Axtarış

The search found 105785 results in 0.101 seconds.

Search results

  1. Nazir ibtidai siniflərlə bağlı ƏMR İMZALADI

    Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq” mövzusuna həsr ediləcək.
    Təhsil Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

    Muxalifet - 3-09-2019

  2. Zelenski erməni əsilli Avakyanı niyə Daxili İşlər Naziri vəzifəsindən çıxara bilmədi? - ŞOK İDDİA

    Xəbər verdiyimiz kimi, ötən həftə Ukrayna Ali Radası Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. Yeni hökumətin tərkibində əvvəlki nazirlərdən yalnız 2 nəfər - Daxili işlər naziri Arsen Avakyan və Maliyyə naziri Oksana Markarova saxlanılıb. Ukrayna mətbuatında ən çox müzakirə olunan məsələ Arsen Avakyanın yenidən Daxili işlər naziri təyin olunması olub. Arsen Avakyan keçmiş prezident Petro Poroşenkonun ən yaxın silahdaşlarından biri olub. Bu səbəbdən də Avakyanın Daxili işlər naziri vəzifəsində saxlanılması Zelenski tərəfdarlarının narazılığına səbəb olub.

    Muxalifet4 - 3-09-2019

  3. Polislərin xilas etdiyi yaralı ceyran öldü - FOTO

    Ötən gün Quba Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman meşəlik ərazidə halsız vəziyyətdə olan cüyürlə rastlaşmış və bu vəziyyətə biganə qalmayaraq köməksiz canlını polis şöbəsinə gətirmişdir. Qeyd edək ki, ilkin yardım göstərildikdən sonra heyvanın sağlamlığının tam bərpa olunması və yenidən təbiətə qaytarılması məqsədilə Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilmişdir.

    Muxalifet4 - 3-09-2019

  4. Sadəcə "fast food"la qidalanan gənc kar və kor oldu

    İngiltərədə 17 yaşlı gənc son on ildə ancaq "fast food"la qidalandığı üçün B və D vitamini çatışmazlığından kar və kor olub.

    Muxalifet4 - 3-09-2019

  5. Gürcüstan parlamenti qarşısında aksiya - YENİ BAŞ NAZİRƏ ETİRAZ

    Gürcüstan parlamentinin binasının qarşısında etiraz aksiyası keçirilir.

    “Report” xəbər verir ki, aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edirlər.

    Etirazçılar G.Qaxarianın baş nazir təyin olunmasını qəbuledilməz sayırlar. Onların sözlərinə görə, G.Qaxaria iyunun 20-21-də Tbilisidə baş verən hadisələrə görə məsuliyyət daşıyır və o, baş nazir təyin oluna bilməz.

    Aksiya iştirakçıları qanunverici orqanın giriş qapılarında “utanc dəhliz”ləri yaradıblar.

    Muxalifet4 - 3-09-2019

  6. İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... - VİDEO

    Çexiyada tibb tarixinin ən qəribə hadisələrindən biri baş verib.
    Publika.az xəbər verir ki, 16 həftəlik hamilə olan 27 yaşlı Mrtva Eva aprelin 21-də iflic olub.
    O, xəstəxanaya yerləşdirilsə də, bütün müdaxilələrə rəğmən xilas ola bilməyib və beyin ölümü gerçəkləşib. Brno Universiteti Xəstəxanasının həkimləri bətnindəki körpənin inkişafını tamamlamaq üçün Evanı 3,5 ay aparatlara bağlı şəkildə saxlayıb. Avqust ayında körpə süni doğuşla dünyaya gəlib və ailəsinin icazəsi ilə Eva aparatlardan ayrılıb.

    Muxalifet - 3-09-2019

  7. Nazirlər bir-bir YAP qərargahına yollanacaq - İLK OLARAQ SAHİL BABAYEV

    Yeni Azərbaycan Partiyasının İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib. Bu barədə hakim partiyanın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

    Muxalifet4 - 3-09-2019

  8. Çantaların altında əzilən məktəblilər - Deputatın təklifi problemin həlli ola bilərmi?

