Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. Şeyx də "Facebook"a gəldi - FOTO

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadə "Facebook" sosial şəbəkəsində özünə hesab açıb. 
    Demokrat.az xəbər verir ki, artıq Qafqaz Müsəlmanları İdarəsinin və Şeyxin fəaliyyəti ilə bağlı məlumatlar həmin səhifədə yerləşdirilir. 
    Qeyd edək ki, son günlər Azərbaycanın bir çox yüksək vəzifəli şəxslərinin adlarına "Facebook"da hesablar yaradılıb. 

    Muxalifet - 30-08-2019

  2. Sentyabrda hava necə olacaq? - AÇIQLANDI

    Sentyabr ayına olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabr ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim norması göstəricilərinə uyğun olacağı gözlənilir.

    Yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın , bəzi Aran rayonlarında normadan az, ayrı-ayrı şimal və qərb rayonlarında isə normadan bir qədər çox olacağı ehtimal olunur.

    Muxalifet - 30-08-2019

  3. Arnold Şvartseneger və Linda Hemilton yeni “Terminator”da çəkiliblər

    Noyabrın 1-də dünya ekranlarına “Terminator: Qaranlıq talelər” franşizasının davamı çıxacaq. “Terminator”un əvvəlki iki hissəsində çəkilmiş aktyorlar Linda Hemilton və Arnold Şvartseneger üçüncü hissədə də iştirak ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Deadline” yayıb.
    Məlumatda deyilir ki, çəkilişlərə əvvəlki hissələrin rejissoru Ceyms Kemeron qatılıb. Onun sözlərinə görə, “Terminator”a qayıdış zaman maşınında gəzintiyə bənzəyir.

    Muxalifet - 30-08-2019

  4. Azərbaycana İsrail dronlarının gətirilməsi xəbərlərinə - Nazirlikdən reaksiya

    "İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur". 

    Muxalifet.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən bildirib.

    Muxalifet - 30-08-2019

  5. Azərbaycanda şərabın alkoqollu içki sayılmaması təklif edilir

    Azərbaycanda şərabın alkoqollu içki deyil, qida məhsulu hesab edilməsi, onun reklamının genişləndirilməsi təklif edilib.

    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə “AzQranata” zavodunun direktoru Vüqar Mikayılov Şamaxıda I Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan “Azərbaycanda şərab sənayesinin inkişaf perspektivləri və ixrac potensialının inkişafı” adlı dəyirmi masada çıxış edib.

    Onun sözlərinə görə, bu gün dövlət qayğısı nəticəsində şərabın ixrac potensialı 30 faiz yüksəlib:

    Muxalifet - 30-08-2019

  6. Yeltsin Qarabağın işğalına niyə şərait yaratdı? - İlk dəfə AÇIQLANAN FAKTLAR

    Milli azadlıq hərəkatının fəallarından olmuş “Şimal Xəbərləri” qəzetinin baş redaktoru, Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Azərbaycan torpaqlarının işğalına dair maraqlı detalların açıqlandığı məqalə ilə çıxış edib. Muxalifet.az həmin məqaləni təqdim edir: “Əvvəldən başlayıram. 1991-ci ilin avqustunda baş vermiş hərbi qiyamın (QKÇP) əsas məqsədi Sovet İmperiyasını qoruyub saxlamaq idi. Həmin ayın 19-da səhər yuxudan oyanan sovet vətəndaşları Sovet İttifaqı Teleqraf Agentliyinin bəyanatını eşidib şoka düşdülər. Dövlət çevrilişi baş vermişdi.

    Muxalifet - 30-08-2019

  7. Elmar Qasımov medalsız qaldı

    Azərbaycan cüdoçusu Elmar Qasımov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizəyə qatılıb. 

    Muxalifet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançının rəqibi yaponiyalı Aaron Volf olub. Görüş Volfun qələbəsi ilə yekunlaşıb. Təsəlliverici görüşdən məğlub ayrılan Qasımov, 5-ci yerlə kifayətlənib. 

    Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib.

    Muxalifet - 30-08-2019

  8. “Biz bazar olmaqdan çıxıb, bazar axtarmağa gedən ölkə olmaq istəyirik” – Ərdoğan

    “Hazırda Rusiyayla 25 milyard dollara qədər ticarət əlaqələrimiz var. Gələcəkdə bunun həcmini 75 milyarda, ardından isə 100 milyarda çatdırmaq niyyətindəyik”. APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, Türkiyə ilə Rusiyanın ən önəmli ortaq mövzusu S-400-dür.

    Muxalifet - 30-08-2019

  9. “Tövsiyə edirəm ki, əhali qoyun, quzu əti, quyruq yağından istifadə etsin” - AQTA sədri

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun yeni "Süfrə" dərgisinə müsahibəsində şəxsi qidalanma prinsiplərindən bəhs edib. 
    O, müsahibəsində sağlam qidalanma ilə bağlı maraqlı açıqlamalar edib.
    Q.Təhməzli arıq insanların sağlam olması barədə fikirlərin yanlış olduğunu bildirib:

    Muxalifet - 30-08-2019

  10. Türkiyə Suriya ilə sərhəddə GƏRGİNLİK - Hərbi texnikalar yerləşdirildi

    Türkiyə Suriya ilə sərhədə hərbi texnikalar yerləşdirir.
    Muxalifet.az
    Trend-ə istinadən xəbər verir ki, bu tədbir terrorçu Kürdüstan İşçi Partiyasının (PKK) PYD / YPG-nin Suriya qanadına qarşı apardığı mübarizə çərçivəsində həyata keçirilib.
    Hərbi texnikanın bir hissəsinin Suriyanın şimalına - Fırat Qalxanı və Zeytun budağı hərbi əməliyyatları çərçivəsində azad edilmiş ərazilərə veriləcəyi də bildirilir.

