Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. Avropa Liqasında gecənin nəticələri

    Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.

    Turnirdəki təmsilçimiz "Qarabağ"ın oyunu ilə birgə 21 matç keçirilib. Ağdam təsmilçisi Şimali İrlandiyada səfərində "Linfild"lə qarşılaşıb və gözlənilmədən 2:3 hesabı ilə uduzub.

    Türkiyənin "Trabzonspor" klubu isə Yunanıstanda AEK-in qonağı olub. Matç türklərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

    Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb.

    22 avqust

    Avropa Liqası

    Pley-off mərhələsi, ilk oyunlar

    Muxalifet - 23-08-2019

  2. Akşener Əbülfəz Elçibəylə fotosunu paylaşıb, belə yazdı – “Dəyərli böyüyüm….”

    İYİ Partiyanın lideri Meral Akşener Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı “Twinter”də maraqlı paylaşım edib.

    Muxalifet.az Strateq.az-a istinadən xəbər verir ki, o, Elçibəylə vaxtı ilə çəkilmiş fotosunu da şərhinə əlavə edərək, yazıb:

    “Azərbaycanın müstəqillik mücadiləsinin öndəri, örnək dava adamı, Türklük üçün apardığı mübarizə ilə daima gələcək nəsillərə ilham verəcək dəyərli böyüyüm Əbülfəz Elçibəyi vəfat ildönümündə hörmət, rəhmət və həsrətlə anıram”.

    Muxalifet - 23-08-2019

  3. Bakıda DƏHŞƏT: bahalı avtomobil belə aşdı - FOTO

    Bakıda ağır yol qəzası baş verib. Muxalifet.az xəbər verir ki, Sabunçu rayonu ərazisində - köhnə Komsomol dairəsi kimi tanınan ərazidə "BMW markalı ikiqapılı idman avtomobili sürücünün idarəetməsindən çıxıb. Yolun kənarına aşan avtomobilin sürücüsü çoxsaylı xəsarətlər alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bildirilir ki, hadisəyə səbəb gecə saatlarında avtomobilin yüksək sürətlə manevr etməsi olub. Araşdırma aparılır.

    Muxalifet - 23-08-2019

  4. "Taxta bazarı"ndakı yanğında xəsarət alan FHN əməkdaşlarının SON DURUMU

    Paytaxtın Nərimanov rayonundakı "Taxta bazarı" kimi tanınan ərazidə baş verən yanğınla əlaqədar xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb.
    Bu barədə Muxalifet.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
    Məlumatda bildirilir ki, hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının vəziyyətləri tam normallaşdığından xəstəxanadan buraxılıb. Hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət yoxdur.

    Muxalifet - 23-08-2019

  5. DİM müraciət etdi: Bu gün SON GÜNDÜR

    Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərə müraciət edib.
    DİM-dən verilən məlumatda bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.
    Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

    Muxalifet - 23-08-2019

  6. Hacıqabuldakı ağır qəzada yaralanan 8 nəfərin kimliyi bilindi - ADLAR

    Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.
    Şahidlərin dediyinə görə, mikroavtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfər xəsarət alıb. Hadisə yerinə Şirvan və Hacıqabul "təcili yardım" maşınları cəlb olunub. Yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyəti də artıq məlumdur.

    Muxalifet - 23-08-2019

  7. Azərbaycanda FACİƏ - Qonşu qızla oğlan intihar etdi

    Bu gün axşam saatlarında Bərdənin Qasımbəyli kəndində iki gənc intihar edib.
    Muxalifet.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü İlyasov Tural Xəqani oğlu özünü bıçaqlayıb.
    Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.
    Eyni vaxtda həmin kənddə yaşayan 2000-ci il təvəllüdlü Əliyeva Bahar Əhliman qız isə özünü asıb. İntihar edən şəxslərin Qasımbəyli kəndində qapıbir qonşu olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır

    Muxalifet - 23-08-2019

  8. Bakıda “Range Rover” parka girdi - VİDEO

    Bakıda baş verən dəhşətli qəza kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, 10 DA 002 dövlət nömrə nişanlı, “Range Rover” markalı avtomobil sürətlə hərəkət etdiyi zaman idarəetməni itirərək parka girir. Zərbənin gücündən parkın ətrafına çəkilmiş dəmir hasar uçur. İşıq dirəyinə çırpılan avtomobil onu aşırdır. Ərtafı toz-duman bürüyür.

