Axtarış
The search found 105785 results in 0.03 seconds.
Search results
Tələbələrə təqaüdlərin ödənilməsi qaydası dəyişdirildi
Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Muxalifet.az-ın məlumatına görə, indiyədək mövcud olan qaydalara görə, bu qayda Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycanın vətəndaşlarına şamil edilirdi.Muxalifet - 31-08-2019
Ermənistanda ac xalq küçələrə çıxır: “Paşinyan vədlərinə əməl etmir”
İşğalçı ölkə növbəti inqilaba doğru addımlayır; xalq baş naziri etimadı doğrultmamaqda suçlayır; rəsmi İrəvan isə əhalini Azərbaycanla qorxudur - Qazax təxribatının pərdəarxası
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu 16 ay müddətində az qala hər gün vətəndaşların yeni etirazları ilə üzləşməkdədir. Təkcə son günlər keçirilən aksiyaların statistikası Paşinyan hökumətinin ömrünün uzun olmayacağı qənaətini yaradır.
Muxalifet - 31-08-2019
Azərbaycana gələn Türkiyə vətəndaşlarına ŞAD XƏBƏR: Sabahdan...
Azərbaycan sabahdan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək.
Muxalifet.az xəbər verir ki, bununla bağlı qərar sentyabrın 1-dən qüvvəyə minəcək.
Qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunur.
Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.Muxalifet - 31-08-2019
“Hamı başa düşür ki, Azərbaycan buna icazə verməz...” - ERMƏNİSTAN RƏSMİSİ NÜVƏ TULLANTILARININ DAŞINMASI HAQDA
rmənistanda Metsamor AES-in işlənmiş nüvə yanacağının Rusiyaya təkrar emal və utilizasiya üçün daşınması məsələsi yenidən gündəmə gəlib.
Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanın nüvə təhlükəsizliyinin nizamlanması üzrə Dövlət Komitəsinin sədri Aşot Martirosyan Yerevanda keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, işlənmiş nüvə yanacağının hava yolu ilə Ermənistandan daşınması mümkün deyil. Çünki bu tullantılar həddən artıq radioaktivdir, Rusiya ilə dəmir yolu əlaqəsi isə hələ bərpa edilməyib.
Muxalifet - 31-08-2019
Xanım məhbusdan İran həbsxanaları ilə bağlı DƏHŞƏTLİ ETİRAF: "Bakirəliyimi yoxlamaq üçün..." - FOTO
“Həbsdə ikən məni sorğu-suala tutan şəxs ilə dosyemə nəzarət edən məhkəmə nümayəndəsi məni bakirəlik testinə göndərmək istədi. Bütün təzyiqlərə baxmayaraq, buna çox sərt reaksiya verdim və müqavimət göstərdim. Ona görə də istədiklərinə nail ola bilmədilər”. Publika.az xəbər verir ki, bunu azərbaycanlı siyasi fəal Pərisa Rəfii siyasi fəallar, xüsusilə də qadınların İran həbsxanalarında saxlanıldığı acınacaqlı vəziyyətdən bəhs edərkən deyib. Tehran Universitetinin tələbəsi məsələ ilə bağlı açıq məktub yazıb.
Muxalifet - 31-08-2019
DƏHŞƏTLİ HADİSƏ: Avtomobil çaya düşdü, bir ailənin 24 ÜZVÜ ÖLDÜ
Pakitanda avtomobil körpünün dağılması nəticəsində çaya düşüb.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Dawn” nəşri bildirib.
Hadisə nəticəsində ən azı 24 nəfər ölüb. Nəqliyyat vasitəsi toy mərasimindən qayıdırdı.
“Hamısı bir ailənin üzvü olan 24 nəfər onları daşıyan avtomobilin çaya düşməsi nəticəsində boğuldu”, - Yuxarı Koxistan dairəsinin mülki müdafiə idarəsinin başçısı Axsanul Hak bildirib.Muxalifet - 31-08-2019
Xanım sürücü Biləsuvarda DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ: 3 nəfər öldü, 3 nəfər yaralandı - VİDEO
Biləsuvarda ağır yol qəzası baş verib. Muxalifet.az xəbər verir ki, hadisə Bakı-Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Fərhadzadə Sədaqət Babalı qızı "Hyundai" markalı avtomobildə idarəetməni itirib, yolun kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, 2006-cı il təvəllüdlü Fərhadzadə Səfər Fərəc oğlu, 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu və Günel Hüseynova hadisə yerində dünyasını dəyişib. Sürücü S.Fərhadzadə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Muxalifet - 31-08-2019
Bakı-Moskva təyyarəsi təcili eniş etdi - Sərnişin xəstəxanaya yerləşdirildi
Bakı-Moskva aviareysi ilə uçan təyyarə şənbə günü Rusiyanın Volqoqrad şəhərində təcili eniş edib.
