Axtarış

The search found 105785 results in 0.049 seconds.

Search results

  1. Arvadının əsgər yoldaşı ilə sevgili olduğunu öyrəndi: küçədə hər ikisini güllələdi - VİDEO

    Türkiyənin Tekirdağ vilayətinin Çorlu mahalında ondan boşanmaq üçün 6 ay öncə məhkəməyə müraciət edən arvadını və əsgərlik yoldaşını öldürən şəxsin məhkəməsi olub.
    Arvadı Məlikə Baştürk və arvadının birlikdə yaşadığı Saleh Durmuşu öldürən Nazim Baştürkün məhkəmə ifadəsi ortaya çıxıb.
    Baştürk arvadının əsgər yoldaşı ilə birlikdə yaşamağını həzm edə bilmədiyini etiraf edib:
    "Birlikde yaşayırlarmış, pisimə gəldi və ancaq o barədə düşünürdüm".

    Muxalifet - 3-09-2019

  2. Hicran Hüseynovanın qurumu ölkədən qanunsuz pul çıxaran şirkətlə müqavilə BAĞLAYIB!

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlayıb. Onların arasında ölkədən qanunsuz olaraq 630 min dollar çıxaran şirkət də var.

    Muxalifet.az “Turan”a istinadla xəbər verir ki, Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, sentyabrın 2-də Hicran Hüseynovanın rəhbərlik etdiyi komitə dörd şirkətlə ümumilikdə 833,6 min manatlıq (490 min dollar) on müqavilə bağlayıb.

    Muxalifet - 3-09-2019

  3. “Pəhləvanlar” kafesinin saxlanılan sahibi ilə bağlı ŞOK FAKTLAR

    Abşeron rayonunda yerləşən "Pəhləvanlar” kafesində əxlaqsızlıq yuvası təşkil etməkdə və narkotik vasitələrin satışında təqsirləndirilən Habil və Qabil qardaşları, onların ortağı Elçin Əzimlinin barəsindəki cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
    Muxalifet.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, hər üç şəxs 2019-cu ilin fevral ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat nəticəsində saxlanılıb.

    Muxalifet - 3-09-2019

  4. Azərbaycanda internet niyə “ölür”?

    Son günlər ölkə ərazisində internetin zəif olması ilə bağlı iddialar səsləndirilir. Bir çoxları məsələ ilə əlaqədar provayderlərə müraciət edib, qarşılığında isə onlara heç bir problem olmadığını bildiriblər.

    Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova iddiaların həqiqətə uyğun olmadığını deyib:

    Muxalifet - 3-09-2019

  5. İcra başçısından oğluyla bağlı yayılan xəbərə REAKSİYA

    Saatlı İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov oğlunun Kanadada mülklərinin olmasıyla bağlı xəbərlərə münasibət bildirib.

    "Qafqazinfo" xəbər verir ki, icra başçısı açıqlamasında xəbərin həqiqətə uyğun olmadığını bildirib.

    Muxalifet - 3-09-2019

  6. Toyda mikrofonu açıq qalan gəlin biabır oldu: "5 dəqiqə əvvəl hamamda..." - VİDEO

    Sosial şəbəkələrdə yayılan video maraq doğurub. Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, görüntülərdə gəlinin mikrofon açıq qaldığına görə qonaqlar arasında pis vəziyyətdə qalması əks olunub. ABŞ-dakı toy mərasimində çəkilən görüntülərə görə, bəy həyat yoldaşına çox gözəl göründüyünü söyləyib. Bundan həvəslənən gəlin gülərək ərinə qeyri-etik formada bir neçə dəqiqə əvvəl hamamda təbii ehtiyacını ödədiyini dilə gətirib. Bəy: Çox gözəl görünürsən Gəlin bəyin qulağına pıçıldayaraq: Bilirəm, 5 dəqiqə əvvəl ayaqyolundaydım, təbii ehtiyacımı ödədim, rahatlaşdım.

    Muxalifet - 3-09-2019

  7. ​Ərdoğan ABŞ-a rəsmi səfərə gedəcək

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 21-dən 26-dək ABŞ-da rəsmi səfərdə olacaq.
    “Report” dövlət başçısının dəftərxanasına istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə lideri BMT Baş Assambleyasının Nyu-Yorkdakı 74-cü sessiyasında iştirak edəcək.
    Qeyd edək ki, rəsmi açılışı sentyabrın 17-də keçiriləcək sessiyada ümumi müzakirələr ayın 24-dən başlayacaq.

