Axtarış

The search found 105785 results in 0.027 seconds.

Search results

  1. Röya: "Sevgilimlə yola gedə bilmirik"

    Xəbərçiliyi sevmirəm. Ətrafımda kiməsə filankəslə danışma, mən onunla küsülüyəm demərəm. Amma özünü elə aparmalıdır ki, mən də onunla rahat olum. Gəlib mənə həmin adam haqqında danışsa, onla dostluğu bitirəcəm. Buradan başqalarına da səslənirəm ki, gəlib mənə deməyin ki, ona belə etdim, elə etdim. Həmin andan yanımda özünüzü itirəcəksiniz.
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Röya Ayxan "Sözüm var" proqramında deyib. Müğənni dostluqlardan danışıb.
    Röya bildirib ki, kişilərə qadınlarla dostluq etmək çətindir:

    Muxalifet - 3-09-2019

  2. Qobustan həbsxanasının 12 ildir açılmayan sirri

    Bakıdan 70 kilometrlik məsafədə yerləşən cəzaçəkmə müəssisəsinin Unbakıya köçürülməsi niyə ləngiyir?
    2007-ci ilin bu günlərində Qobustan qapalı həbsxanasının Bakı şəhərinə yaxın əraziyə köçürülməsi qərarı verilib. 12 ildir ki, bu qərarın icrası istiqamətində atılan addımlar həbsxananın nəhayət ki, Umbaku qəsəbəsinə köçürülməsinə gətirib çıxarmayıb. 
    Ötən illər ərzində həbsxananın köçürüləcəyi haqda ən müxtəlif səviyyələrdə çıxışlar olub, vədlər verilib. Bu mövzuda sonuncu çıxış 21 iyun 2017-ci ildə olub. 

    Muxalifet - 3-09-2019

  3. Azərbaycanlı “qanuni oğru” məclisə görüntülü zənglə qoşuldu - Video

    Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Dato Ağcabədinski" kimi tanınan Cavid Məmmədovun yeni görüntüləri yayılıb.

    "Qafqazinfo"nun əldə etdiyi görüntülər Moskvada yerləşən "Moskovskiy" restoranında keçirilən əyləncə məclisində çəkilib.

    Belə ki, 34 yaşlı "Dato Ağcabədinski" həmin məclisə görüntülü zənglə qoşulub. O, özünə həsr edilmiş meyxananın sədaları altında rəqs edən şəxsləri izləyib.

    Muxalifet - 3-09-2019

  4. Azərbaycanda kişi qardaş və bacısını bıçaqladı - TƏFƏRRÜAT

    Qobustan rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təffərrüatları məlum olub.

    Nərimankənd kəndində kişi öz bacısı,1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızını və qardaşı 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğlunu bıçaqlayıb.

    Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

    İlkin məlumata görə, hadisə mülk məsələsinə görə baş verib.

    ***

    3 sentyabr 22:17

    Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Muxalifet - 4-09-2019

  5. ​Kabab iyinə görə qonşuları məhkəməyə verdi

    Avstraliyada vegeterian qadın qonşularından məhkəməyə şikayət edib. Rus mətbuatının yazdığına görə, o, qonşulardan gələn kabab iyindən və siqaret qoxusundan narahat olduğunu deyib. Bundan başqa, uşaqların oynayarkən səs-küy salması da onun dincliyini pozurmuş. Şikayətçiyə elə gəlir ki, balıq və ət barbeküsünü sevən qonşuları onun qəsdinə durublar. Avstraliyalı qadın ötən il də eyni səbəblərlə məhkəməyə şikayət edib, lakin onun iddiası təmin olunmayıb. Bundan sonra o, Ali Məhkəməyə müraciət göndərib.

    Muxalifet - 4-09-2019

  6. YEREVAN MEYDAN OXUDU, rusiyalı faşistə siyasi sığınacaq verdi

    Ermənistanın Miqrasiya Xidməti Rusiya müxalifətçisi, ultrasağçı radikal Vitali Şişkinə qaçqın statusu və sığınacaq verib. Xidmətin bu barədə bəyanatında deyilir ki, Rusiya Federasiyasına qaytarılacağı təqdirdə Şişkinin həyatına real təhklükə yarana bilərdi.

