Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
"Məqsədimiz Ermənistanla Qarabağ arasındakı sərhədləri aradan qaldırmaqdır" - Paşinyan yenə SƏRSƏMLƏDİ
"Dağlıq Qarabağ probleminin və erməni xalqının müstəqilliyinin beynəlxalq aləmdə tanıdılması üçün erməni diplomatlar yorulmadan çalışmalıdırlar". Muxalifet.az xəbər verir ki, belə bir sərsəm bəyanatla Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi səfirlərin və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşü zamanı bildirib. Növbəti erməni yalanları ilə dünyanı aldatmağa çalışan Paşinyan SSRİ-dən çıxaraq müstəqillik qazanmış dövlətlərlə separatçı "Dağlıq Qarabağ Respublikasını" eyniləşdirməyə çalışıb.
Muxalifet - 27-08-2019
Azərbaycanda güclü YANĞIN BAŞLADI
Qaxda meşədə yanğın başlayıb.
Muxalifet.az-ın Trend-in məlumatına görə, hadisə rayonun Süskənd və Fıstıqlı kəndlərinin ərazisindəki meşə sahəsində baş verib.Muxalifet - 27-08-2019
Tolik canlı yayımda Şəbnəmi BİABIR ETDİ: Qaşınırsan səhər-səhər
Muxalifet.az Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri "Hər şey daxil"də Şəbnəm Tovuzlu deyib. Verilişin aparıcısı Tarix Əliyev (Tolik) Şəbnəmi bu sözünə görə canlı yayımda biabır edib. Tolik səbəbini belə əsaslandırıb: "Onda niyə sosial şəbəkədə şəkil paylaşıb, yazırsan ki, "Nə yaxşı ki, həyatımda varsan"? Qaşınırsan səhər-səhər. Sən bu gün gündəmdə olan adamsan e! Bir addım at, ayağını belə qoy xəbər olacaq. Bunu sən özün istəyirsən. Kişinin adını çəkmirəm, əlini qoyur əlinin üstünə yazır ki, "Nə yaxşı ki, həyatımda varsan".
Muxalifet - 27-08-2019
Ərdoğan: "Rusiya ilə Türkiyə arasında dialoq tarixi köklərə əsaslanır"
"Rusiya ilə Türkiyə arasında dialoq tarixi köklərə əsaslanır".
Muxalifet - 27-08-2019
Azərbaycanlı çempiondan Qarabağla bağlı ÖRNƏK ADDIM
İspaniyada yaşayan tanınmış azərbaycanlı idmançı “Qarabağ” İdman Klubu açdı.
Muxalifet - 27-08-2019
"Ermənilər pusquda durub, əlavə torpaqlarımızı işğal etmək istəyirlər" - DEPUTAT
"Son illər Qərb dünyası internet resuslarından geniş istifadə etməklə, ayrı- ayrı ölkələrə qarşı öz işğalçılıq niyyətlərini reallaşdırmaqdadır".
“Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı deyib.Muxalifet - 27-08-2019
Meyxanaçıyla Tolik arasında QALMAQAL: səsi alındı... - VİDEO
“Rasim Balayev bu millətin ağrı-acısı ilə tanış olan insandır. Onun o sözü deməyə haqqı çatır”.
Unikal.org xəbər verir ki, bu sözləri meyxanaçı Aqşin Fateh Xalq artisti Rasim Balayevin “Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar” fikri haqda danışarkən söyləyib.
“Hər şey daxil” verilişində gedən müzakirə zamanı aparıcı Tarix Əliyev Aqşinin bu sözlərinə əsəbiləşib:
Muxalifet - 27-08-2019
Mühafizəçilər qadını sürüdü - “Gənclik mall”da insident
Bu gün “Gənclik mall” da mühafizəçilərlə müştəri arasında insident yaşanıb. Bu barədə hadisəyə şahidlik etmiş şəxslər sosial şəbəkədə məlumat yayıblar. Onların sözlərinə görə, “Gənclik mall”un mühafizəçiləri bir xanımı hər kəsin içində uca səslə təhqir edib, hətta sürüyüblər. “Qafqazinfo” məsələ ilə bağlı ticarət mərkəziylə əlaqə saxlayıb. Məlumat mərkəzindən belə bir halın baş verdiyi təsdiqlənib. Bildirilib ki, həmin xanım mərkəzdə salfet satmaq istəyirmiş: “Mühafizəçilər təlimata uyğun olaraq, həmin xanımın oranı tərk etməsini istədilər. O isə təlimata əməl etməyərək mühafizəçini vurub.
