Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. Yerevanda terrorçuya heykəl qoyuldu - TÜRKİYƏDƏN ETİRAZ GƏLDİ

    Ermənistanda Tələt Paşanı qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana heykəl qoyulması Türkiyədə etirazlara səbəb olub.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyənin Vətən partiyasının üzvləri görkəmli dövlət xadimi Tələt Paşaya qarşı Ermənistan dövləti tərəfindən edilmiş təhqirlə bağlı Ankarada etiraz nümayişi keçiriblər.

    Muxalifet - 2-09-2019

  2. “Siyasi mühacirin cənazəsinin ölkəyə gətirilməsi ilə bağlı qadağa yoxdur”

    Berlin şəhərinin Rahnsdorf rayonunda yaşayan 32 yaşlı azərbaycanlı qadın pəncərəni silən zaman ehtiyatsızlıqdan 4-cü mərtəbədən binanın həyətinə yıxılıb. Bu barədə məlumatı Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev bildirib. Əlövsət Əliyevin sözlərinə görə, qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib: "Dünyasını dəyişən qadın hamilə olub. Təcili aparılmış qeysəriyyə əməliyyatına baxmayaraq qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. Hazırda hüquq mühafizə orqanları hadisənin detallarını araşdırlar.

    Muxalifet4 - 2-09-2019

  3. AKP-dən Davudoğlu ilə bağlı ŞOK QƏRAR

    Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) keçmiş xarici işlər naziri və baş nazir Əhməd Davudoğlunu sıralarından uzaqlaşdırır. Türkiyə KİV-ləri xəbər verir ki, AKP-nin İdarə Heyəti Əhməd Davudoğlu, Ayhan Səfər Üstün, Abdullah Başcı və Səlcuq Özdağın partiya üzvlüyündən çıxarılması ilə bağlə tələbi intizam qurumuna göndərib. Qeyd edək ki, son vaxtlar Türkiyə AKP-nin parçalanacağı iddiaları ilə çalxalanır. Türkiyə baş nazirinin keçmiş müavini, AKP-nin yaradıcılarından olan Əli Babacan partiyadan istefa verib. Onun Əhməd Davudoğlu ilə birlikdə yeni partiya yaratmağa hazırlaşdığı bildirilir.

    Muxalifet4 - 2-09-2019

  4. Cərəyana qoşulmuş telefonla oynayan qızı "tok" vurdu

    Rusiyanın Mordoviya Resublikasında 10 yaşlı məktəbli qız cərəyana qoşulu telefonda oyun oynayarkən ölüb.

    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, çarpayısına uzanıb telefondan istifadə edən qızı anası huşsuz vəziyyətdə və əllərində yanıq izləri ilə tapıb. Məktəbli dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Qızın "tok" vurma nəticəsində öldüyü ehtimal edilir.

    Muxalifet4 - 2-09-2019

  5. Cahangir Hacıyev məhkəmədə Kremlin yanındakı malikanələrdən danışıb

    Beynəlxalq Bankdan 4.7 milyard manatlıq məninmsəmə ilə bağlı 9 ay davam edən məhkəmə prosesi yekunlaşır. Sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev son sözünü deyib. 2015-ci il dekabrın 4-dən həbsdə olan və bundan əvvəlki cinayət işi üzrə 15 il azadlıqdan məhrum edilən C.Hacıyevə bu dəfə prokuror əvvəlki hökm də nəzərə alınmaqla, ümumilikdə 17 il cəza istəyib.

    Muxalifet4 - 2-09-2019

  6. Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib - VİDEO

    Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantıda əsas məqsəd kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması olub. "Ən yaxşı snayper" adı uğrunda keçirilən yarışda snayperlərin müxtəlif üsullarla maskalanması və müşahidə aparmaq bacarıqları yoxlanılıb, müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.

