Axtarış

The search found 105785 results in 0.027 seconds.

Search results

  1. “Lotu Quli”yə ad günü şoku – POLİS MƏCLİSƏ HÜCUM ETDİ - Foto

    Ukraynada azərbaycanlı “qanuni oğru” “Quli” ləqəbilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb. Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin məlumat yayıb. “Quli”nin tərəfdarları onun doğum gününü qeyd etmək üçün Ukraynanın Xmelniski şəhərində istirahət mərkəzlərinin birində toplaşıblar. Ukrayna polisi bundan xəbər tutan kimi əməliyyat keçirib və “Quli”nin tərəfdarları saxlanılıb.

    Muxalifet - 29-08-2019

  2. Bakıda dəhşətli hadisə - Qadın “İsuzu”nun altında qalıb öldü

    Bakı ağır yol qəzası baş verib.
    Muxalifet.az
    xəbər verir ki, dünən saat 10 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini Q.Hüseynov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Maştağa qəsəbə sakini Tahirə Bədəlovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.
    Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

    Muxalifet - 29-08-2019

  3. Elmar Məmmədyarov ciddi narahatdır – Kəşmir bölgəsindəki vəziyyətə görə

    Azərbaycan və Pakistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Şah Məhmud Kürəşi arasında telefon söhbəti zamanı Cəmmu və Kəşmir bölgəsinin ətrafındakı vəziyyətə dair müzakirə aparılıb.

    “Report” Pakistan KİV-ə istinadən xəbər verir ki, Hindistanın Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv etməklə birtərəfli hərəkət edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozduğunu vurğulayan pakistanlı nazir bölgəyə 70 minədək hərbçidən əlavə, daha 180 min hərbçinin yeridilməsini Kəşmir əhalisi üçün təhlükə olaraq dəyərləndirib.

    Muxalifet - 29-08-2019

  4. "YAP desə ki, müharibəyə get, mən gedəcəyəm" - DEPUTAT

    Milli Məclisin yaşlı deputatlarının növbəti parlament seçkilərinə qatılmayacağı barədə ehtimallar irəli sürülür. 
    Muxalifet.az
    “Yeni Sabah”a istinadən Milli Məclisin ən yaşlı üzvlərindən olan Ağacan Əbiyevlə söhbəti təqdim edir.

    Muxalifet - 29-08-2019

  5. "5 mərtəbəli binada liftsiz yaşaya bilirlərsə..." - "Ukrayna dairəsi"ndəki problemli keçidlə bağlı AÇIQLAMA

    Ukrayna dairəsində tikilmiş yeni piyada keçidi narazılığa səbəb olub. Sosial şəbəkədə müzakirəyə çıxarılan keçidə həmin ərazidə ehtiyac olmadığını deyən də var; hündür olduğu üçün qoca, uşaq və fiziki məhdudiyyətli insanlar üçün keçilməsi çətin olduğunu yazan da. 

    Məsələ ilə əlaqədar "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi  Anar Nəcəfli “Yeni Sabah”a açıqlamasında bildirib ki, fiziki qüsurlu şəxslər üçün müəyyən addımlar atılsa da, hər hansı bir eskalator, lift və ya digər buna bənzər avadanlıq quraşdırılmayacaq:

    Muxalifet - 29-08-2019

  6. Kişi görüşdüyü qadının evinin tualetində ÖLDÜ - Azərbaycanda TRAGİKOMİK HADİSƏ

    Aran rayonlarından birində kişi həyat yoldaşına xəyanət edərkən, başqa bir qadının evinin tualetində dünyasını dəyişib.
    Bu barədə "Ölkə.Az"-a "Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərin görə, hadisə bir neçə il öncə baş verib:

    Muxalifet - 29-08-2019

  7. Bakıda 2 avtomobil toqquşdu - ÖLƏN VƏ YARALANANLAR VAR

    Bakıda daha bir ağır yol qəzası baş verib.
    Muxalifet.az xəbər verir ki, dünən saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobillər toqquşub. Nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb. Sürücü K.Məmmədov və digər sərnişini xəstəxanaya yerləşdirilib.
    Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

    Muxalifet - 29-08-2019

  8. Stalinin sevimli və sözəbaxan kürəkəni – 40 ildən sonra olsa da, Yuri Jdanovu atasına görə işdən çıxarıblar

    O, atasının tanınmış dövlət xadimi, qayınatasının isə ölkənin birinci şəxsi olmasından heç vaxt istifadə etməyib. Həyat yollarını özü müəyyənləşdirib, gələcəyini özü qurub. Böyüklü-kiçikli problemlərlə üzləşəndə heç kimin qapısını döyməyib, hətta atasına belə müraciət etməyib... Yuri Jdanov özünü dərk edəndən evlərində mövcud dövrün ən tanınmış siyasi liderlərini görüb. İosif Stalini, Vyaçeslav Molotovu, Georgi Malenkovu, Kliment Voroşilovu və digərlərini o, uşaqlıqdan tanıyıb.

    Muxalifet - 29-08-2019

  9. 10 manata görə satıcını vəhşicəsinə döydülər - ANBAAN VİDEO

    Türkiyədə telefonunu təmir etdirən bir şəxs çox pul istədiyi üçün yaxınlarını çağıraraq ustanı döyüblər.

    Muxalifet - 29-08-2019

  10. Bakıda 33, rayonlarda 22 dərəcə isti olacaq

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

    Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə Abşeron yarımadasında 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 29-08-2019

  11. Gənc gəlinlər evdən niyə qaçır? - SƏBƏBLƏRİ SADALANIR

    “Elə bir qadın yoxdur ki, rahat, isti, sevgi dolu ocağını qoyub qaçsın”.
    Muxalifet.az
    xəbər verir ki, bu sözləri Lent.az -a Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. O bildirib ki, ailə quran hər bir qadın xəyalında qurduğu rəngarəng həyat tablosu, məhəbbət dolu münasibət, ona veriləcək dəyərlər alt-üst olanda, çarəsiz qalanda, dərdini deyəcək olmayanda, hədə-qorxulardan, öldürülməkdən qorxanda bu qərarı verə bilər:

    Muxalifet - 29-08-2019

  12. “Paşinyan siyasətdə diletantdır" - Ayaz Mütəllibov Paşinyana CAVAB VERDİ

    “Mənim üçün nə Paşinyanın, nə də onun dəstəsindən başqa bir kəsin açıqlaması ən kiçik əhəmiyyətə belə malik deyil. Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi təyin olunduğu beynəlxalq təşkilatların rəsmi sənədləri var və heç bir beynəlxalq qurum sərhədlərimizə etiraz etməyib. Əksinə, dünya ərazi bütövlüyümüzü tanıyır”.
    Muxalifet.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

    Muxalifet - 29-08-2019

  13. Tramp Ukraynaya hərbi yardım məsələsinə yenidən baxılmasını istəyir

    ABŞ Prezidenti Donald Tramp Ukraynaya ayrılan hərbi yardıma yenidən baxılması haqqında göstəriş verib. Bu barədə “Politico” qəzeti Ağ Evdəki yüksək vəzifəli mənbəyə istinadən bildirib. ABŞ lideri rəsmi Kiyevin ayrılan pulları Vaşinqtonun maraqları nöqteyi-nəzərindən xərclənməsini istəyir. Vəsaitlər onların taleyi müəyyən edilməyincə dondurulacaq. Məsələni ABŞ-ın müdafiə naziri Mark Esper və Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton araşdıracaqlar. Xatırladaq ki, bu maliyyə ilində Vaşinqtonun Ukraynaya hərbi yardımı 250 milyon dollar civarında müəyyənləşdirilib.

