Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
Tramp İran xarici işlər nazirini G7 sammitində görüb təəcübləndi - SÜRPRİZ OLUB...
Tramp administrasiyası 2019-cu il üçün xarici yardımların 4 milyard dollar həcmində azaldılması ideyasından imtina edib.
Virtualaz.org “Amerikanın səsi”-nin rus xidmətinə istinadən xəbər verir ki, nəticədə üçün xarici maliyyə yardımları 2019-cu ilinj büdcəsində təsdiq edilmiş şəkildə maliyyələşdiriləcək. O cümlədən Ermənistana ayrılan 40 milyon dollar yardım yerində qalacaq.
Muxalifet - 26-08-2019
Tolik bu dəfə Əli Əhmədovla görüntüləndi - FOTO
Prodüser-aparıcı Tarix Əliyev baş nazirin müavini Əli Əhmədovla fotosunu paylaşıb. Muxalifet.az xəbər verir ki, foto dövlət tədbirlərindən birində çəkilib. Qeyd edək ki, Tolik bir neçə gün öncə deputatlar Eldar İbrahimov, Tahir Rzayev və Siyavuş Novruzovla da fotosunu paylaşmışdı./olke.az
Muxalifet - 26-08-2019
Türkiyəyə DƏSTƏK GƏLDİ: Ordumuz hazır gözləyir
Türkiyənin Fəratın şərqində əməliyyata başlayacağını gözləyən Azad Suriya Ordusunun (ASO) qüvvələri rəsmi Ankaraya “hazırıq” mesajı göndərib.
ASO komandanları Türkiyənin başladacağı bütün hərəkatlarda iştirak edəcəklərini bildiriblər.
ASO komandirlərindən Ş.Şıxlı Türkiyə ordusu sayəsində türkmanların rahat həyat sürdüklərini deyib.Muxalifet - 26-08-2019
Afaq Aslan tanınmış meyxanaçı ilə duet oxuyacaq - FOTO
Son zamanlar cəsarətli fotoları ilə qalmaqal yaradan müğənni Afaq Aslan yeni mahnısının anonsunu edib. “Yeni Sabah” xəbər verir ki, A.Aslan meyxanaçı Elvin Qubalı ilə duet oxuyacaq. İfaçı tezliklə yeni proyektini izləyiciləri ilə bölüşəcəyini bildirib: “Dostlar, indiyə qədər çox məşhurlardan duet təklifi almağıma baxmayaraq, nədənsə özümü heç bir zaman o ampluada görmədiyim üçün diqqətimi çəkməyib aldığım təkliflər.
Muxalifet - 26-08-2019
Prezidentdən Allahşükür Paşazadə ilə bağlı MÜHÜM SƏRƏNCAM
Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Muxalifet - 26-08-2019
Ramzan Kadırov və dağıstanlılar arasında Şeyx Şamilə görə mübahisə - “SİZİN KİMİLƏRİ ANCAQ GÜLLƏ SUSDURA BİLƏR...”
Çeçenistanın rəhbəri Ramzan Kadırov XIX əsrdə Qafqazdakı dağ xalqlarının lideri olmuş Şeyx Şamili əvvəl Rusiyaya qarşı vuruşub, sonra ruslar tərəfə keçməkdə ittiham edib. Dağıstanlılar bu sözlərə etiraz aksiyası və sərt tənqidlərlə cavab veriblər. BBC Rusca xidməti Kadırovla görüşmüş ictimai fəalla söhbət edib. O Kadırovla Şeyx Şamilin tarixdəki rolu və Qafqazın dağ xalqları arasındakı münasibətlər haqqında danışıb. Dağıstanlılarla Kadırov arasında mübahisə avqustun 7-də başlayıb.
