Axtarış
The search found 105785 results in 0.051 seconds.
Search results
"Qalatasaray"ın keçmiş futbolçusu Bakı toylarında müğənnilik edir? - VİDEO
Sosial şəbəkələrdə Türkiyənin Qalatasaray klubunun keçmiş futbolçusu Emanuel Ebue olduğu iddia edilən video yayılıb. "Ölkə.Az" xəbər verir ki, video Bakıda keçirilən toy mərasimlərinin birində lentə alınıb. Videoda sözü gedən şəxs Aşıq Mübarizin müəllifi olduğu "Eləsinə-beləsinə" mahnısını ifa edir. Həmi videonu təqdim edirik.
Muxalifet - 4-09-2019
“Anama gül aparıb əllərindən öpürəm...”- Bəhram Bağırzadə doğum günündən danışdı...
Bu gün əməkdar artist, naşir, şoumen Bəhram Bağırzadənin doğum günüdür. B.Bağırzadə 1972-ci ilin bu günü Bakıda ziyalı ailəsində anadan olub.
Doğum günüylə bağlı Moderator.az-a danışan B.Bağırzadə öz arzularını dilə gətirib:
“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü hər il olduğu kimi bu il də evdə ailə üzvlərimlə birlikdə keçirirəm. Hər il anama bir buket gül alıb aparıram və əllərindən öpürəm. Qaldı ki, belə gündə arzum odur ki, Azərbaycan millətini dünyada ən sağlam və ən savadlı görüm. Diqqətiniz üçün hamınıza bir daha təşəkkürümü bildirirəm”.Muxalifet - 4-09-2019
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ölü və yaralılar var
Qusar rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.
"Report"un verdiyi məlumata görə, rayonun Atluxanoba kənd sakini, Zeynulla Cəbrayılov idarə etdiyi "Mercedes-190" markalı avtomobillə Xudat-Qusar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə, sürücü və avtomobildə olan sərnişinləri - Atluxanoba kənd sakinləri, Elina Sevzixanova, Gülmirə Babayeva, Pərvanə Babayeva və Mina Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Muxalifet - 4-09-2019
“Təyyarələr artıq havada idi, Nəsrallahın bəxti onda gətirdi ki...” - İSRAİL ORDUSUNUN NÜMAYƏNDƏSİ AÇIQLADI
İsrail ordusunun mətbuat xidməti “Hizbullah”ın Livanın Bekaa vadisində, Nabi Şitdə yerləşən məxfi raket zavodunun fotosunu dərc edib. Və bəyan edib ki, ötən həftə “Hizbullah” İsrail ordusunun avtomobilinə atəş açanda həmin zavodun məhv edilməsi əmri verilmişdi. Lakin “Hizbullah” lideri Həsən Nəsrallahın bəxti onda gətirdi ki, hədəfdən yayındı-İsrail ordusu həmin hücumda itki vermədi.
Muxalifet - 4-09-2019
Güzgünü yataq otağında niyə saxlamaq olmaz? - ALİMLƏRİN ARAŞDIRMASI
Alimlər maraqlı bir araşdırma aparıblar və məlum olub ki, yataq otağında güzgü saxlamaq insan sağlanlığına mənfi təsir göstərir.
Muxalifet - 4-09-2019
Həkim açıqladı: Azərbaycanda da satılan bu cipsilərin tərkibindəki maddə insanı kor edir
Hamımız qazlı içkilərin və fast-food qidalarının çox zərərli olduğu barədə tez-tez eşidirk. Ancaq bu fəsadların nələr ola biləcəyini konkret bilmədiyimiz üçün təhlükəli qidaları qəbul etməyə davam edirik.
Bəs bilirdinizmi ki, bu cür qidalar karlığa, hətta korluğa səbəb ola bilər.
Həkim-dietoloq Nərgiz Nəzirova “Yeni Sabah”a orqanizmə zərərli qidalardan danışıb:
Muxalifet - 4-09-2019
“Məni kimsə saxlayır, qabağa çəkən var...” - Renkadan QALMAQALLI MÜSAHİBƏ
Rəqqasə Rəna (Renka) Ağamuradovanın AzNews.az-a müsahibəsini təqdim edir.- Övladlarınızla Türkiyədə istirahətdə idiniz. Tətiliniz necə keçdi?
