Axtarış

The search found 105785 results in 0.029 seconds.

Search results

  1. “Nar” 4G istifadəçilərinin sayı 2 dəfə artıb

    LTE texnologiyalı yeni baza stansiyaları quraşdırmaqla ölkənin ən geniş 4G şəbəkəsinə malik “Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə “Nar”-ın 4G xidmətindən yararlananların sayı 96% artaraq 740 minə çatıb. Bununla da, mobil operatorun hər üç abunəçisindən biri aktiv 4G internetindən istifadə edir.

    Muxalifet4 - 27-08-2019

  2. Generalın bacanağının cəzası AĞIRLAŞDIRILDI

    Həbsdəki MTN generalı, nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun cəzası ağırlaşdırılıb. 

    Avqustun 27-də Bakı Apelyasiya Məhkəməsi onun işinə baxıb və prokurorun protestini təmin edərək cəzanı 5 ilə qaldırıb. 

    Bakı Ağır Cinayətlər Məhkəməsi Müsənnif Talıbovu 178-ci maddə (dələduzluq) ilə təqsirli bilərək 4 il həbs cəzası kəsmişdi.

    Muxalifet4 - 27-08-2019

  3. Bankomatların qarşısına yığışanları həbs edirlər -Prezidentin xoşuna gəlmir

    Lebap vilayətində hətta bankomatın qarşısına yığışanları həbs etməyə başlayıblar. Onlar ən yaxşı halda sorğu-sual edilir, sonra evə buraxılır.

     

    Bankomatların önündəki növbələrlə bağlı ayrı-ayrı müəssisələrdə iclaslar keçirilir. Orada adamlara növbə yaratmamaq tapşırılır.

     

    Muxalifet4 - 27-08-2019

  4. Putin azərbaycanlı jurnalisti medalla təltif etdi

    Prezident Vladimir Putin soydaşımız, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovu ikinci dərəcəli “Vətən qarşısında xidmətlərə görə” medalı ilə təltif edib.

    AzərTAc xatırladır ki, Rafael Hüseynov 1949-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsində, Paris Sorbon Universitetində təhsil alıb. “Molodyoj Azerbaydjana”, “Komsomolskaya pravda”, “Trud” və digər qəzetlərdə, ölkəmizin Rusiyadakı səfirliyində işləyib. Rusiyanın Əməkdar mədəniyyət işçisidir.

    Muxalifet4 - 27-08-2019

  5. Ermənistanda növbəti qalmaqal: keçmiş Maliyyə naziri həbs olundu

    Ermənistanın keçmiş Maliyyə naziri Qaqik Xaçatryan həbs edilib.

    Virtualaz.org bildirir ki, bu barədə Ermənistan dövlət təhlükəsizlik orqanları məlumat yayıb.

    Xatırladaq ki, o, külli miqdarda korrupsiyada və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

    Onu da xatırladaq ki, Xaçatryan 2008-2018-ci illərdə Serj Sarkisyan iqtidarının əsas fiqurlarından biri olub. Belə ki, o, Maliyyə naziri vəzifəsindən əlavə, Dövlət Gəlirləri Komitəsinin rəhbəri kimi də fəaliyyət göstərib.

    Muxalifet4 - 27-08-2019

  6. Bakıda azyaşlı bacı-qardaşı oğurlayan qadın danışdı

    Bakıda azyaşlı bacı-qardaşı oğurlamaqda şübhəli bilinərək saxlanılan qadin ''Xəzər Xəbər''ə açıqlama verib.

    Xatırladaq ki, hadisə avqustun ortasında baş vermişdi.

    Söhbət Binəqədi rayonu, 3-cü mədən, korpus 76 ünvanından 6 və 7 yaşlı bacı-qardaşın oğurlanmasından gedir. Uşaqların anası Çiçək Abbasova ayın 15-də ərazi üzrə Binəqədi rayon 43-cü polis bölməsinə şikayət edib ki, işdən evə qayıdarkən övladları - 6 yaşlı Mələk və 7 yaşlı Rahil Mirzəyev naməlum şəraitdə evdən gediblər.

    Muxalifet4 - 28-08-2019

  7. Putin Ərdoğanı dondurmaya qonaq etdi

    Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı dondurmaya qonaq edib. Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, ekspozisiyaları ziyarət etdikdən sonra liderlər bir çox dünya siyasətçiləri tərəfindən bəyənilən məşhur rus incisi olan çadıra yaxınlaşıblar. Rusiya dövlət başçısı üçün buradan dondurma almaq artıq bir növ ənənəyə çevrilib və o, türkiyəli həmkarını da qonaq etməyə qərar verib. V.Putin dondurmanın çeşidlərı haqqında xanım satıcıdan məlumat alıb və iki növ seçib. Dondurmaların ümumi məbləği 210 rubl edib.

