Axtarış

The search found 105785 results in 0.032 seconds.

Search results

  1. Azərbaycanın hakim Çempionlar Liqasının oyununa təyinat aldı

    Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.
    Baş hakim avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək. Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.
    Avqustun 28-də keçiriləcək “Minerva” – AEK oyununda birinci hakim olacaq Qafarlı ertəsi gün “Minerva” - “Miercurea Ciuc” matçında üçüncü, AEK – “Blue Magic” duelində ikinci hakim olacaq./publika

    Muxalifet - 23-08-2019

  2. Trampdan ZƏLZƏLƏ EFFEKTİ yaradacaq açıqlama: Evlərinizə dönün!

    ABŞ Prezidenti Donald Tramp Çini ölkəsi üzərindən illərlə böyük miqdarda pul qazanmaqda və oğurlamaqda ittiham edib.
    Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tramp Çindəki Amerika şirkətlərini geri qayıtmağa çağırıb.
    “Amerika şirkətlərinə evlərinə dönmək və məhsullarını ABŞ-da istehsal etmək də daxil olmaqla, Çinə bir alternativ axtarmalarını söylədik”, - Ağ Evin başçısı deyib.
    Tramp ABŞ-ın illərdir Çinə görə trilyonlarla dollar itirdiyini iddia edib. O, ABŞ-ın Çinə ehtiyacının olmadığını və Çinsiz daha yaxşı olacaqlarını söyləyib.

    Muxalifet - 23-08-2019

  3. "İndiki məqamda müharibə variantına əl atmağımız mümkün deyil" - Ehtiyatda olan ZABİT

    "Bölgənin xəritəsini Ermənistan yox, Azərbaycan cızacaq".
    Muxalifet.az bildirir ki, bu sözləri ehtiyatda olan zabit Əlisahib Hüseynov deyib.
    Ə.Hüseynov hesab edir ki, son vaxtlar ermənilərdə qəribə bir arxayınçılıq hiss olunur:
    “Bu gün Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğal edilməsinin 26-cı ili tamam olur. Acı tarixdir, qara və məşum təqvimdir. Amma bu tarix və təqvim bizi əsla sarsıtmamalı, ruhdan salmamalıdır. Biz təslimçiliklə, işğal faktı ilə qətiyyən barışmamalıyıq.

    Muxalifet - 23-08-2019

  4. Azərbaycanda BELƏ TOY OLMAMIŞDI - Bəy-gəlinin qarşısında çimdilər - VİDEO

    Azərbaycanda baş tutan toy məclisi qəribə olayla yadda qalıb.
    Milli.Az xəbər verir ki, hovuz kənarında gerçəkləşən məclis zamanı görməyə alışmadığımız hadisə baş verib. Toya gələn kişi qonaqlar saz havası zamanı özlərini hovuza ataraq çimə-çimə rəqs ediblər. 
    Saz ifa edən Aşıq Daşqın Gəncəli isə mətbuata həmin görüntülərin toy məclisində qeydə alınmadığını deyib:

    Muxalifet - 23-08-2019

  5. Ramzan Kadırov vəsiyyət etdi

    Çeçenistan rəhbəri Ramzan Kadırov vəsiyyət edib.
    Muxalfet.az "RİA Novosti"yə istinadla xəbər verir ki, R.Kadırov Şali şəhərində məscid açılışında çıxış edərkən maraqlı fikirlər səsləndirib.
    Çeçenistan rəhbəri əvvəlcə onun adı ilə adlandırılmaq istənilən ibadət ocağının Məhəmməd Peyğəmbərin adına olacağını elan edib. Ardınca isə açılışa toplaşanlardan xahiş edib ki, bu kimi hallara yol verməsinlər.
    Kadırov tərəfdarlarından xahiş edib ki, o öldükdən sonra adını daşıyacaq kiçik bir məscid inşa etsinlər.

    Muxalifet - 23-08-2019

  6. Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - BMT-dən ŞOK ADDIM

    Azərbaycan ərazisində seperatçılar tərəfindən qurulan qondarma "Artsax Respublikası"nın adından hazırlanan sənəd BMT-nin rəsmi veb-səhifəsində (un.org) yerləşdirilib. Yeniavaz.com xəbər verir ki, Ermənistanın BMT yanındakı daimi nümayəndəliyinin rəhbəri Mqer Marqaryan tərəfindən qurumun Baş katibinə təqdim olunan və daha sonra da rəsmi veb-səhifədə yerləşdirilən memoranduma əlavəyə ("non paper") Dağlıq Qarabağ bölgəsindəki seperatçı rejimin hazırladığı 2030-cu ilə kimi inkişaf planı daxil edilib.

