Axtarış
The search found 105785 results in 0.051 seconds.
Search results
PUTİN ABŞ-a CAVAB VERİLMƏSİNİ İSTƏDİ – Təhlükəsizlik Şurasının iclasını keçirib
Rusiya prezidenti Vladmir Putin ABŞ-ın avqustun 18-də Kaliforniyadakı San Nikolas adasından nüvəsiz qitələrarası raketin sınaqdan keçirməsində görə, Təhlükəsizlik Şurasının iclasını keçirib.
Bu barədə Kremlin yaydığı açıqlamada bildirilir ki, Putin ABŞ-ın raket sınağına cavab verilməsi üçün tədbirlər görməsini əmr edib.
Putin həmçinin Təhlükəsizlik Şurasının iclasında müvafiq qurumlara ABŞ-ın sınaqdan keçirdiyi raketinin yaratdığı təhdidləri təhlil etmək üçün də tapşırıq verib.
Muxalifet - 23-08-2019
Bakıda ərəblərin şam işığında romantik görüşü görün - NƏ İLƏ BİTDİ?
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iki vətəndaşının yataqda şam yandırması yanğına səbəb olub.
Muxalifet.az xəbər verir ki, bu barədə "oxu.az"a Nəsimi rayon Polis İdarəsindən bildirilib.
22-ci Polis bölməsinə daxil olan məlumata əsasən, avqustun 22-nə keçən gecə, saat 02:40-da Rəşid Behbudov küçəsində yerləşən 50 saylı binadakı mənzillərdən birində yanğın baş verib.
Əraziyə yanğınsöndürənlər və hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər.Muxalifet - 23-08-2019
Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb. Unikal.org-un məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələrində təqsirləndirilən bir qrup şəxsin - Aydın Rüstəmov, Elvin Əliyev, İsa Məhərrəmzadə və digərlərinin şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Elvin Əliyev azadlığa buraxılıb, digərlərinin isə cəzası azaldılıb.
Muxalifet - 23-08-2019
"Elmar Məmmədyarovun gəlini amerikalı yox, ermənidir, onun qaynanası..." - Hafiz Hacıyevdən ŞOK İDDİA
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oğlunun ABŞ vətəndaşı olan əcnəbi xanımla evlənməsindən danışıb. Partiya sədri Demokrat.az-a açıqlamasında bildirib ki, Elmar Məmmədyarovun yeni gəlini milliyətcə ermənidir: "Elmar Məmmədyarovun gəlini amerikalı yox, ermənidir. Adını və soyadını dəyişib, amerikalı qoyub. Azərbaycanın xarici siyasətinə cavabdeh olan bir şəxsin oğlunun gedib erməni ilə evlənməsi biabırçılıqdır. Mən buna çox pis baxıram. Bu cür hallar Azərbaycanın milli mentalitetinə və gələcəyinə zərbə vurur.
Muxalifet - 23-08-2019
“Rusiya ABŞ-la dialoqa açıqdır” – Putin
Rusiya “Orta və yaxınmənzilli raketlərin ləvği” müqaviləsində qadağan olunmuş silahların ABŞ tərəfindən istehsalına dair məlumatlara sahib idi.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşü zamanı bildirib.
“Əvvəllər də ABŞ-ın “Orta və yaxınmənzilli raketlərin ləvği” müqaviləsində qadağan edilmiş silahların istehsalı ilə məşğul olduğuna dair məlumat almışdıq. Bu barədə tərəfdaşlarımıza dəfələrlə məlumat vermişdik”, – deyə Rusiya prezidenti bildirib.
Muxalifet - 23-08-2019
Əsədin Türkiyə bazasını mühasirəyə alması ilə Ərdoğan təcili HƏRƏKƏTƏ KEÇDİ
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Ərdoğanla Putin Suriya və Liviyadakı son prosesləri müzakirə ediblər.
Ərdoğan Putinə bildirib ki, İdlibdə atəkəsin pozulması halları humanitar fəlakətə səbəb ola və Suriya münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara zərbə vura bilər.