    Muxalifet - 30-08-2019

  11. Tez yuxuya getmək üçün bunları edin - VİDEO

    Günümüzdə əksər insan yuxusuzluqdan əziyyət çəkir. Şübhəsizdir ki, yuxusuzluq insan beyninə mənfi təsir göstərir.
    Bir sıra vacib qayda var ki, yuxusuzluqdan əziyyət çəkənlər üçün bunlar faydalı hesab olunur.
    İlk olaraq, yatmazdan öncə 1 qaşıq bal yemək məsləhət görülür.

    Muxalifet - 30-08-2019

  12. YENİ RƏİS HAMINI İŞDƏN ÇIXARMAĞA BAŞLADI – “Etiraz edənləri təhqir edir, hədə-qorxu gəlir”

    Bir neçə gün əvvəl “Azərpoçt” MMC-nin 6 saylı poçt filialına rəis əvəzi təyin edilən Emin Kərimli kütləvi şəkildə işçiləri işdən çıxarmağa başlayıb.

    Bu barədə “AzPolitika.info”ya məlumat rabitə sektorundakı mənbələrdən daxil olub.

    Muxalifet - 30-08-2019

  13. Elmlər Akademiyasının vəzifəli qocaları - BİR ÇOXU YAŞCA AMEA-dan BÖYÜK İMİŞ

    Gələn il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyi qeyd olunacaq. 
    Maraqlıdır ki, Akademiyanın hazırkı prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor Akif Əlizadə rəhbəri olduğu qurumdan yaşca xeyli böyükdür. 1934-cü il təvəllüdlü Əlizadə, hazırda 85 yaşındadır. 
    AMEA-da bir çox mühüm vəzifə tutanların da yaşı ya 80-ə yaxındır, ya da 80-i çoxdan ötüb. 

    Muxalifet - 30-08-2019

  14. Kanalda ayağına dəmir batan azyaşlı xilas edildi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazax rayonunun Ağköynək kəndində 1 nəfər azyaşlının kanalda ayağına dəmir parçası bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən Muxalifet.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 30-08-2019

  15. "Qarabağ"ın qələbəsi Paşinyanın səsini batırıb — POLİTOLOQ

    Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ" futbol klubunun ardıcıl 6-cı dəfə Avrokuboklarda qrup mərhələsinə düşməsinin siyasi əhəmiyyətindən danışıb. 
    Politoloq Demokrat.az-a açıqlamasında bildirib ki, son Azərbaycan çempionu "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsinə növbəti dəfə yüksəlməsi işğalçı Ermənistanı pərişan edib.
    M.Əhmədoğlu deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar bəzi erməni futbolçuları adından ucuz şou kampaniyası aparırdı:

    Muxalifet - 30-08-2019

  16. İlham Əliyev Qırğızıstan və Malayziyanın dövlət başçılarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu ünvanlayıb. Muxalfet.az-ın məlumatına görə, təbrik mətində deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

    Muxalifet - 30-08-2019

  17. Ermənistanda sabiq nazirin qardaşı oğlu həbs edilib

    Ermənistanda sabiq maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sədri Qagik Xaçatryanın həmin komitədə işləmiş qardaşı oğlu Karen Xaçatryan həbs edilib.

    “Report” “Armtimes”ə istinadən xəbər verir ki, müvafiq qətmanə İrəvan Ümumi Məhkəməsi tərəfindən çıxarılıb.

    Bununla yanaşı, məhkəmə Milli Təhlükəsizlik Xidməti müstəntiqinin sabiq nazir barəsində də həbs qətimkan tədbiri tətbiq olunması barədə müraciətini müzakirə edir.

    Muxalifet - 30-08-2019

  18. Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Avqustun 31-i və sentyabrın 1-də...

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - avqustun 31 və sentyabrın 1-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

    Muxalifet - 30-08-2019

  19. RUSİYA TÜRKİYƏYƏ XƏBƏRDARLIQ EDİR – ABŞ-la birgə təhlükəsiz zona yaratmanın nəticəsi nə olacaq?

    Kristina Covanovski

    “The Media Line”, 30.08.2019

    Beş aydır İdlib vilayətini suriyalı üsyançılardan geri almaq üçün hücumlar həyata keçirən rejim qüvvələrinə qarşı böyük əks-hücum təşkil edilib. Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada koordinasiyanı artırmaq barədə razılığa gəldiyi bildirilən Rusiya prezidenti Vladimir Putinlə Moskvadakı görüşündən sonra baş verir.

    Muxalifet - 30-08-2019

  20. Поставки нефти в Португалию: Россия уступает свои позиции Азербайджану и Анголе

    Луиш Виллалобуш (Luís Villalobos) Россия остается главным поставщиком сырой нефти в Португалию — этот статус она приобрела в 2017 году, однако постепенно начинает уступать свои позиции Азербайджану и Анголе. По данным отчета Генерального управления по энергетике и геологии (DGEG) за 2018 год, Португалия импортировала из России 2 475 286 тонн нефти (на 18% меньше, чем в предыдущем году), что означает 19,6% от общего объема рынка. В 2017 году доля России составляла 22%. Второй в списке основных поставщиков этого стратегического продукта в Португалию стала Ангола.

    Muxalifet4 - 30-08-2019

Pages