Axtarış
The search found 105785 results in 0.084 seconds.
Search results
Qadın müəllimlərin uşağınıza dərs deməsinin QORXUNC FƏSADLARI - ARAŞDIRMA
169 saylı məktəb - 94 müəllimdən 90 nəfəri qadın,
287 saylı məktəb - 79 müəllimdən 69 nəfəri qadın,
191 saylı məktəb - 103 müəllimdən 93 nəfəri qadın,
45 saylı məktəb - 122 müəllimdən 118-i qadın,
78 saylı məktəb - 47 müəllimdən 42-si qadın.
Muxalifet - 22-08-2019
“Ermənistan” boykot edilir - Moskvada anti-erməni kampaniyası
Erməni iş adamları Rusiya müxalifətinin qəzəbinə gəldilər; Rusiya da mənfur qonşular üçün arzuolunmaz məkana çevrilir; Solovyev kimi qatı erməni havadarlar dərhal əl-ayağa düşdülər...
Muxalifet - 22-08-2019
“Avraam Linkoln” təyyarədaşıyanı İran sahillərində - 5 TƏYYARƏ SIRADAN ÇIXDI, XƏSARƏT ALANLAR VAR...
ABŞ-ın İran sahillərinə yaxın beynəlxalq sularda döyüş növbəsi çəkən “Avraam Linkoln” təyyarədaşıyan gəmisində ciddi insident baş verib. Virtualaz.org Avia.pro internet-resursuna istinadən xəbər verir ki, insident nəticəsində beş döyüş təyyarəsi zədələnib, xəsarət alanlar var.
Muxalifet - 22-08-2019
Yaxın dövrdə Türkiyədə BOMBALAR PARTLAYACAQ - ABŞ dəhşətli PLANI İŞƏ SALDI
PKK bitdi. ABŞ istifadə edə biləcəyi yeni bir maşa axtarışındadır. Qarşıdakı dövrdə Türkiyədə bombalar partlaya bilər.
Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, bu iddianı “Yeni Şəfəq” nəşrinə açıqlamasında Türkiyə Silahlı qüvvələri Baş qərargahının kəşfiyyat dairəsinin keçmiş başçısı İsmail Hakkı Pekin səsləndirib.Muxalifet - 22-08-2019
Qubada yaralı uşağı aparan sürücü qəzaya düşdü - Özü və 4 yaşlı Renat ölüdü
Quba rayonunda avtomobillə vurulan uşağı xəstəxanaya çatdırmaq istəyən şəxs qəzaya düşərək ölüb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Rustov kəndində qeydə alınıb. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü hadisə yerindən qaçıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov isə yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparmaq istəyib. Lakin yolda digər avtomobil tərəfindən vurulub.
Muxalifet - 22-08-2019
Qarabağ qazisi türk avtoritetlə bir arada – Foto
Qarabağ qazisi Kamil Musəvi Türkiyənin ən məşhur kriminal avtoriteti ilə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, hazırda İstanbulda olan qazimiz kriminal aləmin tanınmış ismi Sedat Pekerlə bir araya gəlib. Bu haqda K. Musəvi sosial şəbəkədə foto paylaşıb. Sedat Pekərən əynində Azərbaycanın milli geyimi var və başına buxara papaq qoyub.
Kamil Musəvi fotoya “Biz milli dəyərlərimizi təbliğ edir, onu inkişaf etdirir və dünyaya tanıdırq! Sedat Peker milli geyimimizdə” deyə qeyd də yazıb.
Muxalifet - 22-08-2019
Bakıda AĞIR QƏZA - 3 qadın xəstəxanalıq oldu
Buzovna-Maştağa yolunda yol qəzası baş verib. Hadisə Buzovna-Maştağa yolunda baş verib. Hadisə nəticəsində 3 nəfər qadın ağır xəsarətlər alıb. Xəsarət alan 47 yaşlı qadın sağ bazu sümüyünün yerdəyişmiş sınığı, 59 yaşlı qadın sağ baldırın əzilməsi, 61 yaşlı qadın isə alının hematoması diaqnozu ilə 3 saylı xəstəxanaya çatdırılıblar. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir. /trend
Muxalifet - 22-08-2019
Putin - Rusiyanın xilaskarı, yoxsa...
Politoloq: “Putinin indiki siyasəti ölkəni parçalamağa aparır, çünki...”
Muxalifet - 22-08-2019
SON DƏQİQƏ - Azərbaycan səhəri ZƏLZƏLƏ ilə açdı
Goranboyda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 09:41-də Gəncə stansiyasindan 41 km cənub-şərqdə Goranboy ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Dərinlik 12 km olub.Muxalifet - 22-08-2019
Araz Ağalarovun qardaşı qızının evi qarət olundu
“Crocus Group”un prezidenti Araz Ağalarovun qardaşı qızı, iş xanımı Səbinə Ağalarovanın Rusiyanın Moskva şəhərindəki evi qarət olunub.
