Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. ​Məşhur məşqçinin doqquz yaşlı qızı xərçəngdən vəfat etdi

    Futbol üzrə İspaniya yığmasının və "Barselona" klubunun keçmiş baş məşqçisi Luis Enrikenin doqquz yaşlı qızı xərçəngdən ölüb.
    NTV xəbər verir ki, bu barədə L.Enrike özünün "Twitter" səhifəsində məlumat yayıb.
    Onun sözlərinə görə, qızı Ksana sümük xərçəngindən əziyyət çəkib və beş ay bu xəstəliklə mübarizə aparıb.
    Baş məşqçi sosial şəbəkədə qızı ilə bağlı təsirli paylaşım edib:
    "Sənin üçün çox darıxacağıq, ancaq gələcəkdə görüşəcəyimiz ümidilə həyatımızın hər günü səni xatırlayacağıq. Ailəmizə öncüllük edən ulduzumuz olacaqsan".

    Muxalifet - 30-08-2019

  2. Bakıda və 7 rayonda qaz olmayacaq

    Bu gün səhər saat 08:00-dan təmir işləri başa çatanadək Bakının Nəsimi rayonu, 20 yanvar və A.Məhərrəmov küçələrində qaz təchizatı dayandırılıb.
    “Azəriqaz” İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırma işləri aparılacaq.
    Saat 09:00-dan etibarən isə Goranboy rayonu ərazisində yerləşən qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı rayon mərkəzi, bir neçə qəsəbə və kənddə də qaz verilişi saxlanılıb.

    Muxalifet - 30-08-2019

  3. PUTİNƏ OLAN BORC, NÜFUZ SAVAŞI, YOXSA HAKİMİYYƏTİ İTİRMƏK QORXUSU? - Bəşər Əsəd zəngin qohumlarını niyə zindana göndərir?

    News.ru, (Rusiya) Bir neçə gündür mətbuat Suriya lideri Bəşər Əsədin 4 yaxın qohumunun (dayısı oğlanları Rami, İxab, İyad və onların ataları Məhəmməd) həbsindən yazır. Adıçəkilən şəxslər Əsədin birbaşa göstərişi əsasında həbs olunublar və hazırda ev dustaqlığındadırlar. Həbsin səbəbinə bir qədər sonra qayıdacağıq. Hələlik ondan başlayaq ki, bu dörd nəfər arasında ən diqqətçəkən fiqur Rami Mahlufdur. Rami Mahluf Suriyanın bir nömrəli biznesmenidir.

    Muxalifet - 30-08-2019

  4. "Əsl Azərbaycan kişisi xanımının şəklini internetdə paylaşmaz" - TANINMIŞ MEYXANAÇI HƏMKARLARINI QINADI

    Meyxanaçı Aqşin Fateh şou-biznesdə qalmaqala səbəb olacaq açıqlama verib.
    "Ölkə.Az"ın məlumatına görə, meyxanaçı bildirib ki, həyat yoldaşının şəklini sosial şəbəkədə paylaşmaq Azərbaycan kişisinə uyğun xüsusiyyət deyil:

    Muxalifet - 30-08-2019

  5. Toydan içib qayıtdı, həyətdə özünü qumbara ilə PARTLATDI - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ

    Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Tərtədə baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb.

    Muxalifet - 30-08-2019

  6. Vilayət Eyvazov videosu yayılan o polisi İŞDƏN QOVDU

    Sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb.

    Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev "Report"un sorğusuna cavab olaraq bildirib ki, yol verdiyi qəbahətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.

    Muxalifet - 30-08-2019

  7. AVROPA İTTİFAQI İLƏ SAZİŞ YENƏ DALANDA – “Bakı buna görə özünü təhqir olunmuş sayır”

    Avropa Komissiyası yaxın iki ayda Azərbaycanla yeni tərəfdaşlıq sazişi bağlamağa ümid edir. Bu barədə “Trend” Avropa Komissiyasındakı mənbələrə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir: “Mənbə noyabrın 1-dək Avropa Komissiyasının səlahiyyət müddətində razılaşmanın mümkün olduğuna dair açıq nikbinlik ifadə edib”. Bildirilir ki, yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi sentyabrda keçiriləcək. Azərbaycanla Avropa İttifaqı arasında əhatəli əməkdaşlıq barədə yeni saziş layihəsi üzərində danışıqlarda yaranmış əsas əngəllər məlum olub.

