Axtarış

The search found 105785 results in 0.03 seconds.

Search results

  1. Gürcüstana investisiya yatıran ölkələr açıqlandı - AZƏRBAYCAN DÖRDÜNCÜ YERDƏDİR

    Azərbaycan cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına 15,8 milyon ABŞ dolları sərmayə yatırıb.

    Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat deyilir.

    Bildirilir ki, Azərbaycan bu göstərici ilə Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici ölkələr sırasında dördüncü yerdə qərarlaşıb.

    Hesabat dövründə Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr Hollandiya (58,1 milyon dollar), Türkiyə (36 milyon dollar) və ABŞ (27,5 milyon dollar) olub.

    Muxalifet4 - 9-09-2019

  2. Paşinyan qızıl yox, uran əldə etmək istəyir- Amulsar yatağı ilə bağlı icmal

    Ötən cümə, sentyabrın 6-da Ermənistanın Baş naziri Nikol Paşinyan Vayots Dzor bölgəsində yerləşən Jermuk şəhərinin əhalisi ilə görüş keçirib.
    Görüşdə Amulsar mədəninin istismarı problemini yenidən müzakirə edilib. Erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi Qərbin sərmayə qoyduğu bu yatağın istismarının əleyhinədir və Media.Az bu barədə dəfələrlə məlumat verib.
    Lakin Nikol Paşinyan və hökuməti bu dəfə də verdiyi vədləri yerinə yetirə bilməyib. Ermənistan cəmiyyəti  sentyabrın 4-də məsələ ilə bağlı yekun qərarın veriləcəyini gözləyirdi. 

    Muxalifet - 9-09-2019

  3. “Sentyabrın sonuna kimi...” - ƏRDOĞAN ABŞ-a VAXT VERDİ

    Sentyabr ayı bitmədən əsgərlərimizlə birgə əməli olaraq təhlükəsiz zonasının yaradılması işlərini başlatmasaq, o zaman öz yolumuzla getməkdən başqa çarəmiz qalmayacaq.

    Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Muxalifet4 - 9-09-2019

  4. Nigar Camal: “Qızlar ya ördəksifətə, ya da transseksuala oxşayırlar”

    Müğənni Nigar Camal plastik əməliyyat etdirən qadınları tənqid edib. 
    Musavat.com xəbər verir ki, ifaçı qadınların uğursuz əməliyyatlarından bəhs edib: "Belələri bizdə də son zamanlar çoxalıblar. Başa düşə bilmirəm, qızlar niyə özlərini bu hala qoyurlar? Bir-birinə bənzəyirlər. Ya ördəksifətə, ya da transseksuala oxşayırlar. Bu, nəyə lazımdır?" 

    Muxalifet - 9-09-2019

  5. Gülüstan Əliyeva: "Nəsiminin qəzəllərinə cılız mahnılar qoşub, həm bizi, həm də özlərini biabır edirlər"

    "Səviyyəsiz formada hansısa şairimizin sözlərinə mahnı bəstələyib tamaşaçılara təqdim edirlərsə, bu, kənardan çox biabırçı və iyrənc görünür. Mahnını dinləmək belə, insanın könlünü bulandırır".
    Bu sözləri Əməkdar artist Gülüstan Əliyeva Oxu.az-ın əməkdaşı ilə söhbətində dilə gətirib. O, dahi şair Nəsiminin qəzəlinə mahnı bəstələyib toylarda, el şənliklərində ifa edənlərə sərt ismarıc yollayıb.

    Muxalifet - 9-09-2019

  6. Bu görüntülər dünyada BOMBA EFFEKTİ YARADACAQ: Netanyahu canlı yayımda paylaşdı - FOTO

    İranın nüvə proqramına aid gizli bölgələr İsrail tərəfindən kəşf edilib.
    Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində bildirib.
    Netanyahu Abadeh şəhərində bir nüvə mərkəzində nüvə silahının hazırlandığını və İsrail tərəfindən kəşf edilməsindən sonra İranın mərkəzi məhv etməyə qərar verdiyini söyləyib.