Muxalifet.az “REN TV”yə istinadən xəbər verir ki, iş xanımı polisə müraciət edərək şəhərin Leninsk prospektində yerləşən mənzilindən külli miqdarda pulun oğurlandığını bildirib.
Muxalifet - 22-08-2019
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
İsmayıllıda 3 uşaq anası itkin düşüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında 4 yaşlı övladını da özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətdə gedərək itkin düşüb. P.Bədəlovanın boyu 160 sm, gözlərinin rəngi qaradır.
Muxalifet - 22-08-2019
Ağac kəsən "JEK" işçisinə 2 min manatlıq cərimə
Tovuz rayonunda ağac kəsən şəxs cəzalandırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, ağac kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırma zamanı Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.Muxalifet - 22-08-2019
BU NAZİRİN OĞLANLARI DA ABŞ-a KÖÇDÜ… – “Bunlar Azərbaycanın gələcəyindən narahatdırlar?”
Fəzail Ağamalı: “Elə məmurlar var ki, onların övladları nəinki əsgəri xidmətdə olmayıblar, eyni zamanda bir çox xarici ölkələrin vətəndaşıdırlar” Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu olub. Riyad Məmmədyarov Aleks Zapalla adlı xanımla ailə həyatı qurub. Cütlüyün toyu ABŞ-da Nyu-York şəhərində baş tutub. Toyda Elmar Məmmədyarovla yanaşı, ailə üzvləri, eləcə də cütlüyün yaxınları iştirak ediblər. Qeyd edək ki, Riyad Məmmədyarovla Aleks Zapallanın münasibəti 4 il öncə başlayıb. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olub.
Muxalifet - 22-08-2019
MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edildi - RƏSMİ
"İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib".
Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məılumatda bildirilib.
Muxalifet - 22-08-2019
SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı, FHN havaya helikopter qaldırdı
Dünən gecə saatlarında Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında çətin keçilən yüksək dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində əsasən əl əməyindən istifadə olunmaqla lokallaşdırılıb, ətrafa yayılmasının qarşısı alınıb. Yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb.
Muxalifet - 22-08-2019
İçərisində azərbaycanlıların da olduğu İŞİD bitirildimi?
Təhlükəsizlik ekspertinə görə, başqa bir adla yeni terror təşkilatı yaradıla bilər...
Vaxtilə Suriya və İraqda milyonlarla əhalini səksəkədə saxlayan İŞİD terror qruplaşması bu gün heç olmamış kimi görünür. 4 ildən bir qədər artıq müddətdə 80-ə yaxın ölkədən ibarət koalisiya bu qruplaşmaya qarşı hərbi əməliyyatlar aparıb. Özünü “İslam Dövləti” adlandıran qruplaşmaya yerləşdiyimiz regiondan, ölkəmizdən qoşulanlar da az deyildi.
Muxalifet - 22-08-2019
Elçibəyin vəfatından 19 il ötür
Azərbaycanın keçmiş prezidenti, Milli Azadlıq Hərəkatının liderlərindən biri Əbülfəz Elçibəy ölümündən 19 il ötür.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib.Muxalifet - 22-08-2019
Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
"Report" xəbər verir ki, sənədə əsasən Məcəllənin 471-ci maddəsi aşağıdakı redaksiyada verilir:
"Maddə 471. Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi
Muxalifet - 22-08-2019
ZİBİLƏ DÜŞƏNLƏR – “Övladlarımız təhlükədədir” – VİDEO
Paytaxtın Xətai rayon Araz Novruzov küçəsində yaşayan sakinlər sözün əsl mənasında “zibil”ə düşüblər. BakuPost xəbər verir ki, ərazidə qalaqlanan məişət tullantıları ciddi antisanitariya problemi yaradır. Xüsusilə yay aylarında pis qoxu və milçək əlindən dayanmaq olmur.
Muxalifet - 22-08-2019
İRANIN 2 PLANI: "qorxulu Tehran" Körfəz ölkələrinə Şərq ATƏT-i yaratmağı təklif edir
Cavad Heyranniya
“Mehrnews”, 20.08.2019
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regional və bölgədənkənar səfərində İranın tənzimləmə planını və onun tətbiqi səylərini ətraflı təqdim edib.
Zərifin Küveytə səfəri və Küveyt rəsmiləri ilə görüşü İranın Fars körfəzi bölgəsinin təhlükəsizliyinə dair mövqyini bir daha təsdiqləyib.
O, Küveytin vəliəhd şahzadəsi Nəvvab Cabir əs-Sabahla “Regional Dialoq” mövzusunda müzakirələr aparıb.
Muxalifet - 22-08-2019