    Muxalifet - 23-08-2019

  7. “GEC-TEZ TÜRKİYƏ FÖVQƏLDÖVLƏT KİMİ ÖZ YERİNİ TUTACAQ” - Tofiq Zülfüqarov

    Suriyada – İdliblə bağlı Türkiyə ilə Rusiya arasında gərginlik yaranıb. Son illər az qala dost ölkələrə çevrilən iki dövlət üz-üzə gəlməkdədir. Bu yöndə bir sıra siyasi təhlilçilər müxtəlif təxminlər səsləndirirlər. Bu və ya digər aktual məsələlərlə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun musavat.com-a müsahibəsini təqdim edirik.

    - Tofiq bəy, Suriyada Əsəd qüvvələri Rusiyanın da dəstəyi ilə Türkiyə konvoyunu bombalayıb. Bu da Ankara ilə Moskvanın Suriyada üz-üzə gələ biləcəyi haqda rəylər yaradıb. Nə baş verir?

    Muxalifet - 23-08-2019

  8. “Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına hazırlıq gedir...” - AKADEMİK RUBEN SAFRASTYAN

    Türkiyə son illər öz hüdudlarından kənarda iki hərbi baza yaradıb-Sudanda və Qətərdə. Və son vaxtlar Naxçıvanda üçüncü bazanın meydana çıxa biləcəyi haqda söz-söhbətlər artıb.

    Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, akademik Ruben Safrastyan danışıb.

    Muxalifet - 23-08-2019

  9. Dağlıq Qarabağla bağlı 3 ƏSAS TƏKLİF - Paşinyanın hansı planları var?

    Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində Miatsum İttifaqı Qarabağ klanı ilə mübarizə üçün yaradılıb.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Paşinyanın rəhbərliyi ilə Miatsum İttifaqının yaradılmasına münasibət bildirərkən deyib. O, ittifaqın yaranma məqsədlərindən danışıb:

    Muxalifet - 24-08-2019

  10. Türkiyəyə hücumun ŞOK PƏRDƏARXASI: Putin... - Ekspert SENSASİON DETALI AÇDI

    ürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada keçirəcəyi danışıqlarda Suriyanın İdlib vilayəti üzrə güzəştə nail olmağa çalışacaq, çünki Rusiya tərəfindən dəstəklənən Suriyanın hökumət qoşunları ilə birbaşa toqquşmada maraqlı deyil.
    Bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ərəb və islam tədqiqatları Mərkəzinin böyük elmi işçisi Boris Dolqov “RİA-Novosti” agentliyinə deyib.
    Ekspertin sözlərinə görə, Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarında əsas mövzu Suriya qoşunlarının hücumunun davam etdiyi İdlib vilayəti olacaq.

    Muxalifet - 24-08-2019

  11. "Arzu və istəyimiz budur ki..." – MTRŞ sədri yeni mövsümdən DANIŞDI

    Telekanallar adətən hər dəfə mövsümü açanda yeniliklər etdiklərini söyləsələr də, hər zaman eyni mövzulu verilişləri izləməli oluruq. Gələn ay yeni mövsümə qədəm qoyacaq televiziyalar yeni layihələr, verilişlərlə tamaşaçıların diqqətini çəkməyə və daha böyük auditoriya qazanmaq üçün mübarizə aparacaq. 

    Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a gələn ay yeni mövsümə qədəm qoyacaq televiziya və radio verilişlərindəki gözləntilərindən danışıb.

    Muxalifet - 24-08-2019

  12. Sığorta eksperti yanan taxta bazarı haqda: “Belə yerlərin malları sığortalanmır, çünki...”

    Ərazidə qaz balonunun partlaması yanğının miqyasını genişləndirib, xəstəxanalıq olan FHN əməkdaşları evə buraxılıb; sığorta eksperti: “Belə yerlərin malları sığortalanmır, çünki...”

    Muxalifet - 24-08-2019

  13. Pxenyan ballistik raket sınağını keçirdi

    Avqustun 24-də səhər saatlarında Şimali Koreya tərəfindən iki ballistik raketin buraxılıb.
    Muxalifet.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Müdafiə naziri Takeşi İvaya bildirib.
    Nazirin sözlərinə görə, Koreya Respublikasının Hərbi Xarakterli İnformasiyanın Mübadiləsi Barədə Müqavilənin (GSOMIA) müddətinin uzadılmayacağı haqqında xəbərdarlığına baxmayaraq, Yaponiya bu barədə kifayət qədər məlumat əldə edib. T.İvaya raketlərin Koreya yarımadasının şərq hissəsindən yerli vaxtla saat 6:44-də və 7:01-də buraxıldığını deyib.

    Muxalifet - 24-08-2019

  14. “200 MİLYONLA İCBARİ SIĞORTAYA KEÇMƏK MÜMKÜN DEYİL” – “Azı 4 milyard pul lazımdır”

    Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan vətəndaşları xarici ölkələrdə müalicəyə hər il 1 milyard dollardan artıq vəsait xərcləyirlər. 2020-ci ildən isə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. İcbari tibbi sığortanın tətbiqi ilə Azərbaycan səhiyyə xidməti yeni sistemə keçid edəcək. Amma bu məsələdə mütəxəssislər fərqli mövqedən çıxış edir və düşünürlər ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi heç də indi səhiyyədə mövcud olan qüsurları aradan qaldıra bilməyəcək.

