Axtarış
The search found 105785 results in 0.026 seconds.
Search results
QORXUNC İDDİA: ABŞ nüvə müharibəsi üçün səbəb tapdı - FOTO
Süni intellekt sistemlərinin hərbi tətbiqinin əsl təhlükəsi onlardan nüvə zərbəsinin vurulması haqqında qərarın qəbul olunmasında istifadə olunmasıdır.
Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri “Breaking Defense” nəşrinə ABŞ müdafiə nazirinin keçmiş müavini Robert Uork bildirib.Muxalifet - 2-09-2019
Keşişin arvadı gözəllik müsabiqəsində: ölkədə etiraz – FOTOLAR
Rusiyada keşiş arvadının gözəllik müsabiqəsinə qatılması qalmaqala səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, bir müddət əvvəl keçirilən “Miss Həssaslıq” müsabiqəsinin qalibi Oksana Zotovanın həyat yoldaşı Sergey Zotovun keşiş olduğu üzə çıxıb. Onlar bunu bir müddət gizlətməyə çalışsalar da, sonucda bu xəbər yayılıb.
Ural regionunda pravoslav keşiş olan Sergeyin bu addımı dindarların qəzəbinə səbəb olub. Bundan dərhal sonra o kilsədən uzaqlaşdırılıb və Maqnitoqorsk şəhərindən 65 km uzaqlıqda yerləşən bir kənd kilsəsinə göndərilib.
Muxalifet - 2-09-2019
Tramp qasırğasını bəhanə edərək... - MARAQLI İDDİA
ABŞ prezidenti Donald Tramp “Dorian” qasırğasını bəhanə edərək İkinci dünya müharibəsinin başlanmasının ildönümünə həsr edilmiş tədbirlərin keçirildiyi Polşaya səfəri ləğv etdi, amma bunun əvəzinə qolf-kluba yola düşdü.
Muxalifet.az xəbər verir ki, bu haqda “The Independent” nəşri yazıb.
Amerika liderinin mətbuat xidmətindən bildiriblər ki, Tramp hər saat qasırğa barədə məlumatlandırılır. Prezidentin özü söyləyib ki, “Dorian”a həsr edilmiş iclasda iştirak etmək üçün fövqəladə vəziyyətlər üzrə Federal Agentliyin binasına getməyi planlaşdırır.Muxalifet - 2-09-2019
Stalin haqqında məxfi SƏNƏDLƏR - NKVD ÇEKİSTİNİN GÜNDƏLİYİ
Belarusiyada Stalin və işgəncələr haqqında NKVD əməkdaşının gündəlikləri nəşr olunur. Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, "NKVD əməkdaşının Gündəlikləri: stalinizmin sənədli ifşası" kitabı Dövlət Təhlükəsizliyi Sovet orqanlarının veteranı İosif Yatçeninin xatirələrinə əsaslanıb. Gündəliklərində əvvəlcə milisdə, sonra isə NKVD-də xidmət edən Yatçenya yazıb ki, həbs olunduqdan sonra 1 noyabr 1937-ci ildə Minskdə narkomat həbsxanasına düşüb və orada "konveyer"də olub. "Beş gün ərzində oturmağa, içməyə, yeməyə, yatmağa icazə vermirdilər.
Muxalifet - 2-09-2019
Qadınlarla mübahisə etməyin faydası yoxdur – Alimlər izah edirlər
İsveçrəli tədqiqatçılar bildirirlər ki, kişilərin qadınlarla mübahisəyə girməsinin faydası yoxdur. Bu barədə «The Daily Mail» nəşri yazıb. Alimlər müəyyən ediblər ki, qadınlar müxtəlif detalları kişilərdən yaxşı yadda saxlayır və danışıq zamanı onları xatırlaya bilirlər. Məsələn, «kim və nə deyib?» və ya «itmiş əşya hardadır?» və s. Bəşəriyyətin zərif nümayəndələrinin üstünlüyü var, belə ki, onlarda epizodik yaddaş güclü inkişaf edib və onlar keçmişin müxtəlif mərhələlərinə aid müxtəlif hadisələri dəqiq yadda saxlaya bilirlər.
Muxalifet - 2-09-2019
Eldar Əzizov icra başçılarını topladı
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib.
BŞİH-dən verilən məlumata görə, rayon icra hakimiyyəti başçılarının, müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilib.
