Axtarış

The search found 105785 results in 0.1 seconds.

Search results

  1. Şabranda iki maşın toqquşdu - Xəsarət alanlar var

    Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

    muxalifet.az xəbər verir ki, hadisə rayonun Şahnazərli kəndi ərazisində qeydə alınıb. 

    İki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü, Quba rayon sakini, Arif Mayıl oğlu Nemətov, Sumqayıt şəhər sakinləri – 1985-ci il təvəllüdlü Namiq Mahmud oğlu İbrahimov və onun arvadı, 1983-cü il təvəllüdlü Minarə Əmirəhməd qızı İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Xəsarət alan hər 3 şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

    Muxalifet - 4-09-2019

  2. Azərbaycanda internet niyə bahadır? - SƏBƏB

    Azərbaycanda İnternet bazarının 65 faizinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar (“Baktelecom”, “Aztelekom”, “Azeurotel” , AzDataCom, Azercell ) nəzarət edir.

    Bu barədə məlumat verən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bu qurumların satdığı İnternet kifayət qədər bahadır: “Məsələn,

    10 manat – 1 mb/s Aztelekom – ADSL

    Muxalifet - 4-09-2019

  3. Güllələrlə zarafat edən HƏRBÇİLƏR: Onlar haqqında İNANILMAZ HƏQİQƏTLƏR… – VİDEO

    “Bordo Bereliler” Türkiyənin göz bəbəyi sayılır”.

    Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov dünyada ən yenilməz döyüş qruplarından sayılan hərbçilər haqqında bir sıra inanılmaz həqiqətləri qeyd edib.

    Muxalifet - 4-09-2019

  4. Onlara fəxri adları təqdim olundu - FOTO

    Prezident İlham Əliyevin 16 may 2019-cu il tarixli sərəncamı ilə xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib. Dövlət başçısının 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub “Xalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

    Muxalifet - 4-09-2019

  5. Bakıda qorxunc AVTOBUS QƏZASI: qadının ayağı amputasiya olundu

    Bakının Xətai rayonunda - "Nargilə" kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.
    Səhiyyə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb:
    "Həkimin verdiyi məlimata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralılar barədə yeni məlumat daxil olduqda əlavə məlumat veriləcək".

    Muxalifet - 4-09-2019

  6. "Üzdəniraq müğənnini Şəmkirə 20 minə aparıblar"

    "Bağ mövsümü" verilişinin növbəti qonaqları Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Teymur Əmrah olub.
    Axşam.az xəbər verir ki, aparıcı Murad Əzimzadənin "sənətkar" ifadəsini işlətməsi T.Əmrahın xoşuna gəlməyib.
    Müğənni aparıcıya "Sənətkar sözünü tez-tez istifadə edirsiz. Sənətkar Rəşid Behbudov, Şövkət Ələkbərovadır. "Sənətkar" deməklə, onlarda vaxtından əvvəl eqo yaradırsınız. Gedir toyda oxuyur, sərxoş kişi gəlib "sənətkar" deyir. Bunlarda da xəstəlik yaranır" sözləri ilə irad bildirib.

    Muxalifet - 4-09-2019

  7. "Qoca" ilə birlikdə adam öldürən "Maqa"dan xəbər var

    Bakıda xüsusi təyinatlı qatardan qaçan məhbus Əli Ağami ilə birlikdə adam öldürməkdə təqsirli bilinən Məhəmməd Heyədrov Ali Məhkəməyə kassasiya şikayəti verib.
    Muxalifet.az-ın "Report"a istinadən xəbərinə görə, şikayət hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyanın icraatına verilib. Baxış iclasının vaxtı hələlik məlum deyil.
    Qeyd edək ki, M.Heydərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Ağami 19 il, Məhəmməd Heydərov ("Maqa Hacıqabullu"), Tahir Məlikov ("Marojna") və Əfsər İbrahimovun hər biri isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Muxalifet - 4-09-2019

