Axtarış

The search found 105785 results in 0.116 seconds.

Search results

  1. “70 milyon dollar kredit faizi vermişəm” – İsmayılovdan sensasion açıqlamalar

    Rusiyanın “Kommersant” qəzeti xəbər verib ki, azərbaycanlı biznesmen Telman İsmayılovun çoxmilyardlıq borclarına görə onun İsveçrədəki bank hesablarına həbs qoyulub.

    Muxalifet.az xəbər verir ki, Virtualaz.org saytı bu məsələ ilə bağlı Telman İsmayılovun özü ilə əlaqə yaradıb. Biznesmen ona qarşı irəli sürülən iddiaları rədd edib və deyib ki, həmin şirkətlərə heç bir aidiyyatı olmayıb.

    Muxalifet - 30-08-2019

  2. "Bu günə qədər ailə qurmamağımın səbəbi atamın mənə yaşatdığı psixoloji travmadır" - Günelin köhnə müsahibəsi MÜZAKİRƏYƏ SƏBƏB OLDU

    "Spave" telekanalında yayımlanan "Banu" verilişinin aparıcısı Günel Həsənzadənin bir müddət öncə verdiyi müsahibə sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.
    "Ölkə.Az" xəbər verir ki, teleaparıcının şəxsi həyatı barədə verdiyi açıqlamalar xüsusən maraq doğurub. 

    Muxalifet - 30-08-2019

  3. “Əgər tapsalar, bütün pulları Rusiyaya bağışlamağa hazıram” - "AST TELMAN"

    Rusiyanın “Kommersant” qəzeti xəbər verib ki, azərbaycanlı biznesmen Telman İsmayılovun çoxmilyardlıq borclarına görə onun İsveçrədəki bank hesablarına həbs qoyulub. Qəzetin yazdığına görə İsveçrə prokurorluğu “BM-Bank”ın ərizəsi  əsasında  Telman İsmayılovun fəaliyyətini yoxlayır. Bankda hesablayırlar ki, T.İsmayılovun digər aktivlərini də axtarıb tapmaq, onlara həbs qoymaq mümkün olacaq.

    Muxalifet4 - 30-08-2019

  4. “Qarabağ”ın qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşdi

    “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

    “Report”un məlumatına görə, Ağdam təmsilçisi ilk turda İspaniya “Sevilya”sını qəbul edəcək.

    Ölkə çempionu qrupdakı ikinci matçında Lüksemburqda “Düdelanj”ın qonağı olacaq. “Köhlən atlar” üçüncü turda doğma azarkeşlər önündə Kipr APOEL-i ilə qarşılaşacaq.

    Avropa Liqası, qrup mərhələsi

    I tur

    19 sentyabr

    “Qarabağ” – “Sevilya”

    II tur

    3 oktyabr

    “Düdelanj” – “Qarabağ”

    Muxalifet - 30-08-2019

  5. ​Rusiya yenidən Gürcüstana hücum etməyə hazırlaşır? – Tiflisə ULTİMATUM VERİLİB

    Gürcüstanın Sxinval regionu ərazisində fəaliyyət göstərən işğalçı rejim Snelisi kəndində işğal xəttinə 200-ə yaxın silahlı şəxs və hərbi texnika yerləşdirib. Görünür, işğalçı rejim gürcü dövlətinə qarşı növbəti hərbi təxribat hazırlayır. Bu barədə “Qruziya Online” portalı məlumat verir.

    Muxalifet - 30-08-2019

  6. İraqın şimalında ƏMƏLİYYAT: 600-dən çox PKK terrorçusu öldürüldü

    Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) terrorçularına qarşı keçirdiyi əməliyyat çərçivəsində mayın 27-dən bu günə qədər 676 PKK döyüşçüsü öldürülüb.
    Muxalifet.az Trend-ə istinadən bildirir ki, hesabatda qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri və Hərbi Hava Qüvvələri əvvəlki kimi PKK terrorçularına, o cümlədən ölkənin milli təhlükəsizliyinə təhdid yaradan digər terror təşkilatlarına qarşı fəal mübarizə aparacaq.

    Muxalifet - 30-08-2019

  7. Ər axtaranlar üçün “sevgi qatarı” – İndiyə qədər 10 cütlük evlənib – FOTO

    Münasibət qurmaqda çətinlik çəkənlər üçün “sevgi qatarı” yaradılıb.

    "Chinadaily" xəbər verir ki, “Love-Pursuit Train” adlandırılan qatar avqust ayının 10-da Çongqing-Qianjiang istiqamətində yola düşüb. Qatarda subayların bir-biri ilə tanış olub, münasibət yaratması üçün şərait yaradılıb.

