Axtarış
The search found 105785 results in 0.039 seconds.
Search results
Əsəd ən nüfuzlu qohumunu ev dustağı etdi - ŞOK SƏBƏB
Suriya Prezidenti Bəşər Əsəd özünün yaxın qohumu Rami Maklufu ev dustaqlığına məhkum edib.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "San" qəzeti yayıb. Buna əsas səbəb Maklufun oğlu Məhəmməd Maklufun sosial şəbəkələrdəki davranışı olub. Məhəmməd Makluf sosial şəbəkələrdə bahalı maşınlarının, yaxtalarının və özəl villalarının fotolarını paylaşıb. Məhəmməd Maklufun bu addımı yerli KİV-lərdə həm ona, həm də ailəsinə qarşı kəskin tənqidlərə səbəb olub.
Muxalifet4 - 1-09-2019
Azərbaycanda faciə: azyaşlı beşmərtəbəli binadan yıxıldı
Mingəçevirdə 2 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb. Muxalifet.az xəbər verir ki, hadisə Energetik yaşayış massivindəki Naxçıvan küçəsində baş verib. Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb. Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 1-09-2019
Təkəri partlayan yük maşını yoldan çıxaraq evə çırpıldı - YARALILAR VAR
Türkiyənin Kayseri vilayətində dəhşətli yol qəzası baş verib.
Muxalifet.az Sözcü-yə istinadən xəbər verir ki, Kayserinin Hacılar qəsəbəsi yaxınlığında şose yolunda hərəkət edən yük maşınının təkəri qəfil partlayıb.
Sürücünün idarəetməsindən çıxan yüklə dolu TIR yolun kənarındakı evə çırpılıb.
Zərbənin gücündən ev tamamilə dağılıb, yük maşını isə aşıb. Evdə olan sakinlərin və sürücünün ağır xəsarət aldığı bildirilir.Muxalifet - 1-09-2019
Paşinyan Qarabağın həlli yolunu açıqladı
Dağlıq Qarabağ konfliktinin həlli təkcə hərbi və diplomatik müstəvidə deyil.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Fransada erməni dilində çıxan “Nouvelle d'Arménie” jurnalına müsahibəsində deyib.Muxalifet - 1-09-2019
AMERİKAYA GÜC NÜMAYİŞİ, YOXSA... - İran Xəzərdə hərbi təlimlərə start verdi
İran Ordusunun Hərbi Dəniz Qoşunları Xəzər dənizində "Davamlı Təhlükəsizlik" adlı hərbi təlimlərinə başlayıb.
Trend-in məlumatına görə, hərbi təlimlər sülh və dostluq məqsədi daşıyır. Təlimlərdə məqsəd dənizdə döyüş bacarığının yüksəldilməsidir.
İranın gəmi və uçuş vasitələri, o cümlədən esmineslər, torpedalar, qırıcı təyyarələr və helikopterlər, piyada və komandoslar hərbi təlimdə iştirak edirlər.
Təlimlər 25,8 min dəniz mili ərazisində keçirilir.
Muxalifet4 - 1-09-2019
Paşinyan Qarabağa dair yeni utopik tezislər irəli sürdü - TƏHLİL
Ermənilər elə birlik və güc nümayiş etdirməlidir ki, istənilən mümkün düşmən Ermənistana qarşı hərbi addımlardan bəribaşdan imtina etsin.
Virtualaz.org xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Qarabağ münaqişəsinin həlli yollarından danışarkən bu utopik tezisi irəli sürüb.
Muxalifet4 - 1-09-2019
Sədr müavini vəfat ETDİ
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, naşir Nazim İbrahimov vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.
Muxalifet - 1-09-2019
Sabahdan “Oazis” bağlanır! – yerində market tikiləcək
Bakının məşhur restoranlarından sayılan “Oazis” sabahdan bağlanır.
Unikal.org-un əldə etdiyi məlumata görə, “Oazis”in sahibi Hacı Mirtalıb Miroğlu artıq restoranını məşhur marketlər şəbəkəsinə satıb. Bu gün restoranda sonuncu ad günü, toy, nişan mərasimləri baş tutacaq. Sabahdan etibarən restoran heyəti buraxılacaq və müştəri qəbulu dayandırılır. Sabahdan restoranın söküntüsünə başlanılacaq. Artıq bununla bağlı işlərə də start verilib.
