Axtarış
The search found 105785 results in 0.044 seconds.
Search results
Məşhur aktrisa cinsiyyətini dəyişdirdi - FOTOLAR
Türkiyədə daha bir məşhur aktrisa cinsiyyətini dəyişib.
Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa Aybike Esin Tumluer kişi olmaq qərarına gəlib. Artıq 4 ildir hormon terapiyası keçən 31 yaşlı aktrisa hətta sinəsini də kəsdirib.
Məsələ ilə bağlı açıqlama verən A.E.Tumluer məlumatı təsdiqləyərək hazırda çox xoşbəxt olduğunu açıqlayıb.Muxalifet - 2-09-2019
Zərif Moskvada ABŞ-a GÖZDAĞI verdi: "Dollar..."
İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada rusiyalı həmkarı Sergey Lavrovun qonağı olub.
Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, görüşdən sonra ortaq mətbuat konfransı baş tutub.Muxalifet - 2-09-2019
Paşinyan kəndlilərin ayağının altında qoyun kəsməsinə imkan vermədi...-FOTO
İşğalçı ölkənin baş naziri N.Paşinyan növbəti “gözütoxluq, təvazökarlıq” səhnəsi ilə diqqət mərkəzinə gəlməyə çalışıb. Muxalifet.az Moderator.az-a istinadən xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, dünən - sentyabrın 1-də dərs ilinin başlanmasıyla bağlı Qexarkunik mərzinin Vahan kəndinə səfər edən erməni hökumət başçısı kənd sakinlərinin onun ayağının altında qoyun kəsməsinə imkan verməyib. “Bir az öncə Vahan kəndində mən bu qoyunu “əfv” etdim” - Paşinyan öz “Facebook” səhifəsində belə yazıb.
Muxalifet - 2-09-2019
Rəqqasə Fatimənin Yunan adalarında elə GÖRÜNTÜLƏRİ YAYILDI Kİ... - FOTO
Keçən ay qızını gəlin köçürən rəqqasə Fatimə Fətəliyeva tətil üçün Türkiyəyə, oradan da gəmi ilə yunan adalarına yollanıb. Publika.az xəbər verir ki, 41 yaşlı ulduz dənizdə oğlu ilə çəkilən şəkillərini instaqramda paylaşıb. Onun bu fotoları marağa səbəb olub.
Muxalifet - 2-09-2019
Türkiyənin F-16 qırıcıları Azərbaycana gəldi - FOTO/VİDEO
“Turaz Qartalı - 2019” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.
Muxalifet4 - 2-09-2019
Əfv Komissiyasının tərkibi dəyişdirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi dəyişdirilib. Muxalifet.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, komissiyada Ramil Usubovun yerinə Daxili İşlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin yerinə isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev təyin edilib.
Muxalifet4 - 2-09-2019
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhədə gəldi
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan avqustun 30-da Ermənistan-Azərbaycan sərhədinin cənub-şərq istiqamətində döyüş mövqelərinə baş çəkib.
Virtualaz.org bildirir ki, xəbəri Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilir ki, Davtyan burada operativ vəziyyət, hərbi qulluqçuların döyüş hazırlığının səviyyəsi, döyüş növbəsinin icra edilməsi şərtləri, mühəndislik və istehkam işləri ilə tanış olub.
Muxalifet4 - 2-09-2019
Bu ölkə 2 milyon müsəlmanı qovur - Xandan etiraz
Assam ştatındakı 2 milyona yaxın müsəlmanın Hindistan vətəndaşlığını itirmək təhlükəsi ilə üz-üzə qalması Hindistan Xalq Partiyasının apardığı etnik təmizləmənin bir parçasıdır.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan deyib. O, Hindistanı ölkədəki etnik və dini azlıqlara qarşı irqçi mövqe nümayiş etməkdə günahlandırıb.
Xan hindilərin ölkədəki bütün digər qruplardan üstün tutulduğunu söyləyib.
Muxalifet4 - 2-09-2019
Süni beyin ilk dəfə olaraq düşündü - Alimlərdən YENİ KƏŞF
Yaradılan süni beyin ilk dəfə olaraq düşünməyi bacarıb.
Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, Kaliforniyada San Dieqo Universitetinin alimləri süni şəkildə yetişdirdikləri beyində neyron fəaliyyətini qeydə alıblar.
Bu haqda Stem Cellin elmi məqaləsində qeyd olunub. Tədqiqatçıların sözlərinə görə, süni beynin sinxron impulsları vaxtından əvvəl doğulmuş uşaqların elektroensefaloqramına bənzəyir.
Süni insan orqanı yetkin insanın kök hüceyrələrindən yaradılıb. Alimlər kök hüceyrələrini beyin qabığının kiçik bir hissəsinə çevirə biliblər.
Muxalifet4 - 2-09-2019
Ailəsinin yanında yarışmaçı ilə 4 dəfə yatdığını etiraf etdi
Amerikada yayımlanan yarışma proqramlarının birinə qatılan Hannah Braunun final bölümündə verdiyi açıqlamalar hər kəsi heyrətləndirib. Axşam.az xəbər verir ki, 25 yaşlı gənc qız ailəsinin qonaq qismində iştirak etdiyi verilişdə digər yarışmacı Peter Veber ilə 4 dəfə yatdığını deyib. "Hamı onunla iki dəfə əlaqədə olduğumu zənn edir. Ancaq bu dörd dəfə olub". Peterin valideynləri qızın bu sözlərini alqışlasalar da Hannahın ata-anasının üzünün qızardığı diqqətlərdən yayınmayıb. Peter isə gülərək "bunu etiraf etdiyinə inana bilmirəm" deyib.
Muxalifet4 - 2-09-2019
ABŞ-ın "Patriot" gedişinə Türkiyədən ŞOK CAVAB
Türkiyə ABŞ-dan “Patriot” zenit-raket kompleksləri əldə edə bilməsə, Rusiyadan əlavə “S-400”-lər ala bilərik.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.
“Bu gün bizə daha çox sistem lazımdır, hələ ki, özümüz istehsal edə bilmirik. Əgər ABŞ-dan ala biləriksə, onda “Patriot” alacağıq. Əgər bu mümkün olmasa, onda əlavə “S-400” alacağıq. Biz müstəqil ölkəyik”, - agentlik nazirin sözlərini sitat gətirib.Muxalifet - 2-09-2019
Badri “Lotu Quli”dən “oğru” adının alınması istəyir - “Sxodka” gözlənilir
"Qanuni oğru" Badri Koquaşvili (Badri Kutaisski) "Lotu Quli"nin (Nadir Səlifov) "oğru" adının alınması ilə bağlı "skodka" keçirmək niyyətindədir.
Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb Qulinin Arman Dikiy adlı qazax dostunun "oğru" Quram Çixladzeni (Kvejoyeviç) döyməsinə icazə verməsidir.
Muxalifet4 - 2-09-2019
"Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq" - Sərkisyandan həyasız BƏYANAT
Ermənistanın sabiq prezidenti Serj Sərkisyan qondarma "dqr”in yaradılmasının ildönümü münasibətilə təbrik məktubu yayımlayıb. Muxalifet.az xəbər verir ki, separatçıların ölkəmizə qarşı təcavüzkar çıxışlarını ermənilərin ümummilli bayramı adlandıran Sərkisyan özünün "döyüş yoldaşları”nı - Qarabağ müharibəsinin əliqanlı qatillərini, qondarma rejimin hazırkı rəhbəri Bako Saakyan və bütün əvvəlki rəhbərlərini də təbrik etməyi unutmayıb. "Bu gün bizim oğullarımız Qarabağın dövlət sərhədlərində sədaqətlə öz vəzifələrini yerinə yetirirlər.
Muxalifet - 2-09-2019
Ayna Sultanovanın heykəli götürüləcək? - Açıqlama
Bakının Atatürk prospektində A.Sultanovanın heykəlinin yerləşdiyi park uzun müddətdir ki, təmirə bağlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindən “Oxu.Az”-ın sorğusuna cavab verilib.
İcra Hakimiyyətindən bildirilib ki, heykəlinin bərpası işləri görülür. Parkda əsaslı təmir işləri yekunlaşmaq üzrədir:
"Görülən işlər sürətlə davam edir və yaxın günlərdə tamamlanması gözlənilir. Hazırda parkda son tamamlanma işləri həyata keçirilir".
