Axtarış
The search found 105785 results in 0.03 seconds.
Search results
Tanınmış həkim çardaqdan yıxılıb öldü - Azərbaycanda bədbəxt hadisə
Ağsu rayonunda həkim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəklə kəndində qeydə alınıb. Kənd sakini, Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi, 67 yaşlı Balamirzə Məsimov yaşadığı evin həyətindəki çardaqdan üzüm yığarkən ehtiyatsızlıq edib və yıxılaraq ağır bədən xəsarətləri alıb. B.Məsimov müalicə üçün təcili olaraq Bakı xəstəxanalarından birinə aparılıb. Həkimlərin tibbi yardım göstərməsinə baxmayaq, B.Məsimov dünyasını dəyişib.
Muxalifet - 9-09-2019
Partizanları güllələyən fahişə-cəllad 33 ildən sonra necə ifşa olundu – Antoninanın güllə ilə bitən həyatı
O, qısa müddət ərzində Bryansk ərazisində Vermaxt zabitlərinin sevimlisinə çevrilib. “Qısa ətəkli cəllad”, “pulemyotçu Tonka”, “yataq kraliçası” kimi titullar qazanan Antonina Makarova almanlar tərəfindən işğal olunmuş Lokotsk dairəsində faşistlərin ən yaxın köməkçisinə çevrilib. Nasistlər bu rus qadınına təkcə tapança yox, hətta “Maksim” pulemyotunu da etibar ediblər və o, sovet ordusunun əsir düşmüş döyüşçülərini, dinc əhalini, qocaları, uşaqları böyük həvəs və peşəkarlıqla məhv edib. Onun xidmətləri təkcə cəlladlığı ilə bitməyib.
Muxalifet - 9-09-2019
«Qarabağ», «Şuşa», «Kəlbəcər»»də gecə «xidmətləri» - VİDEO
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Olar? Olmaz!» verilişində növbəti maraqlı anlar qeydə alınıb.
Teleaparıcı əsasda gecə fəaliyyət göstərən, işğal altında olan torpaqların adını daşıdığı kafelərdən görüntüləri, hətta gecə baş verən utancverici kadrları da çərçivə daxilində tamaşaçılara təqdim edib..»Bu, bizə yaraşmır. Bu adlar həssas adlardır.» deyə Amil Xəlil əlavə edib.
Həmin anları təqdim edirik:Muxalifet - 9-09-2019
SON DƏQİQƏ: İrana qarşı ŞOK HÜCUM - 18 əsgər...
Suriyanın şərqində yerləşən Əbu Kamal bölgəsinə hava hücumları təşkil olunub.
Muxalifet.az xəbər verir ki, hücum nəticəsində İran dəstəkli qruplaşmanın 18 əsgəri ölüb.
Bu barədə mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qurumu məlumat yayıb.
Hücumun kim tərəfindən edildiyi hələ ki, məlum deyil.Muxalifet - 9-09-2019
“Hər şey qəfil baş verdi, prezident zəng edib dedi ki...” - NOVRUZ MƏMMƏDOV NECƏ BAŞ NAZİR OLDUĞUNU İLK DƏFƏ AÇIQLADI
Baş nazir Novruz Məmmədov dünən “Space” telekanalına müsahibə verib və bu vəzifəyə necə təyin olunması barədə ilk dəfə danışıb.
Muxalifet.az xəbər verir ki, N.Məmmədov baş nazir vəzifəsinə təyinatının onun üçün “gözlənilməz olduğunu” deyib.
“Heç vaxt təsəvvür edə bilməzdim ki, mənə belə bir təklif edilə bilər. Ona görə də mənim üçün hamıdan çox gözlənilməz oldu. Hər şey qəfil baş verdi...",-o bildirib.
Muxalifet - 9-09-2019
Müddətli müqavilə əsasında müəllimlərin işə qəbuluna başlanılır
Sabah, sentyabrın 10-da 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start veriləcək.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada miq.edu.az saytı vasitəsilə həyata keçiriləcək.
Muxalifet - 9-09-2019
"AZƏRİŞIQ" UCAR SAKİNLƏRİNİ ZÜLMƏTƏ QƏRQ EDİB – Bazar qiyməti 230 manat olan elektrik avadanlıqları üçün hər ailədən 2800 manat tələb olunur / PREZİDENTƏ ŞİKAYƏT
Ucar rayon sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Rayonun Boyat kənd sakini Qəhrəmanov Alqayıt Alqayıt oğlu, Boyat kənd sakini Məhərrəmov Mehman Qurban oğlu və Qaracallı kənd sakini Lətifov Nazir Lətif oğlu üzləşdikləri qanunsuzluqlarla bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Şikayətçilər tərəfindən göndərilən məktubda qeyd olunur: “"Azərişıq" ASC-nin və Ucar Elektirik Şəbəkəsinin qanunsuzluğu nəticəsində elektirik enerjisindən istifadə edə bilmirik.
