Axtarış
The search found 105785 results in 0.026 seconds.
Search results
Müəllimlərin maaşları artırıldı - Bu gündən...
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 18-də imzaladığı Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında və Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam qüvvəyə minib.
Muxalifet - 1-09-2019
Bakıda tramvayların hərəkəti bərpa edilə bilər- VİDEO
Bakının nəqliyyat yükünüazaltmaq üçün tramvayların hərəkəti bərpa edilə bilər.
Muxalifet - 1-09-2019
Rusiya dəhşətli silahını nümayiş etdirdi - Video
Rusiya Müdafiə Nazirliyi Yutubda "İsgəndər" operativ-taktiki raket kompleksinin sınaqdan keçirilməsinin görüntülərini yayıb. Kadrlarda raketin atılmasına hazırlıq, raketin uçuşu və hədəfin məhv edilməsinə dair görüntülər yer alıb. Sınaq Şərq hərbi dairəsində həyata keçirilib. Şərti hədəf uğurla məhv edilib. Görüntülər "Orlan-10" pilotsuz uçuş aparatı vasitəsilə lentə alınıb./Teleqraf
Muxalifet - 1-09-2019
ÇİNİN TƏDRİCİ SİBİR İŞĞALI – “Kremldəki millətçilər nə vaxtsa buna qarşı çıxacaqlar”
Fransa prezidenti Emmanuel Makron Amazon meşələri ilə bağlı həyəcan təbili çalaraq bildirib ki, bütün dünyanın ilk işi tropik cəngəlliklərinin xilas edilməsi olmalıdır.
Amma küləklə yayılan alov və tüstü və həmçinin də yırtıcı xislətilə həyata keçirilən taxta-şalban ticarəti və meşə ərazilərinin zəbt olunması təkcə cənub yarımkürəsiylə məhdudlaşmır. Bu gün dünyanın ən böyük meşələrindən olan Sibir meşələrinin qırılması həqiqətən də geosiyasi əhəmiyyət daşıyır və bu hadisə Moskva ilə Pekin arasındakı dostluğun sonunu gətirə bilər.
Muxalifet - 1-09-2019
Ata 38, ana isə 36 yaşındandır - Bu yaşda olmalarına baxmayaraq ailənin 10 övladı var - VİDEO
Ata 38, ana isə 36 yaşındandır. Bu yaşda olmalarına baxmayaraq ailənin 10 övladı var.
Abşeron rayonu 28 may qəsəbəsində yaşayan Məmmədovlar ailəsi hazırda 10-cu övladının sevinci yaşayır. Ailə başçısı Xaliq Məmmədov deyir ki, onun ən böyük arzusu çoxuşaqlı ailəyə sahib olması olub.
Uşaqların anası Azədə Məmmədova isə uşaqların çox olmasının onun üçün heç bir problem yaratmadığını bildirir.
Məmmədovlar ailəsinin 2 övladı isə əkizdir. Onların 4 yaşı var. O, uşaqların sayını bundan sonra da artırmaq arzusunda olduğunu deyir.
Muxalifet - 1-09-2019
Azərbaycanda bu gündən kimlərin maaşları artır? – Tam siyahı
Sentyabr ayından etibarən vahid tarif cədvəli ilə əməkhaqqı alanların maaşları 40 faiz artacaq. Artım ümumilikdə 450 min insana şamil ediləcək. Muxalifet.az xəbər verir ki, Prezident İlham Əliyevin minimum əməkhaqqı məbləğinin artırılması ilə bağlı sərəncamına əsasən yeni vahid tarif cədvəli müəyyənləşib. Cədvələ əsasən 1-ci kateqoriya üzrə minimum əməkhaqqı 250, 19-cu kateqoriya üzrə isə 906 manat müəyyənləşib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmovun sözlərinə görə, bu artım 450 min insanı əhatə edəcək.