    Muxalifet - 30-08-2019

  8. Telman İsmayılova ŞOK “sürpriz” – İsveçrə hesablarına həbs qoyuldu

    Sürix prokurorluğu  “AST Telman” kimi tanınan iş adamı Telman İsmayılovun İsveçrədəki bank hesablarına həbs qoyub. 

    Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu barədə əvvəllər VTB banka məxsus Moskva Bankı açıqlama ilə çıxış edib. Açıqlamada deyilir ki, Sürix prokurorluğunun bu qərarı Telman İsmayılovun çoxmilyardlı borcunu ödəmək üçün qəbul edilib.

    Muxalifet - 30-08-2019

  9. Elmar Qasımov erməni rəqibini 78 saniyəyə məğlub etdi

    Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub. 100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıblar. Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb.

    Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. Bu dəfə Qasımov 78 saniyəyə ipponla qalib gələrək, 1/8 finala yüksəlib. Azərbaycanlı cüdoçu 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarinini sınağa çəkəcək.  

    Muxalifet - 30-08-2019

  10. Yunus Arifoğlu isti suya həsrət qaldı, 64 hektarlıq istixanasını bağladı - 50-DƏN ÇOX ADAM İŞSİZ QALDI... - FOTOLAR

    “Azərsun Holdinq”in keçmiş vitse-prezidenti, uzun illər Azərbaycanda işlədikdən sonra Türkiyənin  Aydın bölgəsinin Germencik rayonunda 64 hektarlıq ərazidə istixana quran Yunus Arifoğlu obyektini bağlayıb.

    Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, istixananı qızdırmaq üçün yaxınlıqda yerləşən geotermal su mənbələrindən isti su ala bilmədiyi üçün illərdir hər yerə şikayət edən iş adamı axırda faliyyətini dayandırmalı olub.

    Muxalifet - 30-08-2019

  11. Ermənistanda Tələt Paşanın qatilinə qoyulan heykələ SƏRT REAKSİYA - Volkan Aydəmir: “Alçaqca etdiyiniz sui-qəsdi belə, “qəhrəmanlıq” kimi göstərməkdən utanc duymursunuz”

    “Qədim Türk yurdu olan İrəvan xanlığının torpaqlarını da əllərinizdən alacağıq!”
     
    Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) Ümumi Başqan vəkili Volkan Aydəmir Ermənistanın Şırak şəhər meydanında ucaldılan, Tələt Paşanın qatili olan Soğomon Tehliryanın ayağının altında Tələt Paşanın kəsik başı olan heykələ reaksiya göstərib.

    Muxalifet4 - 30-08-2019

  12. 70 yaşlı arvadına görə qətl törətdiyini deyən Ruslanın işi - daha əvvəl də adam doğrayıb

    Bakıda qətl törətməkdə təqsirləndirilən bağbanın məhkəməsi başlayıb. O, qətli namus üstündə törətdiyini iddia edir.
    Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 46 yaşlı İlyasov Ruslan Ənvər oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
    Hakim İradə Həsənzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
    İlkin məlumata görə, Ruslan İlyasov qətlə yetirdiyi şəxsin evində bağban işləyirmiş.