Qeyd edək ki, Suriyada Əsədə bağlı qüvvələr və Rusiya hərbiçilərinin Türkiyənin hərbi maşın karvanına atəş açması haqda xəbərlər yayılıb.Muxalifet - 23-08-2019
Paşinyanın planı işə düşür: Miatsum İttifaqı yaradıldı
Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində Miatsum İttifaqı təşkilatı yaradılıb.
Bu barədə məlumat Teleqram sosial şəbəkəsində yerləşdirilib.
Məlumata görə, təşkilatın qondarma rejimdəki proseslərdə aktiv iştirak edəcəyi vurğulanıb. Təşkilatın həmçinin separatçı rejimdə keçiriləcək "prezident və parlament seçkilərində" iştirak edəcəyi qeyd edilib. Miatsum İttifaqının əsas hədəfinin Qarabağın Ermənistana birləşdirilməsi olacaq.
Muxalifet - 23-08-2019
"Maqa" həbs olunmayıb, avqustun 17-si toyudu - ŞOK İDDİA
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ötüşən "Mazda” markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov həbs edilməyib. Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, bunu "facebook" sosial şəbəkəsinin istifadəçisi Diana Talışinskaya yazıb. Onun sözlərinə görə, 1 ay inzibati həbs edildiyi deyilən "Mazda"nın sürücüsü "Maqa" ləqəbli Mirməhəmməd İsmayılov toya hazırlaşır: "Avqust ayının 12-si qız, 17-si isə oğlan toyudu. Onun yerinə cangüdəninə 30 sutka həbs veriblər. Oğlanın da adı Orxandır. Atası, qardaşı polis olanda belə olur.
Muxalifet - 23-08-2019
Evin qapısını sındırıb oğurluğa girdi – CİNAYƏT BAŞINDA TUTULDU
Tovuz rayonunda oğurluğa cəhd edən şəxs tutulub. Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 22-də Tovuz rayonunun Abulbəyli kəndi ərazisindəki evlərin birindən Rayon Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gəlmiş RMŞ əməkdaşları tərəfindən evin qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Gədəbəy rayon sakini Ə.İsgəndərov saxlanılaraq aidiyyatı üzrə Tovuz RPŞ-yə təhvil verilib. Araşdırmalar aparılır.
Muxalifet - 23-08-2019
DYP-dən istilərlə bağlı sürücülərə MÜRACİƏT
Dövlət Yol Polisi (DYP) havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsindən Muxalifet.az-a daxil olan müraciətdə deyilir:
Muxalifet - 23-08-2019
Türkiyədə dəhşətli qətl: “Ana, nə olar, ölmə” – Video
Eminə Bulut adlı qadının əri tərəfindən qətlə yetirilməsi Türkiyə gündəmini zəbt edib. Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, Kırıkkaledə yaşayan Emine Bulut 10 yaşlı qızı ilə restoranda yemək yediyi zaman 4 il əvvəl boşandığı həyat yoldaşı Fedai Baran restorana gələrək qadının boğazını kəsib. Dəhşətli görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə qadının “Ölmək istəmirəm” , qızının “Ana, nə olar, ölmə” deyə qışqırması əks olunub. Sözügedən hadisə sosial şəbəkədə səs-küy yaradıb. EmineBulut haştaqı ilə məşhurlar daxil olmaqla insanlar kampaniyaya başlayıb.
Muxalifet - 23-08-2019
Daha bir deputatın xaricdə biznesi tapıldı – FOTO
Avropada yaşayan mühacir jurnalist Cavanşir Həsənli növbəti araşdırmasında daha bir deputatın biznes fəaliyyətini üzə çıxarıb. “AzPolitika” jurnalistin Milli Məclis üzvü Ağalar Vəliyevlə bağlı araşdırmasını təqdim edir: İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı, “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevdir.
