Axtarış

The search found 105785 results in 0.034 seconds.

Search results

  1. “Onun həbs edilməsi Rusiyadakı azərbaycanlıları narahat edir” – SABİR RÜSTƏMXANLI

    "Dağıstanda illərlə atasıyla bərabər Azərbaycanın maraqlarına xidmət etmiş bir gəncin belə gülünc ittihamla həbsdə saxlanılması yolverilməzdir”.
    BakuPost xəbər verir ki, bunu Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı Azərbaycanın Dağıstandakı diasporunun sədri Rakif Əzizovun oğlunun həbsinə münasibət bildirərkən deyib. 
    Onun sözlərinə görə, istintaq, eləcə də məhkəmə prosesi ədalətli aparılmayıb: 

    Muxalifet - 26-08-2019

  2. Rusiya azərbaycanlı bloqeri deportasiya edir - PASPORTUNU LƏĞV EDİBLƏR...

    Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılan, internet platformalarında Azərbaycanda separatizmin təbliği və zorakılığa çağırışlar etməklə məşğul olan müxalifətçi bloqer Elvin İsayevin Bakıya deportasiya ediləcəyi gözlənilir.

    Muxalifet4 - 26-08-2019

  3. Medvedev Kadırovun doğulduğu kəndin adını dəyişdirdi - FOTO

    Çeçenistan rəhbəri Ramzan Kadırovun doğulduğu Tsentaroy kəndinin adı dəyişdirilib.

    TASS xəbər verir ki, bu barədə Rusiya Baş naziri Dmitri Medvedev müvafiq sənəd imzalayıb.

    Sözügedən kənd bundan sonra Əhməd-Yurd adlanacaq.

    Qeyd edək ki, kəndin adını daşıdığı Əhməd Kadırov hazırkı rəhbərin atası və Çeçenistanın keçmiş lideridir.

    Muxalifet4 - 26-08-2019

  4. General Dudakoviç yüzlərlə serbin qətlində ittiham edilir - BOSNİYA MÜHARİBƏSİNİN ƏKS-SƏDASI

    Bosniya və Herseqovina Prokurorluğu Atif Dudakoviç və 16 nəfər silahdaşını Bosniya müharibəsi zamanı mülki şəxslərə qarşı müharibə cinayətlərində ittiham edir.

    Bu barədə Serbiya Dövlət Televiziyası məlumat yayıb.

    "İddia aktında 300-dən çox serbin öldürülməsindən bəhs olunur. Onların əksəriyyəti mülki şəxslər, əsasən yaşlı insanlar, habelə təslim olan və ya əsir götürülən əsgərlərdir", - məlumatda deyilir.

    Muxalifet4 - 26-08-2019

  5. İsraildən MÜHARİBƏ ELANI - Prezidentin mətbuat xidməti açıqlama yaydı

    İsrail pilotsuz təyyarələrinin hücumları müharibə elanı kimi qiymətləndirilə bilər.

    Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin xüsusi nümayəndəsi Yan Kubişlə görüşdə Livan prezidenti Mişel Aun bildirib.

    “Livan Beyrutun cənub şəhərətrafına İsrail təcavüzünə cavab olaraq BMT Təhlükəsizlik Şurasına şikayət göndərdi. Özünümüdafiə hüququnu özümüzdə saxlayırıq, çünki, müharibə elanı olaraq baş verənlər suverenliyimizi və müstəqilliyimizi qorumaq hüququ verir”, - dövlət başçısının mətbuat xidmətinin xəbərində deyilir.

    Muxalifet4 - 26-08-2019

  6. Gürcüstan prezidenti Abxaziya və Cənubi Osetiyanı qaytarmaq istəyir

    Gürcüstan Abxaziya və Cənubi Osetiya itkisi ilə barışmaq fikrində deyil. Qonşu ölkə prezidenti Salome Zurabişvili belə açıqlama ilə çıxış edib.
     
    Muxalifet.az bizimyol.info-ya istinadən xəbər verir ki, Gürcüstanın dövlət başçısı prezidentliyi dövründə ölkənin ərazi bütövlüyünün tam təmin olunmasına böyük ümid bəsləyir.
     
    “Gürcüstanın heç bir hakimiyyəti – nə bugünkü, nə gələcəkdəki – ərazi bütövlüyünün pozulması ilə barışmayacaq. Heç beynəlxalq ictimaiyyət də bu faktı qəbul etmir”, – prezident belə deyib.
     

