Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. Özgecan Aslanın əmisi qızı da öldürüldü - onu öz əri qətlə yetirib - təfərrüat

    2015-ci ildə öldürülən Özgəcan Aslanın qohumu Cəmilə Ərtürkoğlu ayrılmaq üzrə olduğu həyat yoldaşı Mustafa Ərtürkoğlu tərəfindən qətlə yetirilib.

    Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Mersin şəhərində yaşanıb.

    Mersin Cümhuriyyət Prokurorluğu cinayəti törədən haqqında "amansızlıqla öldürmə" maddəsilə ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib.

    Cinayətdən sonra ortaya çıxan detallar heyrət doğurub.

    Muxalifet - 24-08-2019

  2. Heçnə yolunda deyil, BAKIYA UDUZURUQ - Erməni ekspert

    Ermənistan xarici siyasət sferasında zəifdir. Hakimiyyət xarici siyasət məsələlərini buraxıb, daha çox daxili siyasət məsələləri, yalançı gündəmin formalaşdırılması ilə məşğuldur.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında erməni politoloq Qagik Ambaryan deyib.

    Muxalifet - 24-08-2019

  3. SON DƏQİQƏ: helikopterlər havalandı, bombardman başlandı - "Mehmetcik"dən TARİXİ MİSSİYA

    Suriyanın şimal-şərqində təhlükəsizlik zonasına nəzarət üzrə Türkiyə və ABŞ-ın Birgə Hərəkat Mərkəzi işə başlayıb.
    Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
    “ABŞ-la Birgə Hərəkat Mərkəzi tam gücü ilə işə başladı. Bu gün birinci birgə helikopter uçuşu həyata keçirildi. Bundan başqa, terrorçulara aid silah anbarlarının məhv edilməsinə başlanılıb”, - agentlik nazirdən sitat gətirib.

    Muxalifet - 24-08-2019

  4. Ramanıda zülmkar atasını bıçaqlayan 19 yaşlı Günelin dramı - “BARIŞMIŞIQ, DAHA İÇKİ İÇMİR...” - MƏHKƏMƏ ZALINDAN

    Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda ittiham olunan 19 yaşlı Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Virtualaz.org-un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Günel Hüseynova barəsində 3 il həbs cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 1 il sınaq müddəti olmaqla şərti hesab edilib.

    Muxalifet - 24-08-2019

  5. "Evlənirik" yazılan maşınla gəlib sevgilisini güllələdi - VİDEO

    Türkiyədə 30 yaşlı qadını küçənin ortasında güllələyiblər.
    Olay Türkmənbaşı bulvarında qeydə alınıb.
    Belə ki, 30 yaşlı Esra Y. işə gedərkən qəfil qarşısını bir maşın kəsib. Maşının nömrə nişanının yerində “evlənirik” yazısı yazılıb.
    Həmin maşından qadına bir neçə dəfə atəş açılıb. Daha sonra həmin avtomobil ərazidən uzaqlaşıb.
    Hadisə yerinə həkim və polis çağırılıb. Qadına ilkin yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 24-08-2019

  6. Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...

    Onun təşkilat üzvlərinə göndərdiyi məktublarda kod adı “xalam”dır

    Adnan Oktarın başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı hazırlanan ittihamnamədə qalmaqallı həqiqət üzə çıxıb. Musavat.com xəbər verir ki, A.Oktar türmədə də “rahat” oturmayıb və qanunsuzluqlarını davam etdirib. İttihamnamədə qeyd olunub ki, A.Oktar təşkilatın vəkilləri vasitəsilə həbsdə olan üzvlərə kağız yazaraq göndərib. Bundan başqa, türmədə etirafçı olmağa hazırlaşan təşkilat üzvlərinə də təzyiq göstərib və təhdid edib.

    Muxalifet - 24-08-2019

  7. Bu, ABŞ-ı dünya hegemonluğundan məhrum edəcək - SENSASİON İDDİA

    Ölkələr dollardan imtina etməyə başlayarsa, ABŞ dünya hegemonluğunun əhəmiyyətli hissəsini itirə bilər.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Russian Today” (RT) telekanalı ilə söhbətində Beynəlxalq Humanitar-siyasi Tədqiqatlar İnstitutunun eksperti Vladimir Bruter bildirib.

