Axtarış

The search found 105785 results in 0.048 seconds.

Search results

  1. Türkiyə və ABŞ ordusu birgə əməliyyatlara başladı

    Türkiyə və ABŞ-ın quru qoşunlarından ibarət birliklər Suriya ərazisində Fərat çayının şərqində birgə antiterror əməliyyatına başlayıb.

    Türkiyə mediası xəbər verir ki, ağır texnika, o cümlədən tank və toplardan ibarət qoşun birləşmələri iki ölkənin silahlı qüvvələrinin ali komandanlarının təmsil olunduğu Türkiyənin Şanlı Urfa bölgəsində fəaliyyət göstərən Birgə Hərəkət Mərkəzindən idarə olunur. Əldə olunmuş razılığa əsasən Suriya ərazisində Türkiyə ilə sərhəd boyunca təhlükəsizlik zonası yaradılmalıdır./Publika.az

    Muxalifet4 - 8-09-2019

  2. İranda bu məktəblərdə Azərbaycan dili tədris olunacaq

    Cari dərs ilindən başlayaraq İranın Ərdəbil vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi həyata keçiriləcək. Bu barədə Ərdəbil vilayətinin İran İslam Şurası Məclisindəki (parlament) təmsilçisi Sadif Baadi məlumat verib. O bildirib ki, 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra ölkə konstitusiyasında dəyişikliklər edilib. Konstitusiyanın 15-ci maddəsində göstərilib ki, İranda dövlət dili fars dilidir. Bununla yanaşı, milli azlıqlar da doğma dillərində təhsil almaq hüququna malikdirlər.

    Muxalifet4 - 8-09-2019

  3. Azərbaycanda 19 yaşlı oğlan intihara cəhd etdi - ŞOK SƏBƏB

    Bərdədə intihara cəhd hadisəsi baş verib.
    2000-ci il təvəllüdlü Abdulkərimov Kamal Rafiq oğlu mal-qaranı bitdən qorumaq üçün istifadə edilən dərmandan içib.
    Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilən Şatrlı kənd sakininin vəziyyətinin ağır olduğu bildirilir.

    Muxalifet4 - 8-09-2019

  4. Daha bir sabiq nazirin səhhətində problem yarandı - XARİCƏ APARDILAR...

    Keçmiş ekoklogiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun səhhətində problemlər yaranıb.
    Keçmiş nazirin sözçüsü, Qərb Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov bildirib ki, Hüseyn Bağırov hazırda isə səhhəti ilə bağlı ölkə xaricində müalicədədir./modern.az

    Muxalifet4 - 8-09-2019

  5. Kılıçdaroğluna atılan yumurta başına dəydi - VİDEO

    Kuşadası Bələdiyyəsi qarşısında çıxış edən CHP-nın sədri Kamal Kılıçdaroğluna yumurta atdılar. CHP-nın sədri Kamal Kılıçdaroğlu azan səslənən zaman nitqi dayandırıb. Bu vaxt ora toplaşanlardan biri Kılıçdaroğluna 4 ədəd yumurta atıb. Buna reaksiya verməyən və azan bitdikdən sonra insanları salamlayaraq çıxışına davam edən Kılıçdaroğlu söyləyib ki, heç kim onu yolundan döndərə bilməz: “Bu ölkənin insanlarına etibar edirəm, ədalət hissinə güvənirəm. Nə təzyiq göstərirlərsə göstərsinlər. Millət öz vətəni üçün, bayrağı üçün nə lazımdırsa etməlidir.

    Muxalifet4 - 8-09-2019

  6. "Avro-2020" - Bu gün İtaliya və İspaniya meydana çıxır - TƏQVİM

    Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VI turun oyunlarına start veriləcək.

    İlk oyun günündə 3 qrupda 8 qarşılaşma təşkil olunacaq. F və J qruplarında 3, D qrupunda isə 2 matç keçiriləcək.

    D qrupu

    20:00. Gürcüstan - Danimarka

    20:00. İsveçrə - Cəbəllütariq

    F qrupu

    20:00. Rumıniya - Malta

    22:45. İspaniya - Farer adaları

    22:45. İsveç - Norveç

    J qrupu

    17:00. Ermənistan - Bosniya və Herseqovina

    Muxalifet4 - 8-09-2019

  7. “Mənə məxsus malları mənimsəyiblər" - GÖMRÜKDƏ İNTİHARA CƏHD EDƏN İŞ ADAMI DANIŞDI

    Xəbər verdiyimiz kimi, dünən “Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə Bakı Baş Gömrük İdarəsinin qarşısında intihara cəhd edib.

    İdarənin əməkdaşları və ərazidəki digər sahibkarlar M.Quluzadənin intihar etməsinin qarşısını alıblar. Hadisə yerinə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, həmçinin, komitənin məsul şəxsləri gəliblər.