Məsələ ilə bağlı restoranda çalışan məsul şəxslərdən biri xəbəri saytımıza təsdiqləyib.
Muxalifet - 1-09-2019
Zelenski prezident postunda ən çətin anından danışdı
Ukrayna Prezidenti Vladimir Zelenski dövlət başçısı postunda qarşılaşdığı ən çətin məqamından söhbət açıb. Bu barədə o, 1+1 telekanalının efirində bildirib. "Ən çətin məqam, bəlkə də, dörd nəfərin həlak olması idi. Bundan sonra mən Rusiya Prezidenti ilə (Vladimir Putin-red.) danışdım", — deyə Ukrayna lideri qeyd edib. Oxu.az xatırladır ki, müddətsiz atəşkəs elan olunduqdan sonra avqustun 7-də Donbasda dörd ukraynalı hərbçi həlak olmuşdu. Bundan sonra Rusiya və Ukrayna liderləri arasında ikinci dəfə telefon danışığı reallaşmışdı.
Muxalifet4 - 1-09-2019
Tramp keçmiş köməkçisini bağışladı - “Sirlərimizi açıqlasa da, üzrünü qəbul edirəm”
ABŞ Prezidenti Donald Tramp köməkçisi Madlen Vesterhoutu yaxşı insan hesab etdiyini və onu bağışladığını deyib. Belə ki, ötən həftə “Politico” qəzeti Vesterhoutun Trampın qızları İvanka və Tiffani haqqındakı sözlərinə görə, vəzifəsindən istefa etdiyini yazmışdı.
Muxalifet - 1-09-2019
Azərbaycanda yeni ailə quran 19 yaşlı gəlin evdən qaçdı
Daşkəsən rayonunda gənc qadın itkin düşüb. Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, Daşkəsən şəhər sakini Bəxtiyar Abbasov polisə müraciət edərək həyat yoldaşı, 2000-ci il təvəllüdlü S.Tahirinin gecə saatlarında evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. O, bir neçə ay əvvəl ailə həyatı qurduğu qadının gecə saat 12 radələrində Daşkəsən şəhəri Nizami küçəsində yerləşən mənzili tərk etdiyini və naməlum istiqamətə getdiyini bildirib. Məsələ ilə bağlı araşdırma aparılır.
Muxalifet - 1-09-2019
Salyanda 80 yaşlı kişinin zibillikdən tapdığı əşya əlində partlayıb
Bu gün səhər saatlarında Salyan şəhərində 80 yaşlı sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə Q.Əsgərov küçəsində yaşayan 1939-cu ildə anadan olmuş Aləddin Qasım oğlu Abasovun əlində naməlum əşyanın partlaması nəticəsində sol ovucu dağıldığından həmin əlinin amputasiya olunacağı gözlənilir. Yaralı hazırda əməliyyata götürülüb. A.Abbasovun özünün bildirdiyinə görə partlayış zibillikdən tapdığı dəmir əşyanı qurdalayarkən baş verib.
Fakt araşdırılır.
Muxalifet - 1-09-2019
Murad Dadaşov tanınmaz hala düşdü - FOTO
Xalq artisti Murad Dadaşov Avropa səyahətini davam etdirir.
Şoumenin İtaliyadan sonra növbəti səfəri Yunanıstan olub.
Yunan adalarına yaxta gəzintisi edən Dadaşov, yeni imici ilə hər kəsi təəccübləndirib. Belə ki, hər zaman üzü təraş vəziyyətdə görməyə vərdiş etdiyimiz aparıcı, bu dəfə başqa obrazda diqqət çəkib. İstirahət zamanı saqqallı görüntüsünü sosial şəbəkə hesabından paylaşan Muradın bu halına təəccüblənərlər arasında Roza Zərgərli, Natavan Həbibi də olub. Onlar xalq artistinin bu paylaşımına təəccüblərini əks etdirən şərhlər yazıblar./ölkə.azMuxalifet - 1-09-2019
Azərbaycanlı müğənni 5 il qeyri-rəsmi yaşadığı qadınla EVLƏNDİ: 8 yaşlı qızı... - FOTO
Amil 5 il qeyri-rəsmi yaşadığı xanımdan övladı olduqdan sonra onunla ailə qurduğunu bildirib:
"Əslində çoxdan ailəliyəm, amma toyu bu yaxınlarda etmişəm. Yəni, biz bir-birimizi tanımışıq, sonra toy eləmişik. Uşaq da oldu, sonra toyumuz oldu. 5 ildən sonra toyumuz oldu. 8 yaşında bir qız övladımız var".