    Muxalifet - 25-08-2019

  8. "Təyyarənin vurulma ehtimalı var" - Qəzaya uğrayan "MiQ-29"-la bağlı AZAL-ın eks-prezidentindən SENSASİON AÇIQLAMA

    "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" döyüş təyyarəsinin iyulun 24-də, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramasından danışıb. Ədalət Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən təyyarənin quş dəstəsilə toqquşması versiyası reallığa uyğun deyil: "İndi Xəzər dənizinin üzərində quş dəstəsi qətiyyən ola bilməz. Xəzərdə quşlar əsasən payız aylarında köç edən zaman görünürlər. Yəni, payız aylarında quşlar isti ölkələrə köç edirlər. Digər dövrlərdə isə quş dəstəsi olmur.

    Muxalifet - 25-08-2019

  9. “Nə qədər ki, Azərbaycanda rusbaşlar var, Qarabağ düyünü açılmayacaq”

    Bir müddətdir ki, mediada Azərbaycanda xeyli sayda adamın Rusiya Xüsusi Xidmət orqanlarından maaş alması barədə xəbərlər yayımlanır. 
    Ermənişünas alim, Türkiyənin Ərciyəz universitetinin ermənişünaslıq bölümünün rəhbəri Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında bu xəbərlərə münasibət bildirib. 

    Muxalifet - 25-08-2019

  10. Harın oğulun güdazına gedən məmurların - SİYAHISI

    Bu günə qədər bir sıra yüksək vəzifə sahiblərinin övladları atalarına müəyyən problemlər yaradıblar. 
    Bir çox vəzifə sahibinin karyerası övladlarının özbaşınalıqlarına görə sonlanmalı olub. Məlumdur ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yüksək postlarda çalışan məmurların təkcə özləri deyil, övladları, yaxınları haqda yayılan məlumatlar daim ictimaiyyətin diqqət mərkəzində olub. Onlarla bağlı xəbərlər həmişə geniş müzakirələr edilir.

    Muxalifet - 25-08-2019

  11. BAKIDA KÜTLƏVİ DAVA: Oğlan sevdiyi qızın olduğu binanın önündə fişəng atdı - VİDEO

    Ötən gecə Bakı şəhər Binəqədi rayo 9-cu mikrorayon ərazisində kütləvi dava-dalaş baş verib. Adil Məmmədov küçəsi 11 ünvanında yerləşən binanın qarşısına gələn gənc oğlan həmin binada yaşayan sevdiyi qızı təsirləndirmək üçün fişəng atıb. Bunu görən bina sakinləri onu əhatəyə alaraq döyməyə başlayıb. Hadisə yerinə yaxınlıqdakı 7-ci Polis Şöbəsinin əməkdaşları gəlib və tərəfləri ayırmağa çalışıb. Baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Həmin videonu təqdim edirik./Publika

    Muxalifet - 25-08-2019

  12. Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

    Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək.

    Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

    Zəvvarların sonuncu qrupunu gətirən təyyarənin saat 21:00 radələrində Bakıya çatması nəzərdə tutulub.

    Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

    Muxalifet - 25-08-2019

  13. Azərbaycanda üç AVTOMOBİL TOQQUŞDU: Qəza anı kameraya düşdü - VİDEO

    İmişli rayonunda yol qəzası baş verib.
    Muxalifet.az "Report"a istinadla xəbər verir ki, hadisə İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb. 
    Belə ki, üç avtomobil toqquşub, üç nəfər xəsarət alıb. 
    İmişli rayonunda yol qəzasında xəsarət alanların kimliyi məlum olub. 
    Bunlar 1968-ci il təvəllüdlü Dostməmməd Zöhrab oğlu Əsgərov, 1981-ci il təəvəllüdlü Adəm Tacir oğlu Cabbarov və Eyvaz Təvəkkül oğlu Soltanovdur. 

