Axtarış

The search found 105785 results in 0.028 seconds.

Search results

  1. 26 avqust tarixinə hava proqnozu

    Avqustun 26-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
    Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

    Muxalifet4 - 25-08-2019

  2. Bu il Azərbaycanı Afaq Aslan təmsil edəcək

    Müğənni və model Afaq Aslan bu il "Miss Europa Continental" gözəllik yarışmasında Azərbaycanı təmsil edəcək. Teleqraf.com xəbər verir ki, noyabr ayında İtaliyanın Neopol şəhərində keçiriləcək yarışmada iştirak edəcək Afaq Aslan "Ölkəmə uğurla dönəcəm" - deyib. İki il əvvəl isə o Ukraynada keçirilən gözəllik yarışmasında "Kainat gözəli" seçilmişdi.

    Muxalifet4 - 25-08-2019

  3. “Bu deputatlar o qədər harınlayıb ki, dövlət orqanlarını da saymırlar” – QUBAD İBADOĞLU

    “Bu məsələ ciddi şəkldə dəyərləndirilməlidir”

    Muxalifet4 - 25-08-2019

  4. “İsrail heç bir obyektimizi vurmayıb” - İRAN TƏKZİB EDİR

    İsrail ordusunun hücumu nəticəsində Suriyadakı İran obyektlərinə ziyan dəyməyib.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Siyasi Məşvərət Şurasının katibi, SEPAH-ın eks-komandanı Möhsün Rezayi deyib.

    “Bu məlumat yalandır və həqiqəti əks etdirmir. ABŞ və İsrail İranın müxtəlif obyektlərinə zərbə vuracaq qədər gücə malik deyillər. Bizim qüvvələrimiz zərər görməyib”, - deyə Rezayi jurnalistlərə açıqlamasında bildirib.

    Qeyd edək ki, dünən gecə saatlarında İsrail aviasiyası Dəməşqdə bir sıra obyektlərə zərbələr endirmişdi.

    Muxalifet4 - 25-08-2019

  5. Amerikalılar İranla müharibə ideyasına necə yanaşır?

    "Biz öz mövqeyimizi Yunanıstan hökumətinə və bütün Aralıq Dənizi limanlarına aydın etmişik ki, 'Adrian Darya 1' tankerinə xidmət göstərməsinlər," deyə Amerika rəsmiləri Britaniya tərəfindən bir neçə həftə öncə saxlanılmış İran tankerinin azad olunmasına reaksiya verdilər. Donald Tramp administrasiyası aydın edib ki, o, 1979-cu il İslam İnqilabı nəticəsində formalaşmış rejimi regionda sülhə və sabitliyə təhlükə kimi görür və bu dövlətin qlobal maliyyə resurslarından faydalanmasını terrora yönəlik qurumun varlanması kimi dəyərlən

    Muxalifet4 - 25-08-2019

  6. İran məktəblərində Azərbaycan türkcəsi tədris olunacaq

    2019-cu ilin sentyabrından İranın Şərqi Azərbaycan əyalətində məktəblərdə Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq. Bunu İranlı Tələbələr xəbər agentliyinə (İSNA) müsahibəsində Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai bildirib.

    “İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq, Şərqi Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərara alınıb", - deyə şöbə müdiri qeyd edib.

    Muxalifet4 - 25-08-2019

  7. Ukrayna boksçusu rusiyalılarla döyüşməkdən imtina etdi

    Ukrayna boksçusu Aleksandr Usik rusiyalı rəqibi Andrey Fedosovla döyüşməkdən imtina edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, “İnstaqram” hesabında açdığı canlı efirdə danışıb.

    Usik bunu idman yarışının siyasi müstəviyə keçməsinə qarşı olması ilə əlaqələndirib.

    Muxalifet4 - 25-08-2019

  8. Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib...

    Gecənin bağrını ov tüfəngindən sinəyə tuşlanan atəş yarır. Son anda gözləri qarşısında Şuşa və onun dar dolanbacları ilə qaçan, filmə çəkildiyi üçün ayağı yerə dəymədən qanadlanan yeddi yaşlı oğlan canlanır. Bu görüntü gözlərində filmin son kadrı kimi qalır və göz qapaqları qapanır. Ondan sonra nə olacaq, daha nə onun özünə, nə də başqa kimsəyə maraqlı idi. Altı yaşlı oğlu, xanımı, güllə səsini eşidib gələn qonşular nə deyəcək, kim necə olacaq, eyninə deyildi. Zatən, bütün bu yüklərdən özünü bir atəşlə xilas etmişdi.