    S. Mehdiyev intihara cəhd edən sahibkarla görüşüb və söz verib ki, problemi gün ərzində həll olunacaq. Daha sonra isə komitə sədri Bakı Baş Gömrük İdarəsində müşavirə keçirib.

    Muxalifet4 - 8-09-2019

  8. "MEDERA HOSPİTAL"ın kursa göndərilən İRANLI HƏKİMİ TÜRKİYƏDƏ ÖLDÜ - FOTO

    Azərbaycanda çalışan tanınmış iranlı həkim dünyasını dəyişib. Unikal.org-un əldə etdiyi məlumata görə,”MedEra” Hospitalın iranlı stamotoloqu Ehsan Hefzolessan işgüzar səfərdə olduğu Türkiyədə dünyasını dəyişib. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Medera Hospitalın Icraçı direktoru Dr. Lalə Babayeva xəbəri təsdiqləyib: “ O, Türkiyəyə kursa getmişdi. Dünən səhər qayıdacaqdı. Səhər saatlarında bizə zəng gəldi. Ehsan bəy gecə yatıb, səhər oyanmayıb. Sağlam idi, nədən öldüyünü biz də dəqiq bilmirik".

    Muxalifet - 8-09-2019

  9. Süleyman Soylu İmamoğlu ilə bağlı yayılan şaiyələrə son qoydu

    Türkyənin Daxili İşlər naziri Süleyman Soylu İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun yerinə qəyyum təyin ediləcəyi ilə bağlı söz-söhbətlərə son qoyub.

    Publika.az "Sözcü"yə istinadən xəbər verir ki, Süleyman Soylu Ankara və İstanbulun seçilmiş bələdiyyə sədrləri ilə bağlı sualı belə cavablandırıb:

    Muxalifet4 - 8-09-2019

  10. Bakıda polis epilepsiya xəstəsinin həyatını xilas etdi

    Kürdəmirdə polis yolda yıxılıb köməksiz vəziyyətdə qalmış şəxsin həyatını xilas edib.

    Hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

    Muxalifet4 - 8-09-2019

  11. Trampın qızı ilə keçmiş həyat yoldaşının çılpaq görüntüləri yayıldı

    ABŞ prezidenti Donald Trampın qızı Tiffaninin çılpaq görüntüləri yayılıb. Türkiyə mediası xəbər verir ki, Donald Trampın ikinci evliliyi olan Marla Mapleslə nikahdan dünyaya gələn Tiffaninin anası ilə birgə qoşulduqları kampaniya çərçivəsində çılpaq görüntülər çəkdirdiyi məlum olub. Belə ki, 1993-cü il təvəllüdlü Tiffani incəsənət layihəsi olan və Los Ancelesdə yaşayan fotoqraf Skot Nathanın rəhbəri olduğu kampaniyaya qoşulan 100 qadın arasında yer alıb. Maraqlıdır ki, layihə Donald Trampın ABŞ prezidentliyinə namizəd olmasını elan etməsindən 2 ay sonra başlayıb.

    Muxalifet4 - 8-09-2019

  12. “Camalın cəsədini öncə səfirliyin bağçasında basdırmağı düşündüm, amma..." - QAŞIQÇININ QƏTLİ İLƏ BAĞLI ŞOK ETİRAFLAR

    Türkiyənin “Sabah” qəzeti jurnalist Camal Qaşıqçı cinayətinin Səudiyyə Ərəbistandakı məhkəməsində baş verən, hər kəsin maraqlandığı gizli həqiqətləri ilk dəfə yazıb.

    Musavat.com xəbər verir ki, məhkəmə prosesində baş verənlər Qaşıqçı cinayətinin bu günə qədər heç gün üzünə çıxmamış həqiqətlərini ifşa edib. Amma eyni zamanda sui-qəsd heyətində olanların verdikləri ifadələrdə vəliəhd şahzadə Məhəmməd bin Salmandan başlayaraq cinayətin ən üstdəki personalarını qorumağı, pərdələməyi məqsəd qoyduğunu da göstərir.

    Muxalifet4 - 8-09-2019

  13. Rusiya Gürcüstan savaşını niyə başlatdı? – KQB generalı AÇIQLADI

    Rusiya özünü Qərbə sübut etməyə çalışır.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Obozrevatel”ə müsahibəsində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri general-mayor Oleq Kaluqin deyib.

    Muxalifet4 - 8-09-2019

  14. Gürcüstan parlamentinin önündə QARŞIDURMA

    Gürcüstan parlamentinin binasının qarşısında aksiyaçılarla millət vəkili arasında qarşıdurma yaranıb.
     