Muxalifet - 1-09-2019
Rəqsanə biznesmen ərinin FOTOsunu paylaşdı
Rusiyaya köçüb yaşayan Rəqsanə İsmayılova həyat yoldaşı Fazilin adı yazılmış futbolkada kamera qarşısına keçib. Milli.Az xəbər verir ki, müğənnini qısa şortda poz verdiyi fotolarda iş adamı olan əri Fazil Əmiraslanov tək buraxmayıb. Üzlərini kameradan gizlədən cütlük səmimi görüntülərini əks etdirən həmin kadrları İnstaqramda paylaşıb. Qeyd edək ki, Rəqsanənin biznesmen əri Fazil Əmiraslanovun ilk evliliyindən Elvin adlı oğlu var. İş adamı ilə Rəqsanənin isə əkiz övladları var. F.Əmiraslanov müğənninin qızları Aysun və Yağmura da öz soyadını verib.
Muxalifet - 1-09-2019
Polip nədir, xərçəngə çevrilirmi? - Əməliyyat, yoxsa müalicə?
Polip qədim yunan dilindən poly sözündən götürülüb, ayaq deməkdir. Müxtəlif orqanların toxuma, selikli qişasında yaranan, sanki bir və ya bir neçə ayağı ilə qişaya, toxumaya bərk yapışmış bir anomal törəmədir. Poliplər boğaz, burun, qırtlaq, bağırsaq, mədə, sidik kisəsi, öd, uşaqlıqda rast gəlinir. Bir insanda çox sayda poliplərin yaranmasına meyillilik polipoz adlanır.
Muxalifet - 1-09-2019
Yaşar Nuri və Firəngiz Mütəllimovanın SƏMİMİ GÖRÜNTÜSÜ - VİDEO
Sosial şəbəkələrdə Azərbaycanın korifey sənətkalarının az bilinən videosu yayılıb və izləyicilərin marağına səbəb olub.
Muxalifet.az metbuat.az-a istinadən xəbər verir ki, görüntülərdə bir məclisdə mərhum aktyorumuz Yaşar Nurinin illərlə tərəf müqabili olmuş Firəngiz Mütəllimova ilə səmimi şəkildə rəqs etməsi, mahnı oxuması görünür. Görüntülərdə həmçinin aktyor Siyavuş Aslan da yer alıb.
Həmin görüntüləri təqdim edirik:Muxalifet - 1-09-2019
Ermənistan ordusunun 4 əsgəri zabiti döydüklərinə görə həbs ediliblər
Ermənistanın hüquq-mühafiqə orqanları zabitin döyülməsi faktı üzrə 4 əsgəri saxlayıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətiylə əlaqələr şöbəsinin rəisi Naira Arutunyan özünün "Facebook"dakı səhifəsində bildirib.
Muxalifet - 1-09-2019
Məhərrəm ayı başladı
Bu gündən Azərbaycanda Məhərrəmlik başlayıb.
Muxalifet.az xatırladır ki, Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-a təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.
Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə və ibadət ocaqlarında təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır.
Dini mərasim və ayinlər yalnız Qafaqaz Müsəlmanları İdarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.Muxalifet - 1-09-2019
Azərbaycanda əhalinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi hansıdır?
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 121,4 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çox sərnişinə xidmət göstəriblər.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 12,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.Muxalifet - 1-09-2019
Elvin İsayev Rusiya vətəndaşlığından məhrum EDİLDİ
Azərbaycan əsilli Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib. Muxalifet.az-ın "lenta.ru" saytına istinadən verdiyi məlumata görə, polis E. İsayevi Rusiyada qalma rejimini pozmaqda günahkar sayıb və 5 min rubl cərimələyib. Hazırda E. İsayev Leninqrad vilayətində Miqrantların Müvəqqəti Saxlama Mərkəzində saxlanılır və Azərbaycana deportasiya ediləcək. Qeyd edək ki, Azərbaycan vətəndaşlığından 18 il əvvəl imtina edən E. İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya pasportu alıb, 2014-cü ildə sənədlərini itirdiyi üçün pasportunu dəyişib.
Muxalifet - 1-09-2019
TOY GÜNÜ DƏHŞƏT: Bəy həbsxanaya, gəlin xəstəxanaya - VİDEO / FOTO
Türkiyənin Antalya vilayətinin Muradpaşa rayonunda evlənməyə hazırlaşan Okan Quşbaşı və Gülfər Yelec cütlüyü üçün xına mərasimi təşkil olunub.
Mərasimdən sonra bəy yaşadığı evin balkonuna çıxaraq silahla havaya atəş açıb.
