Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. “İRAN NÜVƏ SİLAHINA MALİK OLMAMALIDIR” - “Böyük yeddilik” qərar verdi

    Fransanın Biarrits şəhərində keçirilən görüşdə “Böyük yeddilik” ölkələrinin liderləri yekdil olaraq qərara gəliblər ki, İran nüvə silahına malik olmamalıdır.

    Bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat verib.

    G7 liderləri Yaxın Şərq regionunda sülh və sabitliyə yardım etməyə hazır olduqlarını da bildiriblər.

    Agentliyin həmsöhbətinin məlumatına görə, Yaponiyanın Baş naziri Sindzo Abe müzakirələr zamanı Tokionun “İranın uranın zənginləşdirilməsi səviyyəsini aşması ilə bağlı ciddi narahatlığını” bildirib.

    Muxalifet4 - 25-08-2019

  2. ABŞ-ın Qafqazdakı forpostu Gürcüstan yox, Azərbaycandır? - QALMAQALLI MƏQALƏ HAQDA RƏY

    ABŞ bölgədəki strateji müttəfiqi kimi Azərbaycanın hərbi qüdrətini gücləndirmək üçün tədbirlər görür. Mərkəzi Asiyada təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış amerikalı müstəqil jurnalist Joşua Kuçerin "Eurasiaet" beynəlxalq nəşrində dərc olunmuş məqaləsi bu mövzuya həsr edilib.

    Müəllifin sözlərinə görə, ABŞ hər il müxtəlif dövlət kanalları vasitəsilə Azərbaycan Ordusuna getdikcə daha çox hərbi-texniki dəstək verir.

     

    Muxalifet4 - 25-08-2019

  3. "Dünyaca tanınmış futbolçu mənə sevgisini bildirib" - AFAQ ASLAN

    Müğənni Afaq Aslan müsahibəsində şou-biznesdən yox, bu dəfə idmandan danışıb. Muxalifet.az xəbər verir ki, məşhur portuqaliyalı Ronaldonun bəyənmədiyini bildirən müğənni "Beşiktaş"ın sabiq futbolçusu Paskal Numadan mesaj aldığını bildirib. - Uzun illər fitnesslə məşğul olmuşam, peşəkar səviyyədə. İdmanı sevirəm, xüsusən fitness mənə həyat tərzi kimi gəlir. Sadəcə, son 2 ildə səhhətimdə yaşadığım problemdən dolayı idmana ara vermişdim. Artıq yaxın zamanlarda yenidən məşğul olmağa başlayacam. - Hansı idman növlərini izləyirsiz, hansıları sevirsiz?

    Muxalifet4 - 25-08-2019

  4. Xoşbəxt evlilik insanı kökəldirmiş - ALİMLƏRDƏN EVLİLİK HAQDA ŞOK ARAŞDIRMA

    Amerikalı alimlər evlilik ilə insanın çəkisi arasında əlaqə olduğunu sübut ediblər.

    Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, elm adamları xoşbəxt evliliyin və uzunmüddətli münasibətin insanın kökəltdiyinə dair təcrübə aparıblar. 

    Muxalifet4 - 25-08-2019

  5. İstanbul boğazı yaxınlığında iki nəhəng gəmi toqquşdu - NÖVBƏTİ QƏZA

    İstanbul yaxınlığındakı Çanaqqala boğazında 2 gəmi toqquşub.

    Türkiyə mediası xəbər verir ki, ötən gecə Panama bayrağı altında üzə 191 metr uzunluqlu “Esl Dolphin” adlı gəmi ilə boğaza daxil olmağa çalışan və Səudiyyə Ərəbistanından Bolqarıstana gedən Marşall Adaları bayraqlı 189 metr uzunluqlu “Free Stage” gəmisi naməlum səbəbdən toqquşub.

    Hadisə yerinə çoxsaylı xilasetmə qüvvələri cəlb edilib. Xoşbəxtlikdən hadisə nəticəsində insan itkisi olmayıb və dəniz çirklənməyib. Hər iki gəmiyə ciddi ziyan dəyib və onlar sahilə yan alıblar.

    Muxalifet4 - 25-08-2019

  6. "Ər arvadını, qardaş bacısını və oğul anasını aparır ki, təki pul qazansın" - NADİR QAFARZADƏ

    Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəklildə övladının gözü qarşısında öldürülməsi ölkədə böyük rezonans yaradıb.

    Dövlət rəsmiləri də daxil olmaqla, sənət adamları, futbol klubları və sadə əhali olaya etirazını bildirib və bunu sosial şəbəkədə ictimailəşdirib.