- Yaxşı keçdi, 10 gün istirahət etdik. Antaliyaya getmişdik. Övladlarımla yanaşı, anam, bacım da getmişdi. Üç kq kökəldim, hələ də arıqlaya bilmirəm (gülür).
- Bir çox məşhurlar şikayət edirlər ki, bizi Türkiyədə də tanıdılar və rahat istirahət edə bilmədik. Sizdə vəziyyət necə idi?Muxalifet - 4-09-2019
Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatına Rusiya XİN-in münasibəti
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatına münasibət bildirib.
O, “Report”un Rusiya bürosunun əməkdaşının “Bu cür bəyanatlar münaqişənin həllinə necə təsir göstərir” sualına cavabında deyib ki, Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir davam edən və çətin problemdir.
Muxalifet - 4-09-2019
Nazir müavini: "Bu gün ölkədə yaradılmış əlverişli mühit sahibkarların işini stimullaşdırır"
“Mebel sənayesi ümumi sənayenin aparıcı istiqamətlərindən biridir və bu sahədə xeyli irəliləyişlər əldə edilib”.
Bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xırdalan şəhərində fəaliyyətə başlayan mebel istehsalı müəssisəsinin açılışında deyib.
O vurğulayıb ki, bu ilin 7 ayında qeyri-neft sənayesi 15,8 faiz, mebel sənayesində 33,6% artım əldə edilib.Muxalifet - 4-09-2019
Payız sessiyasında hansı qanun layihələri müzakirəyə çıxarılacaq? – DEPUTATLARDAN AÇIQLAMA
Azərbaycan Milli Məclisinin (MM) payız sessiyası sentyabrın 30-da başlayacaq. Parlamentin qanunverici işlər planına bir sıra yeni qanun layihələri daxil edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə bəzi millət vəkilləri “report”a açıqlama veriblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açıqlamasında deyib ki, qanunverici orqanın payız sessiyasında müzakirə olunacaq əsas məsələ 2020-ci ilin büdcə zərfidir.Komitə sədri qeyd edib ki, büdcə zərfində sosialyönümlülük yenə də əsas istiqamət olacaq.
Muxalifet - 4-09-2019
"Ekologiya postu"nun bölük komandirinə yüksək vəzifə verildi
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Fuad Mayılov Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
O, bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri vəzifədə çalışıb.Muxalifet - 4-09-2019
27 yaşlı "qanuni oğru” SAXLANILDI - FOTO
Bolqarıstandan Kiyev Borispol hava limanına qədər, Ukraynanın milli polisi ən gənc "qanuni oğru "lardan biri 27 yaşlı Qeorqi Kiladzeni (Qeqa Ozurqetskiy) gətirərək təslim edib.
Muxalifet - 4-09-2019
Oğlunun 21 yaşı olan 40 yaşlı sənətçimiz ƏRƏ GEDİR - Bu da ƏRİNİN FOTOSU
Müğənni Afət Fərmanqızı dekabrda özünə 2-ci dəfə toy edəcək. Muxalifet.az bildirir ki, bu barədə lent.az -a ifaçının yaxınları xəbər verib. Afət Hacı Roma (Ramal Hüseynov) ləqəbi ilə tanınan iş adamı Roma ilə nikah masasına oturacaq. Paytaxtın ən elit restoranlarının birində keçirəcək toyu isə müğənni Nazənin ansamblı ilə idarə edəcək. Mediaya qapalı olacaq toya şou-biznesin bir çox tanınmışları dəvət olunub. Qeyd edək ki, A.Fərmanqızı bir dəfə ailə olub, boşanıb. Onun ilk evlilikdən bir oğlu var. Övladı yüksək balla ali məktəbə daxil olan tələbələrdəndir.
Muxalifet - 4-09-2019
“İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək” – Vüqar Səfərli
Jurnalistlər üçün istifadəyə verilən ikinci binada yaşayanlara yaxın müddətdə “kupça”lar veriləcək. Bunu özəl olaraq Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün inşa olunmuş 2-ci binadakı mənzillərin xidməti ev kimi olması ilə bağlı fikirlərinin səhv anlaşılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu binalardakı mənzillər dövlətin əmlakıdır: “Müsahibədə mən bu evlərin xidməti evlər kimi olduğunu demişəm.
