Axtarış
The search found 105785 results in 0.027 seconds.
Search results
Putinin cavan qalmasının SİRRİ AÇILDI – Sən demə …
Rusiya Prezidenti Vladimir Putin 10 il əvvəllə müqayisədə daha yaxşı formadadır.
66 yaşlı rus lider buna düzgün yuxu rejimi, nizamlı qidalanma, spitli içkilərdən imtina, müntəzəm idmanla məşğul olmaq nəticəsində nail olub.
Vladimir Putin həm də Rusiya tarixində idmana ən çox diqqtət ayıran prezidenti kimi yadda qalıb. O, xokkeyin böyük pərəstişkarıdır, gəzintini, üzgüçülüyü sevir.
Prezidentin Kiton və Brioni kostyumlarına üstünlük verdiyi bildirilir. /teleqraf.comMuxalifet - 27-08-2019
Azərbaycanda turistin başına "oyun" açdılar – QALMAQAL
Sosial şəbəkələrdə özəl turizm şirkətlərindən birinin vətəndaşları aldatması barədə informasiya yayılıb.
Belə ki, vətəndaş Leyla Məmmədli “İntravel.AZ” şirkətindən şikayətçi olduğunu bildirib. Ailəsi ilə birgə Antalyaya səyahət etməyə hazırlaşan xanım turist hava limanına çatanda gözləmədikləri xəbəri alıblar. Antalyaya uçmaq üçün öncədən biletin pulu ödənilib, otel “bron” edilsə də, məlum olub ki, ortada nə bilet var, nə də otel.
Şikayətçi turistin sözlərinə görə, həmin şirkətin dələduzluğu ilə bağlı hazırda 20-dən çox vətəndaş əziyyət çəkir.Muxalifet - 27-08-2019
BAKIDA OLAY: tur şirkəti 20 ailəni aldatdı
Bakıda məşhur tur şirkətlərindən biri 20-dən çox ailəni Antalyaya səyahət adı ilə aldadaraq, pullarını mənimsəyib. Turistlər aldadıldıqlarını hava limanında ikən başa düşüblər.
Bu haqda məlumatı Leyla Məmmədova adlı zərərçəkən yayıb. Şikayətçi bildirib ki, “InTravel.Az” tur şirkətindən Türkiyənin Antalya şəhərinə tur-paket alıblar. Uçuş bu gün nəzərdə tutulsa da, səfər alınmayıb:Muxalifet - 27-08-2019
Seksdən daha çox zövq verən aktivlik açıqlandı - Alimlərdən İNANILMAZ ARAŞDIRMA
Elm adamları növbəti maraqlı araşdırmanı həyata keçiriblər.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, amerikalı alimlər insan beyni üzərində həyata keçirdiyi araşdırma ilginc məqamları üzə çıxarıb.
Muxalifet - 27-08-2019
Rusiya diplomatı ilk dəfə həmin sirli partlayışdan danışdı - “ABŞ-A CAVAB OLARAQ HAZIRLAYIRDIQ...”
Rusiya diplomatı ilk dəfə Arxangelsk vilayətində, Severodvinsk ətrafındakı poliqonda avqustun 8-də baş vermiş və ətrafa radiasiya sızması ilə müşaiyət olunan sirli raket partlayışı barədə danışıb.
Virtualaz.org xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin vəzifələrini icra edən Aleksey Karpov həmin poliqonda ABŞ-ın raketdən müdafiə haqda SSRİ ilə bağlanmış müqavilədən çıxmasına cavab olaraq işlənib hazırlanan silahın sınaqdan keçirildiyini açıqlayıb.
Muxalifet - 27-08-2019
“Qanuni oğru” “Quli” ilə görüşdə döyüldü
Kutaisi qruplaşmasının məşhur simalarından olan “qanuni oğru” “Kvejoeviç” ləqəbli Quram Çixladze Türkiyədə döyülüb.
