Axtarış
The search found 105785 results in 0.043 seconds.
Search results
Baş Mühafizə İdarəsində yeni təyinatlar – Arif Alışanovun qardaşı işdən çıxarılıb
Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub. APA-nın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin katibliyinin rəisi, polis polkovniki Kamil Abbasov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi Vüsal Məmmədov təyinat alıb.
Muxalifet - 24-08-2019
Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı - SİYAHI - FOTOLAR
Baş nazir müavini mer olduğu illərdə qohumları ilə yaxın adamlarının adına saysız-hesabsız bina və obyekt rəsmiləşdiribmiş...
Bir neçə gün əvvəl Baş Nazirin müavini Əli Əhmədov Kənd Təsərrüfatı naziri İnam Kərimovla birlikdə paytaxtdakı "Yaşıl bazar"da qiymətlərlə maraqlanıblar. Rəsmilər bazardakı qiymətlərin baha olduğunu bildiriblər.
“Yayın ortasında kartofun qiyməti 2 manat olmaz”, – deyə Əli Əhmədov bildirib.Muxalifet - 24-08-2019
İşğal edilmiş ərazilərə bu statusun verilməsi... - Moskvada hazırlanan QORXUNC SSENARİ
Donbasa xüsusi statusun verilməsi Moskvanın istədiyi hadisələr zəncirinə gətirib çıxaracaq. Muxalifet.az publika.az-aistinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin lideri olduğu “Xalqın xidmətçisi” partiyasından seçilmiş deputat Daniil Qetmansev “NewsOne” telekanalının efirində bildirib. “Biz bununla presedent yaradırıq və ölkə daxilində bu münaqişəni inkişaf etdiririk. Və bu, yolu heç yerə aparmayacaq. Bu, Rusiyanın bizimlə manipulyasiya edərək şüurlu olaraq buraxdığı hadisələr zənciridir”, - Qetmansev deyib.
Muxalifet - 24-08-2019
Moskva aeroportlarında nə baş verir? - 40-DAN ÇOX REYS TƏXİRƏ SALINIB VƏ YA LƏĞV EDİLİB
Şənbə günü Moskva aeroportlarında 31 reys təxirə salınıb və 12 reys ləğv edilib.
Bu barədə yerli KİV "Яндекс.Расписание" xidmətinə istinadən məlumat yayıb.
Xidmətin məlumatına görə, yerli vaxtla saat 07:45-dək “Vnukovo” aeroportunda 6 reys təxirə salınıb, 2-si ləğv edilib. “Domodedovo” hava limanında isə 25 reys təxirə düşüb, daha 10 reys ləğv olunub.
AzərTAc xatırladır ki, Rusiya paytaxtının hava limanlarında yaranmış problemin səbəbləri barədə məlumat verilmir.
Muxalifet - 24-08-2019
Rasim Balayev: "Paşinyan hər dəfə Qarabağa gələndə özümü alçalmış kimi hiss edirəm - "Onun ağızını... lazımdır, vəssalam!"
"Ermənistanın baş naziri Nikol Paşinyan hər dəfə Qarabağa səfər edəndə özümü alçalmış kimi hiss edirəm. Adamın milli heysiyyatına toxunur. Onun cavabı verilməlidir".
Muxalifet.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanın Xalq artisti, görkəmli aktyor Rasim Balayev bildirib.
Rasim Balayev deyib ki, Nikol Paşinyan Azərbaycan torpaqlarında özünü çox sərbəst aparır:Muxalifet - 24-08-2019
Məşhur iş adamı Bakıxanovdakı restoranını təcili satışa çıxardı
İş adamı Füzuli Fərəcova məxsus Bakıxanov qəsəbəsində yerləşən məşhur “Mohito” restoranı satışa çıxarılıb.
Muxalifet.az "Axar.az"a istinadən xəbər verir ki, iş adamına məxsus restoran və restoranın digər mərtəbələrində yerləşən PUB, Çay evi, Karaoke klub, Avto servisin satışı ilə bağlı elan “Emlak.az” saytında yerləşdirilib.