"RİA Novosti" xəbər verir ki, buna səbəb kimi həmin təyyarə ilə uçan 60 yaşlı qadının özünü pis hiss etməsi göstərilir.
Layner Volqoqrad aeroportuna eniş etikdən sonra qadın sərnişin xəstəxanaya yerləşdirilib. Bakı-Moskva reysini həyata keçirən təyyarə hələ də Volqoqraddadır və uçuşu gözləyir.
Qeyd edək ki, bu gün Krasnoyarsk-Simferopol və Qroznı-Vnukovo reysləri üzrə hərəkət edən təyyarələr də Volqoqrad hava limanına məcburi eniş edib. (Oxu.az)Muxalifet - 31-08-2019
TÜRKİYƏ GEOPOLİTİK YOLAYRICINDA: CIRTDAN RUSİYAYA, YOXSA NƏHƏNG QƏRBƏ SARI? – Təhlil
Taha Akyol
Karar (Türkiyə), 30.08.2019
Türkiyə prezidenti Ərdoğan Moskvada videokamera obyektivləri qarşısında deyib: “Rejim İdlibdə terrorizmlə mübarizə bəhanəsi altında yerdən və havadan mülki əhalinin içinə ölüm yağdırır – bu qəbuledilməzdir”.
Ərdoğan açıq bildirib ki, Əsəd (və tərəfdarı Rusiya) “terror təhlükəsi bəhanəsilə” yerdən və havadan dinc sakinləri öldürür. Ərdoğan Türkiyəyə dönən yolda qeyd edib ki, “ən kəskin problem əməliyyatların dayandırılmasıdır”.
Muxalifet - 31-08-2019
Nazirlik 2 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı AÇIQLAMA YAYDI: 1 nəfərin vəziyyəti ağırdır
Səhiyyə Nazirliyi Salyan rayonunda baş verən yol qəzası barədə məlumat yayıb.
Nazirlikdən "Report"a bildirilib ki, hadisə nəticəsində 2 nəfər aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
"Bir qadın bazu sümüyünün sınığı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
Muxalifet - 31-08-2019
Tramp İranla bağlı MƏXFİ FOTO paylaşdı – ARA QARIŞDI
ABŞ Prezidenti Donald Tramp tvitter hesabında İranın İmam Xomneyi Kosmik Mərkəzində uğursuz raket sınağından sonra baş verən partlayışa aid məxfi foto paylaşıb.
O, ABŞ-ın bu dəhşətli partlayışla əlaqəsinin olmadığını bildirib, baş verənləri araşdırmaq sahəsində İrana uğurlar arzulayıb.
Mütəxəssislər isə məxfi fotonu paylaşdığı üçün prezidenti sərt tənqid ediblər.Muxalifet - 31-08-2019
Boris Conson bir vaxtlar rok-ulduz və ya böyük mağazaların sahibi olmağı arzulayıb
Böyük Britaniyanın baş naziri Boris Conson əvvəllər rok-ulduz və ya supermarketlər şəbəkəsinin sahibi olmağı arzu etdiyini bildirib.
APA “Press Association” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Conson gənc jurnalistlərlə görüşən zaman deyib.
Muxalifet - 31-08-2019
Qadın yazıçı Kəmal Sunalı TƏHQİR ETDİ: Bütün filmləri insanların tərbiyəsini və... - VİDEO
Türkiyənin "Şaban” ləqəbilə məşhurlaşan aktyoru Kemal Sunal barədə təhqiramiz ifadələr işlədən və sərt tənqid edən yazıçı böyük müzakirələrə səbəb olub.