    Görüntüləri təqdim edirik. Qeyd edək ki, qəza iyul ayının 25-də baş verib.

    Muxalifet - 23-08-2019

  9. Rusiya və Suriya Türkiyə konvoyunu bombaladı - Dəhşətli MÜHARİBƏ İLƏ ÜZ-ÜZƏ

    Əsədin ordusu İdlib vilayətinin cənubundakı Xan Şeyxun şəhərini tam nəzarətə götürüb. Şam-Hələb yolu (M-5 şossesi) üzərində nəzarət bərpa olunub və nəticədə Türkiyə ordusunun Xan Şeyxunun cənub istiqamətində yerləşən Morek qəsəbəsindəki 9 saylı müşahidə məntəqəsi mühasirəyə düşüb.

    Muxalifet - 23-08-2019

  10. Azərbaycan tərəfə keçən erməni əsgərin qardaşı danışdı - “ZABİTLƏRLƏ PROBLEMİ OLUB...”

    İşğal altındakı Azərbaycan ərazilərində, təmas xəttinin Füzuli-Xocavənd istiqamətində dislokasiya olunmuş erməni hərbi hissəsinin 19 yaşlı əsgəri, avqustun 12-də Azərbaycan tərəfə keçən Araik Kazaryanın qardaşı onun zabitlərlə probleminin olduğunu deyib. Virtualaz.org xəbər verir ki, hazırda Ermənistan ordusunda müqavilə əsasında xidmət keçən Armen Kazaryan “Aykakan jamanax” qəzetinin əməkdaşı ilə söhbətində həmin informasiyanı ona Beynəlxalq Qırmızı Xaç təşkilatından verdiklərini bildirib.

    Muxalifet - 23-08-2019

  11. "Anadolu" agentliyi: “Bəşər Əsəd Xan Şeyxunu ələ keçirdi”

    İranla Rusiyanın muzdlu qoşunlarından dəstək alan Əsəd rejimi Astana və Soçi razılaşmalarına rəğmən Xan Şeyxun bölgəsini ələ keçirib.

    Musavat.com bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.

    Rejim qüvvələri ötən gün qərb istiqamətindən əraziyə daxil olaraq Nimr və Fakir nöqtələrini mühasirəyə almışdı. Əsəd rejimi Xan Şeyxunu ələ keçirərək bir sıra strateji möqelərin də nəzarətinə sahib olub.

    Rusiya Əsəd rejimi və İran qüvvələrinə havadan dəstək verib.

    Muxalifet - 23-08-2019

  12. “RƏŞAD DEYİRDİ Kİ, GECƏLƏR QUŞ OLMUR…” - Ailə üzvləri mərhum pilotun danışıqlarını xatırlayır

    Azərbaycan HHQ-nin iyulun 24-də qəzaya uğramış və sahildən 17 km məsafədə dənizə düşmüş MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin cəsədi avqustun 20-də tapıldı və səhəri gün mərhum böyük törənlə torpağa tapşırıldı. Bildirək ki, Rəşad Atakişiyev Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb. İkinci kursda oxuyanda ilk dəfə ixtisaslaşma tətbiq olunur və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olur. Seçilmiş 35 nəfərlə birgə təhsil alır, ancaq diplom alan cəmi 5 nəfərdən biri olur.

    Muxalifet - 23-08-2019

  13. Mətanətin videosu yayıldığı molladan ŞOK AÇIQLAMA:"Allah Əlikram Hümbətova lənət eləsin" - VİDEO

    Son günlər mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusunda olan Lerikdə yaşayan molla DƏDƏ Hacı Məmməd Səfanın videosu yayılıb. Oxu24.com xəbər verir ki, aparıcı və aktyor Sərxan Kərəmoğlu baxıcının evindən reportaj yayımlayıb. Hacı Məmməd Səfa müsahibəsində qeyd edib ki, qazancı hesabına yaşadığı əraziyə yol çəkdirib, məscid tikdirib. O, müsahibəsində siyasi məsələlərə də münasibət bildirib. H.Səfa qeyd edib ki, müasir Azərbaycanı yaradan Heydər Əliyev olub. "Heydər Əliyev olmasaydı Azərbaycan İranın tapdağı altında qalmışdı.

