Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. Rəşad Dağlı boşanma - XƏBƏRİNDƏN DANIŞDI

    "Bu xəbər yalandır. Bilmirik bunu kim, nə məqsədlə yayıb. Amma şayiədən başqa bir şey deyil".
    Muxalifet.az
    xəbər verir ki, bu sözləri haqqında boşanma xəbəri yayılan meyxanaçı Rəşad Dağlının qardaşı Ağa Əmirov News24.az -a açıqlamasında deyib. 
    O bildirib ki, yayılan xəbərin heç bir əsası yoxdur: "Qardaşım xanımı ilə bir yerdədir. Ailəsində də hər şey qaydasındadır. Rəşad tanınmış adamdır. Bir istəyəni varsa, beş də istəməyəni, gözü götürməyəni var. Bu xəbəri yayanlar qardaşımı istəməyəndir. Onların məqsədi Rəşadın ailəsində söz-söhbət salmaqdır".

    Muxalifet - 28-08-2019

  2. Məhkəmə arvadını öldürən sabiq icra başçısı haqda QƏRAR VERDİ

    Öz həyat yoldaşını öldürən Tehranın sabiq icra başçısı Məhəmmədəli Nəcəfi girov qarşılığında azadlığa buraxılıb.

    Axar.az xəbər verir ki, o, bir neçə saat əvvəl Evin həbsxanasından azad edilib.

    Qeyd edək ki, Məhəmmədəli Nəcəfi may ayının sonlarında naməlum səbəblərdən ikinci həyat yoldaşı Mitra Ustadı odlu silahdan atəş açaraq öldürmüşdü. Məhkəmə onu qəsdən adam öldürməkdə təqsirli bilsə də, mərhumun ailəsi Nəcəfini bağışlamış və qisas hökmündən vaz keçmişdi.

    Mitra Ustadın ailəsinin hansı səbəbən qatili bağışlaması ilə bağlı məlumat verilməyib.

    Muxalifet - 28-08-2019

  3. Prezident qanunu TƏSDİQLƏDİ

    Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
    Muxalifet.az dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində “idxalı və satışı” sözləri “, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı” sözləri ilə əvəz edilib.

    Muxalifet - 28-08-2019

  4. Arvadı ilə tutmuşdu, bağışladı, amma 4 il sonra öldürdü... - ŞABRANDA ƏCAİB CİNAYƏT VƏ HÖKM

    ...Şabran rayon sakini, 39 yaşlı Vüsal Hacıyev həmyerlisi Ruslanı qətlə yetirib. Məhkəmədə bəlli olub ki, Vüsal əvvəllər həyat yoldaşı ilə Ruslanın münasibətindən xəbər tutub, hətta onları bir yerdə yaxalayıb. Maraqlıdır ki, həmin vaxt namusuna göz dikdiyi üçün Ruslana əl vurmayıb, onu polisə təhvil verib. Ruslan isə arvadı ilə bir yerdə tutduğu halda onları bağışlayan Vüsalı rayonda biabır edib, arxasınca danışıb, sonuncu da onu öldürməklə qisas alıb.

    Muxalifet - 28-08-2019

  5. "Müharibə istəyirlərsə, onu mütləq alacaqlar!" - YAP-çı deputatdan Paşinaya SƏRT CAVAB

    "Ermənistandakı daxili siyasi prosesləri və 16 aylıq xarici siyasəti təhlil edərək bu qənaətə gəlmək olar ki, Ermənistan özünü tamamilə təcrid vəziyyətinə salıb, beynəlxalq hüququ görməzlikdən gəlib, işğalçı dövlət olmasını rəsmən etiraf edib və ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə aparılan danışıqları əslində imitasiya məqsədi ilə həyata keçirib. Çünki Ermənistanın baş naziri Xankəndinə qeyri-qanuni səfəri zamanı "Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi" kimi tanıdığını bildirərək əslində işğalçılıq siyasətinin baş naziri olduğu ölkənin rəsmi siyasəti olduğunu etiraf edib.

    Muxalifet - 28-08-2019

  6. Zərifə Mirzəyevanı "tok" vurub ÖLDÜRDÜ

    Neftçala rayonunda 15 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Boyat kəndində qeydə alınıb. 

    Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyeva Zərifə Mahir qızını yaşadığı evdə elektrik avadanlığı ilə ehtiyatsız davranması səbəbindən cərəyan vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 28-08-2019

  7. "Lotu Quli" məşhur erməni "kriminal avtoritet"lə bağlı vacib qərar verdi - FOTO

    Erməni əsilli "kriminal avtoritet" Arman Caninyan 20 ildən sonra "oğru" adına qovuşa bilib.
    Muxalifet.az
    Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı məşhur "Prime Crime" saytı yayıb.
    Məlumatda bildirilir ki, "Kalujski" ləqəbli erməni "kriminal avtoritet"ə 1996-cı ildə digər bir erməni "kriminal avtoritet" Maels Mkrtçayan tərəfindən "oğru" titulu verilib. Daha sonra - 1999-cu ildə "Kalujski"nin "oğru" titulu əlindən alınıb.

    Muxalifet - 28-08-2019

  8. İnqilab Keşikçilərinin zabitini snayper gülləsi İranda haqladı

    İranda İnqilab Keşikçiləri Korpusunun zabiti öldürülüb. Virtualaz.org xəbər verir ki, bu haqda İsrailin “İsrael Ha Yom” qəzeti sosial şəbəkələrin İran seqmentinə istinadən yazır. Məlumata görə İnqilab Keşikçiləri Korpusunun zabiti Xalid Şavani Piranşəhrdə öldürülüb. O, İnqilab Keşikçilərinin xarici əməliyyatlar üzrə bölməsinin zabiti olub. Şavani günün günorta çağı Piranşəhrdə öz maşınına oturarkən onu snayper gülləsi haqlayıb. Bu şəhər İranın şimal-qərbində, İraqla sərhədin yaxınlığında yerləşir.

    Muxalifet - 28-08-2019

  9. Lənkəranda sərnişin avtobusu aşdı - ÖLƏN VƏ YARALANANLAR VAR

    Lənkəran rayonunda yol qəzası baş verib. “Report”un məlumatına görə, hadisə Bəleton kəndində qeydə alınıb. Belə ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. İlkin məlumata görə, 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 28-08-2019

  10. Lukaşenko Polşanın dəvətindən imtina etdi - PUTİNƏ GÖRƏ

    Belarus Prezidenti Aleksandr Lukaşenko İkinci Dünya müharibəsinin başlamasının 80-ci ildönümü ilə bağlı Polşada keçiriləcək mərasimə qatılmaqdan imtina edib. Bu barədə “Reçpospolita” qəzeti Polşa hökumətindəki mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Polşa Rusiya Prezidenti Vladimir Putinə dəvət göndərməyib, Lukaşenko da bu səbəbdən keçiriləcək mərasimə qatılmaq istəməyib. Belarus Xarici İşlər Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib. Qeyd edək ki, rəsmi Varşava Rusiyaya, SSRİ 1939-cu ildə beynəlxalq hüquq normalarını pozduğu üçün dəvət göndərməyib.

    Muxalifet4 - 28-08-2019

  11. Ankaradan ABŞ-a SƏRT MESAJ: F-35-ləri ala bilməsək...

    Döyüş təyyarəsinə ehtiyacımız var. F-35-ləri ala bilməsək, yeni alternativlər axtaracağıq. “Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Tallində Estoniyanın xarici işlər naziri Urmas Reynsalu ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasından sonra ABŞ Ankaranı F-35 proqramından çıxarıb. Ankaranın yeni alternativlər axtaracağını açıqlamasından sonra Moskva Türkiyəyə hərbi təyyarələr satmağa hazır olduğunu bəyan edib./Publika.az

    Muxalifet4 - 28-08-2019

  12. 19-cu əsrdə doğulub, indi də yaşayır

    Taylandda 19-cu əsrdə dünyaya gələn kişi yaşayır.

    “Qafqazinfo” xəbər verir ki, onun 128 yaşı var.

    Orna Parnçompu adlı kişi 9 aprel 1891-ci ildə Siamda dünyaya gəlib. Həmin vaxt ölkəyə 5-ci Çulalonqkorn Rama rəhbərlik edib.

    Qeyd edək ki, Parnçompunun arvadı ondan 58 yaş kiçikdir. Cütlüyün 7 uşağı, 11 nəvəsi var.

    Muxalifet4 - 28-08-2019

  13. FETÖ-nun Türkiyə imamı ələ keçirildi

    İstanbulda Milli Kəşfiyyat Təşkilatı və polisin ortaq əməliyyatı nəticəsində FETÖ-nun Türkiyə imamı yaxalanıb.
     
