Axtarış
The search found 105785 results in 0.027 seconds.
Search results
Türkiyənin Naxçıvanda hərbi baza qurma qərarı ERMƏNİSTANI TƏŞVİŞƏ SALDI - ŞOK DETALLAR
Başda Ermənistanın xarici işlər naziri olmaqla erməni rəsmilər və ekspertlər son günlər Türkiyənin Azərbaycana artan hərbi dəstəyi və Ankaranın Naxçıvanda hərbi baza yaratmaq ideyasını qızğın müzakirə edirlər.
Erməni tərəfi Naxçıvanda açılacaq bazanın Qarabağ uğrunda aparılacaq müharibədə aktiv şəkildə istifadə olunacağını iddia edir.
Azərbaycanda Türkiyədə də daxil olmaqla, hər hansı xarici ölkənin baza açmaq fikri realdırmı? Azərbaycanın daxil olduğu coğrafiya, mövcud şərtlər buna imkan verirmi?Muxalifet - 28-08-2019
General qəzaya uğrayan MiQ-29-la bağlı BÜTÜN DETALLARI AÇDI - MÜSAHİBƏ
Şəxsi heyətin döyüş hazırlığı həm də təlimlərlə bağlıdır. Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən təlimlər hərbi qulluqçuların bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xidmət edir. Eyni fikirlər Hərbi Hava Qüvvələrinə də aiddir. Pilotlarımızın döyüş hazırlığı təlim-məşq uçuşlarıyla təkmilləşir, onların peşəkarlığı artır. Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşunda Hərbi Hava Qüvvələrimizin MiQ-29 təyyarəsi qəzaya uğradı. Dənizdə axtarışlara başlanıldı.
Muxalifet - 28-08-2019
Sevgilisini atası ilə yataqda tutan, əriylə intim... - MƏŞHURLARIN QALMAQALLI KEÇMİŞİ
Uzaqdan-uzağa heyranı olduğumuz məşhurların, həyatlarının qaranlıq tərəflərini gördükdə, heç kəs onların yerində olmağı istəməz. Sirr deyil ki, onların əksəriyyəti şəxsi həyatlarını alt-üst edəcək qalmaqal yaşayıb. “Ölkə.Az” onların bəzilərinin siyahısını təqdim edir. Vanessa Redqreyv Emmi mükafatlı məşhur ingilis ulduz Vanessa Redqreyv həyat yoldaşı, rejissor Toni Ricardsonu, öz atası ilə eyni yataqda yaxalayıb. İşdən evə tez qayıdan Vanessa öz evində dəhşətli mənzərə ilə qarşılaşıb. Atası isə öz hərəkətindən utanmaq əvəzinə, onu sən də sevirsən mən də qızım, - deyə Redqrevyə bildirib.
Muxalifet - 28-08-2019
Putin dondurmanı niyə hər dəfə eyni satıcıdan alır? - ONU ƏHATƏ EDƏN “TƏSADÜFİ” ADAMLAR...
Rusiya prezidenti Vladimir Putin avqustun 27-də Moskva ətrafındakı MAKS aviasalonunda olarkən dondurma alıb. Lakin Rusiya mediasının diqqətini belə bir məqam çəkib ki, o iki il əvvəl keçirilən aviasiya şousu MAKS-2017 zamanı da dondurmanı elə bu qadından almışdı. Bu detal ilk dəfə “Mediazona” saytının diqqətini cəlb edib.
MAKS aviasiya-kosmik şousu Moskva yaxınlığında hər iki ildən bir keçirilir. 2017-ci ildə burada keçirilən foruma Putin də baş çəkmiş, nazirlərin, köməkçilərinin, mühafizəsinin və jurnalistlərin arasında olarkən dondurma almışdı.
Muxalifet - 28-08-2019
Litsey direktoru müəllimi işdən çıxarmaqla hədələyərək, ondan rüşvət alıb... – PREZİDENTƏ MÜRACİƏT / Video
Gəncə şəhər, 3 nömrəli Peşə Litseyinin müəllimi Əli Şərifli tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, təhsil naziri Ceyhun Bayramova, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır: “Məlumunuz olsun ki, Gəncə şəhərində 3 nömrəli Peşə Litseyi fəaliyyət göstərir. Bu litseyin direktoru İsmayılov Fazil İsmayıl oğlu idi. 1 və 2 nömrəli Gəncə Peşə məktəbinə rəhbərlik də Fazil İsmayılova həvalə olunmuşdu.
