Axtarış
The search found 105785 results in 0.048 seconds.
Search results
Bakıda qəribə yol nişanı - SÜRÜCÜLƏR ÇAŞQINLIQ YAŞAYIR - FOTO
Bakı şəhərinin Yasamal rayonu ərazisində - Kənar Dairəvi yolu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun başlanğcında quraşdırılmış yeni yol nişanı narazılıqla qarşılanıb.
Burada quraşdırılan işarənin mənasını anlamaqda çətinlik çəkirlər və bu işarənin hansı məqsədlə quraşdırılması anlaşılan deyil. Belə ki, yeni salınmış sosial evlərin yaxınlığındakı yol nişanı tərsinə vəziyyətdədir.
Muxalifet4 - 25-08-2019
Ölmüş ərindən uşaq doğacaq
Qadın ölmüş həyat yoldaşının spermasından istifadə edərək hamilə qalmağa qərar verib
27 yaşlı Sebastian Moylan (Sebastian Moylan), psixoloji probleminə görə, həyatını itirir. Həmin gün onun həyat yoldaşı Cermima (Jermimah) ölmüş ərinin cəsədindən bioloji materialın götürülməsinə məhkəmədən icazəsi alır.
Həkimlərin növbəti on il ərzində konsepsiya üçün yararlı olan ölü spermasını toplamaq üçün yalnız 24 saat vaxtı olur.
Muxalifet4 - 25-08-2019
ABŞ-da ilk sualtı kitabxanalar yaradıldı
ABŞ-da iki otel sualtı kitabxana açıb. Orada ziyarətçilər birbaşa hovuzlarda kitab oxuya bilərlər.
Teleqraf.com xəbər verir ki, bu xidməti Florida ştatının Ki-Uest adasındakı iki mehmanxana təklif edir.
Burada söhbət suyadavamlı nəşrlərdən gedir. Belə olan halda qonaqlar hətta üzəcəkləri təqdirdə belə kitablar korlanmamış olacaq.
Hələ ki, suyadavamlı şəkildə yalnız dünya klassiklərinin əsərlərini oxumaq mümkündür.
Xidmət pulsuzdur, suyun altında kitab oxumaq müddətsizdir.
Muxalifet4 - 25-08-2019
Türkiyə üç şəhid verdi - ANTİTERROR ƏMƏLİYYATINDA
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə-3” antiterror əməliyyatı zamanı ağır itki ilə üzləşib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, PKK terrorçuları ilə atışmada 3 hərbçi şəhid olub, yeddisi isə yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Bölgədə antiterror əməliyyatı davam edir.
Muxalifet4 - 25-08-2019
Ay uzaqlaşır, Yer yavaşlayır, planetlər orbitini dəyişir - Kosmosdakı dəyişikliklərin saatlarımıza İNANILMAZ TƏSİRİ
Zaman insan böyüdükcə ona daha sürətli axırmış kimi görünür, ancaq görünüşə görə, bunun tərsi də ola bilər. Dünyadakı günlərimiz zaman keçdikcə daha uzun hala gəlir. Bu durum Ayın planetimizin fırlanması üzərindəki təsiri səbəbilə gerçəkləşir. Muxalifet.az xəbər verir ki, bu bilgidən sonra dərhal gedib yuxu proqramınızın vaxtını uzatmağa çalışmamalısınız. Aparılan yeni bir araşdırmada Yer kürəsi ilə Ay arasındakı münasibət 1,4 milyard il keçmişə qədər müşahidə edilib və o zamanlar günün sadəcə 18 saat olduğu üzə çıxıb. Yəni o zamandan bəri 6 saata yaxın zaman qazanmışıq.
Muxalifet4 - 25-08-2019
Dünya üçün önəmli yenilik: protez əllərə Wi-Fi qoşuldu
Rusiyanın İrkutsk və Anqar vilayətlərində dünyada ilk dəfə olaraq üç nəfərə Wi-Fi ilə idarə olunan protez əl taxılıb. Bu protez əllərdə yerləşən
İnternetə qoşulan xüsusi Wi-Fi çipi sayəsində reabilitasiya dövrü haqqında müxtəlif məlumatlar əldə etmək mümkün olur. Bundan başqa, Wi-Fi əlaqəsi vasitəsilə həkimlərlə ünsiyyət yaratmaq da bu protez əllərin ən böyük üstün cəhətlərindəndir.
Muxalifet4 - 25-08-2019
Bu dəfə İran ABŞ-a sanksiya tətbiq etdi
İran Xarici İşlər Nazirliyi (XIN) ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və Fondun direktoru Mark Duboviçi sanksiya siyahısına daxil edib.
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Tehran ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və Fondun direktoru Mark Duboviçin İrana qarşı sanksiyaların hazırlanmasında iştirak etdiyini bəyan edib.