    Muxalifet4 - 26-08-2019

  7. Tramp Ruhani ilə görüşün şərtini açıqladı

    Prezidenti Həsən Ruhani ilə görüşə bilərdi. Virtualaz.org bildirir ki, o, bunu "Fox News" telekanalının efirində deyib. "Əgər şərait doğru, düzgün olacaqsa, mən buna razılaşardım", - deyə o, G7 sammitinin yekunları ilə bağlı Fransa Prezidenti Emmanuel Makronla birgə keçirdiyi mətbuat konfransında vurğulayıb.

    Muxalifet4 - 26-08-2019

  8. Gec qocalmağın 6 SİRRİ - Yaşlanmaq istəmirsinizsə, OXUYUN!

    Bir çox qadın var ki, onlar yaşlandıqca sanki heç qocalmırlar. Dəriləri təmizdir və göz kənarlarındakı mimik xətləri çıxmaq şərtilə üzlərində qırışları demək olar ki, yoxdur. Hər birinin cavanlıq sirri müxtəlifdir.

    Eyni zamanda ümumi nələrsə var. Hansısa əsas prinsipləri...

    Muxalifet.az publika.az-a istinadən qadınları cavan saxlayan əsas qaydalarla tanış edir.

    Birinci qayda: Qidalanmaya nəzarət edin

    Muxalifet4 - 26-08-2019

  9. Qusarda mikroavtobus aşdı - YARALILAR VAR

    Qusar rayonunda yol qəzası baş verib.

    “Report”un verdiyi məlumata görə, Bakı-Quba-Dağıstan-Rusiya Federasiyası yolunun Qusar rayonundan keçən hissəsində qeydə alınıb.

    Muxalifet4 - 26-08-2019

  10. Bütün dünya bu öpüşdən danışır - Malenia Tramp baş nazirlə... / FOTO

    Fransada keçirilən G7 sammitində ABŞ Prezidenti Donald Trampın xanımı Melania Trampın ehtiraslı şəkildə Kanadanın Baş Naziri Castin Trudeaunu öpməsi gündəm olub.

    "Qafqazinfo" xəbər verir ki, foto bir anda mediada, eləcə də sosial şəbəkədə geniş şəkildə yayılıb.

    Bəzi sosial şəbəkə istifadəçiləri isə Melanianın kanadalı siyasətçiyə aşiq olduğunu bildiriblər.

    Bundan başqa, tvitterdə #MelaniaLovesTrudeau haştağı da açılıb.

     

    Muxalifet4 - 26-08-2019

  11. Millimizdən MÖHTƏŞƏM QƏLƏBƏ

    Azərbaycan millisi qadın voleybolçular arasında Avropa çempionatında növbəti oyununu ev sahibi Macarıstanla keçirib.

    Qarşılaşma millimizin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, millimiz avqustun 28-də Estoniya ilə üz-üzə gələcək.

    N

    Muxalifet - 27-08-2019

  12. “Torpaqlarımızı işğaldan azad edəcəyik” — General-mayor

    "Mülki və ya hərbçi olmasından asılı olmayaraq, hər kəs torpaqlarımızı müdafiə etməyə hazırdır".
    Muxalifet.az Azvision.az-a istinadən xəbər verir ki, bunu "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi iştirakçılarının Şəmkir hərbi birliyinə səfəri zamanı Birlik komandiri, general-mayor Xəqani Cəbrayılov deyib. 
    General bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə yaxın vaxtlarda işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəyik. 

    Muxalifet - 27-08-2019

  13. Həbsdəki jurnalist Seymur Həzi azadlığa çıxır

    2014-cü il avqustun 30-da həbs edilən  AXCP funksionerinin 5 illik cəza müddəti həftəsonu başa çatır

    Həbsdəki jurnalist, AXCP funksioneri Seymur Həzinin cəza müddəti bitmək üzrədir. Siyasi məhbus avqustun 29-da azadlığa buraxılacaq.

    S.Həzinin həyat yoldaşı Nigar Həzi isə  paylaşdığı son statuslardan birində narahatlıq ifadə edib.

    Muxalifet - 27-08-2019

  14. Azərbaycanda ayaqqabı ilə vurulan hakim vəfat etdi

    Azərbaycanda bir sıra qalmaqallı məhkəmə işlərinə hakimlik edən Mirpaşa Hüseynov vəfat edib.

