Axtarış

The search found 105785 results in 0.085 seconds.

Search results

  1. Rusiya FTX-sı Azərbaycan vətəndaşı olan qadını saxladı - 3 MİLYON NAĞD PULLA

    Federal Təhlükəsizlik Xidmətinin (FTX) Dağıstan üzrə Sərhəd İdarəsi digər yerli xüsusi xidmət orqanlarının və gömrük əməkdaşlarının iştirakı ilə Tagirkent - Kazmalyar avtomobil keçid məntəqəsində bir Azərbaycan vətəndaşı olan qadını saxlayıb.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qadın Rusiya Federasiyası ərazisinə üç milyon rubldan çox pul keçirməyə çalışıb. Bildirilir ki, pul deklarasiyada bəyan edilməyib.

    Muxalifet4 - 20-08-2019

  2. Putinlə Makron Qarabağı müzakirə etdi - PESKOV AÇIQLAYIB...

    Ötən gün Fransada səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə bu ölkənin prezidenti Emmanuel Makron arasında danışıqlar gecə yarısına qədər davam edib.

    Bu haqda jurnalistlərə Putinin mətbuat katibi Dmitri Peskov danışıb.

    “Danışıqlar həm təkbətək formatda, həm iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə aparıldı. Habelə prezidentlər bir-biri ilə söhbət edərkən iki xarici işlər nazirləri yanında beynəlxalq işlər üzrə köməkçilər səviyyəsində ayrıca təmaslar oldu”,-Peskov deyib.

    Muxalifet4 - 20-08-2019

  3. Rus polkovnikinin rəhbərlik etdiyi dəstə Türkiyədən 2 milyonluq yaxta qaçırdı

    Moskvada Marmarisdə "Ghost 3" gəmisini oğurlamaqda şübhəli bilinən kapitan tutulub.

    Türkiyə mətbuatı xəbər verir ki, 2 milyonluq dəyəri olan gəminin qaçırılmasına Rusiya Dəniz Donanmasının sabiq polkovniki Oleq Popilov rəhbərlik edib.

    Muxalifet4 - 20-08-2019

  4. Nabranda məşhur istirahət mərkəzində FACİƏ - 38 yaşlı kişinin meyiti tapıldı

    Xaçmaz rayonunda yerləşən istirahət mərkəzində meyit tapılıb.

    "El Faro" istirahət mərkəzində Siyəzən rayon sakini 38 yaşlı İsgəndər Orucovun meyiti aşkar edilib.

    Onun ölümünün səbəbləri araşdırılır.(Report)

    Muxalifet4 - 20-08-2019

  5. Putin Makronun arvadına tərif yağdırdı - VİDEO

    Sizin çox qəşəng üz rənginiz var.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fransada prezident Emmanuel Makronla görüşü zamanı birinci ledi Bricit Makrona deyib.

    Görüş zamanı Putin Bricit Makrona gül dəstəsi verib və ona təriflər yağdırıb.

    Daha sonra onlar birlikdə foto da çəkdiriblər.

    Muxalifet4 - 20-08-2019

  6. Yəhudi mühəndis İsa peyğəmbərin qardaşının qalıqlarını tapdı - FOTO

    Bəzən arxeoloji qazıntılar əsrlər boyu doğru bilinən tarixi faktların yanlış olduğunu üzə çıxarır.

    Məsələn son illərin ən qalmaqallı qazıntılarından sonra İsa peyğmbərin qardaşı Ossuari Yakov haqda bəzi məlumatlar yayılıb. Lakin alimlər hələ də qutudakı sümük tapıntılarının İsanın qardaşına aid olub-olmadığını dəqiq deyə bilmirlər.

    Muxalifet4 - 20-08-2019

  7. Binəqədidə oğurluq və soyğunçuluqla məşğul olan şəxslər saxlanıldı - ƏMƏLİYYAT

    Binəqədi rayonunda oğurluq və soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun iyulun 25-də və 27-də rayondakı iki avtomobildən pul, sənəd və kosmetik əşya oğurladığı da müəyyənləşdirilib.

