Axtarış

The search found 105785 results in 0.075 seconds.

Search results

  1. ​Aparıcı Çiçək görün hansı məşhurun qızı imiş?!

    Xəzər telekanalının aparıcısı Çiçək veriliş əsnasında maraqlı etiraf edib. Çiçək bəzi vaxtlarda anası Seva xanıma şikayətləndiyini deyib. O, vaxtı ilə anasının bir çoxlarına hörmət etdiyini və bunun əvəzində heç nə qazanmadığını vurğulayıb: "Mənim anam da müğənni olub. Bir çox toya gedib. Orda həmişə musiqiçilərə köməklik edib. İndi də onu görənlər "Ay Seva xanım, sizin vaxtınızda biz yaxşı qazanırdıq, pulumuzu kəsmirdiniz" deyirlər. Nə olsun? İndi nəyi var? Nəyə lazım idi bu?"./open.az/

    Muxalifet - 20-08-2019

  2. Sabah 42 dərəcə isti olacaq

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 33-38, Bakıda gecə 21-23, gündüz 36-38 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 20-08-2019

  3. Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT

    Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 840,2 mln. manat təşkil edib.

    Unikal.org xəbər verir ki, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-iyulayları ilə müqayisədə 1,4% artıb.

    Hesabat dövründə ölkədə 714,1 min ton avtomobil benzini istehsal edilib ki, bu da əvvəlki ilin yeddi ayından 2,3% çoxdur. Bu il avqustun 1-nə 46 min ton hazır məhsul ehtiyatı qalıb.

    Muxalifet - 20-08-2019

  4. Beriya tərəfindən “başı yeyilən komsomol” – Kosarevin 36 yaşda qırılan ömrü

    “Siz yaramaz, əclaf və cinayətkarsınız. Bu cür iyrənc və alçaq əməllərinizlə sovet hökumətini dağıtmağa cəhd edirsiniz. Amma bütün bunlara görə nə vaxtsa cavab verəcəksiniz. Tarix sizin kimi şərəfsiz və xəyanətkar alçaqları heç vaxt bağışlamayacaq...” Bu ifadələr 23 fevral 1939-cu ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının cəmi 15 dəqiqə davam edən iclasındakı Aleksandr Kosarevin sonuncu sözləri olub.

    Muxalifet - 20-08-2019

  5. Nazirlik nəşi tapılan pilotumuzla bağlı rəsmi məlumat yaydı

    Bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.
    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
    Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.
    Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

    Muxalifet - 20-08-2019

  6. "Öldürəcəklərsə, gəlsinlər öldürsünlər...” - Rəşid Mahmudov ƏSƏBİ DANIŞDI

    “Bunların İslam dininə heç bir aidiyyatı yoxdur, xurafatdır, yüzlərlə yalançı hədislər var və onları zorla insanlara “sırıyırlar”.
    Muxalifet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov falçıyla videosu yayılan müğənni Mətanət Əsədovanı da qınayıb:

    Muxalifet - 20-08-2019

  7. Dünyanı HEYRƏTƏ SALAN "körpə qarı"nın qazandığı pullar BAŞ GİCƏLLƏNDİRİR

    Son illər dəb dünyasında müxtəlif trendlər yaranır. Bu maraqlı yeniliklərdən biri də yaşlı modellərdir. Mövzumuza misal olaraq İlon Maskın ən az özü qədər məşhur anası Mey Maskın adını çəkə bilərik.

    Hazırda ən az Mask qədər məşhur olan yaşlı modellərdən biri də Valentina Yasendir.

    Muxalifet - 20-08-2019

  8. “BƏRKGEDƏN OĞLANLAR” KLUBU… – Parlament biznesmenlər üçün “krışa” rolu oynayanda nə baş verir?

