Axtarış

The search found 105793 results in 0.048 seconds.

Search results

  1. ABŞ Kremldəki məxfi agentini Rusiyadan qaçırıb – SENSASİON İDDİA

    2017-ci ildə ABŞ kəşfiyyatı Rusiya hakimiyyətində çalışan ən dəyərli agentlərindən birini qaçırmağı bacarıb.

    Axar.az xəbər verir ki, bu məlumatı CNN televiziyası yayıb. Məlumata görə, ABŞ casusu Vaşinqtonu Kremlin daxili fəaliyyəti, eləcə də Rusiya Prezidenti Vladimir Putinin planları və onun fərqli məsələlərdə mövqeyi ilə bağlı məlumatla təmin edib. Casusun ABŞ hökumətinə uzun illər ərzində çalışdığı bildirilib.

    Muxalifet - 10-09-2019

  2. ​Abşeron sakininin müstəntiq barədə iddiaları təsdiqini tapmadı – DİN-dən Muxalifet.az-ın yazısına REAKSİYA

    DİN Mətbuat Xidmətinin şöbə rəisi İlham Babayev: “Abı Əsədovun müstəntiq barədə iddiaları öz hərəkətlərindən diqqəti yayındırmaq cəhdidir” “Muxalifət.az saytında Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Abı Əsədovun Rayon Polis İdarəsinin müstəntiqi tərəfindən qonşusuna xəsarət yetirmə maddəsi ilə saxta və qondarma cinayət işi başlamaq istəməsi, ona məxsus torpağın zorla əlindən alınmasına cəhd göstərilməsi barədə səsləndirdiyi fikirlərin əsası yoxdur və həqiqəti əks etdirmir”. Muxalifet.az xəbər verir ki, bu haqda DİN Mətbuat Xidmətinin şöbə rəisi İlham Babayev açıqlama verib.

    Muxalifet4 - 10-09-2019

  3. Xankəndinin meri Sərkisyan, Laçının meri Aleksanyan, Kəlbəcərin meri Çilingəryan oldu...

    Urra!!! Yenə də heç bir dövlət işğal altındakı torpaqlarımızdakı qanunsuz seçkiləri tanımadı... 
    Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim sentyabrın 8-də baş tutmuş faktiki bələdiyyə seçkilərini özləri üçün uğurla başa çatdırıb.

    Muxalifet - 10-09-2019

  4. Sentyabrda yağan qar nəyə işarə edir? - Ekoloqdan qorxulu proqnoz

    Xəbər verdiyimiz kimi, dünən Qax və Şəkinin yüksək dağlıq ərazilərinə qar yağıb.
    Bəs sentyabr ayında bu hal normaldırmı?  Bu qar bizə nəyi işarə edir? 
    Bu barədə “Yeni Sabah”a danışan ekoloq Telman Zeynalov bunun iqlimin şıltaqlığı olduğunu deyib:

    Muxalifet - 10-09-2019

  5. Məktəb direktoru Hesablama Palatası üçün müəllimlərdən pul yığır – “Deyir ki, 300 manat verməsəniz, 50 faizlər kəsilər”

    “Mehman Adıgözəlov direktor təyin olunan gündən - 7-8 ildir, ildə 2 dəfə hər müəllimdən İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və Hesablama Palatasına vermək adıyla 500-600 manat pul alır” “Sumqayıt təhsil müəssisələrində qanunsuz pul yığımı davam edir, hətta daha da güclənib. Bütün məktəblərdə Sumqayıt Mugam Mərkəzinin tikintisinə görə pul yığılır. Orta məktəblərdə heç olmasa müəllimlər tələb olunan pulun müəyyən hissəsini uşaqlardan yığır, özlərinə çox güc düşmür, lakin xüsusi məktəblərdə və məktəb tipli müəssisələrdə müəllimlərin vəziyyəti xarabdır”.

    Muxalifet4 - 10-09-2019

  6. SON DƏQİQƏ: Məşhur aktyor vəfat etdi - FOTO

    "Yeşil Çam"ın əfsanəvi aktyoru Süleyman Turan 83 yaşında vəfat edib.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor səhər saatlarında evində infarkt keçirib.
    Bu barədə CHP-nin keçmiş millət vəkili, jurnalist Barış Yarkadaş sosial şəbəkədə məlumat verib.

    Muxalifet - 10-09-2019

  7. “Məhsul” stadionu BAĞLANDI

    Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, paytaxtın Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti işləri başlanıb. Unikal.org xəbər verir ki, Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir ki, əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşmüşdür.