Muxalifet - 27-08-2019
Türkiyə qırıcıları Azərbaycana GƏLİR
Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri keçiriləcək.
Muxalifet.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 2-dən başlayacaq təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.Muxalifet - 27-08-2019
Suriyada döyüşən bir azərbaycanlının öldürüldüyü xəbəri yayıldı - FOTO
Suriyanın Latakiuya bölgəsində hökumət qüvvələri ilə müxalifətin silahlı dəstələri arasında döyüşlərdə daha bir azərbaycanlının öldürüldüyü xəbəri yayılıb.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, adı Məhəmməd Amin olan həmin şəxsin Azərbaycandan gəldiyi iddia olunur. Yaşı 45-55 arasında dəyəişən şəxsin fotosu da yayımlanıb.
Məhəmməd Aminin Suriyaya nə vaxt getdiyi, ordakı müxalifət qüvvələrinə nə vaxt qoşulduğu barədə məlumat verilmir.Muxalifet - 27-08-2019
Putin Ərdoğana dondurma aldı - Video
Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Voloqda şəhərində baş tutan MAKS Aviasiya və Kosmik sərgisində satılan xüsusi dondurmaya qonaq edib.
Muxalifet.az xəbər verir ki, dondurmanın alışı zamanı liderlər arasında maraqlı dialoq yaşanıb.
Bir neçə dondurma üçün 210 rubl ödəməli olan Kreml rəhbəri satıcıya 5 min rubl uzadır.
Bu zaman Ərdoğan həmkarına “Mənim əvəzimə də ödəyəcəksinizmi?” sualını ünvanlayıb.Muxalifet - 27-08-2019
Tarixdə ilk məhkəmə: qullarla sevişib ərini öldürtdürən qadın və edam hökmü
Dünya tarixində ilk dövlət formalarının ortaya çıxması cəmiyyətdə hakimiyyətin bölünməsi, məhkəmə sisteminin yaranması ilə nəticələnib. Tarixçilərin fikrincə, bu proses eramızdan min il əvvəl Qədim Yunanıstanda meydana çıxıb. Amma ilk məhkəmə sisteminin Şumerdə yarandığı fikrini müdafiə edən bir çox tarixçi var. Tarixdə ilk cinayət məhkəməsi nə vaxt olub? Müttəhim kim olub və hansı cəzaya məhkum edilib? Oxu.Az-ın bu barədə sualını tarixçi-alim Əkbər Nəcəf cavablandırıb.
Muxalifet - 27-08-2019
“Onların topladığı əlavə vəsait vətəndaşların cibindən çıxır”
“Dünyada ticarət savaşları yenidən qızışır, məsuliyyətsiz, ancaq böyük biznesin maraqlarını düşünən, o maraqların müdafiəsini dövlət siyasətinə çevirən, hətta bunu dövlət maraqları kimi təqdim edən yanlış və zərərli bir anlayış dünyaya hakim kəsilib”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirlər iqtisadçı Natiq Cəfərliyə məxsusdur. O, qeyd edib ki, ABŞ Çin mallarına gömrük rüsumlarını və vergiləri qaldırır, urapatriotlar bunu alqışlayır, böyük biznes sevinir, amma bu addımların bədəlinin son ödəyicisi sadə ABŞ vətəndaşları, alıcılar, istehlakçılar olur:
Muxalifet - 27-08-2019
Cinayətkar dəstənin azərbaycanlı rəhbəri həbs OLUNDU - VİDEO
7 il il öncə barəsində axtarış elan edilən və qiyabi olaraq həbs qətimkan tədbiri seçilən Azərbaycan vətəndaşı Hüseynov Elnur Elxan oğlu Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Türkiyədə saxlanılıb və ölkəmizə gətirilib. DGK-dan verilən məlumata görə, Hüseynov Elnur Elxan oğlu külli miqdarda psixotrop maddənin satış məqsədilə qanunsuz yolla əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılığını həyata keçirən sabit cinayətkar qrup - mütəşəkkil dəstənin rəhbəri olub.