    Baku.ws məsələyə münasibət bildirmək üçün tanınmış müğənni Nadir Qafarzadə ilə əlaqə saxlayıb. Müğənni sayta açıqlamasında qadını öldürən kişi barəsində özünəməxsus fikir bildirib:

    Muxalifet4 - 25-08-2019

  7. Kraliçadan şikayət: Tramp qazonumu məhv etdi

    Böyük Britaniya kraliçası II Yelizaveta Avstraliya Baş naziri Skott Morrisona ABŞ Prezidenti Donald Trampdan şikayət edib. Bu barədə “Sandey Tayms” yazıb. Qəzetin yazdığına görə, kraliça Skott Morrisona deyib ki, Trampın helikopteri Bukingem sarayının qarşısındakı qazonu məhv edib. “Mənim qazonuna baxın. O, tamam korlanıb”, - kraliça Morrisonla söhbətində deyib. Qeyd edək ki, iyunun əvvəlində ABŞ Prezidenti Donald Tramp Britaniyaya səfər etmişdi. Səfər zamanı Trampın helikopteri Bukingem sarayı qarşısına gün ərzində iki dəfə enməyə məcbur olmuşdu./axar.az

    Muxalifet4 - 25-08-2019

  8. "Türkiyə öz tarixinin ən çətin imtahanını verməkdədir" - ƏRDOĞAN

    Türkiyə öz tarixinin ən çətin imtahanını verməkdədir.

    Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “Belə bir dönəmdə heç kim öz mənafeyini öndə tuta bilməz. Heç kim öz məqsədləri üçün ölkənin gələcəyini alova ata bilməz. Fədakarlıq dönəmidir. 15 iyul gecəsi meydanlarda yaradılan Cümhur İttifaqı millətimizin istiqbal və istiqlalının qarantı olmuşdur”, - deyə Ərdoğan bildirib.

    Muxalifet4 - 25-08-2019

  9. “Nar+” ilə hesabınızı daha asan idarə edin!

    Abunəçilərin istifadəçi təcrübəsini davamlı olaraq təkmilləşdirməyi özünə hədaf qoyan “Nar”, yeni mobil tətbiqini istifadəçilərin ixtiyarına verib (mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə təqdim edib). “Nar+” tətbiqi hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verir.

    Muxalifet4 - 25-08-2019

  10. “Qarabağ” – “Linfild” oyununu rusiyalı hakimlər idarə edəcək

    “Qarabağ”ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın “Linfild” komandasına qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü üçün hakim təyinatları ilə bağlı məlumat açıqlanıb.

    Virtualaz.org klubun rəsmi saytına istinadən bildirir ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma rusiyalı hakimlər briqadasına həvalə edilib.

    Muxalifet4 - 25-08-2019

  11. Bakı-Quba yolunda qəza: xəsarət alanlar var

    Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un məlumatına görə, Bakı-Quba yolunun 110-cu kilometrliyində, Şabran rayonunun Ağbaş kəndi ərazisində hərəkətdə olan iki minik avtomobili toqquşub.

    Nəticədə, avtomobillərdə olan 1959-cu il təvəllüdlü Ələm Bəhman oğlu Azayev, 1959-cu il təvəllüdlü İlham Gülümbala oğlu Gülmirzəyev və 1964-cü il təvəllüdlü Azayeva Aidə Dünyamalı qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıblar.

    Muxalifet4 - 25-08-2019

  12. "Anamla əlbəyaxa olan atama bıçaqla zərbə endirdim" - 19 yaşlı Güneldən ŞOK SÖZLƏR

    Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda ittiham olunan 19 yaşlı Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Günel Hüseynova barəsində 3 il həbs cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 1 il sınaq müddəti olmaqla şərti hesab edilib.

    Muxalifet4 - 25-08-2019

  13. "Arsenal"ın ispan futbolçusu "Real Sosyadad"a transfer olur

    “Arsenal”ın ispan futbolçusu Naço Monreal “Real Sosyedad”a keçməyə yaxındır. Bu barədə İspaniyanın "Marca" nəşri yazıb. Mənbənin verdiyi məlumata əsasən, 33 yaşlı futbolçunun təmsilçiləri klubla danışıqlar aparır. Qeyd olunur ki, müqavilə iki il müddətinə nəzərdə tutulacaq.

    Muxalifet4 - 25-08-2019

  14. Rusiya iqtisadiyyatı çökür: Putin “böyük dövlət” siyasətinin qurbanı ola bilər

    Şərqi Avropanın iki tanınmış eksperti Rusiya prezidenti Vladimir Putinin ölkə iqtisadiyyatını yenidən 1998-ci ildəki fəlakətli vəziyyətə gətirdiyini bildirib.