    Axar.az xəbər verir ki, polis yaxalanan şəxsin adını açıqlamayıb. Onunla bərabər həyat yoldaşının və FETÖ-nun müxtəlif qrupları arasında əlaqə yaratdığı iddia edilən qızının da saxlanıldığı vurğulanıb.
     
    Saxlanılan şəxslərin yaşadığı ünvanlarda aparılan axtarış zamanı 6800 lirə, 2680 dollar, 15980 avro, 2 saxta pasport, çoxlu sayda texniki vasitə ələ keçirilib.

    Muxalifet4 - 28-08-2019

  14. Keçmiş NKVD agentinin Stalin və işgəncələr haqda gündəliyi nəşr olunub

    Belarusda “Keçmiş NKVD əməkdaşının gündəliyi: stalinizmin sənədli ifşası” kitabı çapdan çıxıb. Kitabda sovet təhlükəsizlik orqanlarının veteranı İosif Yatçenyanın xatirələri yer alıb.
     
    Bizimyol.info xəbər verir ki, Yatçenya əvvəlcə milis əməkdaşı, sonra isə NKVD agenti olub. 1937-ci ilin noyabrın 1-də həbs edilib.
     

    Muxalifet4 - 28-08-2019

  15. Ərdoğan və Putinin SENSASİON 2023 PLANI: İrəvanı silkələyəcək Bakı AMİLİ

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri zamanı Rusiya Ankaraya sensasiya sayılacaq təklif verib. “Roskosmos” şirkətinin rəhbəri, baş nazirin keçmiş müavini Dmitri Roqozin bildirib ki, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə - 2023-cü ildə türk kosmonavtını birgə kosmosa göndərə bilərlər. Bu, Moskva-Ankara münasibətləri kontekstində böyük addım olacaq və bu təklifdən məntiqli olaraq, əsasən ABŞ narahat olmalıdır. Lakin ilk narazılığın Ermənistandan gəlməsi bir qədər gözlənilməz oldu.

    Muxalifet - 29-08-2019

  16. Seymur Həzi həbsdən azad olundu

    Jurnalist Seymur Həzi həbsdən azad edilib.
    Həbs müddəti başa çatan jurnalist səhər saatlarında həbsdən azad olunub.
    Xuliqanlıqda ittiham edilən Seymur Həzi beş illik həbs cəzası almışdı.

    Muxalifet - 29-08-2019

  17. “PUTİN ƏRDOĞANI TƏHDİD EDİR…” – “Məqsəd onu Əsədlə bir masaya oturtmaqdır”

    “AzPolitika.info” Suriyada baş verən son hadisələr, Türkiyənin təhlükəsizliyi üçün yaranan təhdidlər, Prezident Ərdoğanın qəfil Moskva səfəri və Putinlə apardığı danışıqlar mövzusunda mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, siyasi təhlilçi Oqtay Qasımovla müsahibəni təqdim edir.

    Muxalifet - 29-08-2019

  18. “MAŞINLA ÖLDÜRMƏDİKLƏRİNİ HƏR KƏSİN GÖZÜ ÖNÜNDƏ ÖLDÜRƏCƏKLƏR” - Əli Həsənovun nəvəsi tərəfindən vurulan Türkiyə vətəndaşı Azərbaycan prezidentinə müraciət etdi

    Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017-ci ilin avqust ayında Bakıda törətdiyi avtoqəza nəticəsində ağır yaralanan Türkiyə vətəndaşları çətin vəziyyətdədirlər. Buna səbəb onların müalicə xərclərinin ödənilməməsi və sağlıq durumlarının hələ də düzəlməməsidir.

    Muxalifet4 - 29-08-2019

  19. “Chevrolet” yük avtomobili ilə toqquşdu: ölən var

    Yevlax rayonunun Aşağı Qarxun kəndində “Chevrolet” markalı minik avtomobili və yük avtomobili toqquşub.
    Muxalifet.az
    Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünün meyitini (şəxsiyyəti dəqiqləşdirilir) nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet - 29-08-2019

  20. Bakıda yaşayış binasında YANĞIN

    Bakıda 3 mərtəbəli yaşayış binasında yanğın olub.

    Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 22 m² olan 2 otaqlı mənzilin 1 otağının tavanı və ev əşyaları 16 m² sahədə yanıb, yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

    Muxalifet - 29-08-2019

Pages