    Muxalifet4 - 25-08-2019

  9. "Azərbaycan haqlı olsa da, biz Ermənistanı dəstəklədik" - İRAN DEPUTATI

    İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlamentinin üzvü Əli Mütəhhəri ölkəsinin Qarabağ, uyğurlar və Kəşmir məsələsi ilə bağlı mövqeyini tənqid edib. Ə.Mütəhhəri Cammu və Kəşmirdə gedən son proseslərlə bağlı yazılı açıqlamasında İranın xarici siyasəti ilə razılaşmadığını bildirib. "Hindistan hökumətinin Cammu və Kəşmirin muxtariyyətini ləğv etməsi məzlum xalqın haqlarının olmaması deməkdir və Hindistan burada zalım mövqeyindədir. İranın Pakistan və Hindistanı sabitliyə dəvət etməsi kifayət deyil.

    Muxalifet4 - 25-08-2019

  10. Prezident icra başçılarını və nazirləri məktəblərə dərs deməyə göndərir

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hökumətə, bütün yüksək vəzifəli məmurların- icra başçılarının və nazirlərin həftədə 3 dəfə orta məktəblərdə mühazirələrlə çıxış etmələri ilə bağlı qaydalar hazırlaması barədə tapşırıq verib.

    Virtualaz.org kun.uz-a istinadən bildirir ki, məqsəd cəmiyyətdə orta məktəbin nüfuzunu artırmaqdır...

    Məktəb təhsili ilə bağlı keçirilən yığıncaqda bu mövzunu şərh edən Prezident bildirib ki, "məktəb bizim gələcəyimiz məsələsidir. Bu, bütün cəmiyyətin işi və vəzifəsi olmalıdır".

    Muxalifet4 - 25-08-2019

  11. Mehriban Əliyeva tapşırdı, şəhid ailəsinə ev verildi

    Bu gün Şəki rayonun Çələbixan qəsəbəsində şəhid Cahid Verdiyevin ailəsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə yeni tikilən üç otaqlı mənzilin açarları təqdim olunub.

    APA-nın məlumatına görə, bu münasibətlə təşkil edilmiş mərasimdə müvafiq qurumların nümayəndələri, şəhid Cahid Verdiyevin keçmiş döyüş yoldaşları və komandiri iştirak edib.

    Əslən Laçın rayonundan olan şəhid Cahid Verdiyevin ailəsi Şəki rayonunun Çələbixan qəsəbəsində məskunlaşıb.

    Muxalifet4 - 25-08-2019

  12. Bakıda YPX motosikleti belə yandı - HADİSƏ YERİNDƏN VİDEO

    Bakı şəhərinin Səbail rayonunda motosiklet yanıb.

    Publika.az xəbər verir ki, Bayıl qəsəbəsi Mikayıl Useynov küçəsində Yol Patrul Xidmətinə məxsus motosikletdə yanğın başlayıb.

    Ərazidə xidmət aparan digər YPX əməkdaşlarının köməkliyi ilə yanğın söndürülüb.

    Hadisə yerindən çəkilən videonu təqdim edirik.

    Muxalifet4 - 25-08-2019

  13. "Hababam Sınıfı"nın məşhur aktyoru öldü - FOTO

    "Hababam sınıfı" adlı məşhur filmin daha bir aktyoru dünyasını dəyişib.

    Aktyor Faruk Şavlı vəfat edib.

    Rejissorluğunu Ertem Eğilmezin etdiyi, Rıfat Ilgazın "Hababam sınıfı" 1975-ci ildə lentə alınıb. Bir çox məşhur aktyorun yer aldığı ekran işində Faruk Şavlı da rol almışdı.

    Muxalifet4 - 25-08-2019

  14. Daşkəsənə güclü dolu yağdı

    Daşkəsən rayonu ərazisində bu gün saat 13-00 radələrində təbii fəlakət baş verib. Dolu və leysan yağışla müşayiət olunan güclü külək əsməsi nəticəsində Daşkəsən şəhərinin, rayonun qəsəbə və kəndlərinin bəzi yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik şəbəkəsinin dirəklərinə və elektrikverici xətlərə, o cümlədən fərdi təsərrüfatlara ziyan dəyib.