Muxalifet - 27-08-2019
"Elmar Məmmədyarov Mnatsakanyanla görüşməməlidir" - Tofiq Zülfüqarov SƏBƏBLƏRİ AÇIQLADI
“İndiki şəraitdə görüşləri davam etdirməyin Azərbaycan üçün heç bir faydası yoxdur”.
Muxalifet.az xəbər verir ki, Azərbaycanın keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Redaktor.az-a açıqlamasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Azərbaycanla bağlı son açıqlamalarına münasibət bildirib.
T. Zülfüqarov hesab edir ki, artıq Paşinyanın Xankəndidəki mitinqdə səsləndirdiyi bəyanatlarından sonra danışıqlar üçün heç bir əsas qalmayıb:Muxalifet - 27-08-2019
Arvadı erməni olan millət vəkili 25 nəfərlik heyətlə Qarabağa səfər etdi - Növbəti dəfə...
Arvadı erməni olan alman millət vəkili Martin Zonneborn 25 nəfərlik heyətlə Azərbaycanın işğal edilmiş torpaqlarına səfər edib.
Moderator.az erməni mənbələrimnə istinadən xəbər verir ki, Avropa parlamentinin millət vəkili olan M.Zonnebornun səfərində əsas məqsədin qondarma respublikanı tanıtmaq, bu “respublika”da turizmin inkişafına dəstək verməkdir.
Məlumat üçün qeyd edək ki, M.Zonneborn ötən il də Qarabağa səfər edib, səfər əsnasında ermənilərə çox böyük dəyər verdiyini dilə gətirib.Muxalifet - 27-08-2019
“Biri lütlənib hovuza girir, aşıq da “ay can, ay can” oxuyursa...” - Qalmaqal böyüyür
Bu günlərdə sosial şəbəkələrdə aşıqlarla bağlı maraqlı video yayılıb. Belə ki, aşıq Daşqın Gəncəli sazda ifa edir, kişilər isə hovuzda çılpaq rəqs edir. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tənqid edilib. İzləyicilər aşığın aşıq sənətini alçaltdığını bildirib. Yaşananlarla bağlı musavat.com saytına danışan aşıq bildirib ki, sözügedən görüntülər toydan bir gün öncə keçirilən ”Ciyər axşam”ında lentə alınıb: “Hadisə Bakıda baş tutmayıb, orada heç kim içkili deyildi. İnsanlar sadəcə əylənirdi. Qəbahət iş görmürəm”.
Muxalifet - 27-08-2019
Rusiyadan Ərdoğana İNANILMAZ TƏKLİF: 2023-cü ildə...
Türkiyəyə ortaq bir təklifimiz var: Cümhuriyyətinizin yüzüncü ilini kosmik orbitə türk astronavt göndərərək qeyd etmək. Kosmonavt Təhsil Mərkəzi buna hazırdır.
Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu təklifi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi “MAKS-2019” Beynəlxalq Aerokosmik Sərgisində Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbəri Dmitri Roqozin səsləndirib.
Prezident Ərdoğan təklifi məmnuniyyətlə qarşılayıb.Muxalifet - 27-08-2019
Тактика армян меняется – с оккупации переходят на ее юридическое оформление
Сопредседатели Минской группы ОБСЕ твердо привержены содействию сторонам в мирном разрешении нагорно-карабахского конфликта. Об этом сообщили в департаменте коммуникации и связей со СМИ ОБСЕ.
Отмечено, что министры иностранных дел Азербайджана и Армении договорились в ближайшее время вновь встретиться под эгидой сопредседателей:
«Стороны обычно объявляют детали такой встречи одновременно и в соответствующее время, обычно за несколько дней до встречи».Muxalifet - 27-08-2019
Koreyada yüksək vəzifdə çalışan yeganə azərbaycanlı məmur: “Qaqaş sözü üçün darıxıram”
O, çox gənc olmasına baxmayaraq, özünə Koreya kimi uzaq bir məmləkətdə çoxlarının arzu edəcəyi koryeranı qura bilib. Nihat Cənubi Koreyada dövlətində işləyən yeganə azərbaycanlı məmurdur. Bizimyol.info-nun məlumatıan görə Koreyada dövlət məmurluğunda 9 pillə var ən aşağı pillə 9-cu pillədir, ən birinci pillə prezidentə məxsusudur. Bu gəncə birdən birə 5-ci pillədə yüksək vəzifə təklif edilib. Gəlin qalanını Nihat Xəlilzadənin öz dilindən eşidək.
Muxalifet - 27-08-2019