    Muxalifet4 - 28-08-2019

  8. Qərbin hegemonluğu başa çatır, Avropa ABŞ və Rusiya arasında... - Makrondan ŞOK ETİRAFLAR

    Qərb ölkələrinin hökmranlıq dövrü qlobal geosiyasi dəyişikliklərə görə öz sonuna yaxınlaşır.

     “RİA-Novosti” agentliyi xəbər verir ki, bu sözləri respublikanın səfirləri qarşısında çıxış edən Fransa prezidenti Emmanuel Makron bildirib.

    “Biz dünyada qərb hegemonluğunun sonunu görürük. Şərait dəyişir”, - fransız lider qeyd edib.

    Onun sözlərinə görə, bu gün dünya səhnəsində yeni dövlətlər möhkəmlənir.

    "Çin birinci sıralara gəldi, Rusiya öz strategiyasında ən böyük müvəffəqiyyətə nail olur”, - Makron vurğulayıb.

    Muxalifet4 - 28-08-2019

  9. Dünyanın “ikinci ağciyərləri” də məhv olur - NASA dəhşətli PEYK GÖRÜNTÜSÜNÜ PAYLAŞDI

    Amazon meşələrindən sonra dünyanın “ikinci ağciyərləri” adlandırılan Konqo hövzəsi və Mərkəzi Afrika ölkələrinin meşələrində də idarə oluna bilməyən yanğınlar baş verib.
    Muxalifet.az
    xarici mediaya istinadən xəbər verir ki, NASA-nın (Amerika Milli Kosmik Agentliyi) məlumatlarına görə, Anqolada 6 min 902, Konqoda isə 3 min 395 yanğın baş verib. Bölgədə yaranan dəhşətli mənzərə NASA-nın peykdən çəkdiyi fotolarda da özünü göstərir.

    Muxalifet - 28-08-2019

  10. Sərhədlərimzdə İran və Rusiyanın raket sınağı - bizi gözləyən təhlükə

    Avqustun 22-də İran yeni “Bavar-373" tipli zenit raket kompleksini sınaqdan keçirib. Sınaq atışında iştirak edən İranın müdafiə naziri Əmir Xatəmi kompleksin Hava Hücumundan Müdafiə Qüvvələrinin sərəncamına verildiyini bildirib. ”Bavar-373" Rusiyanın S-400 sistemlərinə yaxındır.

    Bu yaxınlarda isə Rusiyanın raket sınağı zamanı baş verən qəza nəticəsində nüvə radiasiyasının sızıntısı qeydə alınıb.

    Muxalifet - 28-08-2019

  11. Ermənistan səfirlərini İrəvana topladı- işğalçı dövlət Bakının qəfil hücumundan qorxur

    Ermənistan XİN rəhbəri Putinin İrəvana səfərinə qədər Elmar Məmmədyarovla heç olmasa şəkil çəkdirməyə çalışır; Tofiq Zülfüqarov: “İndiki halda Ermənistan üçün növbəti görüş taktiki baxımdan çox vacibdir, Azərbaycanın isə indiki halda danışıqlara qatılması...” Ermənistan Xarici İşlər Nazirliyində (XİN) qurumun mərkəzi aparatı və diplomatik korpusun rəhbərlərinin toplantısı keçirilib. İclasda çıxış edən XİN başçısı Zöhrab Mnatsakanyan ölkəsinin prioritet saydığı məsələlərdən danışıb, tapşırıqlar verib, mesajlarını çatdırıb.

    Muxalifet - 28-08-2019

  12. “BIR ARTEZIANIN VURULMASINA 20 MİN İSTƏYİRLƏR” – “Əli Əhmədov bazarla yanaşı əkin sahələrini də gəzsəydi…”

    Şəmkirdə 17 illik meyvə bağı məhv edilib

    Şəmkirdə 17 illik böyük meyvə bağı bərbad suvarma sistemi, meliorasiya işlərinin aparılmaması səbəbindən məhv olub. Bununla bağlı məlumatı jurnalist və sahibkar kimi tanınan Şahin Nəcəfov öz “feysbuk” səhifəsində paylaşıb.

    Muxalifet - 28-08-2019

  13. İsmayıllıda toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 33 nəfər xəstəxanalıq oldu

    Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı məlumat yayıb.
    Nazirliyin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib.