Muxalifet4 - 28-08-2019
Kremlin “Don Juan"ı– Çernenko Kremldə “çoxuşaqlı ata” və “çoxarvadlı kişi” kimi tanınıb
Kremldəki həmkarları onu “qəribə adam” adlandırıblar. Heç vaxt şəxsi təşəbbüs göstərməyən, hər hansı bir məsələyə şəxsi münasibəti olmayan Konstantin Çernenko siyasi kursunda bütövlükdə Leonid İliç Brejnevdən asılı olub və onun mövqeyi baş katibin “hə” və ya “yox” cavabları ilə müəyyənləşib. Çernenko uzun illər ciddi vəzifələr daşısa da, heç vaxt ciddi siyasətçi kimi tanınmayıb.
Muxalifet - 28-08-2019
Dünyanın ən bahalı maşını Bakıya gətirildi - FOTO
Dünyanın ən bahalı avtomobili "Rolls-Royce Sweptail” Bakıya gətirilib.
Qaynarinfo.az-ın xəbərinə görə, həmin avtomobil "Baku Cargo Terminal”a tranzit olaraq gəlib.
Avtomobilin sahibi çinli iş adamıdır və o, avtomobil kolleksioneridir.
Bu avtomobil onun üçün individual olaraq bir nüsxədə hazırlanıb.
Qeyd edək ki, "Rolls-Royce Sweptail”in qiyməti 12 milyon 800 min dollardır.Muxalifet - 28-08-2019
Rusiya ordusu Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ: kütləvi qırğın silahının tətbiqi və...
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının 500-dən çox hərbi qulluqçusu komanda-qərargah təlimləri çərçivəsində öz bazalarını tərk edib və Alagöz yaylaqlarına doğru 100 kilometr məsafədə yürüşə çıxıb.
Bu haqda Cənub hərbi dairəsinin mətbuat xidməti bildirir.
“Rusiyanın Ermənistandakı hərbi bazasının rota taktiki qrupları düşmənin kütləvi qırğın silahı tətbiq etməsi şəraitində Kamxud poliqonundan dağ yolları ilə Alagöz poliqonuna doğru 100 kilometr yürüş ediblər”, - məlumatda deyilir.Muxalifet - 28-08-2019
Toydakı kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlandı - RƏSMİ
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.
Avqustun 25-i Şəki şəhərində yerləşən “Firuzə” şadlıq sarayında keçirilmiş toy məclisində iştirak edən, təxminən, 400 nəfər qonaqdan 57 nəfərinin (24-ü qadın, 1-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.
Muxalifet - 28-08-2019
"Bacanağım boşanmış qızıma pulla cinsi əlaqəyə..." - DƏHŞƏTLİ QƏTLİN ŞOK TƏFƏRRÜATI
Sumqayıt Apellyasiya Məhkəməsində namus üstündə bacanağını öldürməkdə təqsirli bilinən Şahin Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Muxalifet.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Ş.Qasımovun apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Abşeron rayonu, Saray qəsəbəsində 1976-cı il təvəllüdlü Müşviq Abbasov bacanağı Şahin Qasımov tərəfindən bıçaqlanıb.Muxalifet - 28-08-2019
CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏN REDAKSİYAMIZA SENSASİON MƏKTUB – Məhkum burada yaşanan tükürpədici faktları açıqlayır...
Səki Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2016-cı il hökmü ilə Azərbaycan Respublikası CM-nin120.1.128 maddəsi ilə 12 il azadlıqdan məhrum edilən, hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, məhkum Səmədov Əli Azər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Muxalifet4 - 28-08-2019
“PUTİN ARTIQ YORULUB VƏ DÜNYANI ANLAMIR” – “O, kimi satqın hesab edirsə, öldürülməsini məqbul sayır”
“Mən Venesiyaya gələcəyəm, hətta təhlükəsizlik baxımından mənim orada olmağım gərəkməsə də. Putinin düşmənlərinə münasibətdə İtaliyanın heç də qonaqpərvər olmadığının xeyli nümunəsi var, amma mən nikbinəm”.