“Yeni Sabah” "CrimeRussia"ya istinadən xəbər verir ki, hadisə azərbaycanlı “qanuni oğru” “Quli” ləqəbli Nadir Səlifovla görüş zamanı baş verib. Görüş bəzi məsələləri aydınlaşdırmaq məqsədilə keçirilib. Həmin vaxt “Quli”nin köməkçisi, milliyyətcə qazax olan Arman adlı şəxs Çixladzeyə əl qaldırıb. Lakin o, Çixladzenin “qanuni oğru” titulu daşıdığını bilməyib. Bununla belə, “Quli” onun cəzalandırılmasına imkan verməyəcək.
Muxalifet - 27-08-2019
“ÖZÜMÜ ÖLDÜRMƏ HƏDDİNDƏYƏM” – Göyçay sakini: “Bir qrup vəzifəli şəx məni uşağımın üzünə həsrət qoyub”
“Uşağım məni çox istəyir, lakin anası və babası psixoloji təzyiq göstərir ki, mənimlə görüşməsin”
Göyçay şəhəri, Vaqif küçəsi, ev 11 sakini Həmidov Nicat Ehtibar oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şakayətçi yazır ki, üzləşdiyi qanunszuluğa görə özünü öldürmə həddindədir:Muxalifet4 - 27-08-2019
Ərdoğan Rusiyaya getdi: Moskvada nələr olacaq?
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya səfər edib. Muxalifet.az xəbər verir ki, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank, xəzinə və maliyyə naziri Berat Albayrak müşaiyət edir. Ərdoğan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Əsas müzakirə mövzusu Türkiyə-Rusiya münasibətləri və Suriya məsələsidir. Türkiyə prezidenti MAKS-2019 Beynəlxalq Hava və Kosmik Sərginin açılışında da iştirak edəcək.
Muxalifet - 27-08-2019
Ölkədən çıxışına "STOP" qoyulan şəxslərlə bağlı YENİ XƏBƏR
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə 2017-ci ildə Daxili İşlər Nazirliyinin rəsmi veb saytında(www.mia.gov.az) yaradılaraq istifadəyə verilmiş xüsusi interaktiv pəncərə vasitəsi ilə, vətəndaşlar adlarının, mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, eləcə də sərhədkeçməyə məhdudiyyət siyahısında olub-olmaması barədə məlumat əldə edə bilərlər.
Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Muxalifet4 - 27-08-2019
Cəmiyyət sosial islahatlarla bağlı nə düşünür? – TƏHLİL
2019-cu ilin 6 ayının yekunlarına əsasən, dövlət büdcəsi gəlirlərinin 440 milyon manat, vergi yığımlarının 8,8%, gömrük yığımlarının 8% artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70%-i ötməsi, 100 mindən çox yeni əmək müqalivəsinin imzalanması iqtisadi göstəricidir. Ötən müddət ərzində iqtisadiyyatın effektinin tənzimləməsi artan bütün gəlirlərin 4 milyondan çox insanın qayğısının güclənməsinə yönəlməyə imkan verir. Bunu mən yox, rəsmilər belə deyir. Amma...
Muxalifet4 - 27-08-2019
Ərdoğan Putindən nə istəyəcək? - Qapalı görüşün pərdəarxası açıqlandı
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan artıq Moskvadadır. Əsəd ordusunun İdlibdə əməliyyatlara başlaması fonunda baş tutan bu səfər zamanı Ərdoğanın Putindən nə istəyəcəyi əsas müzakirə mövzusudur. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, yüksək səviyyəli Türkiyə rəsmisi “Röyters”ə Ərdoğanın Putindən nə istəyəcəyini açıqlayıb. “Ərdoğan bölgədə türk əsgərinin qorunması üçün addımların atılmasını istəyəcək. Rusiyanın bu məsələdə Əsəd üzərindəki nüfuzunu işə salacağını gözləyirik. Türk əsgərinə ən kiçik hücum olarsa, total hücumla cavab verəcəyik.
Muxalifet4 - 27-08-2019
DİM 600 və daha yüksək bal toplayanlara MÜRACİƏT ETDİ
Dövlət İmtahan Mərkəzi (DİM) 600 və daha yüksək bal toplayan gənclərə müraciət edib. Mərkəzdən verilən məlumata görə, artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Qeyd olunub ki, bu il də ənənə davam etdiriləcək: "İnformasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr ediləcək.