    Millətin qaymaqlarının toplanmalı olduğu ali qanunverici orqanımız artıq çoxdandır “bərkgedən oğlanlar” klubuna çevrilib. Burada kimlər yoxdur? Siyahıya baxanda görürsən ki, maşallah… 10-dan 9-u ya iş adamı, biznesmen, ya da yağlı vəzifələr daşımış keçmiş məmurlar – bərkgedənlərdir!

    Muxalifet - 20-08-2019

  9. “Avropanın incisi” və ya “Dumanlı, qəmgin ölkə”: İskit padşahlığından xanlığa doğru ... – KRIMIN QƏDİM TÜRK TORPAĞI OLMASI HAQDA TARİXİ FAKTLAR

    Coğrafi mövqeyinə və əsrarəngiz təbiətinə görə “Avropanın incisi” adlandırılan Krım yarımadası hələ qədim dövrlərdən bir çox dəniz və quru yollarının, ayrı-ayrı xalqların, dövlətlərin və fərqli dinlərin təmas nöqtəsi olmuşdur. Yarımada öz adını türk mənşəli söz olan “qırım”dan (qədim türk dillərində xəndək, kiçik arx, qanov mənasını verir) götürmüşdür. Arxeoloji qazıntılar zamanı Qıyıq Oba və Bağçasaray yaxınlığından aşkar edilən qədim insan düşərgələri Krım yarımadasının antropogenez zonasına aid olduğunu sübut edir.

    Muxalifet4 - 20-08-2019

  10. "Alimliyi də, müğənniliyi də saxtadır" - Elçin Əlibəylidən Lalə Məmmədovaya

    Aparıcı Elçin Əlibəyli Murad Arifin “Popumuz var!” layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, o, bir zamanlar verilişində qalmaqal yaşadığı Maral Tahirqızının müdafiəsinə qalxan Əməkdar artist Lalə Məmmədova barədə sərt fikirlər səsləndirib. E.Əlibəyli sənətçini saxtakarlıqda ittiham edib: “Bəzi “müğənniciklər” Maral Tahirqızını müdafiə etdi. Biri də var, həm müğənnidir, həm “alim”. İnsan hər gün toydadır, mahnı yazdırır, klip çəkdirir, uşaq böyüdür, vaxt tapır bir dəfə boşanır da, üstəlik, elmi məqalalələr də yazıb, elmlər namizədliyini müdafiə edib.

    Muxalifet - 20-08-2019

  11. Elmar Məmmədyarovun yeni evlənən oğlu haqqında bilmədiklərimiz - FOTOLAR

    Xarici işlər naziri Elmar Məmmədyarovun bir gün əvvəl toyu olan oğlu Riyad haqqında bəzi faktlar ortaya çıxıb.
    Muxalifet.az xəbər verir ki, bəzi məmurların xaricdəki var-dövlətini üzə çıxaran araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial mediada onun haqqında bildiklərini yazıb:
    "Bir dəfə yazmışdım, məmur övladlarının içində bəlkə də ən saf olanı Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovdur. Digər nazirlərin, məmurların övladlarından fərqli olaraq biznes, pul dalınca qaçmayıb. Şirkəti filanı da yoxdur.

    Muxalifet - 20-08-2019

  12. ​Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev klip çəkdirdi - Video

    Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev klip çəkdirib.
    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, klipdə N.Nazarbayev dağətəyi ərazilərdə gəzərkən görünür.
    Mahnının sözlərinin müəllifi N.Nazarbayev, bəstəkarı isə Altınbek Korazbayevdir.
    Xatırladaq ki, N.Nazarbayev Qazaxıstana, təxminən, 30 il rəhbərlik etdikdən sonra 2019-cu il martın 19-da dövlət başçısı səlahiyyətlərini təhvil verib.

    Muxalifet - 20-08-2019

  13. Hirkan Milli Parkı YANIR - FOTO

    Lerik rayonunun Yuxarı Təngivan kəndi ilə sərhəddə, Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın baş verib. 

    Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

    Hazırda hadisə yerinə milli parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. 