    Şişkin özü isə bu haqda belə deyib: “Mən Ermənistanda qaçqın statusunu Rusiyada siyasi motivlərlə təqib olunduğuma görə almışam. Qaçqınlığın müxtəlif növləri var. Məsələn müharibə qaçqını kimi. Amma mən əvvəlcədən keçmiş siyasi məhbus kimi siyasi sığınacaq almağa çalışırdım”.

    Muxalifet - 4-09-2019

  7. ​BAKIDA YANĞIN: Xəsarət alanlar var

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub. 
    FHN-dən Muxalifet.az-a daxil olan məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Artıq yanğın söndürülüb və digər evlərə keçməsinin qarşısı alınıb. Dörd nəfər yanğın zamanı tüstüdən zəhərlənib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 4-09-2019

  8. “Bu məscid tikilsə, azan səsi erməni kəndlərinə yayılar” - Gədəbəydən müraciət

    Rayonun keçmiş Keşişkənd, indiki Qoşabulaq camaatı dövlət başçısından və 1-ci vitse-prezident Mehriban Əliyevadan 30 ilə yaxındır tikintisi yarımçıq qalmış ibadət evinin tamamlanması üçün kömək istəyir

    “Yeni Müsavat”ın 17 avqust tarixli sayında Gədəbəyin Qoşabulaq (köhnə adı Keşişkənd) kəndindən reportaj təqdim eləmişdik.

    Muxalifet - 4-09-2019

  9. Deputat generalın qohumunun qətlindən və “vor zakon”lardan yazdı

    Üç gün əvvəl Bakının Şərifzadə küçəsində baş vermiş cinayət nəticəsində 1991- ci ıl təvəllüdlü Fərid Məmmədzadə bıçaqla, ürək nahiyyəsindən vurulan zərbə nəticəsində qətlə yetirilib.Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, doğmalarına səbr arzulayıram”.

    Muxalifet - 4-09-2019

  10. Ölüm xəbəri yayılan Cavan Zeynallı danışdı: ŞOK OLDUM - FOTO

    Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə xəbəri prodüser və aparıcı Tarix Əliyev sosial şəbəkədə paylaşıb. İddiaya görə, Xalq artisti bu gecə 74 yaşında dünyasını dəyişib. Səhər 6-da dostum cazmen Tofiq zəng edib ki, Cavan, ölməmisən? Eşidəndə şok oldum. Bu sözləri bu gün ölüm xəbəri yayılan xalq artisti Cavan Zeynallı deyib./kult.az

    Muxalifet - 4-09-2019

  11. ERMƏNİSTAN QARIŞIR: Köçəryanın tərəfdarları İrəvan küçələrinə çıxdı

    Moskvadan gələn yubiley təbrikinin ardınca Qarabağ klanı hərəkətə keçdi: erməni mediası Rusiya prezidentinin Köçəryanla həbsxanada görüşə biləcəyini yazdı; Tofiq Zülfüqarov: “Paşinyan başa düşüb ki, Rusiya onu qəbul etməyəcək”

    Muxalifet - 4-09-2019

  12. “ABŞ-ın da zərbələr endirdiyi İdlibdə 700 nəfər ölüb” – Ərdoğan

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 31-də Suriyanın İdlib əyalətinin ABŞ hərbçiləri tərəfindən aviazərbələrə məruz qalmasına təəssüfləndiyini bildirib.

    APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Çexiyanın baş naziri Andrey Babişlə danışıqların nəticələrinə dair keçirilmiş mətbuat konfransında deyib.

    Muxalifet - 4-09-2019

  13. Bakı Şəhər İcra Hakimiyyətindən paytaxt sakinlərinə MÜRACİƏT

    Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyə edir. Bu praktika dünyanın bir çox ölkələrində mövcuddur. Yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq sərəncam imzalayıb.