Muxalifet - 4-09-2019
Paşinyanın tərəfdaşı Putini Yerevanda “həbsxanaya salmaqla” hədələdi - “EHTİYATLI OLSUN, QAPI ARXADAN BAĞLANAR...”
Ermənistanda anti-rusiya təbliğatının yeni dalğası başlayıb. Xəbər verildiyi kimi Ermənistanın Miqrasiya Xidməti rusiyalı müxalifətçi- ultrasağ mövqeli siyasətçi Vitali Şişkinə siyasi sığınacaq verib, bu Ermənistanda siyasi sığınacaq verilməsi haqda qanunun tətbiqinə dair ilk haldır. İndi isə Paşinyanın yaxın tərəfdaşlarından biri Rusiya prezidenti Vladimir Putini “Yerevanda həbsxanaya salmaqla” hədələyib.
Muxalifet - 4-09-2019
Azərbaycan Qarabağda hücuma keçə bilər - Rusiyadan MÜHARİBƏ XƏBƏRDARLIĞI
Azərbaycan rəsmi İrəvanı danışıqlar prosesinin səmərəliliyini artırmağa, yəni artıq qəbul olunmuş sazişləri həyata keçirməyə məcbur etmək üçün Ermənistan hərbi birləşmələri ilə açıq hərbi qarşıdurmaya keçə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı hərbi politoloq, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.Muxalifet - 4-09-2019
Qorxunc hadisə: “Telefonda kiminlə danışırsan?..” – Sevdiyi qızın başını kəsdi
Hacıqabul rayonunda xalası qızını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Ayəddin İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az xəbər verir ki, o, sevgi münasibətində olduğu xalası qızı Rəvanə Məliklinin gizli olaraq başqa şəxslə telefonla danışıb, ona xəyanət etməsindən şübhələnib.
Bu səbəbdən Rəvanə ilə mübahisə edib, sonra xalası qızının xəyanət etməsini qətiləşdirib, onu öldürmək qərarına gəlib.Muxalifet - 4-09-2019
İcra Hakimiyyəti 1 milyonluq tenderlə bağlı açıqlama yaydı
Beyləqan rayon İcra hakimiyyəti 1 milyonluq tenderlə bağlı açıqlama yayıb.
İH-dən Yenisabah.az-a daxil olan açıqlamada bildirilir ki, “İcra hakimiyyəti heç kimin tanımadığı “Vaqif”ə 1,0 milyon manat verir” başlıqlı xəbər həqiqətə uyğun deyil, böhtan xarakterlidir.
“Dərc olunan materialların saxta olduğunu bildiririk və dərin təəssüf hissi keçiririk.
Muxalifet - 4-09-2019
Dünyada az yayılmış xəstəlik - Azərbaycanda kişilərdə daha çoxdur
Dünyada sümük və yumşaq toxumaların bədxassəli şişlərinə (sarkoma) digər xərçəng növlərindən daha az rast gəlinir. Sarkoma əzələ, yağ, qan damarları, limfa damarları, fibroz toxuma da daxil olmaqla sümük və yumşaq toxumalarda əmələ gələn xərçəngdir. Müşahidələrə əsasən, bu patologiyalar bütün bədxassəli şişlərin 1-2 faizini təşkil edir. Bu cür şişlər özünün mürəkkəbliyi ilə seçilir. Onların müxtəlifliyi, aqressiv klinik gedişi həm erkən, həm də gecikmiş mərhələlərdə xəstəliyin diaqnostikasındakı çətinliklərlə birgə müşahidə edilir.
Muxalifet - 4-09-2019
“DEDİ Kİ, PROKUROR 15 MİNDƏN AŞAĞI DÜŞMÜR…” – Prokuror tərəfindən evi zəbt olunan vətəndaş Prezidentdən kömək istəyir
Sabunçu rayon prokuroru Ceyhun Şirinov məhkəmənin fəaliyyətinə müdaxilə edərək, mənim qanuni şəkildə aldığım mənzilimin üzərində hüquqlarımın tanınmasına, onun tərəfindən zəbt olunmuş evimin geri qaytarılmasına imkan vermir. Buna görə də, mətbuat vasitəsilə səsimi ölkə rəhbərliyinə catdırmaq istəyir, mənə kömək göstərilməsini xahiş edirəm”.
Muxalifet - 4-09-2019