    Muxalifet4 - 20-08-2019

  8. İcra başçısının var-dövləti ilə bağlı prezidentə müraciət edildi - SİYAHI

    Ağdaş rayonunun bir qrup sakini prezident İlham Əliyevə müraciət edib.
     
    Muxalifet.az
    xəbər verir ki, bu barədə "Yeni Sabah”a daxil olan sakinlərin ərizəsində onlar icra başçısı Tofiq İbrahimovdan şikayət ediblər. Onlar başçının kəndlərdə torpaq sahələrini ələ keçirdiyini, örüş yerlərini zəbt olunduğunu bildiriblər.
     

    Muxalifet4 - 20-08-2019

  9. Azərbaycan ordusuna məxsus təyyarənin qəzaya uğramasına nə səbəb ola bilərdi? - TƏHLİL

    İtkin düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-29 qırıcısı və pilotun nəşi tapılsa da qəzanın səbəbləri barədə məlumat verilmir.

    Hadisədən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də qəzanın səbəbləriylə bağlı rəsmi məlumatın olmaması cəmiyyətdə müxtəlif iddiaların müzakirəsinə səbəb olub.

    Muxalifet4 - 20-08-2019

  10. Sabiq prezident məhkəməyə çıxarıldı - FOTO

    Xartumda Sudanın sabiq prezidenti Ömər Əl-Bəşirin korruspiya ittihamları üzrə məhkəməsi davam edir. O, dörd ay öncə ordu tərəfindən vəzifədən devrilib. Bəşir bazar ertəsi məhkəmə zalına mühafizəçilər tərəfidən gətirilib. Orada bir detektiv ifadə verərkən bildirib ki, Bəşir müstəntiqlərə Səudiyyə Ərəbistanından milyonlarla dollar nağd pul aldığını etiraf edib. Ötən ay 30 illik hakimiyyətdən sonra devrilən Bəşir qanunsuz xarici valyutaya sahib olmaq və qeyri-qanuni şəkildə hədiyyələr almaqda ittiham olunur. Xartumun bir çox sakini məhkəmə prosesindən razı deyil.

    Muxalifet4 - 20-08-2019

  11. Çimərlikdən 40 kilo qum oğurladılar, 6 illik həbs cəzası aldılar

    İtaliyanın çimərlikləri ilə məşhur olan Sardinya adasından oğurladıqları 40 kilo qumla saxlanılan bir fransız cütlüyün 6 ilə qədər həbs cəzası ala biləcəyi qeyd edilir. Türkiyə mediası xəbər verir ki, adı açıqlanmayan cütlük Çia çimərliyindən şüşələrə doldurduqları qumları xatirə olaraq yanlarında aparmaq istədiklərini və bunun cinayət olduğunu bilmədiklərini söyləyib. Polislər isə çimərliklərdə fərqli dillərdə xəbərdarlıq lövhələrinin yerləşdirildiyini, bu səbəbdən də cütlüyün özünü yalandan bilməzliyə vurduğunu deyib.

    Muxalifet4 - 20-08-2019

  12. Sərnişinləri girov götürən şəxsin güllələnmə anı - Video

    Braziliyanın Rio de Janeyroda sərnişinlərin olduğu avtobusu ələ keçirən şəxs polis tərəfindən zərərsizləşdirib, bütün girovlar sərbəst buraxılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
    Yayılan videoda bir şəxsin avtobusdan çıxaraq polislərə tərəf çanta tulladığı anda arxadan vurulduğu görünür.
     

    Muxalifet3 - 20-08-2019

  13. DGK-dan Rusiyaya gedən sürücülərin iddialarına CAVAB

    Ötən gün sosial şəbəkələrdə yayımlanan videoreportajda Azərbaycandan Rusiya Federasiyasına sərnişin avtobusları ilə yük və sərnişin daşıyan bir qrup sürücü tərəfindən Dövlət Gömrük Komitəsinə qarşı əsassız ittihamlar irəli sürülüb.