    Muxalifet4 - 25-08-2019

  15. Həbib Nurməhəmmədovdan daha bir MÖHTƏŞƏM QƏLƏBƏ - VİDEO

    Həbib Nurməhəmmədov peşəkar rinqdə növbəti qələbəsini qazanıb.

    Məşhur çeçen döyüşçü bu dəfə amerikalı Mikael Consonu rinqə çıxmağa peşman edib.

    Həbib rəqibini 3-cü raundda boğma fəndi ilə məğlub edib.

    Həmin döyüşün əsas hissəsini təqdim edirik.

     

    Muxalifet4 - 25-08-2019

  16. Küçədə süpürgəçiləri güllələyib qaçdılar

    İstanbulda səhər saatlarında silahlı insident baş verib.

    Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, şəhərin Qaziosmanpaşa məhəlləsində saat 06 radələrində küçəni süpürən işçilərlə naməlum şəxs arasında dava-dalaş olub. Bu zaman naməlum şəxs üzərində gəzdirdiyi odlu silahla təmizlik işçilərinə doğru atəş açıb.

    Nəticədə süpürgəçilərdən biri ağır, digəri isə nisbətən yüngül xəsarət alıb.

    Hadisəni törədən şəxs qaçaraq uzaqlaşıb.

    Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

    Muxalifet4 - 25-08-2019

  17. Türkiyə ordusunda narazılıq: 5 general istefa verdi

    Türkiyə Ali Hərbi Şuranın (YAŞ) son qərarından narazı qalan Silahlı Qüvvələrin 5 generalı istefa verib.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

    Generallar TSQ-dən istefa vermək üçün ərizələrini təqdim edib.

    İstefa ərizəsini təqdim edən generalların adlarını təqdim edirik:

    YAŞ-ın qərarından əvvəl xüsusi təyinatlıların komandanı olan general Əhməd Ərcan Şorbaçı, general Rəcəb Özdəmir, general Ərtoğrul Sağlam, general Bülənt Acarbay və general Ömər Faruq Bozdəmir.

    Muxalifet4 - 25-08-2019

  18. "Bizim Ronaldo və Messimiz yoxdur" - Qvardiola

    Komandamın məhsuldarlığından razıyam.

    Qol.az xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola deyib:

    "Son iki mövsüm "Siti"nin vurduğu qol sayına baxanda məndə şübhə qalmır ki, kimsə az qol vuracağımızı düşünsün. Düzdür, bizim Ronaldo və Messi kimi bir mövsümdə 50-60 qol vuran oyunçumuz yoxdur. Buna baxmayaraq, son iki mövsümdə biz inanılmaz dərəcədə qollar vurmuşuq və bunu davam etdirəcəyik".

    Muxalifet4 - 25-08-2019

  19. İran təyyarəsi G7 sammitində - GİZLİ SƏFƏR, YOXSA...

    G7 sammitində iştirak etmək məqsədilə İran nemayəndə heyəti Biarris şəhərinə gedib.

    Bu barədə mülki təyyarələrin uçuşlarını izləyən “Flightradar24” məlumat yayıb.

    Məlumata görə, İran müməyəndələrinin olduğu təyyarə Biarris aeroportuna enib. Bu aralar həmin aeroport yalnız rəsmi nümayəndə heyətlərinin təyyarələrini qəbul edir. “Flightradar24” bildirib ki, enən təyyarə İranın Xarici İşlər naziri Məhəmməd Cavab Zərifin rəsmi səfərlər zamanı uçduğu təyyarədir.

    Muxalifet4 - 25-08-2019

  20. Goranboyda ağır qəza - RUSİYA VƏTƏNDAŞLARI XƏSARƏT ALDI

    Bu gün Goranboyda toydan qayıdan Rusiya vətəndaşları qəzaya düşüb.

    APA-nın məlumatına görə, hadisə Goranboy şəhərində baş verib.

    İki minik avtomobilinin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Rusiya vətəndaşı Məcnunbəyova Dinarə Çingiz qızı, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı Konderova Ulduz Ruslan qızı, 2000-ci il təvəllüdlü Tərtər rayon sakini Ramazanzadə Ruziyə Mübariz qızı və 2 aylıq uşaq xəsarət alıblar. Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    D. Məcnunbəyovanın durumu ağır qiymətləndirilir.

    Muxalifet4 - 25-08-2019

Pages