    Muxalifet - 28-08-2019

  14. Ukrayna döyüşləri haqqında ŞOK MƏLUMATLAR ÜZƏ ÇIXDI: 1000-dən çox ölü və...

    Ukrayn Silahlı qüvvələrinin Baş qərargahı 2014-cü ilin avqustunda “İlovaysk qazanı”nda ölən Ukrayna döyüşçülərinin sayı haqqında yeni məlumatları dərc edib. Publika.az xəbər verir ki, bu haqda “BBC Ukrayna” bildirib. Ukrayna hərbi müəssisəsinin məlumatına görə, İlovayskda döyüşlərdə 220 hərbi qulluqçu həlak olub, 44-ü yaralanıb, 40 hərbçi itkin düşüb, 13-ü isə əsir götürülüb. Açıqlanan yeni rəqəmlərə könüllü batalyonların döyüşçülərinin sayı daxil deyil.

    Muxalifet - 28-08-2019

  15. Bakıda həyat yoldaşından ayrılan 30 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL

    Bakıda intihar hadisəsi baş verib.
    Muxalifet.az
    xəbər verir ki, Binə qəsəbəsində yaşayan Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Zahir Tahir oğlu özünü yarımçıq tikilidən asıb. 30 yaşlı Zahirin meyiti rezin borudan asılı vəziyyətdə aşkarlanıb.
    Bildirilir ki, Z.Əliyevin həyat yoldaşı ilə problemləri olub. Ailədə baş verən münaqişədən sonra qadın azyaşlı övladını götürərək onu tərk edib.
    Z.Əliyev daha sonra özünü asaraq həyatına son qoyub.
    Faktla bağlı araşdırmalar aparılır.

    Muxalifet - 28-08-2019

  16. İcra başçısının qohumu haqda SENSASİON İDDİA: “Məni döyüb səsimi yazdılar”

    Dələduzluqda suçlanan şəxs keçmiş məmurun yaxın qohumunu ona qarşı zor tətbiqində ittiham edir.

    «Yalçın Abdullayev bir neçə nəfərlə birlikdə məni dəmir boru ilə döydü. Sonra da məni məcbur elədilər ki, Yalçına borclu olduğumu deyim, onlar da bunu diktofona yazsınlar. Məni elə vəziyyətə qoydular ki, onu deməyə məcbur oldum. İndi də həmin səs yazısı iş materiallarına sübut kimi əlavə olunub», – 33-yaşlı Xəyyam Balayev məhkəmədə danışıb.

    Muxalifet - 28-08-2019

  17. Hökumətdən Aİ-92 və Aİ-95 benzinlə bağlı VACİB QƏRAR

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib. Muxalifet.az “report”a istinadən xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

    Muxalifet - 28-08-2019

  18. Məzuniyyət kimə daha çox sərf edir: işçiyə, yoxsa...

    Azərbaycanda 5 milyon məşğul əhalinin yalnız 1,4-1,5 milyon nəfəri real əmək müqaviləsi əsasında işləyir

    Yay mövsümü başa çatmaq üzrədir. Artıq Azərbaycanda məzuniyyət götürmüş əksər insanlar istirahətini başa vurub gündəlik iş rejiminə dönməkdədirlər.

    Muxalifet - 28-08-2019

  19. Rəşad Atakişiyevin xanımından ÜRƏKDAĞLAYAN SÖZLƏR: Ölümündən 2 saat qabaq mənə dedi ki...

    Bəzən möcüzəsini əsirgəyən ögey dünyaya qəzəblənirsən. Sonra ayaqların səni bayrağa boyanmış yuvaya qonaq aparır. Saat kimi susan bir qəlb düz üç köksə dolub daş divarları isidir, gözlərinə baxır, əllərinə toxunur. Artıq bir il varmış ki, bu ocağın zaman qovan masaüstü saatı yorulub yatırmış. Nə bir usta, nə saatsaz bu cihazı yuxudan oyada bilib. Bu səssizlik Rəşadın qulağını batırarmış. Bir gün saatı əlinə alıb sxemini yenidən qurur. “Evdə işləməyən saat xeyirə əlamət deyil” deyib zamana meydan oxuyur. Ömrünü də, geriyə qalan zamanını da o saatın içinə doldurub 3 canına əmanət edir.

    Muxalifet - 28-08-2019

  20. Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Baba 3 yaşlı nəvəsini öldürdü

    Gəncə şəhəri Yüsif Məmmədəliyev küçəsində baba yük maşını ilə nəvəsini vuraraq öldürüb. 
    Muxalifet.az xəbər verir ki, Qasımov Ərəstun yük maşını işə salan zaman ehtiyatsızlıqdan nəvəsi, 2016-cı il təvəllüdlü Ərəstun Nizami oğlu Qasımovu vurub. Ağır bədən xəsarətləri alan uşaq xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 28-08-2019

Pages