    Muxalifet3 - 20-08-2019

  14. ​Baş nazir istefaya gedir: DİN rəhbərinə İTTİHAM

    İtaliyanın Baş Naziri Cüzeppe Konte istefa verəcəyini elan edib.
    Muxalifet.az xəbər verir ki, o, rəhbərlik etdiyi hökumətin fəaliyyətinin başa çatdığını bildirib.
    Baş Nazir rəsmi istefa ərizəsini yaxın zamanda Prezident Serco Matarellaya təqdim edəcək.
    O, həmçinin Daxili İşlər naziri və Baş Nazirin müavini Matteo Salvinini siyasi məsuliyyətsizlikdə və öz maraqlarını güdməkdə ittiham edib.
     

    Muxalifet3 - 20-08-2019

  15. Yunanıstanda helikopter qəzası: 3 nəfər öldü

    Yunanıstanın Poros adasına yaxın ərazidə helikopter elektrik naqillərinə dəyərək qəzaya uğrayıb.
    Muxalifet.az  xəbər verir ki, qəza nəticəsində göyərtədə olan 3 nəfər həlak olub.
    Axtarışlar nəticəsində hələ ki, yalnız pilotun cəsədi tapılaraq sudan çıxarılıb.
    Digər 2 nəfərin axtarışları davam etdirilir.
     

    Muxalifet3 - 20-08-2019

  16. Məhkəmə Atambayevin həbsini qanuni saydı

    Bişkekin Bir May Rayon Məhkəməsi eks-prezident Almazbek Atambayevin həbsini qanuni sayıb.

    “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə keçmiş prezidentin vəkili Sergey Slesarev bildirib. Slesarev məhkəməyə Atambayevin həbsinin qanunsuz olması ilə bağlı şikayət versə də, onun şikayəti təmin olunmayıb.

    Qeyd edək ki, Atambayev hazırda Milli Təhlükəsizlik Komitəsində saxlanılır.

    Muxalifet4 - 20-08-2019

  17. Rusiya və Çin ABŞ-a görə hərəkətə keçdi - TƏCİLİ İCLAS

    Rusiya və Çin ABŞ-ın raket sınaqlarına görə BMT-nin Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib. Muxalfet.az TASS agentliyinə istinadən xəbır verir ki, bu haqda Rusiyanın BMT-dəki daimi nümayəndəsinin səlahiyyətlərinin müvəqqəti icraçısı Dmitri Polyanski məlumat verib. Qeyd edilir ki, növbədənkənar iclas avqustun 21-də axşam saatlarında keçirilməlidir. Qeyd edək ki, ABŞ bazar günü Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə daha əvvəl qadağan edilmiş yerüstü qeyri-nüvə qanadlı raketi sınaqdan keçirib.

    Muxalifet - 21-08-2019

  18. Qabil Hüseynli ÇAĞIRIŞ ETDİ: Pilotun dəfninə gəlməyin!

    “Müxtəlif siyasi partiya üzvlərindən və siyasi qruplardan sabah keçiriləcək vida mərasiminə qatılmamağı xahiş edirik”.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında pilot R.Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib. O, R.Atakişiyevlə vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusunda olan şəxslərə müraciət ünvanlayıb:

    Muxalifet - 21-08-2019

  19. GÖMRÜKLƏ BAĞLI BÖYÜK QALMAQAL: Rəis iş adamlarını söyür - ŞOK VİDEO

    Bir qrup sürücü “Samur” gömrük postunda qarşılaşdıqları problemlərə etiraz ediblər. Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, şikayətçilər davamlı olaraq əsassız yoxlamalara məruz qaldıqlarını, keçid məntəqəsinin rəisinin onlarla söyüşlə danışdıqlarını bildiriblər: “Orada Allahverdi müəllim var, bizə elə söyüşlər verir ki, deyiləsi deyil. Elə bil reketdirlər. Sutkalarla qalmalı oluruq. Bizə elə zülm edirlər ki, bunu Allah da götürməz Prezident deyir ki, məmurlar xalqa xidmət etməlidirlər. Amma bizə gömrük işçiləri problemlər yaradırlar”.

    Muxalifet - 21-08-2019

  20. Bu qurum büdcədən maliyyələşəcək - Novruz Məmmədovdan ƏMR

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında qərara dəyişiklik edilib.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

    Muxalifet - 21-08-2019

Pages