Muxalifet - 27-08-2019
Yasamaldakı “Yüksəliş” kompleksinin sakinləri niyə narazıdır? - 3 ƏSAS SƏBƏB VAR
Bakının Yasamal rayonu, Məhəmməd Xiyabani 133-135 ünvanında Yerləşən “Yüksəliş” yaşayış kompleksinin sakinləri iki ilə yaxındır ki, öz hüquqlarından istifadə edə bilmirlər. “Turac-AF” MTK tərəfindən 2017-ci ildə tikilərək təhvil verilən binada sakinlərə əvvəlcədən verilən vədlər yerinə yetirilmir.
Muxalifet - 27-08-2019
Azərbaycanda kişi arvadını yataqda öldürdü - SƏBƏBİ İSƏ...
Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Zülfüqar Rəhimovun cinayət işi üzrə məhkəmə davam edir.
Muxalifet.az "ölkə.az"a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi avqust ayının 29-na təyin olunub.
Qeyd edək ki, Bərdə rayonun Tumaslı kəndində Zülfüqar Rəhimov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Gülnaz Rəhimovanı bıçaqlayıb.
Muxalifet - 27-08-2019
SON DƏQİQƏ: PKK-dan Türkiyə ilə bağlı ŞOK QƏRAR
PKK/YPG terrorçuları ABŞ və Türkiyənin Suriyada təhlükəsiz bölgə yaratmaqla bağlı anlaşmasına uyğun olaraq, Fəratın şərqindən çəkilməyə başlayıb.
Bu barədə “Franspress” agentliyi məlumat yayıb.
Terror təşkilatından agentliyinə verilən məlumata görə, çəkilmə ötən həftənin şənbə günü başlanıb. Ağır silahlar da bölgədən çıxarılır.
“Röyters” də terrorçuların bölgədən ağır silahlarını çıxardığını yazıb./PublikaMuxalifet - 27-08-2019
Metroda qızın çiynindən düşən şala görə baş verən qətl işində ağır cəza kəsildi
Metroda başlayan mübahisəyə görə qətl törədən şəxslər hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində qız üstündə qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdıü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Vəli Əliyev qətl törətdiyinə görə 17 il azadlıqdan məhrum edilib.
Muxalifet - 27-08-2019
Paşinyandan SƏRT SÖZLƏR: “Arxamı belə qoruyursunuz?”
“Nikol Paşinyan komandasının üzvlərinə çox hirslidir, xüsusilə Amulsar yatağının istismarı ilə bağlı ona qarşı çıxan deputatlara”. Publika.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb. Qəzet yazır ki, Paşinyan komandasının üzvləri ilə görüşəndə onlarla sərt danışıb. “Bu, komanda işidir? Siz mənim arxamı belə qoruyursunuz? Hamı künc-bucağa dağılışdı, hətta səsiniz belə gəlmir”, - Paşinyan deyib. Qəzet qeyd edir ki, “Mənim addımım” blokunda baş nazirə qarşı çıxanların cəzalandırılması haqqında düşünürlər: “Lakin bu çətindir, çünki onları fraksiyadan çıxara bilmirlər.
Muxalifet - 27-08-2019
Bu çimərliklər pulsuzdur - BŞİH
"Son bir neçə gündə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı bəzi KİV-lərdə həqiqətə uyğun olmayan xəbərlər verilib. Tam rəsmi şəkildə bildiririk ki, Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur".
Unikal.org-un xəbərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı açıqlamada bildirilib.
Muxalifet - 27-08-2019
Gömrüklə bağlı iş DTX-ya göndərildi – 3.2 milyonluq ödəniş
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində məlum olub ki, dövlət büdcəsindən əsassız olaraq 3 281 270 manat ödəniş olub. Muxalifet.az xəbər Fed.az-a istinadən xəbər verir ki, yoxlamalar 01.01.2016 – 27.05.2018 tarixlərini əhatə edib. Aparılan yoxlamalar nəticəsində əsassız xərclənən 3 281 270 manat geri qaytarılıb. İş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Muxalifet - 27-08-2019
Azərbaycanda toyda ŞOK HADİSƏ - 21 nəfər xəstəxanaya aparıldı
Şəkidə toyda kütləvi zəhərlənmə olub.
Muxalifet.az Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.Muxalifet - 27-08-2019