    Muxalifet - 29-08-2019

  14. İdmançıların dişləri niyə tez çürüyür?

    Məlum olub ki, həddən artıq idman etmək dişləri çürüdür. İdman əsnasında qəbul edilən yüksək şəkərli enerji içkiləri və qidalar dişlərə zərər verir. Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, London Universitetinin professoru Culi Qallaher olimpiada oyunçularının daxil olduğu 352 peşəkar idmançının iştirakı ilə araşdırma aparıb. Tədqiqat nəticəsində məlum olub ki, həddən artıq məşq edən insanlarda diş xəstəlikləri yüksək səviyyədədir.

    Muxalifet - 29-08-2019

  15. "Axı mənim atla nə işim ola bilər?" - Daşkəsənin icra başçısı öldürülən atlardan DANIŞDI

    Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev  rayonunun Xoşbulaq qəsəbəsində atın və balasının öldürülərək, yaşayış evlərindən 150 metr aralıdakı dirəkdən asılmasından danışıb. 
    İcra başçısı Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən hadisə Daşkəsən ərazisində olmayıb:

    Muxalifet - 29-08-2019

  16. Azərbaycanda sərnişin avtobusunun düşdüyü dəhşətli qəzanın DƏQİQ SƏBƏBİ - TƏFƏRRÜAT

    Dünən Lənkəran rayonunda sərnişin avtobusunun aşması ilə nəticələnnə ağır yol qəzasının səbəbi dəqiqləşib.
    İlkin araşdırmalar zamanı məlum olub ki, avqustun 28-də saat 18:40-da Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə əyləc sistemində yaraan nasazlıq səbəbindən aşıb.

    Muxalifet - 29-08-2019

  17. Qızına elçi gəldilər, əsəbindən arvadını döydü – Azərbaycanda

    Gəncədə döyülmə faktı qeydə alınıb. Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə şəhərin Mehrabi 64 ünvanında qeydə allınıb. 1979 cu il təvəllüdlü Həmzəyeva Günay Məzahir qızı döyülüb. Aparılan araşdırmaıar zamanı müəyyən edilib ki, qadına əri tərəfindən xəsarət yetirilib. Belə ki,ailənin qızına elçi gəlinib və bundan əsəbləşən ər 40 yaşlı həyat yoldaşını döyüb. Qadının ağır kəllə beyin travması aldığı deyilir. Artıq faktla bağlı polis tərəfindən araşdırmalara başlanılıb.

    Muxalifet - 29-08-2019

  18. SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı, havaya 2 helikopter və təyyarə qaldırıldı

    Avqustun 29-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Kalağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alnması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helekopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.

    ***
    15:28

    Muxalifet - 29-08-2019

  19. Əli Nağıyev yeni rəis təyin etdi

    Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Əli Nağıyev kadr dəyişikliyi edib.
    Demokrat.az xəbər verir ki, Fuad Rəsulov DTX-da İdarə rəisi təyin edilib. 
    Fuad Rəsulov Əli Nağıyev DTX-ya təyin olunanda, onun əvvəlki vəzifəsinə - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini postuna təyinat almışdı.
    Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

    Muxalifet - 29-08-2019

  20. Baş məşqçi sevincindən öldü

    İngiltərənin "Sliford Reyncers" futbol klubunun baş məşqçisi Cim Peysi meydançaya çıxaraq komandasının qələbəsinə sevindikdən sonra vəfat edib.

    Hadisə "Briqq Taun" komandasına qarşı keçirilən rəsmi oyunda baş verib.

    Baş məşqçi komandasının böyüklər arasında rəsmi səviyyədə ilk qələbəsinə meydançada sevindikdən sonra paltardəyişmə otağına qayıdarkən ot örtüyünə yıxılıb.

    Həkimlər 50 yaşlı C.Peysinin həyatını xilas edə bilməyiblər./oxu.az

    Muxalifet - 29-08-2019

Pages