Muxalifet - 23-08-2019
“Təxribatçıların əməllərinə uymayın…” – Abdulla Abullayevdən çağırış
Son günlər bəzi internet saytlarında Bakının Nərimanov rayonunda, "Atatürk” prospektində tikilmiş "Xudafərin” MMC-yə aid bina ilə bağlı yaranmış qalmaqalda iş adamı, AMAY Holdinqin sahibi Abdulla Abullayevin də adı hallandırılır.
Bununla bağlı A.Abdullayevlə əlaqə saxlayaraq, onun mövqeyini öyrəndik.
"Xudafərin”MMC-nin onun nəzarətində olan şirkətlərdən biri olduğunu vurğulayan A.Abdullayev, son zamanlar orada "bir qrup şəxsin qərəzli olaraq” təxribat törətdiyini bildirdi.Muxalifet - 23-08-2019
SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı, havaya helikopter və təyyarə qaldırıldı
Qəbələ rayonunda yanğın başlayıb.
Qəbələ rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayonun Solquca kəndində dağlıq ərazi yanır: "Yanğın kolluq ərazidən başlasa da onun meşəyə keçmək təhlükəsi var. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".
Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğın Mühafizə Xidmətindən isə Trend-ə bildirblər ki, hadisə yerinə canlı qüvvə və texnikalar, həmçinin bir helikopter və bir təyyarə cəlb edilib./Publika.Muxalifet - 23-08-2019
Şüvəlanda istirahət edən şəxs bıçaqlanıb, 2 min avro pulu aparılıb
Şüvəlan çimərliyində insident olub.
"Report" xəbər verir ki, C.Bədəlov adlı şəxs dənizdə çimərkən sahildə olan paltarlarının cibindən pul oğurlandığının şahidi olub.
Oğurluq etmək istəyənlərə yaxınlaşan zaman iki nəfər naməlum şəxs C.Bədəlova bıçaqla xəsarət yetirərək onun cibində olan 2000 avro pulunu götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 23-08-2019
Siyavuş Novruzov “Facebook”da səhifə açdı: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam”
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisinİctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Facebook” sosial şəbəkəsində öz adına səhifə açıb.
S.Novruzov “Report”a açıqlamasında deyib ki, cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazımdır.
YAP rəsmisinin sözlərinə görə, “Facebook” müzakirələrin aparılması üçün vasitədir:
“Bəzi mətbuat orqanları təhrifə yol verir, özlərinə sərf edən hissəni dərc edirlər. Amma sosial şəbəkədə fikri aydın şəkildə ifadə etmək mümkündür”.Muxalifet - 23-08-2019
"Allahı varsa mənim borcumu gətirib qaytarsın" - Xalq artisti ilə bağlı İDDİA
"Rafael Dadaşovun 30 ildir mənə 2 min dollar borcu var.Əgər Allahı tanıyırsa mənim pulumu qaytarsın".
Bunu BiG.AZ-a müraciət edərək adının Səid olduğunu iddia edən İran vətəndaşı bildirib. Həmin şəxs qeyd edib ki, hadisə 30 il əvvəl Ərdəbildə baş verib. O, məktubunda yazıb:Muxalifet - 23-08-2019
DYP havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib
Dövlət Yol Polisi havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Muxalifet - 23-08-2019
İlham Əliyev Zelenskiyə məktub göndərdi
Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu göndərib.
Publika.az-ın xəbərinə görə, məktubda deyilir: "Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Ukrayna əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.Muxalifet - 23-08-2019
Dünyanın ən varlı şəxslərindən biri vəfat etdi
Amerikanın ən varlı şəxlərindən biri olan Devid Kok 79 yaşında dünyasını dəyişib.
“Yeni Sabah” “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə jurnalist Ceyn Mayer xəbər verib.
Jurnalist Tvitterdə Kokun ailəsinə yaxın olan mənbədən aldığı məlumata görə milyarderin dünyasını dəyişdiyini paylaşıb.
Muxalifet - 23-08-2019