    “Yeni Sabah” xəbər verir ki, o uzun müddət məhkəmə-hüquq sistemində çalışıb və keçən il təqaüdə çıxıb.

    M. Hüseynov vaxtilə məhkəmə iclaslarının birində ona ayaqqabı atılması ilə gündəmə gəlmişdi. Ruhani Abgül Süleymanovla bağlı 2012-ci ildə məhkəmə qərarını elan  edən zaman prosesdə iştirak edən dindarlardan biri hakimə ayaqqabı atmışdı. 

    Muxalifet - 27-08-2019

  15. "Azərbaycan" İES-də DƏHŞƏTLİ HADİSƏ: Diri-diri yandı - FOTO

    Mingəçevirdə 34 yaşlı kişi faciəvi şəkildə vəfat edib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında işləyən 1985- ci il təvəllüdlü Sənan Yəhyayev ehtiyatsızlıqdan transformatora yıxılıb. 6000 Kvt-lıq transformatora düşən 34 yaşlı S.Yəhyayev yanaraq ölüb. Faktla bağlı araşdırmalara başlanılıb. Qeyd edək ki, Sənanın azyaşlı uşaqları qalıb.

    Muxalifet - 27-08-2019

  16. Axşam MÜHARİBƏ ƏMRİ VERİLƏ BİLƏR - Dünyanın diqqəti bu saata dikildi

    Beyrut yaxınlığında bazar günü qəzaya uğrayan İsrail pilotsuz təyyarələri partlayıcı maddə daşıyırdı.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Livanın “Hizbullah” hərəkatının açıqlamasında deyilir.
    Qeyd edilir ki, dronlar kəşfiyyat deyil, döyüş məsələlərinin icrası üçün nəzərdə tutulurdu. Məlumata görə, birinci pilotsuz təyyarənin analizi onun S4 tipli 5,5 kiloqram partlayıcı qurğu ilə təchiz edildiyini müəyyənləşdirib.

    Muxalifet - 27-08-2019

  17. Seçki komissiyasının sədri VƏFAT ETDİ

    Azərbaycanda dairə seçki komissiyasının (DSK) sədri dünyasını dəyişib. Unikal.org-un xəbərinə görə, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Mübahir Nəsirov vəfat edib. Qeyd edək ki, M.Nəsirov Mərkəzi Seçki Komissiyasının 4 avqust 2016-cı il tarixli qərarı ilə dairə seçki komissiyasının üzvü təyin olunmuşdu.

    Muxalifet - 27-08-2019

  18. ​Bu dövlət qurumunda 926 nəfər işdən çıxarıldı

    "Azərpoçt” MMC-də islahatlar adı altında neçə ilin təcrübəli əməkdaşları işdən uzaqlaşdırılıb. Son müddətdə ümumilikdə 1000 nəfərə yaxın şəxs vəzifəsindən azad olunub.
    Muxalifet.az
    xəbər verir ki, bu sensasion xəbəri Azpolitika.info yayıb. Xəbərdə bildirilir ki, rəhbərliyin bu "islahatı” ciddi narazılıq yaradıb. 

    Muxalifet - 27-08-2019

  19. Bu gün SON GÜNDÜR - XƏBƏRDARLIQ

    Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır.
    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər 27 avqust saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

    Muxalifet - 27-08-2019

  20. Bakıda bahalı avtomobildən qorxunc manevr - DƏHŞƏTLİ QƏZADAN 1 SANİYƏ AYIRDI

    Bakıda bəzi sürücülərin təhlükəli manevrlər etməsi və qəza şəraiti yaratması hallarına tez-tez rast gəlinir.
    Muxalifet.az xəbər verir ki, növbəti belə hadisələrdən biri Yasamal rayonu ərazisində - Kənar dairəvi yolda baş verib. 10 ZL 051 dövlət qeydiyyat nişanlı "Dodge Durango" markalı avtomobilin sürücüsü təhlükəli manevr edərək yolun əks hərəkət zolağına çıxıb və ötmə manevri edib. Bu zaman həmin nəqliyyat vasitəsini üzbəüz gələn digər avtomobillə toqquşmadan çox ani zaman ayırıb.
    Hadisənin görüntüsünü təqdim edirik.
    publika

    Muxalifet - 27-08-2019

Pages