Axtarış
The search found 105785 results in 0.047 seconds.
Search results
Mədət Quliyev onu işdən çıxardı
Müdafiə Sənayesi Nazirliyinin sözçüsü işdən çıxarılıb.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şəfəq Kərimli Müdafiə Sənayesi Nazirliyinin Ümumi şöbəsinin baş məsləhətçisi vəsifəsindən azad edilib. O, bu vəzifə ilə yanaşı nazirliyin sözçüsü funksiyasını yerinə yetirirdi.
Nazirliyin sözçüsü vəzifəsi isə İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakova həvalə olunub.
Muxalifet - 3-09-2019
“Bəzi dilənçilər başına çadra örtüb turist görüntüsü yaradır” - BAKI POLİSİ
Paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizə gücləndirilir. Bu məqsədlə sentyabrın 2-dən başlayaraq, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyən olunaraq icraya yönəldilib.
Muxalifet.az xəbər verir ki, bu barədə "Yeni Müsavat”a BŞBPİ-dən bildirilib.
Muxalifet - 3-09-2019
YAP rəsmisindən İlham Əliyevin səhhəti ilə bağlı AÇIQLAMA
Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Müsavat partiyası divanı tərəfindən ölkə başçısının səhhəti ilə bağlı müzakirələr aparmasına kəskin şəkildə etirazını bildirib. Muxalifet.az xəbər verir ki, S.Novruzov "Amerikanın Səsi"nə açıqlamasında yayılan xəbərlərin yalan olduğunu söyləyib: "Prezident İlham Əliyevin səhhətində heç bir problem yoxdur. O, hər gün saat 9-da iş başında olur. Axı İlham Əliyevin səhhətinə nə olub? Nəyi müzakirə edirlər?
Muxalifet - 3-09-2019
Tünzalə Laçın bölgəsini təhqir edib? – Açıqlama
Əməkdar artist Tünzalə Ağayeva həmkarı İradə İbrahimova ilə birlikdə çəkilən arxiv fotosunu paylaşıb.
Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, ifaçı fotoya “Laçın vaxtlarımız" şərhini yazıb. Onun bu ifadəsini izləyiciləri birmənalı qarşılamayıb. Onlar bildiriblər ki, Ağayeva Laçın bölgəsini təhqir edib.
Müğənni isə instaqramın "Story" bölməsində izləyicilərinə "Laçın" sözünün mənasını göstərmək üçün izahlı lüğətin fotosunu paylaşıb.
O, "Öyrənməkdə eyib yoxdur, həmişə fayda var" sözlərini də əlavə edib.
Muxalifet - 3-09-2019
Ərdoğan Davudoğlunu niyə qovdu? – ŞOK FAKTLAR
AKP-nin Mərkəzi İcraiyyə Komitəsi keçmiş baş nazir Əhməd Davudoğlu ilə birlikdə 3 keçmiş millət vəkili və 2 mahal sədrinin partiyadan mütləq xaric edilməsi tələbi ilə İntizam Komitəsinə müraciət edib. Türkiyənin “Yeni Akit” nəşri AKP mənbələrinə istinadən qərarın qəbulu və Davudoğlunun yaxın adamları ilə birlikdə partiyadan xaric edilməsinin gizli detallarını eksklüziv olaraq yayımlayıb. Məlumata görə, AKP-nin Mərkəzi İcraiyyə Komitəsi iclasında 7 oktyabrda keçirilməsi planlaşdırılan qurultay və təşkilatlardakı dəyişiklik prosesi müzakirə edilib.
Muxalifet - 3-09-2019
Azərbaycanlı sükan arxasında yuxuladı, qəzaya düşüb öldü
Azərbaycanlı Belarusun Smoleviç rayonunda ağır yol qəzası törədək dünyasını dəyişib.
Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, sentyabrın 2-də təqribən saat 05:30-da Sloboda şəhərinin yaxınlığında Minsk istiqamətində hərəkət edən "Peugeot 307" avtomobilin sürücüsü idarəetməni itirərək maşını aşırdıb.
İlkin məlumata görə, qəzanın baş verməsinə səbəb Azərbaycan vətəndaşının sükan arxasında yuxulaması olub.
Muxalifet - 3-09-2019
Bakıda Milli Qəhrəmana heykəl qoyuldu - FOTO
Bakıda Milli Qəhrəmanın adına abidə ucaldılıb.
Trend-in məlumatına görə, Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub. Heykəl qəhrəmanın adına olan küçədə ucaldılıb. Heykəl artıq hazırdır yaxın zamanlarda açılışı gözlənilir.
Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Xatırladaq ki, bu il şəhidin 50 illik yubileyidir.
Muxalifet - 3-09-2019
Eldar Əzizov 5 il müddətinə həbs oluna bilər - Vəkildən AÇIQLAMA
“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məhkəmə qərarlarını icra etmir”.
Muxalifet.az xəbər verir ki, bu barədə Bizimyol.info-ya açıqlamasında vəkil Fuad Ağayev bildirib.
Vəkil deyib ki, E.Əzizov sələfi Hacıbala Abutalov kimi dövlət adına çıxarılan qərarları icra etməkdən imtina edir:
“7-8 il öncə çıxarılan məhkmə qərarları icra olunmur. E.Əzizov sələfindən fərqli olmadığını, yəni yüksək iş qabiliyyətli olmadığını, qanunların icra edilməsinə diqqətli yanaşmadığını göstərir”.
Muxalifet - 3-09-2019
Sabunçudakı yeraltı tuneli niyə su basdı? - Rəsmi açıqlama
Xəbər verdiyimiz kimi Sabunçu stansiyasının 14-cü kilometrin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə dünən gecə və bu gün səhər saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş verib.
Muxalifet - 3-09-2019
Hacı Mazan Almaniyadan danışdı: “Görürsüz ki, ölməmişəm...”
BakuPost iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazanın (Ramazan Zeynalov) Almaniyaya aparılması barədə məlumatı tirajladıqdan sonra sosial şəbəkələrdə və bəzi saytlarda onun ölüm xəbəri yayılıb.
BakuPost-un əməkdaşı məlumatı dəqiqləşdirməkdən ötrü iş adamının oğlu İsmayıl Ramazanovla əlaqə saxlayıb. O, xəbərə əsəbi reaksiya verib və atasının səhhətinin normal olduğunu bildirib: “Səhhəti normaldı, yeyib-içir, istirahətdədi”.Muxalifet - 3-09-2019
“SƏNİ PƏJMÜRDƏ EDƏRİK…”- Nazir Əkrəm imamoğlunu hədələdi
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Bursada qatıldığı qaçqınlarla bağlı toplantıda maraqlı açıqlamalar edib. “AzPolitika.info”nun məlumatına görə, ölkədə bəzi siyasi qüvvələrin əsasən Suriyadan gələn mühacirlərin əhalidə yaratdığı narahatlıqdan öz siyasi məqsədləri üçün istifadə etməsinə deyinən nazir bunun doğru yol olmadığını bildirib.
Muxalifet - 3-09-2019
Şah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FAKTLARLA
“Şanlı Ağaməhəmməd”. Dahi rus şairi A.S.Puşkin Türk-Qızılbaş xanədanı olan Qacarlar sülaləsinin hökmranı Ağa Məhəmməd şahı “Ərzuruma səyahət” əsərində məhz bu cür adlandırır
Bəlkə də, Sovetlər dövründə Şah Qacarı qaniçən, türk düşməni, işğalçı adlandıran yazıçı və alimlərin çoxu uzun illər türk tarixinə hücumların bir parçası olan tarixi şəxsiyyətləri gözdən salmaq planlarının arxasında ermənilər olduğunu bilməyiblər. Amma yeni sənədlərin aşkar olunması 70 ildən çox davam edən yalanların üstünü açır.Muxalifet - 3-09-2019
Aprel şəhidinin həyat yoldaşından icra başçısının qadın müavininə ittiham: “Qəbula gələn adamların adlarını qəsdən silir...”
Aprel döyüşlərində şəhid olan gizir Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva saytımıza Mingəçevir rayon İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Heyran Şikarovanın onunla və anasıyla kobud rəftarından şikayət edib. Şəhid yoldaşı bildirib ki, H.Şikarova qəbula gələn adamların adlarını qəsdən siyahıdan silir.
V.Tağıyeva olanları Moderator.az-a belə danışıb:Muxalifet - 3-09-2019
8 yaşlı uşağa zorla görün nə etdirdi - Azərbaycandakı olay HƏR KƏSİ ŞOKA SALACAQ
Sabirabad rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2003-cü il təvəllüdlü Əmir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Əmir Vəliyev (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) yaşadığı Sabirabad rayonunun Axısxa kəndində, həmkəndlisi olan 2010-cu il təvəllüdlü Vüsal Babayevə təcavüz edib.
