Axtarış
The search found 105785 results in 0.026 seconds.
Search results
Oğlu və qardaşı oğlu tutulan deputatla bağlı yeni SENSASİON bilgilər
İqbal Məmmədov 2 ildir vergi ödəməkdən yayınırmış; onun çoxşaxəli biznesinin siyahısı yayıldı; biznesmen MM üzvünün digər obyektlərində vergi yoxlamaları başlaması xəbəri var
Muxalifet - 21-08-2019
Pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir - FOTO
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.
APA xəbər verir ki, pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində keçirilir. Saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək.
Mərhumun qayınatası, politoloq Qabil Hüseynli APA-ya bildirib ki, pilotun 3 və 7 mərasimi sabah, yəni iyulun 22-də Heydər Məscidində keçiriləcək.
Muxalifet - 21-08-2019
“Əcəb edib açıq-saçıq şəkillər paylaşıram…” - Aktrisa
"8 yeni mahnı yazdırmışam. Onlardan ikisinə klip çəkdirəcəm. Əslində hər zaman oxumuşam. Tamaşaçılar məni aktrisa kimi tanıdılar. Şeir də yazıram. Amma hələ öz şeirimə mahnı yazdırmamışam. Utanıram, cəsarət tələb edir. Çox şəxsidir şeirlər".
Muxalifet.az xəbər verir ki, bu sözləri Axşam.az-a aktrisa Çimnaz Sultanova deyib. "Vicdan haqqı" serialındakı Larisa obrazı ilə məşhurlaşan aktrisa açıq-saçıq geyimlərindən bəhs edib:Muxalifet - 21-08-2019
Hacı Qalibin sökdüyü mülklərə görə dövlət qurumları məhkəməyə verildi
Sabiq deputat barəsində cinayət işi davam edir
Vətəndaş Seymur Qulyev sabiq deputat Hacı Qaliblə illərdir məhkəmələrdə çəkişir. Əlində dövlətin verdiyi “kupça”, Ali Məhkəmənin həmin sənədin qanuniliyini təsdiqləyən qərarı, dövlət qurumlarının həmin torpağın Seymur Quliyevə məxsusluğunu təsdiq edən çoxsaylı yazışmaları var. Olmayan isə mülkiyyət hüququdur - hansını ki, Hacı Qalib hələ deputat olarkən qəsb edib.
Muxalifet - 21-08-2019
Dünyanın ən heyrətamiz və təhlükəli çimərlikləri - SİYAHI
Günəşli yay havası, dəniz və çimərlik...Mənalı istirahət etmək üçün daha nə lazımdır? Lakin planetimizdə bir çox yerlər yalnız kənardan çox cazibəli görünür. Əslində isə onların bir çoxu ölüm saçır.
Muxalifet.az AZƏRTAC-a istinadla planetimizdəki ən təhlükəli sahilyanı bölgələri təqdim edir. Bu yerlərdə siz ölüm təhlükəsi ilə üzləşə bilərsiniz.Qadağan olunmuş Sentinel adası
Muxalifet - 21-08-2019
Bu ərazilərdə qaz olmayacaq
Bu gün səhər saat 09:00-dan Gəncə şəhərində bir qrup abonentin qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İB-dən Muxalifet.az-a verilən məlumata görə, bu müddət ərzində aşkar olunan qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri icra olunacaq.
Saat 09:30-dan 17:30-dək isə Göyçay rayonunun bir neçə kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində sazlama işləri aparıldığından təchizatda dayandırmalar olacaq.Muxalifet - 21-08-2019
"Relaks"ın 30 minlik borcu ortaya çıxdı
Bir neçə gün öncə “Relaks” istirahət mərkəzində baş verən insidentdən sonra mərkəzlə bağlı yeni məlumatlar yayılır. Publika.az-ın məlumatına görə, "Relaks"ın "Azərenerji"yə 30 min manat məbləğində borcu olub. İndiyədək istirahət mərkəzinin məsul şəxsləri "Azərenerji"nin əməkdaşlarına sayğaca baxış keçirməyə icazə verməyib. Qeyd edək ki, “Relaks”istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb.