Muxalifet4 - 9-09-2019
“Reallıq hissini itirmiş təcavüzkar…” - Dağlıq Qarabağın azərbaycanlı icmasından bəyanat
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının işğal edilmiş Azərbaycan ərazilərində keçirilmiş “yerli özünüidarəetmə orqanlarına seçkilər” ilə əlaqədar bəyanat yayıb. Muxalifet.az xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 8 sentyabr 2019-cu ildə “yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti “seçki şousu” təşkil edilib.
Muxalifet - 9-09-2019
"Uşaqpulu bərpa oluna bilməz" - Mir Şahindən QALMAQALLI AÇIQLAMA
Uşaqlar üçün verilən müavinətin bərpası mövzusunda danışmaq istəyirəm. Bu müavinət bərpa oluna bilməz. bu sözləri tanınmış jurnalist Mir Şahin “Mir Şahin vaxtı” analitik proqramındakı şərhində deyib. Mir Şahin qeyd edib ki, bunun səbəbləri var: “Əvvəla gəlin xatırlayaq ki, bu gün “uşaq pulu” kimi tanıdılan uşaqlar üçün müavinətlərin verilməsi niyə dayandırıldı. Bu baş verdi 2006-ci il iyun ayının 1-də. Müavinatın ləğvi ünvanlı sosial yardımın tətbiq olunması, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə bağlıydı.
Muxalifet - 9-09-2019
Bu gün Abşeronun bir hissəsində işıq olmayacaq
Bu gün Abşeron rayonu Məhəmmədi kəndinin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq.
Bu barədə Trend-ə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, fasilənin yaranmasına səbəb Bağlar RETSİ-nin xidməti ərazisi olan həmin kəndin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq "Zabrat" yarımstansiyasından çıxan 10 kVt-luq "Məhəmmədi-1" elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləridir.
Muxalifet - 9-09-2019
Azərbaycanda pensiya yaşı 70-ə çatdırıla bilərmi? - AÇIQLAMA
Rusiya hökümətinin tərkibində pensiya yaşının 70-ə qaldırılması məsələsi ilə bağlı işçi qrupu yaradılıb.
Qeyd edək ki, bundan əvvəl də bu ölkədə pensiya yaşının yenidən artırılması prosesi başlamışdı.
Qərara əsasən, kişilər üçün pensiya yaşı 65-ə, qadınlar üçün 63 yaşadək yüksəlir.
Bu yaşda pensiya müddətinə keçid dövrü kişilər üçün 2028-ci ilə, qadınlar üçün 2034-cü ilədək davam edəcək. Bundan əvvəl Rusiyada pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55-dir.
Muxalifet - 9-09-2019
“Müstəntiq deyir ki, ya yerdən çıxmalısan, ya da 5 il həbs olunacaqsan” – ABŞERONDA QONŞULAR ARASINDA TORPAQ DAVASI / Prezidentə müraciət
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi sakini Əsədov Abı Əsəd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
Muxalifet4 - 9-09-2019
“İcra məmuru Xəqani Əliyev məni qorxutmaqla 3300 manat pulumu almaq istəyir” – ABŞERON SAKİNİ HABİL BAYRAMOV
Abşeron rayonun Qobustan kəndində yaşayan Bayramov Habil Əlikram oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi Qobustan rayon icra şöbəsinin icra məmuru Xəqani Əliyevdən şikayətçidir:
Muxalifet4 - 9-09-2019
"Qalatasaray" stadionunu dəyişdirir - "Arsenal"ın...
İstanbulun “Qalatasaray” klubuna ev sahibliyi edən “Türk Telekom” stadionunda dəyişikliklər ediləcək.
istadionun tamaşaçı tutumunun 60 minə qaldırılması hədəflənib.
“Sarı-qırmızı”lı klub “Arsenal”ın “Emirates” stadionunu örnək alaraq 3 sm olan oturacaq aralıqlarını daraldacaq və beləliklə, 52 min 650 nəfərlik auditoriya potensiallı tribunanı 60 minə çatdıracaq. Bunun üçün “Arsenal”dan stadionun struktur planlaşdırılması istənəcək.
