Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb
Haqqında söhbət açacağımız azərbaycanlı ailə şübhəsiz ki, sizin də marağınıza səbəb olacaq. Onların 8 övladı var: 2-si öz övladlarıdır – Ramiz və Mehdi, 6-sını isə yetimxanalardan götürüb saxlayırlar – Nikita, Rüstəm, Vadim, Nikolay, Aleksey və İvan.
Muxalifet - 22-08-2019
Tolik “Azəriqaz”dan şikayətçidir - RƏSMİ AÇIQLAMA
Məşhur prodüser Tolik (Tarix Əliyev) “Azəriqaz” İstehsalat Birliyindən şikayətçidir.
Unikal.org-a açıqlama verən prodüser bildirir ki, yaşadığı Nərimanov rayonu Gülarə Qədirbəyova küçəsi 14, 16, 18, 19 ünvanında yerləşən "Sveethause MTK"-ya məxsus yaşayış binalarına sayğaclar qoyulsa da qaz verilmir:
Muxalifet - 22-08-2019
Suriya ordusu Xan Şeyxunu azad etdi
Suriya ordusu Xan Şeyxun şəhərini terrorçulardan azad edib.
Bu barədə RİA Suriyadakı hərbi mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, dünən Suriya ordusu Xan-Şeyxunun cənubunda terrorçuları mühasirəyə almışdı./AxarMuxalifet - 22-08-2019
Xəzərdə müəmmalı məkan, intim münasibət üçün qaçırılan qızlar — ŞOK FAKTLAR
Yadplanetlilər hər zaman planetimizin sakinləri üçün maraqlı olub. Son aylar isə onlar barəsində Yerdə daha çox danışılır.
Gah yaralı yadplanetlinin tapıldığı deyilir, gah da Çində yadplanetlilərin şəhərinin görüldüyü iddia edilir. Finlandiyada yaşayan tədqiqatçı Mark Savala Ayda yadplanetlilərin bazasını tapdığını deyir.
Bu xəbərlərə hər zamankı kimi yanaşmalar fərqlidir. Bunu insanların uydurması hesab edənlərlə yanaşı, yadplanetlilərin varlığına inanan, onların Yerdə bizimlə birlikdə yaşadığını düşünənlər də az deyil.
Muxalifet - 22-08-2019
İsrail İrana bağlı qruplaşmanı vurdu, Əbu Mehdi Mühəndis ABŞ-ı hədələdi - “MÜASİR SİLAHLARLA QİSAS ALACAĞIQ...”
İraqda İrana bağlı şiə silahlı qruplaşması “Haşdi Şabi”nin bazalarına İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirildiyi təxmin edilən zərbələrdən sonra qruplaşmanın liderlərindən Əbu Mehdi Mühəndis o cümlədən ABŞ-ı günahlandıran yazılı bəyanatla çıxış edib.
Muxalifet - 22-08-2019
Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: "Məni döyərək səsimi diktafona yazdılar"
965 min dollar dələduzluqda ittiham olunan şəxs növbəti dəfə hakim önünə çıxarılıb. Bu işdə zərərçəkən şəxs sabiq icra hakimiyyəti başçısının qardaşı oğludur.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə iclasının əvvəlində Xəyyam Balayevin müdafiəçisi Amil Aslanov vəsatətlə çıxış edib.
Vəkil məhkəməyə iki vəsatət təqdim edib. İlk vəsatətdə vəkil müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib.
Muxalifet - 22-08-2019
İdarə rəisini intim videoları ilə şantaj etməkdə suçlanan iş adamı azadlığa buraxılmadı
Hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda təqsirləndirilən iş adamı hakim önünə çıxarılıb.
Muxalifet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1974-cü il təvəllüdlü Cabbarov Elşən Mürsəl oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasının davamında Elşən Cabbarovun vəkili iki vəsatətlə çıxış edib.