İran XİN-nin bəyanatında qeyd edilib ki, ABŞ-ın "iqtisadi terror"u İranda rejimi dəyişmək, hökumətin qərarlar qəbul etməsinə təsir göstərmək, ölkənin təhlükəsizliyi və suverenliyinə zərbə vurmaq məqsədi daşıyır.
Muxalifet4 - 25-08-2019
ABŞ məhkəməsi ermənilərin Türkiyəyə qarşı iddialarını rədd etdi
ABŞ-da erməni diasporu nümayəndələrinin Türkiyəyə qarşı qaldırdıqları məhkəmə iddiaları onlar üçün uğursuzluqla nəticələnib.
“Anadolu” agentliyi xəbər verir ki, erməni əsilli 5 Amerika vətəndaşı, 1915-ci il hadisələri zamanı Osmanlı dövlətini tərk edən ailələrinin "əmlak, o cümlədən torpaq itkisi" üçün Türkiyə hökumətindən, Türkiyə Mərkəzi Bankından və Türkiyənin dövlət bankı Ziraatdan təzminat tələb ediblər.
Qaris Davoyan və Hrayra Turabyanın Kaliforniya Ali Məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə 29 iyul 2010-cu ildə başlayıb.
Muxalifet4 - 25-08-2019
Arvadı özünə başqa kişi tapdı, azərbaycanlı ər evi yandırdı - 9 YAŞLI QIZCIĞAZ YANIB ÖLDÜ...
Moldovanın Floreştsk rayonunda azərbaycanlı ər yaşadığı evi yandırıb, nəticədə onun 9 yaşlı qızı yanaraq həlak olub.
Virtualaz.org Moldova KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan sakini qaynanası, qaynatası və qızı ilə birlikdə yaşayırmış. Arvadı isə İtaliyaya qazanc dalınca gedibmiş. Orada o özünə yeni kişi tapıb və xəbər göndərib ki, evə qayıtmayacaq. Qadının qanuni əri bu hadisədən bərk sarsılıb və nəticədə yaşadığı evi yandırıb. Hadisə rayonun Navirnets rayonunda baş verib.
Muxalifet4 - 25-08-2019
Təhlükəsizlik qüvvələri daha 24 terrorçunu məhv etdi - ƏMƏLİYYAT
Türkiyə təhlükəsizlik qüvvələri ölkə daxilində və dövlət sərhədlərindən kənarda PKK-ya qarşı uğurlu antiterror əməliyyatı keçirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin saytı xəbər yayıb. Bildirilir ki, ölkə daxilində 11, sərhədlərdən kənarda isə 13 terrorçu məhv edilib. Hakkarinin Çukurca bölgəsində PKK terrorçularının əvvəlcədən yola basdırdığı partlayıcının işə düşməsi nəticəsində bir əsgər şəhid olub.
Muxalifet4 - 25-08-2019
“Ağdam” restoranında planlaşdırılan qətl - PULA GÖRƏ RUMİYƏNİ KİMLƏR VƏ NECƏ ÖLDÜRDÜ...
Uzun illər Rusiyada yaşayan Murad Məmmədov Sankt Peterburqda bizneslə məşğul olan ağdamlılar arasında böyük nüfuza malik olub. Cinayət işi materiallarına görə, azərbaycanlı ticarətçilərdən pul yığaraq onlara himayədarlıq, “krışalıq” edib. Rusiyada polis, hüquq-mühafizə orqanları əməkdaşları arasında da sayılıb seçilən şəxs kimi tanınıb. Hazırda qəsdən adam öldürmə, cinayətkar qrupa rəhbərlik, quldurluq və digər ağır cinayətlərdə ittiham olunaraq hakim qarşısına çıxarılıb.
Muxalifet4 - 25-08-2019
Birlikdə ova getdiyi dostunu güllələdi
Şamaxıda ova gedən şəxs ehtiyatsızlıqdan öz dostunu vurub.
Modern.az xəbər verir ki, hadisə Şamaxıda meşəlik ərazidə baş verib.
Belə ki, axşam saatlarında ova gedən dostlar iz axtarmaq məqsədi ilə fərqli istiqamətlərə ayrılıblar.
Bu zaman Şamaxı rayonu, Qızmeydan kənd sakini, 1991- ci il təvəllüdlü Heybətov Rafiq Ağaxan oğlu dostunun açdığı atəş nəticəsində boyun nahiyəsindən yaralanıb.
O, elə dostu tərəfindən də Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
R.Heybətovun vəziyəti ağırlaşdığından Bakıya göndərilib.