    Muxalifet4 - 3-09-2019

  7. SON DƏQİQƏ: Azərbaycanda zəlzələ BAŞ VERDİ

    Qəbələ ərazisində zəlzələ qeydə alınıb.
    Respublika Seysmoloji Xidmət Mərkəzindən Muxaifet.az-a verilən məlumata görə, yerli vaxtla saat 00:25:16-da qeydə alınmış zəlzələnin gücü 3,2 bal olub.
    Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

    Muxalifet - 3-09-2019

  8. NATO Rusiyaya ilk dəfə bu “siqnalı” göndərdi - VİDEO

    ABŞ Hərbi Hava Qüvvələrinin radarlara görünməyən B-2 Spirit ağır strateji bombardmançısı ilk dəfə Böyük Britaniya Kral Hava Qüvvələrinin F-3B beşinci nəsil qırıcılarının müşaiyəti ilə uçub. Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, müvafiq videokadrları “Daily Military Defense” portaı öz YouTube kanalında yayıb. Qeyd olunur ki, birgə uçuş avqustun 29-da İngiltərə üzərində ABŞ-ın bombardmançılar qrupunun təlimləri zamanı həyata keçirilib. Bu təlimlər zamanı B-2 Spirit havada Britaniyanın KS-135 Stratotanker yanacaqdolduranından yanacaq götürüb.

    Muxalifet - 3-09-2019

  9. Putindən Paşinyana “sürpriz”- Ermənistan üçün kritik ay

    Rusiya prezidentinin məhbus Köçəryana sayca üçüncü təbriki rəsmi İrəvan üçün şok effekti yaradır; erməni baş nazirin bəyanatları başına bəla olur...

    Rusiya növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyana “sürpriz” edib. Belə ki, prezident Vladimir Putin Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryana 65 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

    Muxalifet - 3-09-2019

  10. Dövlət qurumu diskoteka üçün 70 minlik stadionu icarəyə götürüb

    Bir müddət öncə NRYTN nəzdində İnnovasiya Agentliyi yaradıldı və bu yaxınlarda Prezident sərəncamı ilə yeni rəhbəri də təyin olunub.

    Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, ekspert Osman Gündüz hesab edir ki, bundan sonra gözləmək olardı ki NRYTN-nin innovativ fəaliyyətində İnnovasiya Agentliyinin adına daha tez-tez rast gələcəyik. Amma qəribədir ki, hazırda nazirlikdə bu istiqamətdə öndə gedən qurum İnnovasiya Agentliyi deyil, NRYTN digər bir qurumu – AzİnTelecomdur.

    Muxalifet - 3-09-2019

  11. RUSİYA 20-30 İLDƏN SONRA PARÇALANACAQ! – “İndiki sərhədlər daxilində mümkün deyil…”

    Amerikalı tarixçi ehtimal edir ki, Rusiya, separatizmin təzyiqi altında çat verə bilər.

    Rusiya indiki formada daha 20-30 il, ola bilər ki, daha az mövcud olacaq. Ona görə az ki, onun vahid milli identikliyi yoxdur. Bu barədə ABŞ Milli Müdafiə Universitetinin beynəlxalq təhlükəsizlik məsələləri Kollecinin tarixçi-professoru Pyotr Yeltsov «Amerikanın səsi»nə verdiyi müsahibədə bəyan edib.

    Muxalifet - 3-09-2019

  12. Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət - Valideynlərin diqqətinə!

    Mütəxəssislər bildirir ki, bir yeniyetmənin, gəncin narkoman olmasına səbəb və yol ailədən başlayır. Valideynin yaxşı, pis olmasının fərqi yoxdur, ailədə, evdə hökm sürən ab-hava uşaqları nəzarət olunmayacaq addıma sövq edir. Bəzən valideynlərin uşağı çox güdməsi, sıxması, xırdaçılığı və ya tamamən görməzdən gəlib azadlıq verib özbaşına buraxması uşağı depressiv bir hala salaraq, hardasa başqa şeylərdən həzz, zövq və rahatlıq tapmağa vadar edir. Düzdür bu hər uşaqla baş vermir. Amma indi narkomaniya elə yayılıb ki, ən sakit uşağı belə ruhunu incitmədən cənginə alır.

    Muxalifet - 3-09-2019

  13. Müharibə ALOVLANIR: sərhədlər ləğv olundu, ən dərin nöqtələrə qədər...

    “Qırmızı sərhədlərimizi ləğv etdik. Ən dərin nöqtələrinə qədər hücum edəcəyik”. Muxalifet.az xəbər verir ki, bunu Livandakı Hizbullah lideri Həsən Nəsrallah deyib. Televiziyada canlı yayımla İsrailin ehtimal edilən hücumlarına dair açıqlama verən terrorçu lider bu hücumlara qarşılıq verəcəklərini deyib. Qeyd edək ki, Hizbullah ötən gün verdiyi açıqlamada İsrailin Avivim bölgəsindəki hərbi avtomobilini məhv etdiyini açıqlamışdı. Həmin avtomobildə olan şəxslərin öldüyü və yaralandığı bildirilmişdi.