    Bununla bağlı “Business Insider Deutschland” jurnalında xüsusi yazı dərc olunub. Yazıda Rusiya üzrə təcrübəli mütəxəsislər sayılan Ben Aris və İvan Tkaçovun araşdırmasının nəticələri əks olunub. 

    Muxalifet4 - 25-08-2019

  15. Şahzadəni cangüdənləri qarət etdi: Qumarda udduğu 200 min dollar əlindən alındı

    Kiprin Girne şəhərindəki bir oteldə qumar oynayan və 198 min 500 dollar udan Bəhreyn şahzadəsi İsmayıl Hüseyn Əkbər pulunu transfer etməyi tapşırdığı adamları tərəfindən soyulub. Kipr polisi 3 ərəb dələduzdan birini Cənubi Kıprin sərhədində yaxalayıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, şahzadə Girne şəhərində 5 ulduzlu bir oteldə qumar oynayıb. Rulet başda olmaq üzrə bir çox oyun masasında qumar oynayan şahzadə Əkbər gecənin sonunda 198 min 500 dollar qazanıb. Şahzadə onu otelə gətirən 3 adamına da pulun transferi ilə bağlı tapşırıq verib.

    Muxalifet4 - 25-08-2019

  16. Futbolçunun xanımı topla belə soyundu - VİDEO

    Türkiyənin "Çaykur Rizəspor" klubunda çıxış edən ukraynalı futbolçu Mikola Morozyukun həyat yoldaşı İrina Morozyukun paylaşdığı video sosial mediada marağa səbəb olub.

    Muxalifet.az fanat.az-a istinadən xəbər verir ki, hündürdaban ayaqqabısı ilə topu boynuna atan Morozyuk onu yerə düşürmədən paltarını əynindən çıxardıb. 

    Muxalifet4 - 25-08-2019

  17. Azərbaycanlı bloger Rusiyada saxlanıldı

    Azərbaycanlı bloger Elvin İsayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Muxalifett.az report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Masallı rayonundan olan Elvin İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur. Sankt-Peterburq şəhər polisində ifadə verən E.İsayevin konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib. Eyni zamanda onun Azərbaycanın Baş Prokurorluğunun tələbi ilə saxlanılması deyilsə də, bu hələ təsdiqini tapmayıb.

    Muxalifet4 - 25-08-2019

  18. İsmayıllıda yas mərasimində ev uçub - YARALILARIN SİYAHISI / Yenilənib

    İsmayıllıda yas mərasimi zamanı evin uçması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub. Muxalifet.az APA-ya istinadən bildirir ki, rayonun Balik kənd sakinləri Kamalova Müşkünaz Bəşir qızı, Mirzəməmmədova Sevda Ziyad qızı, Umudova Elnarə Tofiq qızı, Daşdəmirova Vüsalə Şükür qızı, Mirzəyeva Cəmilə Sədulla qızı, Quliyeva Ofeliya Nadir qızı və adı hələ ki, məlum olmayan daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qalır. ** İsmayıllı rayonunda bədbəxt hadisə baş verib, xeyli sayda yaralı var.

    Muxalifet4 - 25-08-2019

  19. Hakimlər “dürmək” sifariş etdilər, canlı yayımda hər kəs izlədi – Video

    Yunanıstanda maraqlı futbol hadisəsi baş verib.

    Oxu.Az xəbər verir ki, ölkə Super Liqasının açılış turunun “Lamia” – “Panatinaikos” görüşünün VAR hakimləri oturduqları otağa “dürmək” sifariş veriblər.

    Qarşılaşmanın video ehtiyat hakimləri (Video Asistant Referee – VAR) yerli ketrinq şirkətlərindən birindən üç ədəd dürmək sifariş ediblər. Onların sifarişi isə qarşılaşmanın başlması ərəfəsində otaqlarına qoyulub və bu, canlı yayımda geniş tamaşaçı kütləsinə nümayiş olunub.

    Sözügedən anın videosunu təqdim edirik.

    Muxalifet4 - 25-08-2019

  20. “Brent” neftinin qiyməti 59,34 dollara düşüb

    Avqustun 25-də keçirilən hərraclar zamanı neftin dünya qiymətləri aşağı düşüb.

    “Report” xəbər verir ki, WTI markalı yüngül neftin oktyabr fyuçersləri 2,13% azalaraq bir barelə görə 54,17 dollar təşkil edib.

    “Brent” markalı Şimal dəniz neftinin oktyabr fyuçersləri isə 0,97% azalıb və bir barel üçün 59,34 dollara bərabər olub.

    Muxalifet4 - 25-08-2019

Pages