    Hər il dərslərin başlamasına az qalmış gündəmə gələn problemlərdən biri də şagirdlərin çantalarının həddən artıq ağır olmasıdır. Bu dəfə mövzunu Deputat Aydın Mirzəzadə gündəmə gətirib. Deputat şagirdlərin məktəb çantalarının ağırlığı probleminin həlli üçün tədris ili üzrə deyil, rüb üzrə dərsliklərin çap edilməsi və istifadə olunmasını təklif edib.

    Mövzu ilə bağlı fikirlərini “Yeni Sabah”a açıqlayan təhsil eksperti Kamran Əsədov deyib ki, məktəblilərin çantaları 4 kq-dan artıq olmamalıdır:

    Muxalifet - 3-09-2019

  9. MTN-in sabiq şöbə rəisi dövlətə xəyanətdə suçlanır - Məhkəməsi başlayır

    Dövlətə xəyanət etməkdə təqsirləndirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olmuş Zakir İsmayılov və Nəzakət İsmayılova barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bakupost.az-ın məlumatına görə, onların işi araşdırılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Camal Ramazanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası hələki müəyyən edilməyib.

    Muxalifet - 3-09-2019

  10. ŞOK: İranda 13 yaşlı qızı ərə verdilər – Toydan VİDEO

    İranlı jurnalist Məsih Alinejad “Twitter“də 13 yaşlı qızın toy videosunu paylaşaraq, bu görüntülərin onu ağlatdığını bildirib.
    Onun sözlərinə görə, video İranda – Boyər-Əhməd əyalətinin Bəhməy şəhərində lentə alınıb. 
    Məsih qızın heç 13 yaşı olmadığını iddia edir. Jurnalist İslam qanunlarına qəzəblənərək yazıb ki, o qanunlara əsasən, 13 yaşlı qız ərə gedə bilər, lakin öz libasını seçə bilməz./oxu.az
     

    Muxalifet - 3-09-2019

  11. ​"Paşinyan bizim torpaqlarımıza gələrsə, onu vurmaq lazımdır..." - Hafiz Hacıyev

    “Erməni xalqı artıq başa düşür ki, Paşinyanın bu populist vədləri onlar üçün bir fəlakətdir...”
    Xəbər verdiyimiz kimi Ermənistanda təqaüdçülər də hökumətdən narazıdırlar. Yerevanda aksiya keçirən təqaüdçülər diqqətdən kənarda qaldırlarını deyirlər. Onlar bildiriblər ki, Paşinyan hakimiyyətə gələndə 100 min iş yerinin açılacağını vəd versə də bunların heç biri yerinə yetirilmədi və hələ də 50 min insan işsizdir. 

    Muxalifet - 3-09-2019

  12. ƏBƏDİ İNQİLABLAR ÖLKƏSİ:ölkədə Kokand xanlığını bərpa edən Qırğızıstan prezidenti Jeenbekovu nə xilas edə bilər? – Araşdırma

    Aleksandr Knyazyev, tarix elmləri doktoru, Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert

    Nezavisimaya gazeta, 02.09.2019

    Muxalifet - 3-09-2019

  13. İran və Rusiya savaş gəmilərini körfəzə göndərir - ABŞ-a GÖZDAĞI

    İran və Rusiyanın Hərbi Dəniz Qüvvələri Sakit okeanda birgə təlim keçirəcək.
    Bu barədə İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıb.
    Moskvada səfərdə olan Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra mətbuata açıqlaması zamanı qeyd edib ki, təlimin məqsədi Fars körfəzində və Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsidir.
    Qeyd edək ki, İran sözügedən bölgədə ABŞ və Böyük Britaniya ilə gərginlik yaşamışdı.

    Muxalifet - 3-09-2019

  14. Bakıda İYRƏNC HADİSƏ: Ana 14 yaşlı qızıyla lezbiyan hərəkətləri edib, VİDEONU...

    14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramova Ali Məhkəməyə müraciət edib.
    "Ölkə.Az" xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Gülzar Rzayevanın sədrliyi ilə oktyabr ayının 8-də keçiriləcək.