Muxalifet - 22-08-2019
Uşağını zəncirləyən ana ilə bağlı ŞOK FAKTLAR - VİDEO
Bakıda yaşayan Yevlax rayon sakini Şahanə İsmayılova, Nəsimi rayonu Cavadxan küçəsində kirayə qaldığı mənzildə övladının ayaqlarını zəncirlə bağlayaraq işə gedib. 9 yaşlı uşaq səhər saat 8-dən axşam 10-a qədər köməksiz vəziyyətdə qalıb. Qonşuların sözlərinə görə bu hal bir dəfə yox, bir neçə dəfə təkrarlanıb. Şahid: “Döyürdülər, uşağın belində pol taxtası sındırırdılar”. Şahid: “Zəncirlə bağlamışdı, burda oturub bizimlə danışırdı, neçə dəfə qaçıb”. Şahidlər deyirlər ki, ayağından zəncirlənən azyaşlı, normal, psixoloji durumunda heç bir problem olmayan uşaqdır.
Muxalifet - 22-08-2019
Millimizin keçmiş baş məşqçisi vəfat etdi
Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.
Braziliyalı mütəxəssis 57 yaşında dünyasını dəyişib.
Braziliyada “Riu Qrande du Sul” klubunu çalışdıran Miltinyo ötən həftə keçirdiyi insultdan sonra xəstəxanaya yerləşdirilib və orada ölüb.
"Professor" ləqəbli baş məşqçi 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində millimizin baş məşqçisi olub. Yığmamız ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb. (apa)Muxalifet - 22-08-2019
Çin haqqında ağlagəlməz FAKTLAR: 1 dollar, bakirə qızlar, məst edən qadınlar və... - FOTO
Çin dünyada əhalisinin sayına görə birinci ölkədir, həm də bu ölkə saxta mal istehsalında liderlik edir. Lakin Çinlə haqqında olan maraqlı məlumatlar bununla yetərli deyil.
Çin ordusundakı əsgərlərin başlarını daim dik tutmaq üçün mundirlərində boğazlarının altına iynə yerləşdirilir.
Muxalifet - 22-08-2019
“Hara istəyirsiniz gedin! İstəyirsiniz prezidentin, lap Allahın yanına gedin!...” - ŞƏHƏR BAŞÇISI ŞİKAYƏTÇİLƏRƏ BAĞIRIR - AUDİO
Özbəkistanda məmur kobudluğuna dair daha bir audioyazı “Azadlıq” radiosunun özbək xidmətinə sızdırılıb. Virtualaz.org xəbər verir ki, bu dəfə paytaxt Daşkəndin icra hakimi Cahangir Artıkxocayev onun yanına şikayətə gələn bir qrup sakinin üstünə qışqırıb, isterik halda onları qovub. Deyib ki, hara istəsələr gedə bilərlər, istəyir prezidentin, lap Allahın yanına...
Muxalifet - 22-08-2019
Bakıda fahişəxanadan GİZLİ ÇƏKİLİŞ: Qiymət 50 manat - ŞOK VIDEO
Bakıda fəaliyyət göstərən gizli fahişəxanalar mövcuddur.
Gizli çəkilişlə sözügedən məkandan əldə edilən görüntülər "Azərbaycan reallığı" Facebook səhifəsində paylaşıılıb.
Videoda müştəri ilə bazarlıq edən seks işçisi xidmətinin 50 manat olduğunu bildirir.
Səhifədə həmin məkanların Nəsimi və Səbail rayon ərazilərində yerləşdiyi qeyd olunur.
Sözügedən görüntüləri təqdim edirik:
Unikal.orgMuxalifet - 22-08-2019
Tofiq Yaqublu Baş Prokurorluğa niyə çağırıldı? - RƏSMİ AÇIQLAMA
Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub.
Muxalifet - 22-08-2019
Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"
“GünayBank”ın keçmiş sədr müavini, saxtakarlıq edərək bankın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalovun atası, sabiq bankir Zakir Zeynalov oğlunun törətdiyi cinayət barədə açıqlama verib. Muxalifet.az-ın məlumatına görə, Zakir Zeynalov “Haqqın.az”ın redaksiyasına gedərək bu haqda açıqlama verib. O, mətbuatda qeyd edildiyi kimi cinayətlə əlaqəsi olmadığını və özünün banka qarşı səsləndirdiyi ittihamları rədd etdiyini deyib. Z. Zeynalov Eminin günahının məhkəmə tərəfindən müəyyən edilməsinin vacibliyini vurğulayıb: “Ola bilər ki, oğlum günahkardır.