Muxalifet - 26-08-2019
Azərbaycanda təşviş dolu anlar: Polis zavodu mühasirəyə aldı - FOTOLAR
Avqustun 24-də saat 19:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, “Asfalt zavod” adlanan ərazidə çoxlu sayda qumbaraatanın, patron və qumbaraların tapılması barədə məlumat daxil olub. ANAMA-dan bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal “Asfalt zavod” adlanan ərazinin yerləşdiyi Qazax rayonun Xanlıqlar kəndinə göndərilib.
Muxalifet - 26-08-2019
Tanınmış jurnalist yolda hücuma məruz qaldı, bədən xəsarəti aldı
Tanınmış jurnalist Zülfüqar Xeyirxəbər dünən axşam saat 19:30 radələrində öz avtomobili ilə Mərdəkandan Bakı istiqamətində hərəkət edərkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib və baş verən mübahisə zəminində jurnalistə bədən xəsarəti yetirib.
Hadisə barədə Musavat.com-a məlumat verən jurnalist bildirib ki, o həmin avtomobilin sürücüsünün yetirdiyi ciddi bədən xəsarətləri ilə bağlı 3 saylı xəstəxanaya müraciət edərək, ilkin tibbi yardım alıb və daha sonra evə buraxılıb.
Muxalifet - 26-08-2019
Bakıda avtobuslar əks yola çıxaraq sərnişinləri təhlükəyə atıb - VİDEO
Bakı şəhəri, Binəqədi rayonu ərazisində qaydaları kobud şəkildə pozan avtobus sürücüləri kameraya düşüblər.
Muxalifet.az report-a istinadən xəbər verir ki, 99 NU 969 dövlət nömrə nişanlı və 90 OH 867 dövlət nömrə nişanlı avtobusların sürücüləri əks istiqamətə çıxaraq hərəkət ediblər.Muxalifet - 26-08-2019
Nura yataq otağında güzgünün qarşısında poz verib FOTOlarını paylaşdı
Müğənni Nura Suri xarici görünüşü ilə gənc həmkarlarına meydan oxuyur.
Milli.Az xəbər verir ki, cazibədar ifaçı bu dəfə yataq otağında güzgünün qarşısında çəkdiyi fotoları ilə diqqət mərkəzinə düşüb.
Bu da Nuranın sözügedən fotoları:
Muxalifet - 26-08-2019
Azərbaycanlı qız hərəkəti ilə ŞOKA SALDI: Hamı ondan danışır - VİDEO
Sosial şəbəkələrdə azərbaycanlı qızın videosu böyük marağa səbəb olub.
Baku.ws xəbər verir ki, aşıq Namiq Fərhadoğlunun çəkərək şəxsi Instagram hesabında paylaşdığı görüntü qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb.
Yeniyetmə qız elastik hərəkətlər edərək görənləri heyran qoyub.
Çətin hərəkətləri çox asanlıqla edən istedadlı qızın videosu hazırda izlənmə rekordları qırır.
Həmin videonu təqdim edirik:Muxalifet - 26-08-2019
SAAKAŞVİLİDƏN SENSASİON AÇIQLAMALAR – “Ölkəmin parçalanmasına imza atmaq üçün…” – MÜSAHİBƏ
Gürcstanin keçmiş prezidenti Mixeil Saakaşvili bu günlərdə 2008-ci il Rusiya-Gürcüstan savaşı haqda “Institute for War and Peace Reporting”-in (IWPR) müxbiri Vaje Tavberidzeyə müsahibə verib. Mövzunun aktuallığını nəzərə alıb, müsahibəni Muxalifet.az oxucularına təqdim edirik: – Məsələlərə 10 ildən sonra baxarkən, necə hesab edirsiniz, Qərb 2008-ci il savaşından ibrət alıbmı? – İş burasındadır ki, bir qayda olaraq, Qərbi bir neçə instinkt hərəkətləndirir və instinktlərdən biri dinclik siyasətidir.