Azyaşlını aldatdı
Muxalifet - 3-09-2019
"Miss Planet 2019"a gedirəm - Bu fotosuna görə tənqid olunan model əsəbiləşdi
Bir neçə gün öncə "E Media Group"un keçirdiyi "The Best of Azerbaijan" adlı mükafatlandırma gecəsində səhnəyə başında tacla çıxan model Aygün Babayevanın fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksər sosial şəbəkə istifadəçiləri onun gözəl olmadığını yazaraq, A.Babayevanı məsxərəyə qoyublar. Muxalifet.az Oxu.Az-a istinadla xəbər verir ki, Aygün Babayeva fotonun yanlış anlaşılmaya səbəb olduğunu bildirib: "Ağlıma da gəlməzdi ki, başımda tac, üzərimdə "The Best of Azerbaijan" yazılı lentlə səhnəyə çıxmağım bu cür reaksiyalara səbəb olacaq. Mən sadəcə mükafatları təqdim edirdim.
Muxalifet - 3-09-2019
Fazil Məmmədov biznesinin başına qayıtdı – Sabiq nazirdən son xəbər
Bir müddət əvvəl keçmiş vergilər naziri Fazil Məmmədovun səhhətində ciddi problemlərin olduğu barədə məlumat yayılmışdı. Hətta sosial şəbəkələrdə onun Almaniyadan əməliyyatdan qayıdan zaman çəkilən fotosu da yayılmışdı. Həmin vaxt bildirilirdi ki, Fazil Məmmədov Almaniyanın “Heidelberg” xəstəxanasında mədəsindən əməliyyat olunub. Son günlər yenidən Fazil Məmmədov barəsində müxtəlif məlumatlar dolaşır. Bəzi iddialara görə, keçmiş nazir yenə də səhhətindəki problemlərlə məşğuldur. Lakin bunun əksi ifadə olunan məlumatlar da var.
Muxalifet - 3-09-2019
Mayk Pompeo NATO baş katibi ilə görüşüb
ABŞ dövlət katibi Mayk Pompeo NATO baş katibi Yens Stoltenberqlə görüşüb.
APA-nın məlumatına görə, bu barədə NATO baş katibi Stoltenberq "Twitter" səhifəsində məlumat verib.
"Mövcud təhlükəsizlik problemləri ilə bağlı dövlət katibi Pompeo ilə səmərəli görüşümüz oldu. NATO Əfqanıstandakı sülh təşəbbüslərini qətiyyətlə dəstəkləyir. Son dəhşətli hücumları qınayıram. NATO əfqan qüvvələrini dəstəkləməkdə qərarlıdır", - deyə o qeyd edib. .
Muxalifet - 3-09-2019
Qardaşı arvadını diri-diri yandırdı — Zabratdakı DƏHŞƏTLİ HADİSƏNİN ŞOK TƏFƏRRÜATI
Bakıda qardaşı arvadını diri-diri yandıraraq qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət edib. Cinayət Məcəlləsinin 120.2.3-cü yəni, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə maddəsi ilə təqsirli bilinən Əsgərov İlkin Nizami oğlu barəsindəki hökmün dəyişdirilməsi tələbi ilə Ali Məhkəməyə müraciət edib. Onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Tahir Kazımovun sədrliyi ilə sentyabr ayının 11-də keçiriləcək. Qeyd edək ki, dəhşətli qətl Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.
Muxalifet - 3-09-2019
SON DƏQİQƏ: Rusiyada təyyarə qəzaya uğradı – Ölənlər var
Rusiyanın Stavropol vilayətində “Su-25UB“ tipli hərbi təyyarə qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Tass agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə zamanı təyyarədə olan iki pilot itkin düşüb. Hərbçilərin öldüyü istisna edilmir. Onların axtarışlar davam edir. Qəzanın səbəbləri araşdırılır. /Redaktor.az
Muxalifet - 3-09-2019
"Kitayski" toxumdan əmələ gələn nəhəng xiyarlar kəndliləri qorxuya saldı - UZUNLUĞU 1 METRİ KEÇİR, ÇƏKİSİ 30 KQ...
Türkiyənin Bartın rayonunda Kozcağız qəsəbəsində yetişdirilən xiyar görənləri heyrətə salır. Qəsəbə sakini, 63 yaşlı Müyəssər Acıbalın ötən il Çin vətəndaşından aldığı xiyar toxumu bu il məhsul verib. Amma tərəvəzin çəkisi 30 kiloqram, uzunluğu isə 1 metrə yaxındır. Virtualaz.org xəbər verir ki, ilk dəfədir belə xiyar görən sahibkar tərəvəzin tağını kökündən çıxarıb və əklini çəkərək Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin rayon nümayəndəliyinə göndərib. Nemayəndəlikdən şəkildəkinin xiyar növü olduğunu təsdiqləyiblər.
Muxalifet - 3-09-2019