    Muxalifet - 10-09-2019

  8. 4 il əvvəl sevgi mesajı yazan məktəbliyə 5 il həbs - AZƏRBAYCANIN MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏ BÖHRAN

    Yurddaşlarımız məmur balalarının harın ata-babalarının görəv qoltuqlarından necə yararlandıqlarının qurbanlarına çevrilməkdə sıraya düzülüblər. Bəli, yanlış duymadınız, ölkə əhalisi harınlaşmış məmurların striptiz şoularının, avtoxuliqanlıq oyunlarının, məhkəmə tragikomediyalarının  girovluğundadır. Başqa sözlə, İstər-istəməz şouların məcburi tamaşaçısı və qurbanları rolunda çıxış edən zavallı xalqın ölüm körpüsünə-kürsüsünə üz tutmaqdan başqa yolu qalmır.

    Muxalifet4 - 10-09-2019

  9. Qadınların 8 nəfərlik kişi kamerasına salındığı Tobolsk türməsi – burada dahilər və “qanuni oğrular” da sakin olub

    Bu həbsxanada cəza çəkən qadınlara işgəncə vermək üçün nə fiziki güc tətbiq olunub, nə də vaxt sərf edilib, işgəncə metodu çox sadə olub. Çöldə temperaturun mənfi 40-45 dərəcə olduğu vaxtda qadınları soyundurub türmənin həyətinə buraxıblar, 4-5 saatdan sonra isə 40-45 dərəcə müsbət temperatur yaradılmış kameralara buraxıblar. Bu “tədbir”dən sonra sağ qalmaq ehtimalı sıfıra bərabər olub...

    Muxalifet - 10-09-2019

  10. “İnsanların inancına bağlı olan məsələlərə qarışa bilmərik” – Mübariz Qurbanlı

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü yol kənarlarında ehsan masalarının qurulmasına münasibət bildirib.

    APA-nın xəbərinə görə, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, sovet dövründə də ehsan masaları qurulurdu.

    Muxalifet - 10-09-2019

  11. Afət Fərmanqızından Sami Yusifin Nəsiminin qəzəlini oxumasına ŞOK REAKSİYA: 1000 manat verin!

    Azərbaycan əsilli britaniyalı məşhur müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyası böyük əks-səda doğurub. Sosial şəbəkələrdə bu kompozisiyaya yüksək qiymət verənlər Nəsiminin “Sığmazam” qəzəlini təhrif edib, “Pəncu-şeş” hind mahnısıyla sintez edən Afət Fərmanqızını da “xatırlayıblar”. Sosial şəbəkə istifadəçiləri Fərmanqızının bu kompozisiyadan sonra xəcalət çəkməli olduğunu yazırlar.

    Muxalifet - 10-09-2019

  12. Adil İsmayılova bir illik QADAĞA

    Son günlər sosial şəbəkələrdə statusları ilə müzakirələrə səbəb olan vəkil Adil İsmayılov cəzalandırılıb.

    Unikal.org xəbər verir ki, A.İsmayılovun həmkarının şikayəti əsasında 1 illik vəkillik fəaliyyətinin qadağan olunmasına qərar verilib.

    A.İsmayılov saytımıza açıqlamasında bildirib ki, dünən Rəyasət Heyətinin iclasında iştirak etsə də, sonda qərarın verilməsindən məlumatsızdır.

    Muxalifet - 10-09-2019

  13. Xristiandan betərsiz - Aşuradan VİDEO

    Bu gün Aşura günü ilə əlaqədar olaraq insanlar ziyarətgahlara üz tutublar. Mir Mövsüm Ağa Ziyarətgahında mühafizə və vətəndaşlar arasında insident yaşanıb.
    “Ölkə.Az” xəbər verir ki,  sözügedən ziyarətgahda Aşura mərasimi zamanı mühafizəçilər ziyarətə gələnlərlə kobud davranıblar. Hətta onlardan biri ziyarətçilərə "xristiandan betərsiz" deyərək irad bildirib.
    Sözügedən videonu təqdim edirik:

    Muxalifet - 10-09-2019

  14. "Bizi söyənlərə mənim qanımdan vurulsa, bəlkə..." - YAP-çı deputatdan ŞOK AÇIQLAMALAR

    Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, politoloq Elman Nəsirov YAP funksionerlərinin, o cümlədən özünün qanvermə aksiyasında iştirakının sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən təhqir və tənqid edilməsindən danışıb.
    E.Nəsirov Demokrat.az-a açıqlamasında bildirib ki, həmin radikal şəxslər bu cür ifadələri səsləndirməklə öz iç üzlərini nümayiş etdirirlər:

    Muxalifet - 10-09-2019

  15. Növbəti Elina faciələrinin yaşanmaması üçün nə etməliyik? - “Öhdəliklərini layiqincə yerinə yetirmirlər”

    Yeni tədris ilinin başlamasına sayılı günlər qalır. Keçən tədris ilində çox acı intihar hadisəsi baş vermişdi. Elina Hacıyevanın ölümü hamını dərindən sarsmışdı. Bu hadisə məktəblərdə psixoloji məsələlərin həlli zərurətini qarşımıza qoyur. Bəs bu il belə hadisələrin bir də yaşanmaması üçün hansı tədbirlər görülməlidir?

    Mövzu ilə bağlı təhsil eksperti Etibar Əliyev “Yeni Sabah”a açıqlama verib. O qeyd edib ki, təhsil ocaqları üçün yaxşı psixoloqlar yetişdirilməlidir.

    Muxalifet - 10-09-2019

  16. Putin bunu gözləmirdi: BÖYÜK İTKİ

    Rusiyada bazar günü keçirilən yerli seçkilərdə müxalifətin “strateji səs verin” çağırışı üzərinə iqtidar partiyası Moskva Bələdiyyə Məclisindəki mandatların üçdən-birini itirib.
    Seçkilərdən sonra səslərin hamısı hesablanıb.

    Muxalifet - 10-09-2019

  17. Ermənistan üçün növbəti çətin "imtahan" - Bəhanəsi tükənən ermənilər Avropadan qovulur

    Ermənistanda bütün sahələr kimi, miqrasiya siyasəti də acınacaqlı vəziyyətdədir. Son zamanlar ermənilərin Avropadan deportasiyası, eyni zamanda, Ermənistanın özündən olan köç halları artıb.
    Muxalifet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında politoloq Arzu Nağıyev bildirib.
    Onun sözlərinə görə, Ermənistanda demoqrafik böhranın yaranması həm iqtisadi, həm siyasi, həm də hərbi vəziyyətlə bağlıdır.
    Ekspertin fikrincə, Dağlıq Qarabağ münaqişəsi davam etdikcə, Ermənistan ərazisində yaşayan çağırışçılar ölkəni tərk edəcəklər.

    Muxalifet - 10-09-2019

  18. İnsan üzlü buzov görənləri ŞOKA saldı - VİDEO

    Argentinanın Santa Fe vilayətində dünyaya gələn insan üzlü buzov görənləri dəhşətə salır.

    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, insan üzünü xatırladan bir sifətlə doğulduğu iddia edilən buzovun həyatdaki ilk anları kamera ilə lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb. Kiçik burun və ağızla dünyaya gələn buzov sadəcə bir neçə saat həyatda qala bilib.

    Paylaşılan görüntülərdə buzovun başını qaldırmaqda əziyyət çəkdiyi görünür. Mütəxəssislər bu halın nadir görülən genetik mutasiya ilə əlaqədar olduğunu bildiriblər.

    Muxalifet - 10-09-2019

  19. “Mir Şahin Stalindir, Lenindir ya... Ay oğul, Mir Şahin nədir e? Sən Allah…” – Rəşid Mahmudov

    Tibb elmləri namizədi Rəşid Mahmudov jurnalist Mir Şahin Ağayevin uşaq pulu məsələsi ilə bağlı fikirlərinə münasibət bildirib: “Mir Şahin Stalindir, Lenindir ya Marksdır? Ay oğul, Mir Şahin nədir e? Sən Allah, başqa işlə məşğul olun”. R. Mahmudov həmçinin uşaq pulu məsələsilə bağlı öz fikirlərini də bildirib. O Azərbaycanda uşaq pulunun verilməsinin tərəfdarı olduğunu vurğulayıb: “Uşaq pulu niyə verilməməlidir axı? Hətta Rusiyada doğulan hər bir oğlana 10 min dollar pul verirlər. Uşaq pulu Azərbaycanda da verilməlidir. O zaman artım olmaz axı, millət artmaz, inkişaf olmaz.

    Muxalifet - 10-09-2019

  20. “GENERAL MƏNİ HƏBSLƏ TƏHDİD EDİR…” – DYP inspektorundan Daxili İşlər nazirinə müraciət

    Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru Məhərrəmov Malik İbad oğlu “AzPolitika.info” saytı vasitəsilə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik: “Cənab nazir, bir neçə saat əvvəl Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev tərəfindən təhdid olunduğuma görə Sizə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qaldım.

    Muxalifet - 10-09-2019

Pages