    Muxalifet - 25-08-2019

  14. Sumqayıtda yanan şadlıq evindən çıxarılan bəy-gəlindən YENİ XƏBƏR - FOTOLAR

    Ötən gecə Sumqayıt şəhəri Niyazi küçəsində yerləşən “Nur” şadlıq sarayında baş vermiş yanğın nəticəsində yarımçıq qalan toyla bağlı bəzi məamlar aydınlaşıb.

    Publika.az xəbər verir ki, hadisə vaxtı şadlıq evində Pərvin bəy və Mələk xanımın toyu keçirilirmiş. Qız toyunun başlamasından 2 saat sonra şadlıq evinin mətbəxinin şaxtasından başlayaraq güclü alovlanma baş verib.

    Muxalifet4 - 25-08-2019

  15. Türk ordusundan daha bir uğurlu əməliyyat - 9 TERRORÇU MƏHV EDİLDİ

    Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində məlumat verilib.

    Qeyd edilib ki, hava zərbələri nəticəsində 9 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

    Muxalifet4 - 25-08-2019

  16. Arvadı və qızını güllələdi, sonra... - 65 yaşlı kişidən DƏHŞƏTLİ CİNAYƏT

    Türkiyənin Samsun vilayətinin Bafra mahalında dəhşətli cinayət hadisəsi baş verib. Belə ki, Hasan Beykoz (65) mübahisə etdiyi həyat yoldaşı Məryəm Beykozu (60) və qızı Əminə Beykozu (35) tabanca ilə vuraraq öldürüb. Hasan Beykoz hadisə yerindən qaçsa da, sonradan polisə gedərək təslim olub. Cinayətin motivi haqqında məlumat verilməyib. Polis hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

    Muxalifet4 - 25-08-2019

  17. Rusiyada ölümcül epidemiya təhlükəsi - Həyəcan siqnalı çalınıb

    Rusiyanın mərkəzi hissəsində ağcaqanadların populyasiyasının dəyişməsi ilə əlaqədar ölümcül tropik xəstəlik yayıla bilər.

    Muxalifet.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, epidemioloqlar Misirdən və Cənub Şərqi Asiyadan gələn təhlükəli həşəratların Denge, Çikungunya, Zika və sarı qızdırma viruslarının daşıyıcıları olduqlarını, bütün Qara dəniz sahillərində və Krımda yayıldığını bildiriblər.

    Muxalifet4 - 25-08-2019

  18. Dünya futbolunda nadir hadisə - TÜRKİYƏDƏ BİR İLK YAŞANDI / Foto

    Ötən gün oynanılan Türkiyə Super Liqasının "Başakşəhər" - "Fənərbaxça" oyununda maraqlı hadisə diqqət çəkib.

    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, oyundan öncə dünya futbolunda nadir hallarda rast gəlinən foto çəkilib.

    Belə ki, hazırda "Fənərbaxça"nın kapitanı olan Əmrə Bəlözoğlu bundan öncəki klubu "Başakşəhər"in start heyəti ilə foto çəkdirib.

    Hər matçdan öncə komandaların start heyətlərinin çəkdirdiyi fotoya "Başakşəhər"li Arda Turan tərəfindən dəvət olunan 39 yaşlı yarımmüdafiəçi təklifdən imtina etməyib.

    Muxalifet4 - 25-08-2019

  19. İsrail İranın hərbi obyektlərinə zərbələr endirdi - TEHRANIN HÜCUM PLANININ QARŞISI ALINDI

    İsrail hərbçiləri, İranın ölkələrinə pilotsuz uçuş aparatları ilə hücumunun qarşısını almaq üçün Suriyaya zərbələr endirdiklərini bəyan ediblər.

    TASS xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

    “İsrail Müdafiə Qüvvələrinin qırıcıları bu yaxınlarda Suriyanın Akraba kəndində “bir sıra terrorçu hədəfləri”nə hücum ediblər. Son günlərdə Suriyadan İsrail ərazilərindəki hədəflərə hücum planlaşdıran “Əl-Kuds” birləşmələrinin və şiə dəstələrinin obyektləri məhv edilib.

    Muxalifet4 - 25-08-2019

  20. Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTOLAR

    Havaların isti keçməsi ilə əlaqədar Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb, onların səhhəti ilə maraqlanıb.

    Muxalifet4 - 25-08-2019

Pages