Bəy daha sonra silah səsinə əraziyə gələn 2 bəkçiyə atəş açıb. Saxlanılan Okan Quşbaşı toy günü baş tutan məhkəmədə həbs olunub. Hadisə yerinə gəlinlikdə gələn Gülfər Yelecin isə halı pisləşib və xəstəxanaya yerləşdirilib.Muxalifet - 1-09-2019
Rusiya BMT Təhlükəsizlik Şurasının sədri oldu
BMT Təhlükəsizlik Şurasına sədrlik bir ay müddətinə Rusiyaya keçib.
Bu barədə RİA Novosti xəbər yayıb.
Rusiya xarici işlər nazirinin birinci müavini Dmitri Polyanski qeyd edib ki, ölkənin XİN rəhbəri Sergey Lavrov bəzi iclaslarda iştirak edə bilər. Bundan başqa, sentyabr ayında çoxlu sayda tədbirin keçirilməsi planlaşdırılır, onların bəziləri regional əməkdaşlığa həsr olunacaq.
Rusiyanın BMT TŞ-də sədrliyinin tam proqramı sentyabrın 3-də təqdim olunacaq. Onu Rusiyanın nümayəndəsi Vasili Nebenzya səsləndirəcək.
Muxalifet4 - 1-09-2019
Nikahın pozulmasının qeydə alınması proseduru dəyişib
Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişiklik nikahın pozulmasının qeydə alınması proseduru ilə əlaqədardır.
Qaydaya əsasən, məhkəmənin qətnaməsi əsasında nikahın pozulması bu barədə ərizə verilərkən qeydə alınır. Dəyişikliyə əsasən, məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən, nikahın pozulması haqqında akt qeydində və şəhadətnamədə nikaha xitam verilmə tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstəriləcək.
Muxalifet4 - 1-09-2019
Aviaşou zamanı təyyarə qəzaya uğradı - KANADADA
Kanadanın Alberta şəhərində aviaşou zamanı baş verən kiçik təyyarə qəzasında bir nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "CTV" telekanalı bildirib.
Məlumata əsasən, hadisə yarmarkanın keçirildiyi Smit şəhəri yaxınlığında baş verib.
Kanada Nəqliyyat Nazirliyinin əməkdaşları araşdırmaya başlayıb.
Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.Muxalifet4 - 1-09-2019
Həbsxana bombardman edildi - AZI 50 NƏFƏR ÖLDÜ
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ən azı 50 hərbi əsir ölüb.
Bu barədə məlumatı “Sınxua” agentliyi “Ənsar Allah” hərəkatının (husilər) bəyanatına istinadən yayıb.
Hadisə Damar əyalətinin mərkəzində baş verib.
“Reuters” agentliyinin məlumatına görə, koalisiya qüvvələri 6 aviazərbə endirib./Report
Muxalifet - 1-09-2019
Riberi yaddan çıxdı, hamı tərcüməçisindən danışdı - FOTO
Bir neçə gün əvvəl "Fiorentina" ilə müqavilə bağlayan Frank Riberinin Florensiyada keçirdiyi ilk mətbuat konfransı onun tərcüməçisini gündəmə gətirib.
Muxalifet.az Fanat.az-a istinadən xəbər verir ki, Alesiya Enrikes adlı xanım tərcüməçi bütün diqqətləri üzərinə çəkib. Canlı yayımlanan mətbuat konfransından sonra Alesiya geniş müzakirələrə səbəb olub.
Hətta məşhur "La Gazzetta dello Sport" qəzetinin saytında onunla bağlı yerləşdirilmiş xəbər günün ən çox oxunanı olub.
Muxalifet4 - 1-09-2019
Ramiz Zeynalovun qohumunu qətlə yetirdilər – BAKIDA QANLI DAVA
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qayını oğlu Bakıda qətlə yetirilib. “BakuPost” xəbər verir ki, hadisə dünən gecə Yasamal rayonu ərazisində baş verib. Qətlə yetirilən 1990-cı il təvəllüdlü şəxs avtomobil idarə edərkən başqa bir sürücü ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib və idarə rəisinin qayını oğlu döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Muxalifet - 1-09-2019