Ümumi sahəsi 2500 kvadrat metr olan 4 mərtəbəli obyekt sahibi tərəfindən satışa təqdim edilib. Bu günə qədər icarədə olan obyekt hazırda bütün əşyaları ilə birgə satılır.
Muxalifet - 24-08-2019
Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı
Bir müddət əvvəl “Relax” İstirahət Mərkəzindəki insidentlə gündəmə gələn və barəsində həbs qətimkan tədbiri seçilən millət vəkili İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının yeni görüntüləri yayılıb. Muxalifet.az xəbər verir ki, jurnalist Eynulla Fətullayevin sosial şəbəkədə yaydığı videoda Mirhəmid Nərimanlının Türkiyə mediasına iş həyatı barədə danışır: /Modern.az/
Muxalifet - 24-08-2019
Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI
Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,0 faiz bahalaşıb.
Muxalifet - 24-08-2019
Türkiyə İraqda "Pəncə- 3" əməliyyatına başladı
İraqın şimalında yerləşən Sinat-Haftanin bölgəsində "Pəncə-3" hərbi əməliyyatı başlayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 23-də terrorçuların bölgədəki mağara və sığınacaqlarını məhv etmək məqsədi ilə "Pəncə-3" adlı əməliyyata start verilib. Hazırda əməliyyatlar uğurla davam etdirilir.
Muxalifet - 24-08-2019
Qadın ərindən boşanmaq istədi - Səbəbi hər kəsi ŞOKA saldı
Birləşmiş Ərəb Əmirliklərində qadın ərinin onu “çox sevdiyi” üçün boşanır.
Muxalifet.az xəbər verir ki, Qadın Əl-Fujairə əmirliyinin şəriət məhkəməsində iddia açıb. Qadın hakimə bildirib ki, “ərinin sevgisi onu boğur”.
“O, heç vaxt mənə qışqırmayıb, heç nədə imtina etməyib”, – BƏƏ sakini etiraf edib. Onun sözlərinə görə, həyat yoldaşı bəzən onun üçün yemək hazırlayıb və evi təmizləyib.
Lakin qadını ən çox qıcıqlandıran ərinin evli olduqları müddətdə ona bir dəfə də olsa cavab qaytarmamağı olub.Muxalifet - 24-08-2019
Deputatdan Elmar Məmmədyarovun erməni həmkarı ilə fotosuna REAKSİYA: "Allah daha da mehriban etsin!"
Milli Məclisin deputatı Aqil Abbas Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bir neçə ay əvvəl erməni həmkarı Zöhrab Mnatsakanyanla görüş zamanı səmimi söhbət etməsindən danışıb.
Aqil Abbas Demokrat.az-a açıqlamasında Elmar Məmmədyarovun bu cür hərəkətlərini Azərbaycan dövlətinin adına yaraşdırmadığını bildirib:
"Onlar hər dəfə çox mehribancasına görüşüb öpüşürlər. Allah onları daha da mehriban etsin! Yaxşı olar ki, onlar bir yerdə çəkdirdikləri fotoları böyütdürüb başlarının üzərinə də vursunlar".Muxalifet - 24-08-2019
"Azəriqaz" əməkdaşları istirahət günlərində də işləyəcək
Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İstehsalat Birliyinin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələrinə zərurət yaranıb.
İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, artan abonent müraciətlərini operativ cavablandırmaq üçün birliyin kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub.Muxalifet - 24-08-2019
10 MANATLIQ ŞİRKƏTLƏ 1.6 MİLYONLUQ MÜQAVİLƏ – Qanun pozuntusu
Dövlət şirkəti “AzerGold” QSC Çovdar filiz emalı sahəsi üçün mal və vəsaitlərin təchizatına dair müqaviləni “Gravity Ltd” özəl şirkətilə bağlayıb. Bu, tərəflər arasında bu il imzalanmış ikinci müqavilədir. 1 milyon 649 min 367,5 manat (970,2 min dollar) məbləğində müqavilə iyulun 10-da bağlanıb. Lakin onunla bağlı məlumat Dövlət Satınalmaları Reyestrində yalnız bu gün yerləşdirilib. Baxmayaraq ki, tender yolu ilə həyata keçirilən dövlət satınalmaları dərhal Dövlət Satınalmalarının Vahid Internet Portalı vasitəsilə açıqlanmalıdır.
Muxalifet - 24-08-2019
SON DƏQİQƏ: Abel Məhərrəmovun kürəkəni VƏFAT ETDİ
BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni Azər Sadıqov Türkiyədə vəfat edib.
Mərhumun yaxınlarının verdiyi məlumata görə DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinin 48 yaşlı rəisi Azər Sadıqovun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur. Bir müddət əvvəl səhhətində yaranan problemlər səbəbindən Türkiyəyə aparılan A. Sadıqovun əməliyyata daxil olmadan vəfat etdiyi qeyd olunur. Mərhum sabah Bakıda dəfn olunacaq.Muxalifet - 24-08-2019
Tiflis Avropadan yardım istədi: "Rusiyanı razı salın ki..."
Beynəlxalq tərəfdaşlarının işğal məsələsində Gürcüstana yardımı mütləqdir.
Axar.az xəbər verir ki, bunu Litvada çıxışı zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. Onun sözlərinə görə, bu yardım özünü Rusiya ilə mövcud olan danışıqlar formatında özünü göstərməlidir:
Muxalifet - 24-08-2019
"Kişilər qadınlarla üç şeyi edə bilər"
Aktrisa Oksan Rəsulova İnstaqram paylaşımındakı sözləri ilə diqqət cəlb edib.
Axşam.az xəbər verir ki, o, məkanların birində çəkdirdiyi qırmızı libasdakı fotosuna “Kişilər qadınlarla üç şeyi edə bilər: Onları sevmək, əzab çəkmək və ədəbiyyata çevirmək” sözlərini yazıb.
Qadınlar isə sənətçinin bu şərhini cavabsız qoymayıb, ona onlarla rəy yazıblar.Muxalifet - 24-08-2019
Təranə Qumralın qızı göl kənarında belə görüntüləndi - VİDEO
Müğənni Təranə Qumralın qızının paylaşdığı yeni videosu müzakirələrə səbəb olub.
Demokrat.az xəbər verir ki, Qumral həyat yoldaşı Natiq ilə göl kənarında oturub.
Cütlüyün səmimi görüntüləri sosial şəbəkədə paylaşılıb.Muxalifet - 24-08-2019
Bakıda narkobaronlara qarşı ƏMƏLİYYAT - "Bibixanım" tutuldu - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə xüsusi əməliyyat həyata keçirilib.
Muxalifet - 24-08-2019
Türkiyənin İraqda başladığı əməliyyatın 4 hədəfi – Politoloq şərhi
Türkiyə ordusunun dünən axşamdan İraqın şimalında başladığı növbəti “Pəncə 3” hərbi əməliyyatının bir neçə məqsədi var.
Bu əməliyyatı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərh edib. Onun sözlərinə görə, bu əməliyyatla terrorçu PKK təşkilatının Kandildən Türkiyə sərhədinə qədər olan uzun məsafə nəzarət altına almaq hədəflənib:
Muxalifet - 24-08-2019
Azərbaycanlı tələbə Gürcüstanda suda boğuldu
Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, qonşu ölkədə ali təhsil alan, Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şahin Sudabəy oğlu Əliyev ötən gün Gürcüstan ərazisində çimərkən suda boğularaq ölüb.
Tələbənin meyiti ötən gün axşam doğulduğu kəndə gətirilib. Onun bu gün dəfn ediləcəyi bildirilir.Muxalifet - 24-08-2019