Muxalifet4 - 25-08-2019
1 kiloqramı 10 min dollardan baha olan qəhvə... - NƏCİSDƏN HAZIRLANSA DA, ONU İÇMƏK HƏR KƏSƏ QİSMƏT OLMUR
Günə bir fincan ətirli kofe (qəhvə) ilə başlamayacaqsansa, niyə oyanasan?! Siz necə düşünürsünüz? Ümumiyyətlə, kofe sevənlər siyahısına daxilsiniz? Zərəri, faydaları, tarixi, tərkibi haqda A-dan Z-yə hər şey bilmək istəyirsiniz? O zaman həmsöhbətimin dediklərini diqqətlə oxuyun. Muxalifet.az bildirir ki, Türkiyənin məşhur kofe mütəxəssisi Egemən Kalava bu sehirli xoşbəxtlik içkisi haqda ən maraqlı faktları publika.az-la bölüşüb. - Egemən bəy, insanların qəhvə içmək istəyi haradan qaynaqlanır? - Soyuq və çay istehsal olunan ölkələrdə insanlar qəhvəyə çox tez alışırlar.
Muxalifet4 - 25-08-2019
Osmanlıda təəccübləndirən qəribə qadağalar: Qadınlar sevgililəri ilə görüşməməsi üçün... - FOTO
Osmanlı İmperatorluğu qurulmasından bəri 623 il boyunca fərqli dövrlərdən keçib və bu dövrlərdə öz imzasını qoyan 36 padşah tərəfindən idarə olunub. Muxalifet.az milli.az-a istinadən bildirir ki, Osmanlı həm də qatı qanunlarla dünya tarixində yerini tutub.
1. Qadınlarla kişilərin birlikdə qayığa minmək qadağası
Muxalifet4 - 25-08-2019
Elmar Məmmədyarov oğlunun toyunda belə oynadı - VİDEO
Xəbər verdiyimiz kimi, avqustun 18-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun ABŞ-da toyu olub. "Qafqazinfo" Riyad Məmmədyarov və xanımı Aleks Zapallanın toyundan görüntülər əldə edib. Görüntülərdə Elmar Məmmədyarovun ailə quran gənclərlə birlikdə müğənni Eyyub Yaqubovun "Azəri torpağı" adlı mahnısı sədaları altında rəqs etdiyi görünür. Rəqs edənlər arasında millət vəkili Rauf Əliyev də olub. Həmin anın videosunu təqdim edirik:
Muxalifet4 - 25-08-2019
Ərdoğanın tətillə bağlı tənqidinə İmamoğludan cavab - VİDEO
İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu tətilə çıxdığı üçün onu tənqid edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, o, prezidentin açıqlamasından təəccübləndiyini bildirib:
Muxalifet4 - 25-08-2019
Ərdoğan Türkiyəni sarsıdan qətldən danışdı: Edam...
Əminə Bulud xanımla bağlı hadisə həzm olunacaq bir şey deyil.
Muxalifet.az verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əminə Bulud adlı qadının keçmiş həyat yoldaşı tərəfindən övladının gözü qarşısında bıçaqlanmasına münasibət bildirərkən deyib.
O, sözügedən cinayəti vəhşilik adlandırıb.
Ərdoğan bu cür cinayətlərdən sonra edam qərarının bərpa edilməsi haqqında səslənən fikirlərə də münasibət bildirib:Muxalifet - 26-08-2019
İranda qadınların stadiona girişinə icazə verildi
İranda qadınlara futbol üzrə dünya çempionatının seçmə mərhələsini stadionda izləmələrinə icazə veriləcək. Bunu İranın İdman nazirliyi bildirib.
“Qadınlar oktyabrın 10-da Kambocaya qarşı seçmə oyunu izləmək üçün asadi stadionuna girə biləcəklər”-deyə İranın idman naziri Cəmşid Tağızadə avqustun 25-də İRNA agentliyinə bildirib.
Muxalifet - 26-08-2019
Nazir qol götürüb oynadı – VİDEO
Xəbər verdiyimiz kimi, avqustun 18-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun ABŞ-da toyu olub.
Riyad Məmmədyarov və xanımı Aleks Zapallanın toyundan görüntülər yayılıb. Görüntülərdə Elmar Məmmədyarovun ailə quran gənclərlə birlikdə müğənni Eyyub Yaqubovun "Azəri torpağı" adlı mahnısı sədaları altında rəqs etdiyi görünür.
Rəqs edənlər arasında millət vəkili Rauf Əliyev də olub. Həmin anın videosunu təqdim edirik:
QafqazinfoMuxalifet - 26-08-2019
Ermənistanda küçənin ortasında ATIŞMA - Ölən və yaralananlar var
Ermənistanın paytaxtı Yerevanda atışma olub.
Məlumata görə, hadisə Şenqavit rayonunda, Eqişe Tadevosyan küçəsində qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə sonda kütləvi dava ilə nəticələnib. Dava zamanı odlu silahdan açılan atəş nəticəsində 3 nəfər xəsarət alıb. Onlar "Erebuni" tibb mərkəzinə yerləşdiriliblər. Yaralılardan biri aldığı ağır xəsarətlərdən tibb mərkəzində ölüb.
Muxalifet - 26-08-2019