    Muxalifet - 9-09-2019

  7. "Mən hamının olmaq istədiyi kimi..." - Səmradan ajiotaj yaradan paylaşım - FOTO

    "Eurovision 2016" təmsilçimiz Səmra Rəhimli paylaşımı ilə izləyicilərin müzakirəsinə səbəb olub.
    "Ölkə.Az" xəbər verir ki, sənətçi kürək dekolteli bluz ilə obyektiv qarşısına keçib.
    Səmra "İnstagram"da yerləşdirdiyi şəkillərinə ingilis dilindən təcümədə belə bir şərh verib: "Mən, hamının olmaq istədiyi kimi... Buruq saçlar qayğı tələb etmir".
    Səmranın paylaşımı izləyicilərdə böyük marağa səbəb olub və çoxsaylı sevgi etirafları alıb./baku.ws

    Muxalifet - 9-09-2019

  8. Rusiya kriminalının lideri “Quli”yə uduzub – “O, mənim qardaşımdır…”

    Rusiya kriminal aləminin lideri sayılan “gənc Şakro” ləqəbli “qanuni oğru” Zaxari Kalaşovun Nadir Səlifova (“Quli”) qarşı qurduğu plan baş tutmayıb. “AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Kalaşovun nüfuzlu “qanuni oğruları” “Quli”yə qarşı qaldırmaq cəhdi uğursuzluqla nəticələnib və onun özünə qarşı çevrilib. Xəbər verilir ki, “Şakro”nu hərəkətə gətirən əsas səbəb bu il avqustun 26-da Türkiyədə baş verən hadisə olub. Belə ki, həmin gün Səlifovla görüş zamanı 35 yaşlı “qanuni oğru” Quram Çixladzenin (“Kvejoviç”) döyüldüyü bildirilir.

    Muxalifet - 9-09-2019

  9. Millimiz ilk xalını Xorvatiyadan aldı

    Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu komandamızın ilk xalı olub. E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq. Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub. Xatırladaq ki, Azərbaycan Avro-2016-nın seçmə mərhələsində Bakıda Xorvatiyaya qarşı matçda da heç-heçə etmişdi - 0:0. 9 sentyabr 20:00.

    Muxalifet - 9-09-2019

  10. Deputatların danışıqları dinləniləcək: qanun layihəsi hazırlandı

    Ukrayna Ali Radasının Hüquq-mühafizə orqanları ilə iş məsələləri komitəsi Prezident Vladimir Zelenski tərəfindən təqdim olunan, deputatların dinlənilməsinə dair qanun layihəsini qəbul edərək sessiyanın müzakirəsinə göndərib.

    Muxalifet4 - 9-09-2019

  11. “Belə hərbi qulluqçumuz yoxdur” - MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAMA YAYDI

    Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayıb

    Muxalifet.az xəbət verir ki, açıqlamada deyilir: "Bəzi elektron KİV-də Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Fuad Axundovun cinayət işi üzrə məhkəmə prosesinin keçirilməsi barədə məlumat yayılıb. Məlumatlarda F.Axundovun hərbiçi olduğu qeyd edilib.

    Bildiririk ki,  Azərbaycan Ordusunda Fuad Axundov adında hərbi qulluqçu xidmət etmir. Məlumatdan istifadə zamanı bu fakta diqqət etməyinizi xahiş edirik".

    Muxalifet4 - 9-09-2019

  12. “Bu gün bütün qəlbimlə azərbaycanlı idim” - Nikola Yurçeviç

    Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasıyla evdə 1:1 hesablı bərabərliyə qaldıqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. 

    Muxalifet.az xəbər verir ki, millimizin çalışdırıcısı əvvəlcə matç haqda danışıb:

    Muxalifet4 - 9-09-2019

  13. Azərbaycanda şok: epilepsiya xəstəsini döydülər

    Cəlilabad rayonunun Suluçeşmə kəndində kütləvi dava olub.

    Muxalifet.az "Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində epilepsiya xəstəsi olan 1981-ci il təvəllüdlü kənd sakini Mənsimov Ağalar Dilavər oğlu bir neçə şəxs tərəfindən döyülüb.

    Dava zamanı zərərçəkmişin epilepsiyası tutub və o, xəstəxanaya çatdırılıb. O, ilkin tibbi yardım göstərildikdən sonra, müalicəsini davam etdirmək üçün Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 9-09-2019

  14. "O, mənə "əmilik" etməyib" - Ağacan Abıyevin qardaşı oğlu

    Hərbçilərin dünya çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısı, tanınmış boksçu Ceyhun Abıyev Unikal.org-a müsahibə verib. 

    - Ceyhun bəy, hazırda harada işləyirsiniz?