Muxalifet - 22-08-2019
Qəzaya uğrayan təyyarə pilotlarının son sözləri: Qara qutulardakı SƏSLƏR – VİDEO
Təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsi hesab olunur. Səma gəmilərinin qəzaya uğramaq ehtimalı digər nəqliyyat vasitələrindən qat-qat aşağıdır. Buna görə, ölüm halları da digər nəqliyyat vasitələrinə nisbətdə təyyarələrdə daha az baş verir. Ancaq digər nəqliyyat vasitələrindən fərqli olaraq təyyarələrdə kiçik səhvlər və problemlər faciəyə gətirib çıxarır. Bu günlərdə Azərbaycanda belə bədbəxt hadisə baş verdi. Azərbaycan ordusuna məxsus MİQ29 hərbi təyyarəsi Xəzər dənizi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya uğradı.
Muxalifet - 22-08-2019
Elmar Məmmədyarovla bağlı MARAQLI FAKTLAR: Atası 50 ildir...
Azərbaycanlı bir çox məmurlar kifayət qədər tanınmış ailələrin üzvləridir.
Muxalifet.az-ın qaynarinfo-ya istinadən verdiyi xəbərə görə, məsələn, Mədəniyyət naziri Əbülfəs Qarayevin atası uzun illər Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş, mərhum professor Mürsəl Qarayevdir. 55 yaşında ürək tutmasından dünyasını dəyişən M.Qarayev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin qardaşıdır.Muxalifet - 22-08-2019
Trampa ŞOK TƏKLİF: 1 avro verin, sizin olsun
Belçikanın millətçi Yeni Flamand Partiyasının gənclik qanadı ABŞ Prezidenti Donald Trampa ölkənin Valloniya əyalətini 1 avroya almağa çağırıb.
Bu barədə partiyanın Tvitter səhifəsində məlumat yayılıb.
“Əziz prezident Tramp, 1 avro və Valloniya sizindir. Bizə zəng edin”, - məlumatda bildirilib./Axar.azMuxalifet - 22-08-2019
Çeçenlər və dağıstanlılar arasında böyük dava – Rusiya Şimali Qafqazı belə parçalayır…
Dağıstan və Çeçenistan sakinləri arasında iki respublikanın sərhədində dava olub. «Kavkazskiy uzel» nəşrinin yazdığına görə, avqustun 16-da dağıstanlılar bir çeçenistanlını döyüblər. Bir oğlanı körpüdən tullayıblar, onun xəstəxanada öldüyü bildirilir. İki respublikanın sakinləri arasında münasibətlərin gərginliyi Çeçenistan başçısının Şeyx Şamil barədə söylədiyi fikir bir qədər də gücləndirib. Döyüşçülərin Dağıstana soxulmasının 20 illiyində Ramzan Kadırov bu hadisəni Qafqaz müharibəsi ilə müqayisə edib və imam Şamili çeçenlərə qarşı repressiyalarda günahlandırıb.
Muxalifet - 22-08-2019
SON DƏQİQƏ: Bakıda bazar yanır, xəsarət alanlar var - VİDEO / YENİLƏNDİ
Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Muxalifet.az-a Nazirlikdən verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Əlavə məlumat veriləcək.
Muxalifet - 22-08-2019
XİN-dən BMT Baş katibinə etiraz məktubu
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva kütləvi informasiya vasitələrinin sualını cavablandırıb. Unikal.org həmin sual-cavabı təqdim edir: - Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin hesabatının BMT-də yayılması ilə bağlı KİV-də dərc olunan məlumata münasibət bildirməyinizi xahiş edirik.
Muxalifet - 22-08-2019