    Muxalifet - 3-09-2019

  8. Damla Sönmez "Çukur" serialına çəkiləcək - FOTO

    Hər zaman reytinqlərdə birinci olan "Çukur" yeni mövsümdə məşhur aktyorları transfer edib. Bu dəfə ekran işinə aktrisa Damla Sönmez də daxil olub. O, Baykalın qızı Efsun obrazını oynayacaq. Ötən mövsüm hər bölümü ilə tamaşaçıları ekrana bağlayan və möhtəşəm final yayımlayan serial bu dəfə də iddialıdır. "Çukur"un yaradıcıları heyətə daxil edilən yeni aktyorların adını hələ tam açıqlamadıqlarını bildirib. Serialın baş rol ifaçısı Aras Bulut İynemli sosial şəbəkədə paylaşım edərək, artıq çəkilişlərin başladığını vurğulayıb.

    Muxalifet - 3-09-2019

  9. “TurAz Qartalı - 2019” təlimlərinin açılışı oldu - VİDEO

    Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər.

    Muxalifet - 3-09-2019

  10. Azərbaycanlı idmançı dünya rekordu müəyyənləşdirib – VİDEO

    usiyanın Ulan-Ude şəhərində yaşayan əslən azərbaycanlı Rafael Quliyev dünya rekordu müəyyənləşdirib.

    Bu barədə “Report”a Quliyevin özü məlumat verib. 85 kq çəkiyə malik idmançı turnikdən iki barmaqla 75 saniyə sallandığını bildirib: “Əvvəlki rekorddan xəbərdar idim. Buna görə də qarşıma 80 kq-dan yuxarı çəki dərəcəsində yeni rekord müəyyənləşdirmək vəzifəsi qoymuşdum. İstəyirdim ki, sentyabrın 13-də tamamlanacaq 26 yaşıma belə bir hədiyyə edim”.

    Muxalifet - 3-09-2019

  11. Terrorçubaşı Öcalanın "sağ əli" "Kava Qarzan" məhv edildi

    Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələri dünən Hakurk bölgəsində PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib. 

    Muxalifet.az xəbər verir ki, əməliyyat nəticəsində məhv edilən 5 terrorçudan birinin qırmızı bülletenlə axtarışa verilən, terror təşkilatının "lider"lərindən biri olan "Kava Qarzan" kod adlı Nədim Karakulak olduğu müəyyənləşdirilib.

    PKK-ya 1992-ci ildə qoşulan  Karakulakın Türkiyədə həyata keçirilmiş bir çox terror aktlarında iştirakı müəyyən edilərək, 2013-cü ildən qırmızı bülletenlə axtarışa verilmişdi. 

    Muxalifet - 3-09-2019

  12. Hacı Şahindən ŞOK AÇIQLAMA:"Məhərrəmlikdə toyların keçirilməsini din qadağan etmir"

    "Məhərrəm ayında toyların və digər şənlik məclislərinin qadağan olunması dini hökm deyil. Bu, dini tövsiyyədir"

    Muxalifet - 3-09-2019

  13. Rusiyada azərbaycanlı taksi sürücüsü qətlə yetirildi

    Bu gün Rusiyanın Nefteyuqansk şəhərində Çeuskinski kanalının sahilində üzərində çoxsaylı bıçaq yarası olan kişi meyiti tapılıb.

    Muxalifet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, öldürülən şəxsin 26 yaşlı Azərbaycan vətəndaşı, Nefteyugansk sakini Məhəmməd Quliyev olduğu bildirilib. O, şəhərdə taksi sürücü işləyirmiş. Bir gün öncə polisə onun itkin düşməsi ilə bağlı müraciət olunub.  Məhəmməd Quliyevin avtomobili isə Nefteyuqanskın digər ərazisində tapılıb.