Muxalifet - 26-08-2019
Həsənağa Turabov müstəntiqi şillələyib? - Polis oğlundan AÇIQLAMA
Azərbaycan xalqının görkəmli aktyorlarından, xalq artisti Həsənağa Turabov haqqında sosial şəbəkələrdə yayılan məlumatlara oğlu, Bakı şəhər Baş Polis İdarəsinin qeydiyyat məsələləri şöbəsinin inspektoru, polis polkovnik-leynetantı Yalçın Turabov münasibət bildirib. Unikal.org-un məlumatına görə, Y.Turabov bildirib ki, atası Həsənağa Turabovun kiminsə həbs olunması ilə bağlı şahidlik etməyə məcbur edilməsi, buna cavab olaraq, polis əməkdaşını şillə ilə vurması ilə bağlı deyilənlər yalandır. "Həsənağa Turabov haqqında sosial şəbəkələrdə əsası olmayan, həqiqətdən uzaq məlumatlar yayılıb.
Muxalifet - 26-08-2019
Vilayət Eyvazov icra başçısının oğluna yüksək vəzifə verdi - FOTO
Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi olub. Muxalifet.az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34 cü polis bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb. Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. Qeyd edək ki, Elvin Alıyev Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur.
Muxalifet - 26-08-2019
Helikopterlə təyyarə toqquşdu - 7 nəfər öldü - VİDEO
İspaniyanın Mollorka adası üzərində uçan vertolyotla kiçik şəxsi təyyarə toqquşub.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər dünyasını dəyişib. Onlardan ikisinin uşaq olduqları bildirilir.
Qəza bir xəstəxana binasının üzərində baş verib. Təyyarənin quyruq hissəsi yola, digər hissəsi isə bir evin bağına düşüb.
Muxalifet - 26-08-2019
Süleymani təhdid etdi: Bu, İsrailin son əməliyyatı olacaq
İsrailin Suriyadakı İran obyektlərinə zərbə endirməsi keçirəcəyi son əməliyyat olacaq.
Axar.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds briqadasının komandanı Qasım Süleymani öz Tvitter səhifəsində paylaşıb.
Qeyd edək ki, bundan öncə İsrail ordusu Dəməşqin cənub-şərqindəki İran obyektlərini məhv etməsinə dair görüntülər yaymışdı.
Muxalifet - 26-08-2019
“Başa düşdüm. Bəs niyə onları nüvə bombası ilə bombalamayaq?...” - TRAMPIN BU TƏKLİFİ İCLASA TOPLAŞANLARI ŞOKA SALDI
ABŞ prezidenti Donald Tramp ən azı iki dəfə Birləşmiş Ştatlar sahillərinə doğru hərəkət edən qasırğalara qarşı nüvə bombasından istifadə etməyi təklif edib. Virtualaz.org xəbər verir ki, bu haqda “Axios” portalı müzakirələrdə gedən söhbətlərə bələd olan mənbəyə istinadən bildirir.
Muxalifet - 26-08-2019
SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı
İsmayıllı meşələrində yanğın başlayıb.
Bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev məlumat verib.
R.Ağayevin sözlərinə görə, yanğın rayonun Şəbiyan, Keyvəndi və Pirəbilqasım kəndləri ərazisində yerləşən kolluq-meşə sahəsində qeydə alınıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və 150-yə yaxın canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Muxalifet - 26-08-2019
Nadirə lağ etdi: "Botoks dodaqlar..."
Müğənni Nadir Qafarzadənin Türkiyədə eks-əri tərəfindən boğazı kəsilərək, qətlə yetirilən Emine Bulut haqda dediyi sözlər sosial mediada birmənalı qarşılanmayıb. Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, onun “Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir” sözlərinə reaksiya verənlər arasında aktyor Kamran Ağabalayev də olub.
Muxalifet - 26-08-2019
ŞAD XƏBƏR: “Fərdi evlərin sənədləşməsi nəzarətə götürülüb” – MERİYADAN AÇIQLAMA
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı rayonu Hovsan qəsəbəsində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə novbəti görüş keçirib.
Muxalifet - 26-08-2019