Aparıcı müğənninin etirafına təəccüblə "Niyə elə etdin? Bizim adət-ənənədə elə şey yoxdur axı" sualı ilə reaksiya verib.Muxalifet - 1-09-2019
“Gürcüstanın Bakıdakı hərbi təlimlərdə iştirakı Gürcüstana və gürcü tarixinə böyük təhqirdir” - Təxribatçı bəyanat
Gürcüstan Leyboristlər partiyasının erməniəsilli başçısı Şalva Natelaşvilinin təxribatçı bəyanatı başadüşüləndir -Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev
Avqustun 30-da Gürcüstan Leyboristlər partiyasının lideri Şalva Natelaşvili Azərbaycan əleyhinə bəyanatla çıxış edib.Muxalifet - 1-09-2019
Bəy gəlin evinə iməkləyərək getdi
Türkiyənin Bursa vilayətinin İznik rayonunda Özkan Uslu adlı bəyə toydan əvvəl yoldaşları tərəfindən edilən zarafatlar görənlərin gülüş hədəfinə çevrilib. Moderator.az xəbər verir ki, yoldaşları bəyə qadın paltarı geyindirib və başına örpək örtdükdən sonra bu da azmış kimi ağzına əmzik də qoyublar. Bundan sonra əl arabası ilə küçə-küçə gəzdirilən bəy gəlin evinə iməkləyərək gedib.
Muxalifet - 1-09-2019
Dəhşətli müharibə ANONSU: bombardman davam edir - Ölənlər var
İsrail qoşunları sərhəddə yerləşən ordu bazası və hərbi texnikanın tank əleyhinə raketlə vurulmasına cavab olaraq Livanın cənubuna zərbələr endirib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti bildirib.
Öz növbəsində, Livan ordusunun açıqlamasına görə, İsrail ölkənin cənubunda yerləşən qəsəbələrə 40-dan çox raket buraxıb. Qeyd edilir ki, hazırda bombardman davam edir.Muxalifet - 1-09-2019
“Rəsulzadənin adı universitetə qaytarılsın!” - Deputat
Bu gün Azərbaycanın ən qocaman ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetinin 100 yaşı tamam olur.
Muxalifet.az xəbər verir ki, millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev yubiley düşüncələrini Moderator.az-la bölüşüb:Muxalifet - 1-09-2019
Bəşər Əsəd qardaşını həbs etdirib – Rusiyanın tələbindən sonra
Artıq dünən xəbər verildiyi kimi, Suriyanın ən zəngin insanı və ölkə prezidenti Başar Əsədin əmisi oğlu Rami Maxluf həbs edilib.Virtualaz.org İngiltərənin “The Times” qəzetinə istinadən bildirir ki, onun əmlakı vətəndaş müharibəsi zamanı Rusiyaya olan borcunu ödəmək üçün müsadirə edilib. Rəsmi olaraq, vəsait antikorrupsiya kampaniyası çərçivəsində ələ keçirilib. Bu, Maxlufun 22 yaşlı oğlu Məhəmmədin Instagram-da bahalı həyat tərzini əks etdirən fotoları paylaşmaqla diqqəti ailəsinin üzərinə cəlb etməsindən sonra olub.
Muxalifet - 1-09-2019
Ölümü proqnozlaşdıran QAN TESTİ
Həkimlər insanın ölüm vaxtını təxmin edə biləcək qan testi yaradıblar. Almaniya və Hollandiyadan olan tədqiqatçılar insanın on il ərzində ölüb-ölməyəcəyini 80%-dən çox dəqiqliklə müəyyənləşdirməyə imkan verən texnologiya hazırlayıblar.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, bu metod 18 yaşından 109 yaşına kimi olan 44168 insanla bağlı aparılan tədqiqat məlumatları əsasında hazırlanıb.
Muxalifet - 1-09-2019