəsmi məlumata görə, əcnəbilərlə nikaha daxil olanlardan 544-ü azərbaycanlı qadınlar, 469-u azərbaycanlı kişilərdir. Bəs, Azərbaycan qadınlarının və kişilərinin xarici vətəndaşlarla evliliyə bu qədər meylli olmasının səbəbi nələrdir? 

    Muxalifet - 5-09-2019

  15. Ərdoğanla görüşmək üçün görün nə etdi? – Azərbaycanlı gəncdən maraqlı addım - Video

    Azərbaycanlı gənc Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün velosipedlə yola çıxıb. Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zaqatala şəhərində yaşayan İzəddin Abdullayev uzun illərdən sonra öz xəyalını həyata keçirmək üçün velosipedlə Ankaraya gedir. Təxminən 17 gündə 1600 km qət edərək Ankaraya getməyi planlaşdıran İzəddinin ən böyük arzusu prezident Ərdoğanla görüşməkdir. Həmyerlimiz yolun uzunluğunun onu qorxutmadığını bildirib: "Rəcəb Tayyib Ərdoğanı çox sevirəm. Bu mənim uzun illərdən bəri olan xəyalımdır. 1600 km yolu 16-17 günə qət etməyi düşünürəm.

    Muxalifet - 5-09-2019

  16. “Kütləvi şəkildə əxlaqsızlıqla məşğul olan qadınlara daha rast gəlinmir” – Polisdən açıqlama

    Bakı Şəhər Baş Polis İdarəsi bir neçə gün əvvəl paytaxtın bəzi ərazilərində yüngül həyat tərzi sürən şəxslərin profilaktikasına dair ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradıb.

    Muxalifet - 5-09-2019

  17. İrakli Qaribaşvili: "Gürcüstan nüvə silahından başqa bütün növ silahları istehsal etməlidir"

    "Gürcüstan nüvə silahından başqa bütün növ silahları istehsal etməlidir".
    "Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə çıxışında bildirib.

    O, Gürcüstanın torpaqlarının 20 faizinin işğal altında olmasını ölkə üçün əsas problem adlandırıb: "Gürcüstan ordusunun güclü olması həyatı əhəmiyyət kəsb edir. Mən əlbəttə ki, müdafiə qüvvələrinin kiməsə və ya nəyəsə qarşı gücləndirilməsini nəzərdə tutmuram".

    Muxalifet - 5-09-2019

  18. Erməni kəndində 3 azərbaycanlının başına gələnlər - FOTOLAR

    Bayram günlərində yolumuzu Gürcüstandan saldıq ki, yaxındır, gedək, dincələk, imkan olsa balıq tutub, istirahət edək.

    Muxalifet - 5-09-2019

  19. DİN hospitalının işçisi burun əməliyyatından sonra öldü

    Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı rinoplastikanın növbəti qurbanına çevrilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından bildirilib.

    Məlumata əsasən, tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölüb. İlkin diaqnozda ölümün ağciyər arteriyasının tromboemboliyası nəticəsində baş verdiyi qeyd olunur.

    Muxalifet - 5-09-2019

  20. “Maşın” şouda kimlər yarışacaq? - İNANILMAZ ADLAR

    "Maşın” realiti şousu 18-ci mövsümü ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

    Oktyabrın 1-dən start götürəcək layihədə kimlərin iştirak edəcəyi isə izləyicilərin marağındadır.

    Axşam.az-ın əldə etdiyi məlumata görə iştirakı təsdiqlənənlərdən biri müğənni Aysun İsmayılovadır.

    Bundan başqa, baxıcı Bayram Nurlunun da "Maşın” realiti şousunda olacağı iddia edilir. Bir neçə tanınmış şəxs isə proqramdan gələn təklifi geri çevirib.

    Qeyd edək ki, hər mövsüm layihədə 18 məşhur avtomobil uğrunda mübarizə aparır.

    Muxalifet - 5-09-2019

Pages