“Qalatasaray” 50 min combine bilet satmaqla rekord qırmağı da planlaşdırır.
Muxalifet - 9-09-2019
Keçmiş nazir hələ də gündəmdədir - “TƏLƏBƏ YOLDAŞLIĞI” SUÇU
İl yarımdır ölkənin ən böyük nazirliyinin - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başçısı dəyişdirilsə də, keçmiş nazirin adı gündəmdən düşmür. Düzü, bu populyarlığı təbii qarşılamaq zorundayıq. Amma yerli-yersiz gündəmin eks-nazirin adı ilə zəbt edilməsi də yolverilməzdir. Təsəvvür edin, vətəndaşların müraciətlərinə, basının sorğularına cavab verilmir, əvvəlki rəhbərlik suçlandırılır. Kimsə qanunsuzluğa yol verir, adını keçmişlə, keçmiş nazirlə bağlayırlar.
Muxalifet4 - 9-09-2019
Gözəlliyini estetik əməliyyatlara borclu olan məşhurlarımız - FOTOLAR
9 sentyabr Ümumdünya Gözəllik Günü kimi qeyd edilir.
Bu gün gözəllik məhfumu deyiləndə ilk ağıla gələn məşhurlar, sənət adamları olur.
"Yeni Sabah" gözəlliyini estetik əməliyyatlara borclu olan məşhurlarımızı təqdim edir:
Rəqsanə İsmayılova
Muxalifet - 9-09-2019
S-400 üçün fantastik məbləğdə pul ödədilər - ABŞ-ı QƏZƏBLƏNDİRƏCƏK ADDIM
Hindistan Rusiyadan aldığı S-400 zenit raket kompleksi üçün 5,43 milyard dollar ödəyib.
5 ədəd batareya alan Hindistan yeni müdafiə silahını 18-19 aydan sonra təhvil ala biləcək.
Bunu Rusiya Baş nazirinin köməkçisi Yuri Borisov deyib. “Rossiya 1” televiziyasına müsahibə verən Borisov bildirib ki, təhvil işi müəyyən edilmiş zaman çərçivəsində həyata keçiriləcək.Muxalifet - 9-09-2019
Tərəfdarları Koçaryanın azadlığı tələbi ilə aksiya keçirib
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları İrəvan ümumi məhkəməsinin Kentron və Nork-Maraş iqamətgahları yaxınlığında aksiya keçiriblər.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, onlar R.Koçaryanın azad olunmasını tələb ediblər.
Aksiya iştirakçıları keçmiş prezidentin azadlığa buraxılması ilə bağlı Ermənistan Konstitusiya Məhkəməsi qərarının icrasını istəyiblər. Robert Koçaryanın vəkili Vaqe Yeprikyan bildirib ki, məhkəmə müvəkkili dərhal sərbəst buraxmalı və barəsində çıxarılan həbs qətimkan tədbirinin ləğvi ilə bağlı iclas keçirməlidir.
Muxalifet - 9-09-2019
Hansı içkilər ölüm riskini artırır? – Alimlər müəyyən ediblər…
Koladan, limonaddan və oxşar alkoqolsuz içkilərdən mürtəzəm istifadə edilməsi ölüm riskini və təhlükəli xəstəliklərin inkişafını artırır. «Die Welt» nəşrinin yazdığına görə, alimlər bu nəticəyə gəliblər.
Mütəxəssislər 10 ölkədən olan 450 min adamın şəxsi məlumatlarını öyrəniblər. Ekspertər onların hamısını 2 qrupa bölüblər: Ayda bir stəkandan az (250 ml) və gün ərzində iki stəkandan çox qazlı su içənlər.
Muxalifet - 9-09-2019
İşğalçılar "seçki" keçirib Xankəndinə yeni "mer" seçdilər - DOSYE
Dünən işğal altında olan Azərbaycanın Xankəndi şəhərində seperatçı rejim tərəfindən "mer seçkiləri" keçirilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, "seçkilərin" nəticələrinə görə David Sarkisyan Xankəndinin yeni "meri" seçilib.
Seperatçı rejimin "seçki komissiyası"ndan bildirilib ki, "seçkilərdə" 21 min seçici iştirak edib. David Sarkisyan 37% və ya "seçicilərin" 7 min 787-nin səsini alıb. İkinci yerdə 4 min 765 səslə Qriqori Saakyan, üçüncü yerdə isə Areq Avakyan (3 min 125 səs) yer alıb.Muxalifet - 9-09-2019