Muxalifet - 28-08-2019
Azərbaycanın tanınmış partiya sədri vəfat etdi - FOTO
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sabiq sədri Məmməd Əlizadə dünyasını dəyişib.
Muxalifet.az “Report”-a istinadən xəbər verir ki, o, avqustun 26-da ürəyində yaranan problemlərə görə 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, avqustun 28-də səhər saatlarında xəstəxanada vəfat edib.
1951-ci il təvəllüdlü M.Əlizadə Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.Muxalifet - 28-08-2019
Səfirdən maraqlı AÇIQLAMA – “Ermənilərə həddini bildirən yeni bir Pənahəli xan yetişəcək”
““Türk budun Tabğaçqa körür erti” – yəni “Türk xalqı Çin əsarətində idi” – 1500 il bundan əvvəl daşlara həkk olunan Orhun-Yenisey yazılarında belə deyilirdi. İndi Çində uyğur türklərinin uğradıqları məzalim haqqında fikirləşəndə yadıma ilk olaraq bu acı etiraf düşür”.
Muxalifet.az turkustan.info-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.Muxalifet - 28-08-2019
2 nəfər eyni saatda bu səbəbdən öldü
Göygöl rayonunda ağır yol qəzası baş verib.
Muxalifet.azDaxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 27-də saat 21 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ş.İbrahimov idarə etdiyi “VAZ-21012” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Yetirən Həsənovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.Muxalifet - 28-08-2019
Rüsumdan azad edilməsi benzinin qiymətinə təsir edəcək? - Ekspert açıqladı
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq. Mövzu ilə əlaqədar “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, rüsumun ləğv edilməsi daxili bazarda qiymətin aşağı düşməsinə səbəb olacaq.
Muxalifet - 28-08-2019
23 yaşlı gənc qadın Yoqanın qurbanı oldu - Binanın 6-cı mərtəbəsindən yerə çırpıldı
Gənc qadın yoqa etməyə çalışarkən az qala faciəvi şəkildə həlak olacaqdı.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Meksikada baş verib. 23 yaşlı gənc qadın evdə yoqa etəməyə başlayıb. Belə ki, tələbə olan Aleksa eyvana çıxaraq dəmir tutacaqlardan başı aşağı sallanıb. Daha sonra o dizi ilə müvazinətini saxlamağa çalışıb.Muxalifet - 28-08-2019
Ceyhun Mirzəyevin ölümündən əvvəlki görüntüləri ilk dəfə yayımlandı - VİDEO
Mərhum aktyor Ceyhun Mirzəyevin ölümündən üç gün öncə lentə alınan görüntüləri sosial şəbəkələrdə yayılıb.
Muxalifet.az bildirir ki, ilk dəfə ictimaiyyətə ötürülən görünütünü aktyor Cavidan Novruz paylaşıb.
O, Ceyhun Mirzəyev haqqında əlində daha çox material və görüntülərin olduğunu bildirib:Muxalifet - 28-08-2019
Tehran rejiminin İraq üzərindən anti Azərbaycan siyasəti
İraq diktatoru Səddam Hüseyn rejimi devrildikdən sonra, bölgədə Tehran rejiminin mövqeləri gücləndi. London “Kral İnstitutu”nun beynəlxalq şöbəsinin əməkdaşı May Yamani belə yazır: “İndi İraq Orta Şərqdə daha təhlükəli bir bölgəyə çevrilibdir. Gözlənilmədən zəngin neft-qaz yataqlarına sahib çıxmaq üçün İran molla rejimi yerli cəfəriləri silahlandırmaq, sosiallaşdırmaq və gücə çevirməklə “ikihakimiyyətlilik” sistemini formalaşdırıb.
Muxalifet - 28-08-2019
Balıq tutmaq istədi - Tora ilişərək suda can verdi
Neftçala sakini balıq ovunda suda boğulub.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun kürkən kəndi ərazisində baş verib. Belə ki, Neftçala şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseynov Murad Mübariz oğlu su kanalında balıq tutan zaman balıq toruna ilişib və suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 28-08-2019