Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
Rusiyanın ən varlısı azərbaycanlıdır
Rusiyanım "Lukoil" şirkətinin Azərbaycan əsilli sahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov ölkənin ən varlı varisi elan edilib.
Qaynarinfo xəbər verir ki, 21,8 milyard dollar sərvətə sahib V.Ələkbərov özündən sonra bütün səhmlərinin oğluna çatacağını açıqlayıb.
Qeyd edək ki, Yusif Ələkbəriv 2018-ci ildə şirkətdəki vəzifəsindən gedib. O, hazırda alkoqolsuz içki istehsal edən "Plan B" şirkətinə rəhbərlik edir. Rusiyanın ən varlı varisinin atası ilə birgə "Lukavto” ASC, "EKTO" şirkəti var, Sibirdə yerləşən neft kəmərinin səhmlərinin 69%-nə sahibdir.Muxalifet - 21-08-2019
Rəşad Atakişiyev dəfn edildi - FOTOLAR
Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, vida mərasimindən sonra R.Atakişiyevin nəşi II Fəxri xiyabana gətirilib. Hərbi pilot burada torpağa tapşırılıb.
Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.
Muxalifet - 21-08-2019
Pley-off oyunu öncəsi “Qarabağ”da CİDDİ İTKİ
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Şimali İrlandiyada “Linfild”in qonağı olacaq “Qarabağ” heyətlə bağlı problemlə üzləşib.
Bu barədə “Report”a klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, Ağdam təmsilçisinin Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ev oyununda müvafiq olaraq sarı və qırmızı vərəqə alan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda cəzalı duruma düşüblər.
Muxalifet - 21-08-2019
Qabil Hüseynli pilotun dəfn mərasimində: "Rəşadın təyyarə qəzası sirlidir"
“İnternetdə bu tipli qəzaları araşdırdım. Məlumatlar topladım. Qəribədir ki, analoji qəzaların böyük əksəriyyətində pilot katapult edib. Rəşadın təyyarə qəzası sirlidir. Bu qəzanın üzərinə “qara qutu”nun açılması və məlumatların oxunması böyük işıq saçacaq”.
Bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimində onun qayınatası Qabil Hüseynli deyib.
Muxalifet - 21-08-2019
“Övladları onun yolunu davam etdirəcək” - Mərhum pilotun həyat yoldaşı
"Rəşadın iki gül balası qaldı. Onlar onun yolunu davam etdirəcəklər”.
Muxalifet.az xəbər verir ki, bunu bu gün dəfn olunan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova bildirib.
Onun sözlərinə görə, Rəşadın məğrurluğu, şücaəti güvən verirdi ki, o, sağ-salamat evə, övladlarının yanına qayıdacaq: "Ancaq təəssüf ki, xəyallarımız baş tutmadı".Muxalifet - 21-08-2019
YPX maşını qəzaya düşdü - 3 avtomobil toqquşdu
Mingəçevirdə YPX-yə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib. Belə ki, “VAZ 2107”, “VAZ 21099” və YPX-yə aid “BMW” markalı avtomobillər toqquşub.
Toqquşmanın təsirindən "BMW" idarəetmədən çıxaraq səkiyə qalxıb.Muxalifet - 21-08-2019
Bakıda avtoxuliqanlıq edən sürücü yol polisinə dönər bıçağı ilə hücum edib
Bakıda avtoxuliqanlıq edən sürücü polisə dönər bıçağı ilə hücum edib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla" əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yaradılıb və nəticədə avtomobil metronun "28 may" stansiyası yaxınlığında saxlanılıb.
Muxalifet - 21-08-2019
Ziya Bünyadov prospekti tıxacdır - FOTO
Bir qədər əvvəl Ziya Bünyadov prospekti (Çermet körpüsünə çatmamış - “20 Yanvar” dairəsi istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur.Muxalifet - 21-08-2019
GÜRCÜSTANDA 3 ABŞ BAZASI YERLƏŞDİRİLİR – “Azərbaycan seçimə məcbur ediləcək”
Elxan Şahinoğlu: “Ermənistan və Gürcüstanda hərbi bazalar olacaqsa, Azərbaycan artıq neytral siyasət yürüdə bilməyəcək” Yaxın vaxtlarda Gürcüstanda Amerikanın hərbi bazası yaradıla bilər. Azərbaycanda dərc olunan rusdilli “Novaya vremya” nəşri ekspert və politoloqlara istinadən yazır ki, Gürcüstanda üç ABŞ hərbi bazanın yaradılması nəzərdə tutulur: ikisi quruda, biri isə dənizdə. Bu yaxınlarda Gürcüstanın müdafiə naziri Levan İzoria qeyd edib ki, Amerika ilə yaxın günlərdə əməkdaşlıqla bağlı üç illik müqavilə imzalanacaq.
Muxalifet - 21-08-2019
Rusiya və Çin BMT TŞ-nin təcili iclasını çağırdılar
Rusiya və Çin ABŞ-ın orta mənzilli raketlər hazırlamaq planı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırıblar.
Bunu RİA Novosti-yə açıqlamasında Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin səlahiyyətlərinin icraçısı Dmitri Polyanski deyib. O, iclasında cümə axşamı keçiriləcəyini bildirib.
Qeyd edək ki, ABŞ bundan öncə özünün orta mənzilli raketlərinin sınağını artırıb. Vaşinqton, həmçinin, Asiya-Sakit okean hövzəsində raketlərini yerləşdirmək fikrində olduğunu açıqlayıb.
Muxalifet - 21-08-2019
Polisdən ƏMƏLİYYAT: Saxlanılan var
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları Gərəkli kəndində əməliyyat keçirib.