    - Hazırda hakimlik edirəm. Boks Federasiyasından yarışlar olanda çağırırlar, gedib hakimlik edirəm. Məşqçi kimi fəaliyyət göstərsəm də, təəssüf ki, hər hansı bir cəmiyyətim yoxdur. 

    - Şəxsi tələbələriniz var?

    - Tələbələrim var, amma böyük yarışlara çıxacaq yaşda deyillər, uşaqdırlar. 

    Muxalifet - 9-09-2019

  15. DİQQƏT! Bakıda "simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr yaranacaq

    Bu gecə saat 02:00-06:00 arası "Baktelecom" rabitə operatoru tərəfindən LTE texnologiyası əsasında təmin olunan “simsiz rabitə” şəbəkəsində aparılan yenidənqurma və profilaktik tədbirlərlə əlaqədar şəbəkənin əhatə dairəsinə daxil olan bütün ərazilərdə müvafiq xidmətin göstərilməsində fasilələr qeydə alınacaq.

    Şirkətdən verilən məlumata görə, profilaktik tədbirlər başa çatdıqdan sonra şəbəkənin fəaliyyəti bərpa ediləcək.

    Muxalifet4 - 9-09-2019

  16. Bakıda kürəkən itkin düşən qayınanasını AXTARIR

    Bakıda yaşlı qadın itkin düşüb.

    Muxalifet.az trend-ə istinadən xəbər verir  ki, bu barədə polisə paytaxtın Xətai rayonu, X.Məmmədov küçəsi ev 4-a, mənzil 70-də yaşayan Aslanov Murad İlyas oğlu məlumat verib.

    Məlumatda bildirilir ki, onunla birlikdə yaşayan qayınanası - 1938-ci il təvəllüdlü Səlimova Lidya Cavad qızı sentyabrın 2-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 9-09-2019

  17. Şəhid anaları əsgərlərlə görüşüb - FOTO

    Əlahiddə Ümumqoşun Ordu komandanlığının təşkilatçılığı ilə bir qrup şəhid anasının əsgərlərlə görüşü keçirilib. 

    Muxalifet4 - 9-09-2019

  18. Ərindən qaçan şahzadəni qardaşı xilas etdi - FOTO

    İordaniya kralı Abdullah şahzadə Həyya və övladlarını məcburi şəkildə Dubaya qayıtmaqdan xilas edib.

    Həyyanın qardaşı, İordaniya kralı II Abdullah onu İordaniyanın Londondakı səfirliyinin rəhbərinin müavini təyin edib.

    Sentyabrın 2-də II Abdullah bacısı Şahzadə Həyyanın bu vəzifəyə təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Muxalifet - 9-09-2019

  19. Azərbaycanla Aİ arasında yeni sazişə dair videokonfranslar keçiriləcək

    Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni sazişə dair danışıqlar çərçivəsində bu həftə videokonfranslar təşkil olunacaq.

    Bu barədə “Report”a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

    O, bu həftə üç videokonfransın nəzərdə tutulduğunu qeyd edib: “Sonra da sazişlə bağlı yeni görüşün tarixi müəyyənləşdiriləcək. Çox güman, görüş Brüsseldə keçiriləcək”.

    Bundan əvvəl diplomat ən yaxın vaxtda Azərbaycanla Aİ arasında yeni sazişlə bağlı danışıqları başa çatdıracaqlarına ümidvar olduğunu bildirmişdi.

    Muxalifet4 - 9-09-2019

  20. Türkanda avtobus problemi sakinləri təngə gətirib

    Bakının Türkan qəsəbəsinin sakinləri 101, 150, 187 saylı marşrutlar üzrə hərəkət edən avtobuslardan, intervaldan narazıdırlar. Qəsəbə sakinləri deyirlər ki, Türkan “Koroğlu” metro stansiyası marşrutu üzrə hərəkətdə olan avtobusların istismar müddəti çoxdan bitib: “1 saat 10 dəqiqəlik yoldur. 101 saylı marşrutda avtobuslar köhnəlib. Bu barədə dəfələrlə marşrut sahibi Gülmurad Balayevə demişik. Bakı Nəqliyyat Agentliyinə müraciətlərimiz olub. Çox təəssüf ki, yazlı müraciətlərimiz cavabsız qalıb.  Təkcə 101 saylı deyil, 150, 187 saylı marşrutlarda da vəziyyət eynidir”.

    Muxalifet - 9-09-2019

Pages