  8. Dünyanın məşhur şirkətinin Bakıdakı nümayəndəliyində qalmaqal: mənimsəmə, ərəblərə satılan bahalı biletlər

    Dünyanın ən məşhur bilet satışı şirkətlərindən biri olan "Flydubai" şirkətinin Bakıdakı təmsilçisinin ofisində qalmaqal yaşanıb. Bu qalmaqal həm külli miqdarda pulun mənimsənilməsi, həm də şirkət daxilindəki qanunsuzluqlardan ibarətdir.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən 1981-ci il təvəllüdlü Vahid Məcid Ehtiram oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Muxalifet - 4-09-2019

  9. Qəbulda ən yüksək nəticə göstərən rayonlar – SİYAHI

    Bu il ali məktəblərə qəbul imtahanlarında şagirdləri yüksək nəticə göstərən rayonların adları açıqlanıb.

    Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb.

    İlk 20 yerin siyahısını təqdim edirik:

    Muxalifet - 4-09-2019

  10. Əminə Dilbazinin 100 illik yubileyi qeyd olunacaq - Prezidentdən sərəncam

    Prezident İlham Əliyev "Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

    Muxalifet.az-ın xəbərinə görə, sərəncamda deyilir:

    "2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi tamam olur.

    Muxalifet - 4-09-2019

  11. Bağçalarda təhlükə - Uşaqlar arasında viruslar yayıldı

    Ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında qeydə alınan xəstələnmə hallarının çoxu qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası ilə bağlı olub.

    Muxalifet.az  xəbər verir ki, 2018-ci il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqların xəstələnmə hallarının sayı 32891 olub.

    Onların 31505-i dövlət, 1386-sı qeyri-dövlət müəssisələrinin payına düşüb.

    Müəssisələrdəki xəstələnmə hallarının 26034-ü 3 və yuxarı yaşda olan uşaqlar arasında qeydə alınıb.

    Muxalifet - 4-09-2019

  12. SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakıda bu yol 5 saat bağlı olacaq

    Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan başlayaraq səhər saat 05:00-dək Azadlıq prospektinin Məsud Davudoğlu küçəsi ilə kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
    Qeyd edilib ki, sözüdən sözügedən hissədə qeyd olunan müddət ərzində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.

    Muxalifet - 4-09-2019

  13. İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi - RAKETLƏR HƏLƏ YOXDUR...

    İsrailin peyk kəşfiyyat şirkəti “İmageSat İnternational” Türkiyənin Rusiyadan bu yaxınlarda aldığı S-400 “Triumf” zenit-raket komplekslərinin yerləşdirildiyi mövqeləri görüntüləyib. Muxalifet.az xəbər verir ki, şirkət komplekslərin görüntülərini özünün Twitter səhifəsindən yayıb. Görüntülərə əlavə olaraq şirkət bildirir ki, komplekslər Ankara ətrafındakı Mürted aviabazasında yerləşdirilib, sistem əməliyyat rejimindədir, radarları və raket-buraxılış qurğuları döyüş mövqeyindədir. Lakin raket-buraxlış qurğuları boşdur və raketlərlə doldurulmayıb.

    Muxalifet - 4-09-2019

  14. Patruşev niyə gəlmişdi? - Politoloqlar ŞƏRH EDİR

    Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri ciddi rezonansa səbəb olub. "Ölkə.Az" Patruşevin Azərbaycan səfərinin məqsədi ilə bağlı suallara cavab tapmaq üçün politoloqlara müaciət edib. Qabil Hüseynli deyib ki, səfər zamanı əsas müzakirə olunan məsələlərdən biri Qarabağ problemi olub. “Baxmayaraq ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər normaldır və bu əlaqələr inkişaf edir. Lakin Rusiya bir sıra məsələlərdə, xüsusən də Qarabağ münaqişəsinin həllində obyektiv mövqe sərgiləmir.