    Muxalifet4 - 30-08-2019

  8. NASA-dan qorxunc İDDİA: “2020-ci ildə dünyaya nəhəng asteroid çırpılacaq”

    8 ay sonra dünyaya çırpılacağı ehtimal edilən asteroid ciddi fəsadlar törədə bilər.

    NASAnın yaxından izlədiyi və 2020-ci ilin aprel ayında dünyaya çırpıla biləcək asteroid haqqında sizlərə ətraflı məlumatları təqdim edirik. 

    1998 OR2 adını daşıyan asteroid təxminlərə görə 29 apreldə dünyanın yaxınından keçəcək. Alimlərin araşdırmalarına görə, asteroidin diametri təxminən 4 km-dir.

    Muxalifet - 30-08-2019

  9. Əsəd Türkiyə qarşısında GERİ ÇƏKİLDİ: Ərdoğan-Putin zirvəsindən 3 gün sonra... - VİDEO

    Suriya qoşunları avqustun 31-dən birtərəfli qaydada İdlib gərginliyin azaltma bölgəsində atəşi dayandıracaq.
    Muxalifet.az
    Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriyada Düşmən tərəflərin barışığı üzrə Rusiya Mərkəzindən bildirilib.
    Dəməşqin bu qərarı Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin avqustun 27-də keçirdiyi görüşündən 3 gün sonraya təsadüf etməsi diqqət çəkir.

    Muxalifet - 30-08-2019

  10. İdmançı qucağında körpəsi olan arvadını təpiklədi - ŞOK VİDEO

    Vyetnamda yaşayan 32 yaşlı idmançı Nguyen Xuan Vinh arvadını döydüyünə görə həbs edilib. 

    Muxalifet.az xəbər verir ki, Vyetnamda yaşayan 32 yaşlı döyüş idmançısı Nguyen Xuan Vinh, 27 yaşlı radio aparıcısı olan həyat yoldaşı Vu Thi Thu Ly-i tərəfindən döyülüb. 

    Qadının döyülməsinə səbəb isə ərinə məxsus televizoru başa otağa keçirməsi olub. 

    Muxalifet - 30-08-2019

  11. Hitler-Stalin razılaşması çərçivəsində... - Nazirdən ŞOK İDDİA

    Baltikyanı dövlətlər heç vaxt SSRİ-in tərkibinə daxil olmayıb, onlar işğal edilmişdi.
    Muxaliet.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tvitter hesabında yazıb.
    Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin səhifəsində Baltika respublikalarının müstəqilliyi haqqında şərh çıxıb. Mətndə deyilirdi ki, 1990-cı illərin əvvəllərində müstəqillik əldə etməsindən sonra Baltiyanı ölkələr müasir və demokratik hüquqi dövlət ola bilmədilər.

    Muxalifet - 31-08-2019

  12. BANKLAR YENƏ PROBLEMLİ KREDİTLƏR BATAQLIĞINDA – “Analoqsuz” bank sektoruna Prezidentin fərmanı da kömək etmir!

    Azərbaycan Mərkəzi Bankı iqtisadiyyata kredit qoyuluşları ilə bağlı göstəriciləri açıqlayıb. Məlum olub ki, iyul ayında ölkə banklarının kredit portfeli təqribən 200 milyon manat artaraq 13 milyard 681,4 milyon manata çatıb. Bu, o deməkdir ki, İlin əvvəlindən kredit portfeli 660 milyon manat artıb.

    Muxalifet - 31-08-2019

  13. "Uşaqpulu"nun məbləği nə qədər olacaq? - ekspertdən təklif

    Hökumətdə uşaq pulu məsələsi çox ciddi şəkildə müzakirə olunur. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov“Yeni Müsavat”a açıqlamasında bu barədə danışıb. O qeyd edib ki, hazırda hökumətdə müzakirə aparılır, xarici ölkələrin təcrübəsi öyrənilir: “Bu, dünyada, həmçinin postsovet məkanında necədir və sair...Tutaq ki, hər uşağa 30 manat pul verirsən, əslində bunu verməsən, daha yaxşı olar. Elə bir variant seçməliyik ki, valideynin üstündən yük götürülsün. Məsələn, uşağın məktəb ləvazimatı, digər məsələləri, qidalanması var, gərək pul ona çatsın.