Muxalifet.az xəbər verir ki, daxil olmuş məlumat əsasında 1985-ci il təvəllüdlü Qambiyev Ramil Ramazan oğlunun yaşadığı evə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində zamanı oradan 3 kibrit qutusunda ümumi çəkisi 300 qramdan çox qurudulmuş marıxuana aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs tutduğu cinayəti etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 21-08-2019
NAZİR MÜAVİNİ VƏ İCRA BAŞÇISI AĞLADI – Pilotun dəfnində - FOTO
Pilot Rəşad Atakişiyevlə vida mərasimində bir sıra rəsmi şəxslər də iştirak edib. Ölkə.az xəbər verir ki, Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev pilot dəfn edilərkən göz yaşlarını saxlaya bilməyib. Qeyd edək ki, təlim-məşq uçuşu zamanı qəzaya düşən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dünən nəşi tapılıb.
Muxalifet - 21-08-2019
Paşinyan sumqayıtlını MÜŞAVİR ETDİ: Azərbaycana nifrət...
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın Kalavan kəndinin sakinini özünün müşaviri təyin edib.
Bu məlumatı Paşinyan Feysbuk səhifəsində paylaşıb. Paşinyan təyin etdiyi şəxsin Robert Qukasyan olduğunu bildirib.Muxalifet - 21-08-2019
Vanqa 2019-cu il üçün nə “vəd” etmişdi?
Məlum olduğu kimi, 1996-cı ildə dünyasını dəyişən Vanqanın gələcək üçün proqnozlarının əksəriyyəti doğru çıxıb. Məsələn, ABŞ-dakı 11 sentyabr hadisələri, İngiltərənin AB-dən ayrılması, İŞİD-in ortaya çıxması, 2000-ci ildə Rusiyanın “Kursk” adlı sualtı gəmisinin qəzaya uğraması və s.
Bəs, Vanqanın 2019-cu il üçün hansı proqnozları var idi?
Beləliklə, Vanqa ABŞ prezidenti Donald Trampın sirli bir xəstəliyə düçar olacağını proqnozlaşdırmışdı. Onun proqnozuna görə, həmin siyasətçi tinnitus xəstəliyinə tutulacaq, ürək bulanması olacaq, o, kar qalacaq.
Muxalifet - 21-08-2019
"Bir günlüklərin" ölümü və ya vaxtsız "qar" - VİDEO
Türkiyənin Ərdahan vilayətində 100 minlərlə kəpənəyin uçuşu müşahidə edilib.
Məlumata əsasən, "Bir günlüklər" adlanan 100 minlərlə ağ kəpənəyin uçuşu hər il təkrarlanır.
Sanki qarı xatırladan bu mənzərə, əslində, ağ kəpənəklərin ölüm uçuşudur.
Muxalifet - 21-08-2019
Direktorların işə qəbulu üzrə müsahibə başladı
Avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, müvafiq keçid balını toplamış 120 namizəd müsahibə mərhələsinə dəvət edilib. Müsahibələr avqustun 23-dək davam edəcək.
Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.Muxalifet - 21-08-2019
ŞOK: Bakıda azyaşlı işgəncəyə məruz qalır: ayaqları zəncirlənmiş halda... - FOTO
Bakıda azyaşlı uşağın evdə xalası tərəfindən işgəncələrə məruz qalması ilə bağlı məlumat yayılıb.
“Yeni Sabah” xəbər verir ki, uşağın video və fotosu da var.
Ancaq zərərçəkənin azyaşlı olmasını nəzərə alaraq, onun səsi və əlamətləri tam düşdüyü üçün videonu təqdim etmirik.Muxalifet - 21-08-2019
İranda yük maşınları toqquşdu - Ölənlər və yaralananlar var
İranın cənub-qərbində yerləşən Fars vilayətində Abade-İzədxast yolunda iki yük maşını toqquşub. Trend-in məlumatına görə, bunu İranın Fars vilayətinin şimal yol polisinin rəisi polkovnik Əbdülhaşim Dehqani deyib. Ə.Dehqaninin sözlərinə görə, qəza nəticəsində 2 nəfər həlak olub, 2 nəfər də yaralanıb. Dehqani əlavə edib ki, qəzaya səbəb yük maşınlardan birinin sürücüsünün yorğunluu olub. İranın şimalında yerləşən Mazandaran vilayətinin Sari rayonunda isə iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər həlak olub 4 nəfər yaralanıb.
Muxalifet - 21-08-2019
Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib – Ermənilərdən ETİRAF
Cəbhənin Qazax rayonu istiqamətində, Azərbaycanla Ermənistan arasındakı təmas xəttində baş verənlər ictimaiyyətin diqqət mərkəzindədir.
Muxalifet.az Modern.az-a istinadən xəbər verir ki, Ermənistan tərəfi də təkziblərdən sonra Azərbaycan Sərhəd Xidmətinin 3 ölkənin sərhədində yerləşən və hündürlüyü 700 metrə çatan strateji Babakər zirvəsində möhkəmləndiyini etiraf edib.
Bunu “Orbeli” analitik-tədqiqat mərkəzinin eksperti Taron Ovannisyan deyib.Muxalifet - 21-08-2019
Ana azyaşlı oğlunu 16 saat zəncirləyib, işə gedib - RƏSMİ AÇIQLAMA
Nəsimi Rayonu Cavadxan küçəsi bina 56-da azyaşlı uşağın ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsi faktı ilə bağlı rəsmi açıqlama yayılıb.
Muxalifet - 21-08-2019