Muxalifet - 21-08-2019
660 bal toplayan abituriyent GÖRÜN HARANI SEÇDİ - VİDEO
Qəbul imtahanlarında 660 bal toplayan abituriyent paytaxtaxın nüfuzlu universitetlərini yox, Azərbaycan Dövlət Pedaqoji Unverstetinin Şəki filialını seçib.
Elcan Səlimli Şəki şəhər 20 saylı məktəbi qızıl medalla başa vurub.
Buraxılış imtahanlarında Azərbaycan dilindən 100 faiz nəticə gostərən şagird həm də Azərbaycan dili üzrə respublika fənn olimpiyadasınin gümüş medalını qazanıb. Qəbul imtahanlarında yüksək bal toplasa da, təhsilini Şəkidə Pedaqoji Universitetdə davam etdirmək istəyib.Muxalifet - 21-08-2019
Zauru qınadılar - Ayıbdır, yekə kişisən, sənə yaraşmır - FOTO
Tanınmış aparıcı Zaur Kamal fotosunu paylaşdı, sosial şəbəkə izləyiciləri tərəfindən tənqidlərə tuş gəlib. Muxalifet.az yenicag.az-a istinada xəbər verir ki, Ukraynanın Odessa şəhərinə yollanan aparıcı istirahət zamanı çəkdirdiyi fotosunu "İnstagram" hesabında paylaşıb. İzləciyilərin əksəriyyəti ona irad bildiriblər. "Ayıbdır, alə, yekə kişisən, sənə yaraşmır", "Dünənə kimi dağlar başında "ay Zaur" çığıran sən idin, keçmişini unutma, mikrafon tuta bilmirdin, indi nə hoqqadan çıxırsan"... İzləyicilər arasında tənqidlərə qarşı çıxan və Zaurun müdafiəsinə qalxanlar da olub.
Muxalifet - 21-08-2019
Siyəzəndə AĞIR QƏZA: 8 nəfər xəstəxanalıq oldu
Siyəzəndə 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Siyəzən Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Eynibulaq kənd sakini, 1994-cü il təvəllüdlü Mirnağı Həşimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Siyəzən şəhər sakini, 1978-ci il təvəllüdlü Seymur Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Nəticədə, ümumilikdə, 8 nəfər xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar.Muxalifet - 21-08-2019
Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi... - “KEÇMİŞ ÇEKİST OLMUR...”
Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib. İctimaiyyət bu təyinatdan təsadüfən, prezident administrasiyasının əməkdaşları və hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri ilə görüş zamanı xəbər tutub.
Dmitri Lejava hakim partiyanın fəallarından biri olub. O Salome Zurabişvilinin seçki kampaniyasında iştirak edib. Ekspertlər bildirirlər ki, Lejava DTK-da 1983-cü ildən işləyib. O bu komitəyə Yury Andropovun sədrliyi dövründə gəlib.
Muxalifet - 21-08-2019
BİABIRÇILIQ: Müsəlman olduğu üçün 14 yaşlı qızı döydülər - ŞOK VİDEO
İrlandiyanın paytaxtın Dublinin Dundrum qəsəbəsində 14 yaşlı müsəlman qız küçədə radikalların hücumuna məruz qalıb.
Muxalifet.az DHA-ya istinadən xəbər verir ki, hicablı qız yolda gedərkən bir neçə nəfər ona hücum edib.
Hicabını çıxarıblar, yerə yıxaraq təpik və yumruq vurublar. Qızı döyən şəxslər daha sonra ərazidən uzaqlaşıblar.
Hazırda polis həmin şəxsləri axtarır.
https://bax.tv/video/71690.htmlMuxalifet - 21-08-2019
Bakı ermənisi Bakıya gəlib - VİDEO
Rusiya vətəndaşı, Bakı doğumlu erməni Erik Xaçaturov yenidən Azərbaycana gəlib. O, videomüsahibəsində Bakı üçün darıxdığını vurğulayıb və bir çox Bakı ermənisinin bura gəlmək arzusu ilə yaşadığını qeyd edib. Xaçaturov 2017-ci ildə də Bakıda olub. O, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvüdür.