    Muxalifet - 30-08-2019

  13. Putindən Ərdoğana inanılmaz güzəşt - İDDİA

    Moskva və Ankara İdlibdə terrorizmə qarşı yeni plan hazırlayıb və razılaşıblar.
    Muxalifet.az
    Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzetinin müxbiri Marianna Belenkaya öz məqaləsində yazıb.
    Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putinin təhlükəsiz bölgə ilə bağlı müsbət mövqeyi gözlənilməz reaksiya kimi dəyərləndirilir:

    Muxalifet - 30-08-2019

  14. GÜRCÜ MƏNBƏLƏRİNİ ALT-ÜST EDƏN FAKTLAR - Dumanis (Başkeçid) qədim dövrdə / I YAZI

    1828-ci ildə əksər hissəsini tarixi Şimali Azərbaycan torpaqları təşkil edən Cənubi Qafqazın Rusiya tərəfindən işğalından sonra burada xalqımızın minilliklər boyu yaratdıqları istər xristian, istərsə də müsəlman mədəniyyətinin izlərinin məqsədyönlü şəkildə məhv edilmə prosesi sovet rejimi illərində də davam etdirilirdi. Bu proses Azərbaycan SSR-dən ayrı salınmış tarixi Şimali Azərbaycan torpaqlarında daha amansız xarakter daşıyırdı. Bu siyasət müxtəlif istiqamətlərdə aparılırdı:

    Muxalifet4 - 30-08-2019

  15. Evlənmək istəyənlərə İNANILMAZ İMKAN: bütün qız və oğlanları... - FOTO

    Münasibət qurmaqda çətinlik çəkənlər üçün "sevgi qatarı" yaradılıb.

    "Love-Pursuit Train" adlandırılan qatar avqust ayının 10-da Çongqing-Qianjiang istiqamətində yola düşüb. Qatarda subayların bir-biri ilə tanış olub, münasibət yaratması üçün şərait yaradılıb.

    10 vaqondan ibarət qatarda 1000 nəfərə yaxın subay şəxslər olub. Onların arasından 20 nəfər artıq ailə qurub.

    Muxalifet - 30-08-2019

  16. “Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü” – Metyu Brayza

    Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək istəsə, ritorikasını dəyişdirməlidir.

    Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Nikol Paşinyanın son təxribatçı açıqlamalarını şərh edərkən deyib.

    Muxalifet - 30-08-2019

  17. Sağıcı oğlu, sağıcı əri -25 ildir prezident olan 65 yaşlı Lukaşenko haqqında ən maraqlı 25 fakt

    30 avqust Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun doğum günüdür. O, bir neçə dəfə ad gününün avqustun 31-də, oğlu ilə eyni gündə olduğunu açıqlasa da, prezidentin rəsmi anketində bu tarix 30 avqust göstərilir. 

    Musavat.com 25 il prezident kürsüsündə əyləşən 65 yaşlı Aleksandr Lukaşenko haqqında ən maraqlı 25 faktı təqdim edir.

    1. Lukaşenko 30 avqust 1954-cü ildə Belarusiyanın Vitebsk vilayətinin Orşanski rayonunun Kopıs qəsəbəsində anadan olub.

    Muxalifet - 30-08-2019

  18. 2 qardaş tələbə qızı qaçırıb bakirəliyini pozmaq üçün elə şey etdilər ki... - Azərbaycanda DƏHŞƏTLİ OLAY

    Azərbaycanda adam oğurluğu, zorlama, cinsi əlaqəyə vadar etməkdə ittiham olunan İslam Məmmədov, onun qardaşı İlqar Məmmədov və bacıları – Əntiqə Məmmədovanın (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Muxalifet - 30-08-2019

  19. “Yemək yeyəndə yüz vurun, faydalıdır...” - LUKAŞENKO BOLTONA ARAQ VERDİ, “RUS ARAĞINDAN DA YAXŞI”

    Belarus prezidenti  Aleksandr Lukaşenko ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltona araq hədiyyə edib.
    Muxalifet.az
    yerli KİV-lərə istinadən xəbər verir ki, Lukaşenko Boltona hədiyyə etdiyi “Prezident” arağının "bulaq suyundan" hazırlandığını qeyd edib.

    Muxalifet - 30-08-2019

  20. "Duzlu göl"də bir nəfər batdı

    Bakıda suda boğulma hadisəsi baş verib.

    Muxalifet.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində yerləşən "Duzlu göl"də qeydə alınıb. 1962-ci il təvəllüdlü İmanov Rasim Binnət oğlu göldə çimərkən boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 30-08-2019

Pages