Muxalifet.az BAKU.WS xəbər verir ki, Türkiyənin tanınmış yazıçısı Cemile Bayraktar "Şaban”ın filmləri barədə xoşa gəlməyə ifadələr işlədib. Yazıçı bildirib ki, Kemal Sunalın bütün filmləri insanların tərbiyəsini və mənəviyyatını pozur.
"K.Sunalın bütün filmləri insanların beynini pozur. Cəmiyyətdə tərbiyəsizliyi yayır, əxlaqsızlığı təbliğ edir”, - deyə yazar bildirib.Muxalifet - 31-08-2019
Azərbaycanda qısqanc ər arvadını qayınatasının evində bıçaqladı - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi Ağcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.
Muxalifet - 31-08-2019
Şeyxin tələb etdiyi məsələlər layihədən çıxarılıb – Surroqat ana və sperma bankı...
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsindən surroqat ana və sperma bankı məsələsi çıxarılıb”.
Bu barədə “Yeni Sabah”a deputat Musa Quliyev bildirib. “Donorluq məsələsi yalnız nikahda olan ər-arvad arasında həll oluna bilər”,- deyə deputat əlavə edib.
Onun sözlərinə görə, artıq qanun layihəsində mübahisəyə səbəb ola biləcək hər hansı məqam qalmayıb.
Muxalifet - 31-08-2019
Nazirlik işəgötürənlərə müraciət etdi - Maaşları artırın
Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.
Muxalifet - 31-08-2019
Ərdoğandan Gül-Babacan-Davudoğlu ittifaqına mesaj: "Nə edəcəksinizsə, indidən ortaya çıxın"
"Bizim partiyadan Türkiyə Böyük Millət Məclisində (TBMM) deputat fraksiyası yaradacaq sayda ayrılanlar olub. Amma onlar heç bir nəticə əldə edə bilmədilər. Eyni zamanda partiyamızdan istefa verib müxalif Cümhuriyyət Xalq Partiyasına keçənlər də var və hazırda orada çətin duruma düşüblər. Bizim partiyanın parçalanmaq kimi problemi yoxdur. Biz Ədalət və İnkişaf Partiyası olaraq, hazırda tarix yazmaq iqtidarındayıq".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə söhbətində Türkiyə prezidenti, AKP lideri Ərdoğan deyib.
Muxalifet - 31-08-2019
Səhər tezdən ailəli bacısını yad kişi ilə tutdu, sonra... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ
Biləsuvar rayonunda bacısı ilə intim münasibətdə olan həmyerlisini öldürməkdə təqsirli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Əli Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Əli Süleymanovun bacısı Ramilə ailəli olub (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.), amma hadisədən bir müddət əvvəl ərindən ayrılıb.
Bacısından sevgilisindən ayrılmasını tələb etdi
Muxalifet - 31-08-2019
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: küçənin ortasında sevgililəri qanına qəltan etdilər - ANBAAN VİDEO (18+)
Türkiyənin Tekirdağ vilayətinin Çorlu mahalında dəhşətli cinayət hadisəsi baş verib.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, sevgililər olan Məlikə B. ilə Salih Durmus küçənin ortasında silahlı hücuma məruz qalıb.
Ağır yaralanan Salih Durmuşun öldüyü, Məlikə B.-nin isə reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir. Hücumdan sonra təhlükəsizlik kameralarında qeydə alınan görüntülərə baxan polis qaçan şübhəlinin tutulması üçün axtarışlara başlayıb.Muxalifet - 31-08-2019
Gürcüstan kəndə post qoydu, vəziyyət gərginləşdi - BİBİLİOV AİLƏSİNİ MOSKVAYA QAÇIRIB?
Gürcüstanın avqustun 28-də Cənubi Osetiya ilə inzibati sərhədə yaxın Çorçana kəndində polis postu yerləşdirməsi Sxinvali ilə Tbilisi arasında yeni gərginliyə səbəb olub.
Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, qondarma Cənubi Osetiya “respublikası” gürcü tərəfinin bu hərəkətini “təxribat” adlandırıb və postun götürülməsini tələb edib. Bildirib ki, post götürülməsə Cənubi Osetiya adekavt addımlar atacaq. Həmin post Cənubi Osetiyanın Tsnelis kəndinin bir kilometrliyində yerləşir.
Muxalifet - 31-08-2019