    Muxalifet - 3-09-2019

  15. Azərbaycanın "vurulan" icra başçıları indi nə işlə məşğuldur? - SİYAHI

    Azərbaycanın yaxın tarixində elə rayon rəhbərləri olub ki, onlar öz tanınmışlıqlarına və maddi qüdrətlərinə görə hətta bir çox nazirləri də arxada qoyurdular. Bəs bir vaxtlar "qılınclarının dalı da, qabağı da kəsən", adları daha çox tənqidi baxımından ictimaiyyətin və medianın gündəmindən düşməyən həmin icra başçıları başçıları indi hardadırlar, nə işlə məşğuldurlar?

    Muxalifet.az bildirir ki, Qaynarinfo aşağıdakı araşdırmasında bu suala cavab tapmağa çalışıb.

    Muxalifet - 3-09-2019

  16. Deputat təhsil nazirinə telefon açdı – Naxçıvanlı şahirdlərin problemi ilə bağlı…

    Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasından olan şagirdlərin Bakıdakı orta məktəblərə dəyişdirilməsi ilə bağlı ciddi problem yaranıb.

    Muxalifet - 3-09-2019

  17. "Mətbəx qadınlarımız Paşinyandan daha çox siyasətçidir" - Politoloq

    "Ümumiyyətlə Ermənistan baş naziri Nikol Paşinyanın nə deməsinə fikir vermək lazım deyil. Çünki bu adam küçədən gəlib və bizim bəzi siyasətçilər kimi kimlərinsə ağzından çıxmış sözləri təkrar etməyi sevir. Yəni bu şəxs özü öz məntiqi ilə danışa bilmir. Özünə hörmət edən siyasətçi belə sərsəm şeylər deməz. Heç Ermənistanın özü qondarma "DQR"-nı tanımayıb". 
    Muxalifet.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

    Muxalifet - 3-09-2019

  18. Deputatın şirkəti ölüm saçır - VİDEO

    Bakının Binəqədi rayonunda, "Azadlıq prospekti" metrostansiyasının üzərindəki parkı zəbt edərək bina tikən "Kristal Abşeron" şirkəti sakinləri təhlükə ilə üz-üzə qoyub.
    Demokrat.az xəbər verir ki, bununla bağlı vəkil Vamiq Şükürov video paylaşıb. 
    Daha sonra vəkil yazır:
    "Hərəkət edən insanlarının düz başının üstündə kran işləyir! Kran nasazlıqdan sıradan çıxarsa, ərazidə baş verəcək faciənin nəticələrini fikirləşmək belə adamı dəhşətə gətirir. Ümumiyyətlə, bu cür ərazidə bina tikilməsi standartlara uyğundurmu?".

    Muxalifet - 3-09-2019

  19. Xalq artisti vəfat etdi - FOTO

    Rusiyanın tanınmış Xalq artisti Zinaida Slavina vəfat edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə TASS "Taganka Aktyorlar Birliyi" teatrının nümayəndəsinə istinadən məlumat verib.
    Teatrın bədii rəhbəri Nikolay Qubenko Slavinanın öldüyünü elan edib. Sənətçinin ölümünün səbəbləri barədə məlumat verilmir.
    Vida mərasimi Taganka Aktyorlar Teatrında baş tutacaq, tarix və vaxt dəqiqləşdirilməyib.

    Muxalifet - 3-09-2019

  20. ABŞ Ermənistana sərt mesaj göndərdi, qoşunları geri çək dedi - PATRUŞEV İSƏ TAM ƏKSİNİ ƏMR EDİB...

    Bu günlərdə ABŞ administrasiyası Ermənistan hakimiyyəti qarşısında hərbi kontingentin Suriyadn geri çəkilməsi haqda tələb qoyub. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən “168 jam” qəzeti öz mənbələrinə istinadən bildirir.

    Qəzet xatırladır ki, bir neçə gün əvvəl mətbuatda müdafiə nazirinin, xarici işlər nazirinin və bir neçə səfirin iştirakı ilə bu məsələ ilə əlaqəli qapalı toplantı keçirildiyi haqda KİV-lərdə xəbər yayılıb.  Lakin XİN toplantı xəbərini təzib edib.

    Muxalifet - 3-09-2019

Pages