    Muxalifet - 4-09-2019

  15. DÜNYA ŞOKDA: Bir şəhər tamamilə YOX OLDU - İNANILMAZ FOTOLAR

    Yoxa çıxan hava limanı, toza dönmüş evlər, oyuncaq kimi tərsinə çevrilmiş gəmilər, avtomobillər… Dünya Baham adalarından gələn görüntülərlə şoka düşdü… Karib dənizinin incisi olan Baham adalarını yerlə-yeksan edən Dorian qasırğası ABŞ-ın Florida ştatına yaxınlaşarkən geridə qoyduğu dağıntı səmadan görüntülənib. Atlantik okeanında yaranan ən güclü ikinci qasırğa statusuna yiyələn Doriandan sonra Abako adalarının halı nəhəng sunami dalğalarının yıxdığı şəhərlərə oxşayır. “Röyters” xəbər agentliyi binaların toza çevrildiyini və nəhəng gəmilərin oyuncaq kimi 180 dərəcə çevrilidiyini bildirir.

    Muxalifet - 4-09-2019

  16. Onların əsl peşəsi nədir? – Maraqlı məlumatlar

    Yüksək vəzifədə çalışan şəxslər hər zaman cəmiyyətin diqqət mərkəzində olurlar. Onların fəaliyyətləri, şəxsi həyatları insanları maraqlandırır, daim müzakirə mövzusuna çevrilir.

    İnsanların bu marağını nəzərə alaraq Azərbaycanda nazirlərin hansı ali məktəblərdə təhsil alması barədə araşdırma aparılıb.

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

    Muxalifet - 4-09-2019

  17. Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı

    Daxili İşlər Nazirliyində vəzifə dəyişikliyi olub.
    Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Səbail rayonu 39-cu polis bölməsinin rəisi polis polkovniki Ayxan Bağırov vəzifəsindən azad olunub. O, Yasamal rayonu 29-cu polis bölməsinə yeni rəis təyin edilib.

    Muxalifet - 4-09-2019

  18. DÜNYA İDMANINDA ŞOK QALMAQAL - İran təmsilçisini uduzdurdu - VİDEO

    Dünya idmanında şok qalmaqal böyük səs-küyə, kəskin narazılığa səbəb olub.
    Muxalifet.az
    xəbər verir ki, İran və İsrail arasında siyasi gərginlik idman sahəsinə də mənfi təsir edib.
    Məsələ burasındadır ki, iranlı Səid Mollayi Yaponiyada keçirilən dünya çempionatının yarımfinalına vəsiqə qazanandan sonra yəhudi cüdoçuyla qarşılaşmamaq üçün ölkəsindən məğlub olmasıyla bağlı ismarıc alıb. Bəzi dövlətin mütəxəssisləri ona psixoloji dəstək verib.

    Muxalifet - 4-09-2019

  19. Jurnalistlərin evi tikilib - “xidməti ev” ifadəsi medianı silkələyib

    Vüqar Səfərlidən yeni açıqlamalar; jurnalistlər ölkə başçısından məsələyə müdaxilə etməsini xahiş etdilər: “KİVDF və Əmlak Komitəsinin mövqeyi bizdə narahatlıq və anlaşılmazlıq yaradıb” Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin jurnalistlərə verilən mənzillərlə bağlı fikirləri mətbu çevrədə böyük müzakirələrə səbəb olub.

    Muxalifet - 4-09-2019

  20. Jurnalistlər Evinin sakini qonşularını prezidentə şikayət etməyə çağırıb

    Azərbaycan prezidentinin sərəncamı ilə jurnalistlərə bağışlanmış mənzilləri heç kim onların əlindən ala bilməz, bu barədə çərşənbə günü KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Jurnalistlər Evi"nin sakinlərinin sosial şəbəkədə qəzəbli statuslar paylaşmasından sonra bəyan edib. "Jurnalistlər Evi"nin sakinləri Səfərlini Fondun onların mənzilləri özəlləşdirməsinə imkan verməməsində ittiham ediblər. Səfərlinin jurnalistlərin "Jurnalistlər Evi"ndə kirayənişin adlandırması da onların narazılığına səbəb olub.

    Muxalifet - 4-09-2019

Pages