    Muxalifet - 3-09-2019

  14. Davudoğlu Ərdoğanı şantaj edir - Ərbakan

    Əhməd Davudoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı şantaj edir. Bu sözləri Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan deyib. “İllərlə AKP hökumətlərində nazir və baş nazir olmuş, uzun zamandır yeni bir partiya yaratmaq üçün cəsarətini toplamağa çalışan bəzi siyasətçilər son günlərdə həmin dövrə dair bildiklərini ictimaiyyətə açıqlayacağını söyləyərək, cənab Ərdoğanı və iqtidarı təhdid edir, çirkli sənədlər üzərindən cənab Ərdoğan və siyasi iqtidarı şantaj edir. Belə bir davranış keçmiş baş nazir və keçmiş nazirlərə yaraşarmı?”, - Ərbakan bildirib./Axar.az

    Muxalifet - 3-09-2019

  15. Bibilərindən erməni atalarını öldürən bacılara ittihamlar: Seks gecələri keçirirdilər - VİDEO

    Ötən ilin ən səs-küylü qətl hadisəsinin istintaqı başa çatmaq üzrədir.
    Söhbət Moskvada yaşayan erməni ailəsində baş verən qətl hadisəsindən - 57 yaşlı Mixail Xaçaturyanın doğma qızları tərəfindən qətlə yetirilməsindən gedir.
    Doğma atalarını qətlə yetirən qızların vəkili bildirib ki, ekspertiza atanın onlara qarşı fiziki və seksual xarakterli zorakılıq etdiyini sübuta yetirib.

    Muxalifet - 3-09-2019

  16. ​Siyəzəndə 3 övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı

    Siyəzən rayon sakini, üç övladı ilə birgə iki ay əvvəl itkin düşən 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı tapılıb.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Trend-ə Siyəzən Rayon Polis Şöbəsindən məlumat veriblər. Qeyd olunub ki, qadın ötən ayın 30-u Bakıda tapılıb.
    Xatırladaq ki, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Muxalifet - 3-09-2019

  17. Başın ağrıyırsa, karandaş dişlə - 30 saniyəlik müalicə üsulu

    Başağrıları üzrə mütəxəssis olan doktor Ceyn Leonard ilginc sayılan məsləhətlə çıxış edib.

    Unikal.org bildirir ki, o, "The Daily Mail" qəzetində çap olunan məqaləsində bildirib ki, baş ağrıları zamanı diş arasında sadə karandaş sıxmaq lazımdır.

    Muxalifet - 3-09-2019

  18. “Türkiyə və digər qonşularla əl-ələ verib…” – İranın keçmiş prezidenti

    İran üçün qonşular hər zaman vacibdir, eyni coğrafiyada yaşadığımıza görə birlikdə inkişaf etməliyik. Bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad deyib.

    Muxalifet - 3-09-2019

  19. Ərdoğan azərbaycanlı rəssamı Ankaraya dəvət etdi - Video

    Azərbaycanlı rəssam İlham Ənvəroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Konyaya səfəri zamanı tablo hədiyyə edib. “Yeni Sabah” "Real TV"yə istinadən xəbər verir ki, türkçülüyü özündə əks etdirən tablodan məmnunluğunu bildirən Türkiyə prezidenti rəssamı Ankaradakı iqamətgahına dəvət edib. Qeyd edək ki, İlham Ənvəroğlu 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1995-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsindən məzun olub.

    Muxalifet - 3-09-2019

  20. İsrail "Hizbullah" a məxsus raket istehsalı obyektini aşkarladı

    Livanda Bekaa vadisində idarə olunan yüksək dəqiqlikli raketlərin istehsalı üçün nəzərdə tutulmuş obyekt aşkar edilib.
    Muxalifet.az “Ria-Novosti” agentliyinə istinadən xəbər verir ki, İsrail hərbçilərinin məlumatına görə, obyekt “Hizbullah” hərəkatına məxsusdur.
    Xatırladaq ki, sentyabrın 1-də İsrail Müdafiə Nazirliyi Livanla sərhəddə yerləşən hərbi baza və texnikasının raket atəşinə tutulduğunu açıqlayıb. “Hizbullah” qruplaşmasının açıqlamasında isə İsrailə məxsus hərbi maşının vurulduğu və hadisə zamanı ölənlərin olduğu bildirilib.

    Muxalifet - 3-09-2019

Pages