    APA-nın Gürcüstan bürosu xəbər verir ki, qarşıdurma "Patriotlar Alyansı" partiyasından olan millət vəkili Emzar Kvitsiani parlamentə daxil olarkən baş verib.
     
    Aksiyada iştirak edənlər "sən qulsan!" şüarları səsləndirib və polisi millət vəkilini həbs etməyə çağırıblar. Polis ərazidə vəziyyəti sakitləşdirməyə çalışır.
     

    Muxalifet4 - 8-09-2019

  15. BAKIDA DƏHŞƏT: Keçmiş məhkum qonşu qadının başını kəsib, polisə təslim oldu - VİDEO

    Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. 

    Muxalifet.az APA TV-yə istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Xaləddin Dilqəm oğlu Hüseynov qeyri-rəsmi münasibətdə olduğu paytaxt sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib.

    Muxalifet4 - 8-09-2019

  16. Dünyada ən çox uşağa sahib olan qadını əri tərk edib – FOTOLAR

    Uqandada yaşayan Mariam Nabatanzi 36 yaşında 44-cü dəfə ana olub. Hazırda 4 üçüz, 6 əkiz uşaqlara sahib olan qadın hələ 12 yaşında olarkən ailə həyatı qurub. Beləliklə, Mariam hələlik dünyada ən çox uşaq sahibi olan ana kimi rekord qazanıb. 

    13 yaşında olarkən ilk əkiz qızlarını dünyaya gətirən qadın doğuşun ardından həkimə müraciət edib və məlum olub ki, onun yumurtalıqları normadan dəfələrlə böyükdür. Həkim bildirib ki, hamiləlilyə qarşı üsullardan istifadə etmək onun sağlamlığına ziyan vura bilər və bu səbəbdən o üsullara müraciət etməməlidir. 

    Muxalifet4 - 8-09-2019

  17. Türkiyə “S 400”-ləri aktivləşdirməkdə qərarlıdır - ABŞ-ın təhdidləri və Fransanın “Bizans oyunları” işə yaramır

    Fransa ABŞ-Türkiyə ziddiyyətlərini siyasi və maliyyə qazancına çevirməyə can atır

    ABŞ və Türkiyə arasında hava hücumundan müdafiə sistemləri ilə bağlı narazılıq davam edir. Üstəlik, son günlər bu narazılığın daha da dərinləşdiyi müşahidə olunur.

    Məsələ ondadır ki, rəsmi Ankara Ağ Evin bütün tələblərini və təhdidlərini “qulaqardı” etdi. Və Rusiyadan “S 400” tipli zenit-raket kompleksinin alınmasını reallaşdırdı.

    Muxalifet4 - 8-09-2019

  18. Gürcüstanda parlamentin qarşısına qoyunlar gətirilib - BAŞ NAZİRƏ ETİRAZ

    Gürcüstanın “Ayıbdır” hərəkatının üzvləri və tərəfdarları ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçiririblər. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, aksiyaçılar qanunverici orqanın giriş qapısı qarşısında “utanc dəhliz”i yaradıblar. Məlumarda bildirilir ki, iştirakçılar G. Qaxariyanın ölkənin baş naziri təyin olunmasına etiraz olaraq, bir neçə qoyunu parlamentin qarşısına gətiriblər. “Qoyunların” bir hissəsi parlamentin içərisindədir. Səsvermədə yalnız qoyunlar sifariş alıb, səs düyməsinə vura bilər”, - deyə hərəkat lideri Gigi Makaraşvili şərh edib.

    Muxalifet4 - 8-09-2019

  19. Gürcüstan parlamenti yeni hökuməti təsdiq edib

    Gürcüstan parlamenti keçmiş daxili işlər naziri Georgi Qaxariyanın başçılıq edəcəyi yeni hökumətə və proqramına etimad göstərib.

    Muxalifet.az verir ki, səsvermədə iştirak edən 150 deputatdan 98-i Qaxariyanın lehinə səs verib.

    Qeyd edilir ki, keçmiş baş nazir Mamuka Baxtadze sentyabrın 2-də istefa verib.

    Muxalifet4 - 8-09-2019

  20. ABŞ-ın yeni nüvə silahları qüsurlu çıxdı

    ABŞ-ın yeni B61 nüvə bombaları qüsurlu çıxıb.

    Muxalifet.az bildirir ki, bu barədə “Defens Nyus” ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi İdarəsindəki mənbəyə istinadən məlumat yayıb.

    Məlumatda bildirilir ki, silahlar və döyüş başlıqları qısaömürlü çıxıb.

    Qeyd edilir ki, aşkar edilən qüsurlara görə bomba və döyüş başlıqlarının buraxılış vaxtı bir il yarım təxirə salınıb.

    Muxalifet4 - 8-09-2019

Pages