    Muxalifet - 24-08-2019

  15. Ərəb turist Bakıdakı gecə klubunda fantastik hesab ödədi - FOTO

    Bakıda yerləşən gecə klublarından birində ərəb turistlərə 6340 AZN-lik hesab təqdim olunub. Muxalifet.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə hesabı əks etdirən foto paylaşılıb. Hesabdan görünür ki, turistlər əsas maliyyəni atəşfəşanlıq üçün istifadə ediblər. Onlar buna 2000 AZN-dən çox pul xərcləyiblər. Qeyd edək ki, son vaxtlar buna bənzər hallara tez-tez rast gəlinir. Körfəz ölkələrindən olan turistlərə ölkəmizdəki istirahət və əyləncə mərkəzlərində fantastik hesabların təqdim olunmasını əks etdirən fotolar tez-tez sosial şəbəkələrdə yayılır.

    Muxalifet - 24-08-2019

  16. Ermənilər Füzulini TALAN EDİB: Kosmosdan çəkiliş

    "Azərkosmos” ASC təcavüzkar Ermənistan tərəfindən Füzuli rayonunda dağıdılmış Füzuli şəhərinin "Azersky” peyki vasitəsilə 2017-ci il iyulun 3-də əldə olunmuş təsvirini yayımlayıb.
    Füzuli rayonunun ermənilər tərəfindən işğal olunmasından 26 il sonra yayımlanan görüntülərdə rayonun talan olunduğu açıq bəlli olur.

    Muxalifet - 24-08-2019

  17. Fikrət Qoca: “Elə bilirəm, bir az da yaşasam, öləndə ağlayanım olmayacaq” - VİDEO

    “Desələr ki, Anar çıxır, gəl otur yerində, getmərəm”
    “Yeni Müsavat”ın budəfəki müsahibi Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qocadır. Onunla doğum günü ərəfəsində söhbətləşib AYB və onun ətrafında gedən müzakirələr, yaradıcılığı, bu və ya digər məsələlər barəsində danışdıq. Müsahibəni təqdim edirik.

    - Fikrət müəllim, bu bazar 84 yaşınız olacaq. Doğum gününüzə necə hazırlaşırsınız, necə qeyd etməyi planlaşdırırsınız?

    Muxalifet - 24-08-2019

  18. Paşinyanın məxfi hesabatı Azərbaycanın əlinə keçdi! - TƏFƏRRÜATLAR VƏ ANALİZ

    Ermənistanın yeni hökuməti "Ermənistanın 2050-ci ilə qədər Transformasiya Strategiyası" adlı hesabat hazırlayıb. Bu il iyulun 26-da təsdiqlənmiş, ekspert məsləhətləşmələri üçün nəzərdə tutulmuş ilkin hesabat “məxfi” hesab olunur. Lakin bütün məxfiliyinə baxmayaraq, nüsxələrindən biri virtualaz.org-un əlinə düşüb. Rəsmi Yerevanın gizli sənədinin onunla müharibə aparan bir ölkənin mediasına necə gəlib düşməsinin təfərrüatına varmayacağıq, ancaq mahiyyətini nəzərdən keçirəcəyik.

    Muxalifet - 24-08-2019

  19. ​“Ay qadın salonunda işləyən fahişələr…” – Kamildən QALMAQALLI PAYLAŞIM

    Qalmaqallı idmançı Kamil Zeynallı gözəllik salonunda işləyənləri təhqir edib.
    Muxalifet.az xəbər verir ki, bununla bağlı o sosial şəbəkədə paylaşım edərək yazıb.
    “O qədər məkanlarda, qadın salonlarında dedi-qodum gedir ki. Eşidən də deyər ki, bu oğlan əxlaqsız, tərbiyəsizdir. 
    Qadın salonlarında işləyənlərin 90%-i məlum məsələdir. Məsəli yaxşılardan uzaq. 

    Muxalifet - 24-08-2019

  20. Trampdan Çinə DAHA BİR ZƏRBƏ - Oktyabrın1-dən...

    ABŞ Prezidenti Donald Tramp ABŞ hakimiyyətinin Çindən gələn malların üzərinə tətbiq edilməsini planlaşdırdığı rüsumların artırılması barədə qərar qəbul etdiyini söyləyib.
    Muxalfet.az xəbər verir ki, bunu D.Tramp öz "Twitter" səhifəsində yazıb.
    ABŞ prezidenti bildirib ki, bu rüsumlar Pekinin Amerika avtomobillərinə və hissələrinə idxal rüsumlarının artmasına cavab olaraq tətbiq edilir:

    Muxalifet - 24-08-2019

Pages