    Muxalifet - 4-09-2019

  14. “HİSS OLUNUR Kİ, PATRUŞEVİN SƏFƏRİ CİDDİDİR…” – Tofiq Zülfüqarov

    Sentyabrın 3-də prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

    Muxalifet - 4-09-2019

  15. Yeni gürcü-rus müharibəsi təhlükəsi - ABŞ qoşunları köməyə gələcək...

    Politoloq: “Rəsmi Tiflis nəzarətində olan kənddə özü bilər, post da qurar, patrul da, amma...” Gürcüstan Cənubi Osetiya ilə inzibati sərhədə yaxın Çorçana kəndində polis postu yerləşdirib. Bu da Sxinvali ilə Tiflis arasında yeni gərginliyə səbəb olub. Bu barədə virtualaz.org xəbər verib. “Cənubi Osetiya Respublikası” gürcü tərəfin bu hərəkətini təxribat adlandırıb və postun götürülməsini tələb edib. Əks təqdirdə adekvat addımlar atacağını bildirib. Gürcü tərəfi bəyan edib ki, postu götürməyəcək, çünki həmin post Gürcüstanın nəzarəti altında olan ərazidə qoyulub.

    Muxalifet - 4-09-2019

  16. Bakı sakinləri ETİRAZ EDİR: Bu səsdən bezmişik – VİDEO

    Yasamal rayonu ərazisində yerləşən Arif Hüseynzadə adına 20 saylı orta məktəb-lisey  2017-ci ildə yenidən inşa edilib istifadəyə verildikdən sonra həmin ərazidə yaşayan sakinlərə rahatlıq yoxdu. 

    Bu haqda Yenisabah.az-a müraciət edən Mətbuat prospekti, məhəllə 501, bina 6 a-da yaşayan sakinlər müraciət edib.

    Muxalifet - 4-09-2019

  17. Çılpaq videoları yayılan qızlarla adı hallanan qardaşına görə Ramala zərbə - VİDEO

    Müğənni Ramal İsrafilov çılpaq videosu yayılan qızlara görə maddi ziyan dəyib.
    Muxalifet.az
    baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) efirdə danışıb.
    Qardaşı Valeh İsrafilov çılpaq videosu yayılan üç qızın iştirak etdikləri həmin eyş-işrət məclisinin təşkilində ittiham edildikdən sonra Ramalın əvvəlcədən behləşdiyi toyu əlindən alınıb.
    Tolikin sözlərinə görə, toy sahibi müğənnini məclislərində görmək istəməyib:

    Muxalifet - 4-09-2019

  18. Vilayət Eyvazovdan yeni rəis təyinatı - Fuad Mayılov Sumqayıta göndərildi

    Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə ("MERO") yeni rəis təyin olunub. Muxalifet.az xəbər verir ki, Daxili İşlər naziri, general Vilayət Eyvazovun əmri ilə bu vəzifə Fuad Mayılova həvalə edilib. Bu təyinata qədər Fuad Mayılov uzun illər "Ekologiya postu"nun rəisi vəzifəsində çalışıb. Onun yerinə hələ ki təyinat olmayıb. Xəbəri Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsindən təsdiqləyiblər.

    Muxalifet - 4-09-2019

  19. Bakıda Günay Zeynalovanı döyən boksçudan XƏBƏR VAR

    Azərbaycannın boks üzrə qadınlardan ibarət milli komandasının üzvü Məryəm Cəbrayılovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Muxalifet.az xəbər verir ki, Səbail Rayon Məhkəməsinin hakimi Ağamalı Qafarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası sentyabrın 5-nə təyin edilib. 

    Muxalifet - 4-09-2019

  20. Sabirabadda qatar TIR-la toqquşdu

    Sabirabadda yük qatarı TIR-la toqquşub.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Minbaşı kəndində qeydə alınıb. İrana məxsus olan TIR-ın üzərində yük də olub.
    Hadisənin səbəbləri araşdırılır.

    Muxalifet - 4-09-2019

Pages