Axtarış

The search found 105785 results in 0.027 seconds.

Search results

  1. ​Vicdan əzabı çəkən Nigar Camal: "15 il əvvəl qarınlı kişilər..."

    Fədakar qadın olmadığını deyən müğənni Nigar Camal estetik bədən əməliyyatı etdirməsi haqqında gəzən xəbərləri təkzib edib.
    Muxalifet.az xəbər verir ki, 38 yaşlı müğənninin sözlərinə görə, bədəninin hələ ki heç bir estetik əməliyyata ehtiyacı yoxdur və özünü olduğu kimi sevir:
    "Bu sözləri Röya mənlə dalaşanda və küsəndə demişdi. Hələ ki, əməliyyata ehtiyacım olduğunu düşünmürəm".

    Muxalifet - 21-08-2019

  2. "Nə etməli ki, bu ona qismət olmadı" - Rəşad Atakişiyevin atası

    Həlak olan hərbi pilot Rəşad Atakişiyevin atası Saləddin Atakişiyev təyyarənin qəzaya uğraması nəticəsində həlak olan oğlunun nəşinin axtarışlarının təxrəsalınmaz tədbirlərlə aparıldığına və dəfnin əsgəri ənənələrə uyğun yüksək səviyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıq edib. Unikal.org-un xəbərinə görə, o, oğlu Rəşad Atakişiyevlə fəxr etdiyini vurğulayıb: “Mən Rəşad kimi oğulla fəxr edirəm. Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib.

    Muxalifet - 21-08-2019

  3. Bakıda polisə həyəcan siqnalı daxil oldu – Oğru qadın tutuldu

    Bakıda oğurluğa cəhd edən qadın tutulub.
    Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dünən saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
    Dərhal hadisə yerinə gəlmiş RMŞ-nin əməkdaşları tərəfindən ərzaq məhsulları və parfyumeriya oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynova saxlanılaraq 24-cü PŞ-yə təhvil verilib.
    Araşdırma aparılır.

    Muxalifet - 21-08-2019

  4. Ana və uşaq "Kamaz"ın altından son anda xilas oldu - ANBAAN VİDEO

    Hadisə anbaan kameraya düşüb. Bakıda dəhşətli qəzanın qarşısı son anda alınıb. Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, 10 TH 407 dövlət nömrə nişanlı marşurut avtobusu piyada keçidinin üstündə saxlayıb. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onu ötmək istəyir. Piyada keçidindən bir neçə metr irəlidə, avtobusun qabağından uşaq yola qaçır. Qadın isə onun ardınca gedir. Son anda yük maşının altına düşməkdən xilas olur. "Kamaz"ın sürücüsü manevr edir, eyni zamanda qadın uşağın əlindən tutaraq geri çəkilir. Nəticədə bədbəxt hadisə baş verimir.

    Muxalifet - 21-08-2019

  5. Qabil Hüseynli təyyarə qəzasının SİRRİNDƏN DANIŞDI - VİDEO

    “Rəşadın təyyarə qəzası sirlidir. Bu qəzanın üzərinə “qara qutu”nun açılması və məlumatların oxunması böyük işıq saçacaq”.
    Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimində onun qayınatası Qabil Hüseynli deyib.
    Q.Hüseynli xatırladıb ki, R.Atakişiyevin qəzaya uğradığı təyyarənin radardan itməsi ilə radioəlaqənin kəsilməsi eyni anda olub.

    Muxalifet - 21-08-2019

  6. Spiker deputatın 2 aylıq uşağına süd verdi

    Yeni Zelandiya parlamentinin sədri Trevor Mallard deputat Tamati Coffinin iclasa gətirdiyi 2 aylıq oğluna butulkada süd verib.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, üç övladı olan Mallardın bu jesti sosial mediada rəğbətlə qarşılanıb.
    Tutanekai adlı körpə günorta südünü parlamentin spikerinin qucağında içib.
    Trevor Mallard körpə ilə fotosunu Tvitter mikrobloqunda paylaşaraq kürsüdə VİP qonaq oturduğunu qeyd edib. O, yeni ata olan deputatı da təbrik edib.