Muxalifet - 2-09-2019
Naxçıvanda ordu “həyəcan” siqnalı ilə qaldırıldı - VİDEO
Naxçıvanda ordu və motoatıcı birləşmələrin artilleriya hissə və bölmələri ilə atış və atəşin idarə edilməsi mövzusunda praktiki məşğələlər keçirilib. Plana əsasən “Həyəcan” siqnalı ilə müdafiə zolağı dərinliyindəki döyüş təyinatlı rayonlarına çıxarılan artilleriya hissə və bölmələri taktiki və manevr fəaliyyətləri yerinə yetiriblər.
Muxalifet - 2-09-2019
Qətərdə asfaltı niyə mavi rənglə rəngləyirlər?
Qətərin paytaxtı Dohada asfaltı mavi rənglə rəngləyərək təcrübə aparıblar.
AZƏRTAC xarici saytlara istnadla bildirir ki, bunun bir neçə səbəbi var.
Qətər isti ölkə olduğundan burada asfalt günəş şüaları altında çox qızaraq, orta hesabla 20-25 dərəcəyə çatır. Qızmış asfalt örtüyü isə keyfiyyətini itirərək avtomobillər üçün də təhlükəli ola bilər.
Hələlik sınaq məqsədilə həyata keçirilən layihənin müəllifi mühəndis Saad əl-Doseridir.
Müəyyən nəticələr əldə edildikdən sonra bu texnologiyanı ölkədə tətbiq etmək planlaşdırılır.
Muxalifet - 2-09-2019
Ərəb qızları niyə toy gecəsindən bu qədər qorxurlar? - MARAQLI FAKTLAR
Cinsi fəaliyyətin başlaması ilə əlaqəli qadın qorxusu problemi zamandan, məkandan və ya digər əlaqəli amillərdən asılı olmayaraq, həmişə mövcud olub. Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, bəzən cəmiyyətdə bakirə ilə evlənmək demək olar ki, xüsusi bir təşəbbüs hesab olunursa, digərlərində cinsi əlaqələrin başlanğıcı həmişə (nadir istisna olmaqla) məcburi nikahla bağlı olub və qalır. Bunlardan biri də gənc qızların evlilik həyatının fizioloji tərəflərinin başlanmasından qorxulduğu ərəb cəmiyyətidir.
Muxalifet - 2-09-2019
Azərbaycanda universitet filialının direktoru işdən çıxarılıb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru işdən çıxarılıb. "Report" xəbər verir ki, filialın direktoru, professor Əli Allahverdiyev tutduğu vəzifədən azad edilib. Digər əmrlə bu vəzifəyə Yusif Alıyev təyin edilib. Qeyd edək ki, Y.Alıyev bu təyinata qədər ADPU-nun Elm və İnnovasiyalar Şöbəsinin müdiri olub.
Muxalifet - 2-09-2019
Gürcü larisi kəskin ucuzlaşdı
Gürcüstanın milli valyutası GEL (lari) xarici valyutalar qarşısında kəskin ucuzlaşıb. Muxalifet.az xəbər verir ki, Gürcüstan Milli Bankının müəyyən etdiyi kursa görə, sentyabrın 3-də 1 ABŞ dolları 2,9614 GEL-ə dəyişdiriləcək. Qeyd edək ki, kommersiya banklarında isə 1 ABŞ dolları 3 GEL-ə dəyişdirilir.
Muxalifet - 2-09-2019
Bakıda erməni mahnısı oxuyan müğənniyə azərbaycanlı məşhurlardan sərt reaksiya
Flora Kərimova: “Sizdən incimirik, demirəm ki, siz xəstəsiniz, siz sadəcə sərxoşsunuz...”
Elza Seyidcahan: “Müğənninin bu addımı millətimizə, şəhidlərimizin ruhuna hörmətsizlikdir”
Şeyx Əbdül: “Niyə o musiqiçilər müğənninin cavabını verməyib?!”
Rey Kərimoğlu: “Bu hamımızın üzünə tüpürmək deməkdir”Muxalifet - 2-09-2019