Muxalifet - 2-09-2019
Türkiyə ABŞ-dan üz döndərib Rusiyanı seçir? - Borisovdan KRİTİK AÇIQLAMA
“Su-35 və Su-57-nin satın alınması Ankaraya bağlı məsələdir”.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin köməkçisi Yuri Borisov deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 27 avqustda Moskvaya səfər etməsindən sonra yenidən gündəmə gələn məsələ ilə bağlı “Moskva. Kreml. Putin” proqramında danışan Borisov qeyd edib ki, iki ölkə arasında razılaşmanın əldə olunması Türkiyənin addımı ilə gerçəkləşəcək.
Muxalifet - 2-09-2019
Abel Məhərrəmovun kürəkəninin yerinə təyinat
Azərbaycan daxili işlər orqanlarında növbəti təyinat olub.
Muxalifet.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki Azad Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi təyin olunub.
Xəbəri nazirliyin Baş Mühafizə İdarəsindən təsdiqləyiblər.
Muxalifet - 2-09-2019
Almaniya qəzeti Putinə işləməsi ehtimal olunan killerdən yazıb
Almaniyanın həftəlik “Bild am Sonntag” qəzeti İkinci Çeçen Müharibəsinin fəal iştirakçısı Zəlimxan Xanqoşvilini ölürməkdə şübhəli bilinən killerin fotosunu yayımlayıb. AzEuroNews.com xəbər verir ki, bu 49 yaşlı Vadim Sokolovdur. “Bu killer Berlində Putin üçün öldürdü?” başlıqlı xəbərdə alman qəzeti yazıb ki, 2009-cu il tarixli biometrik olmayan pasportla viza alaraq Almaniyaya gələn killerin yaşayış yeri Sankt-Peterburq göstərilib.
Muxalifet - 2-09-2019
Bakının bu ərazisində yaşayanlara ŞAD XƏBƏR: Evləri plana düşdü - VİDEO
Bakı şəhəri, Yasamal rayonu ərazisində 53 yaşayış və qeyri-yaşayış obyektinin söküntüsünə başlanılıb. Buna səbəb Şəfaət Mehdiyev küçəsinin 1 kilometrə yaxın hissəsinin genişləndirilməsidir. Artıq ərazidə söküntü işləri başlayıb və yolun bir hissəsi genişləndirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilən yolun bir hissəsinə artıq yeni asfalt örtüyü də vurulub.
Agentliyin sözçüsü Anar Nəcəfli bildirir ki, vaxtilə həmin hissədə evlər və obyektlər tikildiyindən yol həddindən artıq daralıb.Muxalifet - 2-09-2019
1 milyon 350 min insanın maaşı artırıldı - Azərbaycanda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamlarına əsasən sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.
Muxalifet - 2-09-2019
Bu rayonlarda qaz olmayacaq
Sentyabrın 2-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə qəsəbə və kəndində qaz təchizatında dayandırmalar olacaq.
Muxalifet.az-a daxil olan məlumata görə, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq. Bundan başqa paytaxtda- Səbail rayonunda saat 12.00-dan 16.00-dək bir qurp abonentin qaz təchizatında fasilə yaranacaq. Bu zaman dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.
Muxalifet - 2-09-2019
Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri başladı
Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayır.
Muxalifet.az-ın məlumata görə, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.
Qeyd edək ki, təlim sentyabrın 6-dək davam edəcək.Muxalifet - 2-09-2019
SON DƏQİQƏ: Orduya MÜHARİBƏ ƏMRİ verildi - Dəhşətli SAVAŞ başlayır
Livan ordusu İsrail qüvvələrinin sərhədin Livan tərəfində yerləşən Marun Ər-Ras, Aytaron və Yaron bölgələrinə onlarla səhra topundan atəş açdığını rəsmən açıqlayıb.
Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, açıqlamada sözügedən atışlarından sonra bölgədə genişmiqyaslı yanğınların başladığı qeyd olunub.
İsrail mətbuatı Livan sərhədinə 4 km məsafədə yerləşən bölgələrdəki sığınacaqların açıldığını, sakinlərə isə evlərindən çıxmamaq göstərişi verildiyini yazıb.Muxalifet - 2-09-2019
Prezident yumşaldı, söyüşcül icra başçılarına orden verdi - ƏVVƏL “VİCDANSIZ”, “SATQIN”, “SƏVİYYƏSİZ” DEMİŞDİ...