Muxalifet - 21-08-2019
Azərbaycanda yüksək vəzifəli şəxsə AĞIR İTKİ - FOTO
Azərbaycan Respublikası Birinci vitse-prezidentin köməkçisi Emin Zamin oğlu Hüseynova ağır itki üz verib. Publika.az xəbər verir ki, E.Hüseynovun anası Südabə xanım dünyasını dəyişib. Qeyd edək ki, E.Hüseynov ABŞ-da nüfuzlu universitetlərdə təhsil alıb, Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, Milli Bankda, Azərbaycan Diplomatiya Akademiyasında yüksək vəzifələrdə çalışıb. Pezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini, daha sonra isə Birinci vitse-prezidentin köməkçisi təyin edilib.
Muxalifet - 21-08-2019
BMT-nin “Qaçqınkom”unda korrupsiya: FƏLƏSTİNLİLƏRƏ KÖMƏK ÜÇÜN YARADILAN BEYNƏLXALQ QURUM SPONSORSUZ QALA BİLƏR
Devid Mey
“The Hill”, 19.08.2019
Muxalifet - 21-08-2019
Hüseyn Abdullayevin məhkəməsi yenə təxirə düşdü- məhkəməyə gətirilmədi
Sabiq deputat Hüseyn Abdullayev məhkəməsi növbəti dəfə təxirə düşüb. Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası baş tutmayıb. Musavat.com xəbər verir ki, bu gün keçirilməli olan məhkəmə iclasının baş tutmamasına səbəb təqsirləndirilən H.Abdullayevin məhkəməyə gətirilməməsi olub. Sonuncu- iyulun 9-da baş tutan iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub.
Muxalifet - 21-08-2019
Erməni tərəfi Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir - GENERAL İBRAHİM SÜLEYMANOV İSƏ ERMƏNİLƏRƏ DƏSTƏK VERİR...
Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin qüvvələrinin yeni mövqelər tutmasından sonra cəbhə xəttinin necə dəyişdiyi barədə hərbi ekspertlər səviyyəsində polemika davam edir. Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu polemika Azərbaycan, Ermənistan və münaqişədə əsas maraqlı tərəf olan Rusiyanın ekspertləri səviyyəsində aparılır. Rəsmi məqamlar cəbhə xəttinin bu istiqamətində baş verənlərin detallarını açıqlamır.
Muxalifet - 21-08-2019
Azərbaycanda bu avtomobillər ucuzlaşacaq
Bu ilin iyul ayında Azərbaycanın avtomobil bazarında avtomobillərin orta qiyməti 38 817 manat təşkil edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə ekspert Nüsrət İbrahimov məlumat verib.
Onun sözlərinə görə, 2019-cu ilin əvvəlindən avtomobil bazarında qiymətlər 34 faiz artıb:
“Qiymət artımı ilin əvvəlində avtomobil idxalına aksiz vergisinin dərəcəsinin artırılması səbəb olub.
Eyni zamanda, ötən illə müqayisədə avtomobil bazarında fəallığın azalması müşahidə olunur.Muxalifet - 21-08-2019
Gəlinə görə DƏHŞƏTLİ DAVA: 5 nəfər öldürüldü, 8-i isə... - FOTO
Türkiyənin Diyarbəkir vilayətində dəhşətli ailə faciəsi yaşanıb.
Muxalifet.az xəbər verir ki, vilayətin Silvan rayonunda 3 ailənin qarışdığı davada 1-i qadın olmaqla 5 nəfər ölüb, 8 nəfər isə yaralanıb.Muxalifet - 21-08-2019
Adnan Oktar və "kedicik"i polisdən qaçmaq istədi - Şok görüntülər ORTAYA ÇIXDI
Adnan Oktar və onun yaxın əlaltısı Didem Ürerin Kandillidəki villadan əməliyyat öncəsi qaçış görüntüləri ortaya çıxıb.
Muxalifet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həmin görüntülər Adnan Oktarın rəhbəri olduğu təşkilat üzvlərinin saxlanılması məqsədilə 2018-ci ildə Kandillidəki villasında keçirilmiş əməliyyatdan bir neçə dəqiqə əvvələ aiddir.
Villadan qaçan Adnan Oktar və Didem Ürer hüquq mühafizə oraqnlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində saxlanılmışdı.Muxalifet - 21-08-2019