    Muxalifet - 21-08-2019

  7. AKP GÜL, DAVUDOĞLU VƏ BABACANI “AD GÜNÜ”NƏ DƏVƏT ETMƏDİ: "Onlar özlərini ailədən görmürlər"

    Prezident Ərdoğanın lideri olduğu AKP avqustun 23-də partiyanın yaranmasının 18 ildönümüni xüsusi qeyd etməyə hazırlıq görür.
    Strateq.az xəbər verir ki, Türkiyə mətbuatında partiyanın ad gününə AKP-nin qurucularından olan sabiq prezident Abdullah Gül, sabiq Baş nazir Əhməd Davudoğlu və sabiq iqtisadiyyat naziri, yeni partiya quruculuğu hazırlığında olan Ali Babacanın dəvət edilmədiyi bildirilib.
    Məsələyə bu gün reaksiya verən AKP-nin sözçüsü Mahir Ünal faktı təsdiq edib.

    Muxalifet - 21-08-2019

  8. Putin Zelenskinin sözünü yerə salmayıb – Hərbi dənizçilər jurnalistlə dəyişdiriləcək

    Hələ ötən ilin noyabrında Kerç boğazında Rusiyanın əsir götürdüyü 22 ukraynalı dənizçinin taleyinə yaxın vaxtda aydınlıq gətiriləcəyi gözlənilir.

    Muxalifet - 21-08-2019

  9. SON DƏQİQƏ: Aktyor Məhərrəm Qurbanov VƏFAT ETDİ - FOTO

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanov dünyasını dəyişib. Muxalifet.az xəbər verir ki, beyin insultu keçirən aktyor bu gün Mərkəzi Klinik Xəstəxanasında vəfat edib. Allah Rəhmət eləsin!

    Muxalifet - 21-08-2019

  10. İranla bağlı dəhşətə GƏLƏCƏYİNİZ YENİ FAKTLAR: 13 yaşlı qızlar...

    “İranda fahişəliyin yaşı cavanlaşaraq 13-ə enib”.
    Muxalifet.az
    Publika.az-a istinadən xəbər verir ki, bu barədə İran Mədəni İnqilab Şurası sədrinin ailə və qadın məsələləri üzrə müavini Firiştə Ruhəfza deyib.
    F.Ruhəfza jurnalistlərə açıqlamasında ölkədə gənclər arasında yaşanan cinsi böhrandan, ata evindən qaçan yeniyetmə qızlardan və fahişəliyin sürətlə cavanlaşmasından danışıb.

    Muxalifet - 21-08-2019

  11. Keçmiş nazir müavini Məmmədovun və oğlunun yeni əməlləri üzə çıxdı

    Azərbaycan Ali Məhkəməsi 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv olunana qədər nazir müavini, ondan öncə isə 11 il (2004-2015) Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olmuş Arif Əsgərov haqqında qərar çıxarıb. Qərar belədir ki, keçmiş nazir müavini və oğlu Elnar birlikdə Əmanətlərin Sığortalanması Fonduna 92 min 622 dollar pul ödəməlidir. Səbəb isə Elnar Əsgərovun hələ atası nazir müavini olan dövrdə - 2015-ci ilin noyabrında «Dəmirbank»dan götürdüyü krediti qaytarmamasıdır.

    Muxalifet - 21-08-2019

  12. RUSİYANIN TÜRKİYƏYƏ GÖNDƏRDİYİ QANLI CAVAB – Müttəfiqlərin hərbi toqquşma riski var

    Türkiyə-Suriya münasibətlərindəki gərginlik avqustun 19-dan sonra kəskin artıb. Belə ki, Rusiya-Suriya koalisiyasının təyyarələri Suriyadakı türk konvoyuna zərbələr edirib və nəticədə ən azı üç dinc vətəndaş həlak olub. Bu arada isə Rusiya-Suriya koalisiyasının quru gücləri, müqavimət güclərinin əllərində tutduqları Xan-Şeyxun şəhərinin şimalındakı şoseyə türklərin çıxışını kəsməyə çox yaxındılar. Suriyanın Hama əyaləti və İdlib arasındakı hərbi müşahidə məntəqəsinə təchizat vasitələrı çatdırmaq üçün “M-5” nömrəli avtoyol Türkiyəyə çox vacib lazımdır.

    Muxalifet - 21-08-2019

  13. Müğənninin qətldə günahlandırılan oğluna ağır cəza kəsildi

    Mərhum müğənninin oğlu qətl törətməkdə ittiham edilərək hakim qarşısına çıxarılıb.