    Muxalifet - 31-08-2019

  14. Həbib amerikalı döyüşçü ilə döyüşəcək

    Sentyabrın 7-də Dağıstan çempionu Həbib Nurməhəmmədovla amerikalı döyüşçü Dastin Puarye arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə döyüşçülərin mütləq çempionatı (UFC) üzrə döyüş keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, UFC kateqoriyası üzrə ən güclü idmançılardan biri hesab edilən H.Nurməhəmmədov indiyədək bu kateqoriya üzrə qalibiyyət kəmərini iki dəfə qorumağı bacarıb.

    Muxalifet - 31-08-2019

  15. Qubadlının işğalından 26 il ötür

    Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsindən 26 il ötür.
    BakuPost-un məlumatına görə, erməni işğalçıları Qubadlını 1993-cü ilin avqustun 31-də rayonu zəbt ediblər.
    Sahəsi 80250 hektar olan və Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

    Muxalifet - 31-08-2019

  16. “Semaşko”da həkim uşağı 1900 manata sünnət edib - FOTOFAKT

    Səhiyyə sahəsindəki problemlər kütləvi narazılıqla müşayiət olunur. Demək olar ki, hər gün bununla bağlı müxtəlif şikayətlər, problemlər gündəmə gəlir. Budəfəki şikayət 2 yaşlı usağın yanlış əməliyyat edilməsi ilə bağlıdır. Muxalifet.az xəbər verir ki, Xızı rayonunun Yeni Yaşma kəndinin sakini Gülsüm Şükürova Cebhe.info-ya müraciət edərək 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevdən şikayətçi olduğunu bildirib. Gülsüm Şükürovanın sözlərinə görə, qardaşının nəvəsi Cavidan Şükürzadə böyrək problemindən əziyyət çəkir: “Yoxlamalardan sonra əməliyyat qərarı verildi.

    Muxalifet - 31-08-2019

  17. ​Evli kişilər niyə fahişələri sevirlər?

    Amerika alimlərinin sözlərinə görə fahişələri sevən kişilərin əksəriyyəti tənha olmurlar. Üstəlik içərilərində olduqca hörmətli və sayıb-seçilən ərlər də var.
    "Ölkə.Az" bildirir ki, çikaqolu alimlər qarşılarına fahişə xidmətlərindən hansı kişilərin istifadə etdiyini öyrənmək məqsədini qoyub. Sorğu nəticəsində məlum olub ki, fahişələrə təlabat xeyli artmışdır. Belə ki, əgər 2010-cu ildə fahişə xidmətlərindən amerikaların 1% istifadə edirdisə, 2012-ci ildə artıq bu rəqəm 14% olmuşdur və cari ilə qədər də artım müşahidə olunur.

    Muxalifet - 31-08-2019

  18. Avtomobil yük maşınına çırpıldı, 2 nəfər öldü

    Hacıqabul rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri Heydər Əliyev prospektində yerləşən uşaq bağçası yaxınlığında baş verib.

    Rayon sakini, 1988-ci il təvəllüdlü Qanbayev Anar Fərrux oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən “KamAZ” markalı yük maşını ilə toqquşub. 

    Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü və avtomobildə olan daha 1 nəfər hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 31-08-2019

  19. Cahangir Hacıyev intihara əl atıbmı - vəkildən açıqlama

    Aqil Layıc: “Bu tipli məlumatlar reallığı əks etdirmir”

    Həbsxananın qapıları giriş üçün həmişə açıqdır. Sadə ölümlülər bu məkana - “üstü açıq qəbiristanlıq”, “insan anbarı”na ömrünü dəbdəbə içində keçirənlərdən daha tez alışırlar. Alışma prosesi o qədər də çətin olmur. Hər halda, yolu “zon”a düşmüşlər belə deyir.

    Muxalifet - 31-08-2019

  20. Cibimizə və sağlamlığımıza ziyan vuran saxta sexlər – “Qanunlar sərtləşdirilsin”

    Son vaxtlar mağazalarda satılan qida məhsullarında keyfiyyət dərəcəsi aşağı düşüb. Məhsulun keyfiyyətsiz olması nəinki narazılıq yaradır, bəzi hallarda insanların bu cür məhsullardan zəhərlənməsi ilə də nəticələnir. Qısa desək, saxta mal istehsal edən sexlər həm cibimizə, həm də səhhətimizə ziyan vurur.
    Maraqlıdır, bu cür sexlərin fəaliyyətinin qarşısını necə almaq olar? Ümumiyyətlə, belə sexlər aşkar olunduqda hansı cəza tətbiq edilməlidir ?

    Muxalifet - 31-08-2019

Pages