Özbəkistan prezidenti Şövkət Mirziyoyev Müstəqillik Günü ərəfəsində bir sıra məmurların və ictimai xadimlərin orden və medallarla təltif edilməsi haqda fərman imzalayıb. Virtualaz.org özbək mənbələrinə istinadən xəbər verir ki, siyahıda dövlət başçısının bu yaxınlarda sakinlərin evlərini sökdükləri üçün bərk danladığı bəzi icra hakimləri də yer alır.
Muxalifet - 2-09-2019
Azərbaycanlı boksçu serbiyalını yerə sərdi - VİDEO
Azərbaycanlı peşkar boksçu İsmət Quliyev serbiyalı idmançı Martin Boskoviçlə döyüşə çıxıb. Yarış Türkiyənin Sakarya şəhərində baş verib. İdmançı Unikal.org-a keçirdiyi döyüş və rəqibiylə bağlı danışıb: "Bu döyüş üçün mənə 20 gün əvvəl təklif gəlmişdi. Rəqibim serbiyalı Martin Boskoviç 72 kq çəki dərəcəsində vuruşur. Həvəskar boksda 200-dən çox döyüş keçirib. Peşekarlar arasında isə keçirdiyi 11 döyüşdən 6-nı qələbə ilə bitirib. 1 dəfə isə heç-heçə edib. Birinci raundda texniki nolautla qalib gəldim. Belə ki, birinci raundda rəqibi üç dəfə nokdauna saldım ve hakim döyüşü saxladı.
Muxalifet - 2-09-2019
İTV-nin keçmiş sədr müavininə AzTV-də vəzifə verildi - Rövşən Məmmədovdan yeni təyinatlar
AzTV- nin ABŞ və Mərkəzi Amerika ölkələri üzrə bürosuna yeni təyinatlar olub.
BakuPost xəbər verir ki, bununla bağlı televiziyanın sədr əvəzi Rövşən Məmmədov əmr imzalayıb. Əmrə əsasən həmin büroya tanınmış jurnalist Şaiq Məmmədov rəhbər, Elgün İbrahimov isə operator təyin olunublar.
Xəbəri AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov BakuPost-a təsdiqləyib.Muxalifet - 2-09-2019
Bağırovun Xruşovu güllələməsi – azərbaycanlıları “qanmaz” adlandırması komandirə baha başa gəlib
Aralarındakı söhbət çox da uzun çəkmir. Mircəfər Bağırov adəti üzrə üstündə gəzdirdiyi “Mauzer” tapançası ilə hamının gözü qarşısında Xruşovu güllələyir və oradan birbaşa Moskvaya, Stalinin yanına yollanır... Maraqlıdır, Mircəfər Bağırov hansı səbəbdən bir anın içində bu cür sərt qərar qəbul edib? Məlum olduğu kimi, 1941-1945-ci illərdə alman faşizminə qarşı mübarizə aparmaq üçün Azərbaycandan 681 min nəfər cəbhələrə yollanıb. Onlardan 300 min nəfəri döyüşlərdə həlak olub.
Muxalifet - 2-09-2019
“Əgər hansısa gömrük məmuru haqda rüşvət iddiası varsa...” – Səfər Mehdiyev
“Son dövrlərdə gömrükdəki bəzi neqativ halları ictimailəşdirməklə, hətta sosial şəbəkələrdə bizə təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edirlər. Amma onlar bizi ruhlandırır”. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Real TV-yə müsahibəsində deyib. O, bildirib ki, əgər neqativ hallar varsa, məsələnin həlini məhkəmələrdən almaq olar, nəinki sosial şəbəkələrdən: “Əgər hər hansı gömrük məmuru ilə bağlı xoşagəlməz hadisə və yaxud rüşvət, korrupsiya ilə bağlı iddiası varsa, buyurub məhkəmələrə müraciət edə bilərlər. Biz də onlara tam dəstək verəcəyik.
Muxalifet - 2-09-2019
“Lotu Quli” erməni “kriminal”ın “qanuni oğru” statusunu bərpa etdi - FOTO
“Quli” ləqəb ilə tanınan “qanuni oğru” Nadir Səlifov 20 il əvvəl titulunu itirmiş “Arman Kalujiski” kimi tanınan Arman Caninyanın statusunu bərpa edib.
“Yeni Sabah” Rusiya KİV-inə istinadən məlumat verir ki, bu, gürcü “qanuni oğru” Quram Çixladzenin (Kvejoviç) döyüldüyü “sxodka”da baş verib.Muxalifet - 2-09-2019