    Mualifet.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

    Hökmə əsasən F.Ocaqquliyev 19 il, T.Vəliyev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 21-08-2019

  14. Bu şəxsə general-mayor rütbəsi verildi – Sərəncam

    Prezident İlham Əliyev B.L.Əliyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

    Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

    Sərəncamda deyilir:“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Bəhlul Lətif oğlu Əliyevə general-mayor ali hərbi rütbəsi verilsin”.

     

    Muxalifet - 21-08-2019

  15. Milli Məclisin biznesmen deputatlarının – Qısa siyahısı

    “Relaks” İstirahət Mərkəzinin sahibi, millət vəkili İqbal Məmmədov biznes fəaliyyətilə məşğul olan yeganə deputat deyil. Milli Məclis üzvü olan başqa biznesmen deputatlar da var. “Yeni Sabah” onlardan bəzilərini oxucularına təqdim edir.

    Muxalifet - 21-08-2019

  16. Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: oğul atasını qətlə yetirdi - ŞOK SƏBƏB

    Tovuz rayonunda baş verən qətlin səbəbi məlum olub.
    Rayonun Aşağı Quşçu kəndində yaşayan 50 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 80 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiçlə zərbələr vuraraq onu qətlə yetirib.
    İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman oğulla ata arasından mübahisə yaranıb və nəticədə qətl törədilib.
    Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

    ***
    22:06

    Muxalifet - 21-08-2019

  17. Almaniyada azərbaycanlıların kütləvi davası - Əraziyə polis yeridildi

    "Almaniyanın Deggendorf şəhərində azərbaycanlılarla Nigeriya və Seneqaldan olan şəxslər arasında qarşıdurma baş verib.  Hadisə ötən gün təxminən saat 17:00 radələrində baş verib". 
    “Yeni Sabah”  xəbər verir ki, bu barədə Almaniyada yaşayan  hüquq müdafiəçisi Əlövsət Əliyev məlumat yayıb.
    Məlumata görə, dünən 15-16 yaşlı bir azərbaycanlı xanım Nigeriya və Seneqaldan olan şəxslər yaşadığı binanın ətrafında olanda sərxoş nigeriyalılar ona hücum ediblər.
    Hücuma məruz qalan xanım yaranan münaqişədən qaça bilib.

    Muxalifet - 21-08-2019

  18. Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO

    Ölkəmizdə ilk dəfə bir qəbirstanlığın saytı yaradılacaq.Söhbət paytaxtın böyük məzarlıqlarından biri olan Yasamal qəbirstanlığından gedir

    Nazirlər Kabinetinin qərarı ilə avqustun 1-dən qəbirstanlıq Yasamal Bələdiyyəsinin idarəçiliyinə verilib.Bundan sonra qəbirstanlığın abadlaşdırılması ilə yanaşı informasiya sisteminin formalaşdırılmasına başlanılıb.

    Abadlaşdırma işləri çərçivəsində qəbirlər siyahıya alınır,burada nə qədər insanın dəfn edildiyi dəqiqləşdirilir.Hazırda 400 qəbirlə bağlı məlumatlar öyrənilib. Bu rəqəmin bir neçə yüz mini keçəcəyi dəqiqdir.

    Muxalifet - 21-08-2019

  19. Pənah Hüseyndən DTK arxivləri ilə bağlı yeni açıqlamalar

    “MTN arxivlərinin məhv ediləcəyi xəbəri verilmişdi”

    Tanınmış vəkil Adil İsmayılov facebookda Azərbaycandakı sovetdənqalma agent şəbəkəsi haqda faktlar açıqlayıb. Vəkil DTK-MTN-dəki arxivlərin kimlər tərəfindən yandırıldığını yazıb. O, yazıda Milli Şuradan arxivlərin kimlər tərəfindən möhürlənməsini qeyd edib.

    Muxalifet - 22-08-2019

  20. Müdafiə nazirindən ŞOK İDDİA: Rusiya nüvə silahlarını bu ölkələrə tuşlayıb

    Rusiya ABŞ-la qarşıdurma çərçivəsində nüvə arsenalını genişləndirir. Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Mark Esper “Fox News” telekanalına müsahibəsində bildirib. O bildirib ki, Strateji hücum silahlarının (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə Müqavilənin uzadılması zamanı Moskvanın hazırladığı bütün yeni silahları nəzərə almaq lazımdır. “İndi Rusiyada, ehtimal ki, Avropaya tuşlanmış nüvə döyüş başlıqlı qanadlı raketlər var. Bu, pisdir”, - o deyib.

    Muxalifet - 22-08-2019

Pages