    Muxalifet - 3-09-2019

  14. Bakı bulvarında ŞOK ANLAR: Heç kim kömək edə bilmədi - VİDEO

    Ötən gün Bakının Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.

    Muxalifet.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veribər.

    Bildirilir ki, hadisə saat 21 radələrində baş verib.

    Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

    Muxalifet - 3-09-2019

  15. “Rüfət Aslanlı maliyyə sektorunun qara səhifəsidir” – “Həvəslə müqayisə edib, uzağa getmək olar…”

    Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Ölkə başçısının qərarı 1 milyon 350 min nəfərə şamil olunub. Maraqlıdır, hazırda Azərbaycanda ən çox əməkhaqqı verilən sahələr hansılardır?

    Muxalifet - 3-09-2019

  16. Qara çörək, yoxsa qaraldılmış çörək?- Firmalar hiyləgərlik edir - VİDEO

    Qara çörək adı ilə satılan çörəklərin bir çoxunun tərkibinə rəngi tündləşdirmək üçün əlavə qatqılar qatırlar. Ekspertlər bildirir ki, istehsalçılar bu maddələri çörəyin tərkibi ilə bağlı məlumatlarda göstərməyərək vətəndaşların hüquqlarını pozurlar. Məsələyə Qida Təhlükəsizliyi Agentliyi də münasibət bildirib.

    Bəziləri pəhriz üçün, bəziləri isə insan orqanizminə faydalı olduğu üçün qara çörəkdən istifadə etməyə üstünlük verirlər.

    Muxalifet - 3-09-2019

  17. ​Mübariz İbrahimovun şəkli ilə sərhədi vizasız keçdi - VİDEO

    Sentyabr ayının birindən etibarən Türkiyə vətəndaşları üçün Azərbaycana viza rejimi ləğv edilib. Artıq iki gündür ki, ölkəmizə gələn Türkiyə vətəndaşları yalnız xarici pasportları ilə sərhədi keçirlər. Vizasız rejimdən yararlanan ilk Türkiyə vətəndaşının isə jesti isə olduqca maraqlıdır. O öz avtomobilinə Milli qəhrəman Mübariz İbrahimovun şəklini yapşıdırb.
    Vizasız rejimin qüvvəyə minməsini gözlədir. Saat gecə 12 tamam olan kimi, sərhədi keçdi. Özü də Milli qəhrəman Mübariz İbrahimovun şəklini yapışdırdığı maşını ilə.

    Muxalifet - 3-09-2019

  18. Sevinc Abbasovanın məhkəməsinin vaxtı açıqlandı

    Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 12-nə təyin edilib.

    Muxalifet - 3-09-2019

  19. CON BOLTONUN “Z” TURNESİ: Ukrayna-Moldova-Belarus-Polşa seçiminin geosiyasi səbəbləri

    Muxalifet.az newtimes.az-ın yazısını təqdim edir:

    ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Ukrayna, Moldova, Belarus və Polşaya səfərinin trayektoriyası müəyyən mənada “z” hərfini xatırladır. Bir sıra ekspertlər hətta “Zorro” rəmzi ilə müqayisə aparırlar. Yəni, Amerika rəsmisi məcazi mənada səfərində bir “Zorro” damğasını vurdu. Ancaq bu, kənardan belə görünə bilər.

    Muxalifet - 3-09-2019

  20. “Erməni icması yalançı və saxta “matriksdən” azad olmalıdır” – Qarabağ icmasından bəyanat

    Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejimin qeyd etdiyi “müstəqillik günü” ilə bağlı bəyanat yayıb.

    Muxalifet.az xəbər verir ki, icmanın bəyanatında deyilir: 

    "Ermənistan KIV-lərində yayılan məlumata əsasən, 2 sentyabr 2019-cu il tarixində Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejim “müstəqillik günü” adı altında növbəti təxribat xarakterli “tədbirlər” keçirməklə məşğuldur.

    Muxalifet - 3-09-2019

Pages