    Muxalifet - 20-08-2019

  14. Ölkənin ən bahalı şousu “Maşın” növbəti sürəti ilə gəlir

    Azərbaycanın ən reytinqli və bahalı şousu  “Maşın” ekranlara qayıdır. 

    Musavat.com xəbər verir ki, “Maşın” şou oktyabr ayının 1-dən etibarən ATV-də öz tamaşaçılarına möhtəşəm efir həyəcanı yaşadacaq. 18 gün davam edəcək mübarizə ölkənin tanınmış simaları arasında baş tutacaq.

    İştirakçıların siyahısında bir neçə dəfə iştirak etmiş simalara da, ilk dəfə şouya qatılan “təcrübəsiz ulduzlar”a da yer verilib.

    Muxalifet - 20-08-2019

  15. Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah vətənə dönür

    Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah geri qayıdır.
    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
    Məlumata görə, 180 zəvvardan ibarət ilk qrup Vətənə qayıdacaq.
    Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.
    Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

    Muxalifet - 20-08-2019

  16. "Terror və terrorçularla mübarizə "demokratiya sıxışdırılır" məntiqinə uyğun deyil" - POLİTOLOQ

    Elxan Şahinoğlu: "Türkiyədə özünə hörmət edən heç bir siyasətçi PKK-nın gücünün artmasına razılaşmaz" "Bəzi dostlarımız Türkiyənin indiki hakimiyyətindən və cümhurbaşqanından xoşları gəlmir deyə 3 şəhərin bələdiyyə başçısının işlərindən uzaqlaşdırılmasını sərt təndiq edir və bunu demokratiyaya müdaxilə adlandırırlar". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

    Muxalifet - 20-08-2019

  17. Qobuda silahlı insident – Tapança ilə 2 dəfə atəş açdı

    Qobu qəsəbəsində silahlı insident baş verib.
    Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakinləri E.Əbdülkərmov və N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb.
    Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əbdülkərmov saxlanılıb və ondan 1 ədəd “Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.
    Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

    Muxalifet - 20-08-2019

  18. “Azərbaycan diversantları o vaxt bizim bir postumuzu ələ keçirdi...” - KƏŞFİYYAT RƏİSİ OLMUŞ GENERAL KARAPETYAN

    Ermənistanın 1in.am saytı Baş qərargahın kəşfiyyat idarəsinə 10 il başçılıq etmiş general Arşak Karapetyanın 2008-ci il 1 mart hadisələrinə dair istintaqa şahid qismində verdiyi ifadəni dərc edib.

    Virtualaz.org xəbər verir ki, Ermənistan ordusunun 2016-cı ilin aprel döyüşlərində aldığı zərbələrə görə Serj Sərkisyan tərəfindən işdən çıxarılan, lakin hazırda baş nazir Paşinyanın müşaviri olan general Karapetyan həmin hadisələr zamanı Azərbaycanla cəbhə xəttindən qoşunların çıxarılıb Yerevana göndərilməsindən danışıb.

    Muxalifet - 20-08-2019

  19. Türkiyədə FETÖ-çü polislər həbs olundu

    Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, İzmir prokurorluğu "ByLock" şifrəli messencerindən istifadə edən, eləcə də terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin həbsinə qərar verib.

    Polis İdarəsinin mütəşəkkil cinayətlərlə mübarizə şöbəsinin keçirdiyi əməliyyat zamanı vəzifədə olan komissar köməkçisi, xidmətdən xaric edilən komissiar müavini və polis məmurları daxil olmaqla 18 şübhəli şəxs saxlanılıb.

     

    Muxalifet - 20-08-2019

  20. DİN Babək prospektindəki hadisə ilə bağlı məlumat yaydı

    Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Muxalifet.az nazirliyə istinadən xəbər verir ki, avqustun 19-da saat 16 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini M.Nağıyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Abbas Vəliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.

    Muxalifet - 20-08-2019

Pages