    Muxalifet - 23-08-2019

  14. Ermənistanda hərbi yük maşını aşdı - 11 hərbçi yaralandı

    Ermənistanın Tavuş vilayətində avqustun 23-nə keçən gecə ağır yol qəzası baş verib. Unikal.org Ermənistan KİV-inə istinadən xəbər verir ki, saat 03:30-da Baqanis kəndi ərazisində "QAZ 66" markalı yük maşını aşıb. Yük maşınında olan müqavilə üzrə xidmət edən 11 hərbçi yaralanıb. Onlar Noyemberyan xəstəxanasına aparılıblar.

    Muxalifet - 23-08-2019

  15. Yunanıstanın baş naziri: “Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm”

    Yunanıstanın baş naziri Kiriakos Miçotakis Türkiyənin Yunanısatn üçün önəmli bir qonşu və NATO ortağı olduğunu bildirib.

    APA-nın Türkiyə bürosunun xəbərinə görə, Kiriakos Miçotakis köçkünlərin problemlərinin həllində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə çalışmağı səbirsizliklə gözlədiyini vurgulayıb.

    Muxalifet - 23-08-2019

  16. "Nar" müştəri loyallığı indeksinə görə liderdir

    “Nar”,2019-cu ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətlər barədə açıqlama edib. Mobil operatorun təqdim etdiyi tariflər və qiymətlərin sərfəli olması, baza stansiyalarının sayının sürətlə artımı, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti sayəsində “Nar”-ın abunəçi bazası çoxalıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazası 13% artıb. Hazırda mobil operatorun istifadəçilərinin sayı 2,3 milyona yaxınlaşıb.
     

    Muxalifet4 - 23-08-2019

  17. Bakıda restoranda inanılmaz görüntülər - Hovuza girib GÖRÜN NƏ ETDİLƏR - VİDEO

    Bu günlərdə Bakıdakı restoranlardan birində baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, restoranda keçirilən şənlik zamanı bir neçə kişi salonun ortasındakı hovuza tullanıb. Onlar aşıq havasının sədaları altında rəqs etməyə başlayıblar.
    Məclis iştirakçıları onların bu hərəkətini lentə alıb.

    Muxalifet - 23-08-2019

  18. Kənd Təsərrüfatı Nazirliyi nə işlə məşğul olur... - PROBLEMLƏRDƏN ÇIXIŞ YOLLARI

    Bəyənmədiyimiz sovet dövründə təsərrüfat sahələrində istifadə edilən miniral kübrələrin böyük bir qismi demək olar ki, Azərbaycanda istehsal olunurdu. Çox az növdə gübrələr başqa ölkədən gətrilirdi. Təsərrüfat sistemi dağıdılandan sonra kübrə təsərrüfatları da sıradan çıxdı. Sonradan bəzi rayonlarda kübrə zavodları açsalar da, görünən odur ki, bu zavodlar təlabatı ödəmir. Xaricidən gətirilən kübrələrin tərkibi kimyəvi maddələrlə zəngindir və buna görə də çoxu təhlükəli hesab olunur.

    Muxalifet4 - 23-08-2019

  19. Aleksey Navalnıy azadlığa buraxılıb

    Rusiyada müxalifət lideri Aleksey Navalnıy azadlığa buraxılıb.

    APA-nın xəbərinə görə, bu barədə müxalifət liderinin mətbuat katibi Kira Yarmiş “Twitter” səhifəsində məlumat verib.

    Qeyd edək ki, Aleksey Navalnıy Rusiyada gələn ay keçiriləcək yerli seçkilərdə müxalifətdən olan namizədlərin qeydiyyata alınmaması ilə əlaqədar Moskvanın mərkəzində insanları nümayişlər keçirməyə çağıraraq qanunları pozmaq da ittiham olunaraq, 30 sutkalıq həbs edilmişdi.

    Muxalifet - 23-08-2019

  20. "Ölmək istəmirəm..." - Kafedə boğazından bıçaqlanan qadının son anları - VİDEO

    Avqust ayının 18-də törədilən cinayət hadisəsinin görüntüləri əldə olunub.
    Görüntülərdə boğazından bıçaqlanan qadının azyaşlı qızının gözü qarşısında fəryad etməsi əks olunub.
    Qadın "ölmək istəmirəm", - deyə qışqırarkən, qızı "ana, nə olar, ölmə", - deyə yalvarıb. Həmin anın videosu sosial şəbəkələrdə yayılıb, geniş müzakirə olunub.

    Muxalifet - 23-08-2019

Pages